Mühəndis vəzifəsi üçün ali təhsil mütləqdirmi? Orta təhsilli birini mühəndis vəzifəsinə işə qəbul etmək olarmı?
1 comment
Like
1 Comment
Unknown member
Apr 14, 2017
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən mühəndis (müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər) vəzifəsi mütəxəssis kateqoriyasına aid hesab edilir və bu vəzifə üzrə ən azı müvafiq sahə üzrə orta ixtisas (kollec) təhsili və müvafiq iş üzrə iş stajı tələb olunur. Əgər həmin vəzifə üzrə namizədin ali təhsili yoxdursa qeyd edilən kriteriyalar üzrə işçinin işəqəbulu həyata keçirilə bilər.