CV-de günəş eynəyi ilə olan şəkil yerləşdirmək olar?
1 comment
Like
1 Comment
Unknown member
Mar 22, 2017
CV qeyri-rəsmi sənəd olduğundan orada yerləşdirilən şəkillərə dair hər hansı məcburi göstəriş yoxdur.
Lakin şəkil istənilən halda qarşıdakı insanda ilk təəssürat yaratmaqda rol oynadığından CV şəklini seçərkən çox diqqətli olmaq lazımdır. Çünki oxşar kriteriyalara malik insanlar arasında seçim edərkən CV-də yerləşdirilən şəkil qərar qəbul edilməsinə təsirli ola bilər.
CV şəkli necə olmalıdır?
Şəklin ölçüsü çox böyük və ya çox kiçik olmamalıdır.
Son 6 ayda çəkilmiş 3x4 sm ölçüdə şəkil yerləşdirilməsi məsləhətdir.
Arxa fon üçün ağ və ya mavi rəng daha uyğundu.
Gəzintidə, əyləncədə, istirahət edərkən çəkilmiş şəkil yerləşdirmək olmaz.
Bu sizi qeyri-ciddi gösərəcək. Sifət ifadəniz gülümsəyən, pozitif və enerjili olmalıdır ki, ilk baxışda qarşınızdakı insanda müsbət təsir yaratsın.
Geyiminiz səliqəli olmalı, işgüzar insan təsiri bağışlamalıdır.
Azərbaycanda şəxsiyyət vəsiqəsi, pasport və digər rəsmi sənədlər üçün fotoşəkilin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olması tələbi nəzərdə tutulmuşdur. Şəklin biometrik xüsusiyyətlərə malik olması üçün müəyyən tələblər nəzərdə tutulmuşdur ki, bu tələblərə əsasən şəkil qarşıdan çəkilməli, saçın başladığı yerdən çənəyə qədər üzün sağ və sol hissəsi aydın və tam görünən olmalıdır. Gözlər açıq və aydın şəkildə görünməlidir. Rəngli şüşəli eynəklərin və günəş eynəklərinin istifadə edilməsinə icazə verilmir.
Məsləhətdir ki, CV-də yerləşdirilən şəkil qeyd edilən tələblərə uyğun olsun.