İş vaxtının üst-üstə düşməməsi şərtilə işçi bir neçə yerdə işləyə bilər. Əmək Məcəlləsinin 58-ci maddəsinə görə “əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər".
Lakin qanunvericilikdə məhdudiyyətlər də müəyyən olunub. 58-ci maddənin 5-ci bəndinə əsasən işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Həmin maddənin 7-ci bəndinə görə isə bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxsləri əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləyə bilməzlər.
Belə məhdudiyyətlər sahəvi qanunlarda da nəzərdə tutula bilər. Məsələn, Banklar haqqında Qanun görə bankın inzibatçısının digər hüquqi şəxslərdə vəzifə tutması yolverilməzdir. Deməli işçi iş vaxtından sonra və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində həmin müəssisə ilə rəqabətdə olmayan digər müəssisədə əvəzçılik qaydasında işləyə bilər.