Yarımştat işə götürülən işçiyə müqavilədə tam iş günü yazıb əmək haqqını 50% yazmaq olar?
top of page
To test this feature, visit your live site.
kenanragimoff
Apr 14, 2017
Yarımştat işə götürülən işçiyə müqavilədə əmək haqqını...
Yarımştat işə götürülən işçiyə müqavilədə əmək haqqını...
1 comment
Like
1 Comment
bottom of page
Ümumiyyətlə əmək qanunvericiliyində yarımştat anlayışı yoxdur. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı—natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.
Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Əgər müqavilədə işçinin natamam iş vaxtı ilə işləyəcəyi müəyyən olunubsa iş saatları da buna uyğun olaraq razılaşdırılmaqla müqavilədə qeyd edilməli, işçinin əmək haqqı isə faktiki işlədiyi vaxta uyğun olaraq hesablanıb ödənilməlidir. İş saatları tam göstərilən işçiyə əmək haqqının ştat cədvəlinə uyğun olaraq 100% məbləğində ödənilməməsi yolverilməzdir.