Uşaqlarda Gecə Enurezinin Müalicəsi
K. Rəhimov · klinik praktika 2018–2025 · 14 dəq oxuma
-
Modifikasiya edilmiş alarm-terapiya protokolu. Uşaqlarda gecə enurezinin müalicəsində 10 həftəlik strukturlaşdırılmış proqram — n=240 pasiyent klinik praktikası əsasında 80% halda tam remissiya nəticəsi.
-
Uşaqlarda gecə enurezi (ICD-11: 6C00.0; DSM-5: 307.6) yaş normasından sonra (5 yaşdan yuxarı) davam edən qeyri-iradi gecə sidik buraxma vəziyyətidir. 7 yaşlı uşaqların təxminən 5–10%-də, 10 yaşlılarda 3–5%-də, yeniyetmələrdə 1–2%-də müşahidə olunur. Pozuntu uşağın özünüqiymətləndirməsinə, sosial fəaliyyətinə və ailədaxili münasibətlərə ciddi mənfi təsir göstərə bilər.
-
Beynəlxalq klinik təlimatlar (NICE NG111, ICCS — International Children's Continence Society, AAP — American Academy of Pediatrics) gecə enurezinin müalicəsində birinci sıra müdaxilə kimi alarm-terapiyanı (sidik aparatı ilə oyatma sistemi) tövsiyə edir. Standart protokol 12–16 həftəlik kursla 65–75% halda tam remissiya verir. Lakin standart protokolun bir sıra boş yerləri var:
-
Mayenin axşam qəbulu məhdudlaşdırılır — bu, məşqlərin sayını azaldır və reflekslərin formalaşmasını ləngidir
-
Yatmazdan əvvəl tualetə gedilir — sidik kisəsi boş halda yatdığı üçün pozuntu az meydana çıxır, müvafiq olaraq korreksiya da az olur
-
Alarm-aparatın səsinə uşağın oyanması passiv gözlənilir — dərin yuxu fazasında uşaq oyanmır və «overlearning» mərhələsi yalnız kursun sonunda tətbiq olunur
-
Gündəlik kompleks məşq sistemi az hallarda inteqrasiya olunur
-
Əsas prinsip — kursun başlanğıcında tam yük: maye yükləməsi, məcburi oyanma, yüksək tonla, lakin sevgi ilə oyatma və ayağa qaldırma, dərhal gücləndirilmiş davranış komponenti, paralel olaraq kompleks gündəlik məşqlər və motivasion müşayiət. Əldə edilmiş klinik nəticələr: 11–12-ci həftədə 80% pasiyentdə tam remissiya (10 uşaqdan 8-i).
-
Standart protokollarda yük tədricən artırılır, «overlearning» (artıq maye yükləməsi) yalnız kursun sonunda tətbiq olunur. Bu modifikasiyada birinci həftədən uşağa axşam 200–400 ml maye (adi içməli su və ya çay; qazlı, şirin və ya kofeinli içkilər istisna edilir) yatmazdan ən azı 1 saat əvvəl verilir, yatmazdan əvvəl tualetə getmə qadağan olunur. Məqsəd — sidik buraxma hadisəsini həqiqətən baş vermə şəraitini yaratmaq, çünki qeyri-baş verən hadisəni korrekt etmək mümkün deyil.
-
Mütləq əks-göstərişlər (maye yükləməsi tətbiq edilmir):
-
Böyrək xəstəlikləri (xroniki böyrək çatışmazlığı, nefrotik sindrom və s.)
-
Antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu (SİADH)
-
Sürətli sidik kisə spazmları və ya neyrogen sidik kisə
-
Epilepsiya (xüsusən nəzarətsiz)
-
Diabetes insipidus
-
Ürək çatışmazlığı
-
Hər hansı ciddi somatik patologiya — ilkin pediatrik müayinə tələb olunur
-
Standart protokolda alarm-aparatın səsinə uşağın özü oyanması gözlənilir. Lakin dərin yuxu fazasında uşaqların əksəriyyəti aparatın səsinə oyanmır — bu, ən geniş şikayət olunan boşluqdur. Modifikasiyada birinci-ikinci həftədə uşağı valideyn oyadır — aparatın səsindən sonra 5–10 saniyə ərzində, «tez-tez-tez» şüarı ilə, işıq yandıraraq, soyuq su ilə üzünü yuyaraq tam oyanış halına gətirir. Bu, kiçik mütərəqqi stress yaratmaqla refleksin tez formalaşmasını təmin edir.
