İşçiyə əmək müqaviləsinə xitam verildiyi gün üçün əmək haqqı hesablanırmı?
top of page
To test this feature, visit your live site.
kenanragimoff
Feb 17, 2017
Əmək müqaviləsinə xitam verildiyi gün
Əmək müqaviləsinə xitam verildiyi gün
1 comment
Like
1 Comment
bottom of page
Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə83.2). İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (87.3).
Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Göründüyü kimi qanunvericilik sonuncu iş günü anlayışından istifadə edir, eyni zamanda müddət axımının müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığını qeyd edir və bu səbəbdən də işçiyə sonuncu iş günü üçün əmək haqqı hesablanır və həmin gün tabel cədvəlində qeyd olunur.