Əgər müəssisənin rəhbəri (direkoru) dəyişirsə işçilərin əmək müqavilələri yeni rəhbərin adı ilə dəyişdirilməlidirmi?
1 comment
Like
1 Comment
Unknown member
Feb 16, 2017
Müəssisə rəhbərinin dəyişilməsi işçilərlə bağlanmış əmək müqavilələrinin dəyişdirilməsi üçün əsas deyil. Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci bəndinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.
Digər işçilər barəsində onların peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsinə yol verilmir. Bunun üçün mütləq işçilərin attestasiyası keçirilməlidir. Digər hallarda əvvəlki müqavilələr olduğu kimi saxlanılır.