-
Gecə enurezi tək sidik kisəsi-mərkəzi sistem refleksinin pozuntusu deyil, əksər hallarda kiçik çanaq əzələlərinin zəifliyi və davranış öyrənməsinin əlçatmaması ilə birləşmiş kompleks pozuntudur. Modifikasiyada gündəlik Kegel məşqləri (gündə 3 dəfə, 10–60 təkrarla, həftəlik artaraq) protokolun ayrılmaz hissəsidir. Bu, paralel müşahidə olunan enkoprezi (ICD-11: 6C00.1) də həll edir.
-
Hər həftə valideynlə görüş, uşağın motivasiya səviyyəsinin qiymətləndirilməsi, kiçik nailiyyətlərin gücləndirilməsi, yenidən işlənmiş hədəflərin müzakirəsi protokolun əsas elementlərindəndir. Uşaq özü-özünü prosesin aktiv subyekti kimi hiss edir, mexaniki passiv obyekt kimi yox.
-
Protokol 5 mərhələdən, hər biri 2 həftəlik müddətdən, cəmi 10 həftədən ibarətdir. Hər mərhələ əvvəlki mərhələnin əsasında qurulur və progressiv şəkildə uşağın oyanış reflekslərini, kiçik çanaq əzələ tonusunu və davranış paternlərini formalaşdırır.
-
Mərhələ / Həftə: 1 / 1–2 · Oyanma reaksiyası: Yalnız ana çətinliklə oyadır; aparatın səsinə özü oyana bilmir · Sidik qaçırma vəziyyəti: Sidik qaçırma çoxdur, yerini tam islada bilir, səhərə kimi bərk yatır · Gündüz Kegel məşqləri: Oturub-durma məşqi 10 təkrar, gündə 3 dəfə (gündə +1)
-
Mərhələ / Həftə: 2 / 3–4 · Oyanma reaksiyası: Aparatın səsinə ana gələnə kimi oyanır; bəzən ana oyadır — tez durur · Sidik qaçırma vəziyyəti: Sidik qaçırma yenə də çox; aparat səs salmasa oyanmır · Gündüz Kegel məşqləri: 25-ə qədər. 3-cü həftə: «Sürətli yığmalar». 4-cü həftə: «Yavaş yığmalar»
-
Mərhələ / Həftə: 3 / 5–6 · Oyanma reaksiyası: Aparatın səsinə anadan əvvəl oyanır; ayıqlığı yaxşıdır · Sidik qaçırma vəziyyəti: Qaçırma azalır; səsə oyanıb yarımçıq saxlayır; bəzən yalnız alt paltarı islanır · Gündüz Kegel məşqləri: 35-ə qədər. 5-ci: «Maksimum saxlama». 6-cı: «Stop-Davam»
-
Mərhələ / Həftə: 4 / 7–8 · Oyanma reaksiyası: Aparatın səsinə anadan tez oyanır; özü təşəbbüs göstərir · Sidik qaçırma vəziyyəti: Az miqdarda qaçırma; həftədə 1 dəfə aparatsız öz istəyi ilə gecə oyanır · Gündüz Kegel məşqləri: 50-yə qədər. 7-ci: «Proqramlaşdırma». 8-ci: «Körpü»
-
Mərhələ / Həftə: 5 / 9–10 · Oyanma reaksiyası: Aparatın səsinə tez oyanır; bəzən aparatsız özü oyanır · Sidik qaçırma vəziyyəti: Hər gecə öz istəyi ilə oyanır; qaçırma həftədə 1 dəfədən artıq olmur · Gündüz Kegel məşqləri: 60-a qədər. 9-cu: «Sıxma-Öskürmək». 10-cu: «Lift»
-
Hər mərhələdə intensiv gecə protokolu eynidir: axşam 200–400 ml maye yatmazdan ən azı 1 saat əvvəl verilir; yuxudan qabaq tualetə buraxılmır; aparatla məşq gecədə 10 dəfədən az olmur. Aparat səsdən sonra valideyn 5–10 saniyə ərzində uşağı yüksək, lakin mehriban tonla «tez-tez-tez» şüarı ilə oyadır, işıq yandırır, sərin su ilə üzünü yuyur — tam oyanış əldə edilir; sonra tualetdə 5 dəq oturub gücənmə.
