Xaricə ezamiyyete göndərilən işçi 1 oktyabr 21:30-da gedir ve 4 oktyabr 03:30-da geri qayıdır. Bu zaman ezamiyyət günlərinin sayı necə müəyyən olunur? İşçinin yolda olduğu müddət ezamiyyət müddətinə daxil edilirmi?
2 comments
Like
2 Comments
Xayyam Asker
Feb 20, 2017
3 gün
Like
Unknown member
Feb 17, 2017
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 14.02.2008-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”na əsasən İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla - 4-cü bənd), Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir(7-ci bənd).
Həmin Qaydaların 9-cu bəndinə əsasən Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əmək haqqı saxlanılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi ezamiyyətə göndərilən işçiyə ezamiyyət vəsiqəsində edilən ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında qeydlər nəzər alınmaqla ezamiyyət günləri üçün ezamiyyət xərci ödənilir.
Yolda olduğu vaxt üçün isə yalnız ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əmək haqqı saxlanılır.