Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?
top of page
To test this feature, visit your live site.
kenanragimoff
Feb 16, 2017
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi
1 comment
Like
1 Comment
bottom of page
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üçün son 12 tam ayın əmək haqqının cəmi həmin 12 aydakı iş günlərinin sayına bölünməklə 1 günlük əmək haqqı tapılır. Tapılmış 1 günlük əmək haqqı məbləği xəstəlik vərəqəsində göstərilən günlərə düşən iş günlərinin sayına vurulmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləği tapılır.
Bu məbləğin 14 gününə düşən iş günlərinə görə hesablanmış məbləğ müəssisə tərəfindən, digər günlər isə DSMF tərəfindən ödənilir. Əvvəlki son 12 tam təqvim ayında işçinin əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazanc əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 №-li Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”).