-
10 həftəlik strukturlaşdırılmış protokoldan sonra 11–12-ci həftələr konsolidasiya mərhələsidir. Bu dövrdə uşaq:
-
Müstəqil olaraq, valideyn müdaxiləsi olmadan, hər gecə yatmazdan 1 saat əvvəl 200–400 ml su qəbul edir
-
Tualetə getmədən yatağa girir
-
Gecə öz daxili siqnalı ilə (alarm-aparatsız) oyanır, quru çarşafla tualetə gedir
-
Səhər tam quru oyanır
-
Klinik nəticələr: 240 uşaqlıq pasiyent qrupunda 11–12-ci həftədə 80% halda tam remissiya (heç bir gecə qaçırma) qeydə alınmışdır. Bu, beynəlxalq standart alarm-protokolun nəticəsindən (65–75%) statistik mənalı olaraq daha yüksəkdir.
-
Hər həftəlik dəyişən məşq vahidləri kiçik çanaq əzələ qrupunun müxtəlif funksional aspektlərinə yönəlir:
-
Sürətli yığmalar (3-cü həftə): Kiçik çanaq əzələlərinin tez kontraksiyası və relaksasiyası — refleksiv tonusun inkişafı
-
Yavaş yığmalar (4-cü həftə): Uzunmüddətli kontraksiya — əzələ dözümlülüyünün artırılması
-
Maksimum saxlama (5-ci həftə): Uzun kontraksiya periodları — dayanıqlı tonus
-
Stop-Davam (6-cı həftə): Sidik axınının könüllü dayandırılması və davam etdirilməsi məşqi — ürəti idarəetmənin öyrənilməsi
-
Proqramlaşdırma (7-ci həftə): Sidik kisəsinin müəyyən həcmlə doldurulması və idarə olunması
-
Körpü (8-ci həftə): Çanaq qaldırma məşqləri — qarın və çanaq əzələlərinin sinxronlaşdırılması
-
Sıxma-Öskürmək (9-cu həftə): Stress-inkontinensiyaya qarşı müqavimət məşqi
-
Lift (10-cu həftə): Mərhələli kontraksiya — əzələlərin pillə-pillə güclənən idarəolunması
-
1. Valideyn motivasiyası birinci yerdədir. Birinci-ikinci həftədə valideynlər gecə dəfələrlə oyanmalı, uşağı 5–10 saniyə ərzində aktiv şəkildə oyatmalıdırlar. Bu, ailə üçün ağır yükdür və əvvəlcədən razılıq tələb edir.
-
2. Maye qəbulunun azaldılması — qadağandır. Bir çox valideyn (və bəzi həkimlər) intuitiv olaraq axşam mayenin azaldılmasını tövsiyə edir. Bu modifikasiyada bu addım birmənalı şəkildə ZİDDİYYƏTLİ hesab olunur — refleks formalaşması tam yük şəraitində baş verir.
-
3. Aparatın seçimi. Sidik aparatları iki növdür: yatağa yerləşdirilən və alt paltarına yerləşdirilən. İkinci növ daha effektivdir, çünki sidik qaçırmasının ilk damlasında dərhal səs verir. Bu modifikasiyada alt paltarı tipi tövsiyə olunur.
-
4. Birgə müşayiət olunan enkoprez. Gecə enurezi olan uşaqların təxminən 10–15%-ində paralel olaraq enkoprez (ICD-11: 6C00.1) müşahidə olunur. Bu modifikasiyada kompleks Kegel məşqləri eyni zamanda hər iki pozuntunu həll edir — kiçik çanaq əzələlərinin tonusu həm sidik kisəsi, həm də anal sfinkterin idarəolunmasını yaxşılaşdırır.
-
5. Müqavimət hallarında. Əgər 6-cı həftədən sonra (mərhələ 3 sonu) heç bir irəliləyiş yoxdursa, ikincili tibbi müayinə tələb olunur:
-
Uroloji baxış — sidik kisəsi disfunksiyası, anatomik anomaliyalar
-
Neyroloji status — mielodisplaziya, spina bifida occulta, neyrogen sidik kisəsi
-
Endokrin balans — diabetes insipidus, antidiuretik hormonun nəzərə çatmaması
-
Otorinolarinqoloji müayinə — obstruktiv yuxu apnoesi (xüsusilə adenoid hipertrofiyası, palatin badamcıq böyüməsi olan uşaqlarda); apnoe enurez ilə sıx əlaqəlidir və ana səbəb ola bilər
-
Psixiatrik fon — DDHP, davranış pozuntuları, kəskin psixotravmatik təcrübələr
-
Müəyyən diaqnostik vəziyyətlərdə (məs. detrusor hiperaktivliyi) farmakoterapiya (desmopressin, oksibutinin) əlavə edilə bilər. Obstruktiv yuxu apnoesi diaqnozu qoyularsa — adenoidektomiya/tonsillektomiya enurezi həll edə bilər.
-
6. Yaş məhdudiyyəti. Protokol 6 yaşdan yuxarı uşaqlar üçün hazırlanmışdır. 5 yaşa qədər primarizik gecə enurezi yaş normasına uyğundur və aktiv müdaxiləyə ehtiyac yoxdur.
-
Bu protokol uşağı 6 yaşdan yuxarı olan, primarizik və ya sekunder gecə enurezi diaqnozu qoyulmuş pasiyentlərdə tətbiq olunur. Protokolun tətbiqindən əvvəl tövsiyə olunur:
-
İlkin pediatrik və uroloji müayinə — anatomik patologiyaların istisnası
-
Valideynlərlə ilkin görüş — protokolun ağırlığı və 10 həftəlik öhdəliyin dəqiq müzakirəsi
-
Uşağın motivasiya səviyyəsinin qiymətləndirilməsi — uşaq prosesin aktiv iştirakçısı olmalıdır
-
Alarm-aparatın seçimi — alt paltarına yerləşdirilən tip tövsiyə olunur
-
Həftəlik konsultasiya görüşləri — protokolun 10 həftəsi boyunca
-
Protokolun 6-cı həftəsindən sonra heç bir irəliləyiş olmadıqda ikincili tibbi diaqnostika tələb olunur (uroloji, neyroloji, endokrin, psixiatrik).
-
NICE Clinical Guideline NG111. Bedwetting in under 19s: management.
-
International Children's Continence Society (ICCS). Standardization document for nocturnal enuresis. 2020.
-
American Academy of Pediatrics (AAP). Practice Parameter for the Evaluation and Treatment of Children and Adolescents with Enuresis. 2014.
-
Caldwell PHY, Sureshkumar P, Wong WCF. Tricyclic and related drugs for nocturnal enuresis in children. Cochrane Database of Systematic Reviews, 2016.
-
Glazener CMA, Evans JHC, Peto RE. Alarm interventions for nocturnal enuresis in children. Cochrane Database of Systematic Reviews, 2005.
-
Rəhimov K. Klinik Psixiatriya: Diaqnostika və terapiya standartları. Bakı, 2026.
-
Ədəbiyyat və mənbələr:
-
Kənan Rəhimov
-
Həkim-Psixiatr, Psixoterapevt. Klinik praktika 2018–2025 (uşaq enurezi). Bakı, n=240.
Digər Məqalələr
Enurez Gecə Enurezi — Faktlar və Yanaşma Yaş normaları, klinik tövsiyələr. Enurez BMGE — Birincili Monosimptomatik Enurez 4 növ enurez, ICCS 2020 protokolu. Protokol Psixogen Depressiyanın Müalicəsi Qısamüddətli + uzunmüddətli kombinə protokol.
Gecə Enurezi — Faktlar və Yanaşma
Yaş normaları, klinik tövsiyələr. Enurez
Ətraflı
02 EnurezBMGE — Birincili Monosimptomatik Enurez
4 növ enurez, ICCS 2020 protokolu. Enurez
Ətraflı
03 ProtokolPsixogen Depressiyanın Müalicəsi
Qısamüddətli + uzunmüddətli kombinə protokol. Protokol
Ətraflı
Konsultasiya bron edin
Sertifikatlı psixoterapevt ilə ilk konsultasiya — qiymətləndirmə və müalicə planı Sertifikatlı psixoterapevt ilə ilk konsultasiya — qiymətləndirmə və müalicə planı WhatsApp ilə Yazın Enurez Müalicəsi
-
Sertifikatlı psixoterapevt ilə ilk konsultasiya — qiymətləndirmə və müalicə planı Sertifikatlı psixoterapevt ilə ilk konsultasiya — qiymətləndirmə və müalicə planı
-
Konsultasiya bron edin
Konsultasiya bron edin
Sertifikatlı psixoterapevt ilə ilk konsultasiya — qiymətləndirmə və müalicə planı Sertifikatlı psixoterapevt ilə ilk konsultasiya — qiymətləndirmə və müalicə planı