Məzmuna keç
AİLƏ TERAPİYASI

Samirə Rəhimova

Kişi-qadın münasibətləri, valideyn-övlad bağı və çətin yeniyetmələrlə iş — terapiya və təlim.

Samirə Rəhimova
6İl Psixoloji Təcrübə
600+Pasiyent
12Təlim Qrupu
60+Video Yazı
Mütəxəssis Haqqında

Samirə Rəhimova/Rüstəmova

Klinik psixoloq · ailə terapiyası üzrə mütəxəssis-təlimçi

  • 2021 Bu günə qədər — klinik psixoloq. B.D.Karvasarski adına İnstitutda (Sankt-Peterburq) klinik psixologiya üzrə diplom. Fərdi qəbul: cütlük münasibətləri, valideyn-övlad bağı, təşviş pozuntuları
  • Sertifikat Beynəlxalq Psixoterapiya Assosiasiyasının (IPAS) ailə terapiyası üzrə sertifikatı — cütlüklərlə və çətin yeniyetmələrlə iş
  • Praktikum RAGIMOFF Psixologiya Məktəbində klinik psixoterapiya praktikumu
  • Müəllimlik Sankt-Peterburq Əlavə Təhsil İnstitutunda ailə terapiyası modulları; RAGIMOFF Psixologiya Məktəbində tələbələr üçün ailə terapiyası mühazirələri
  • 2013 — 2021 Şəxsi inkişaf təlimçisi və koç. İctimaiyyətlə əlaqələr, kommunikasiya və natiqlik üzrə təlimlər
  • 2006 «Kişiləri qoruyun» bədii filmində Ceyran rolu — rejissor Şərif QurbanəliyevFilmə bax
  • 2005 — 2012 «ATV maqazin» jurnalının təsisçisi və baş redaktoru — 2012-ci ilin dekabrına qədər
  • 2003 — 2013 ATV kanalında «Şarm» verilişinin aparıcısı — on il efirdə
  • İkinci təhsil Rəssamlıq Akademiyası — rəssam ixtisası
  • İlk təhsil Azərbaycan Dövlət İncəsənət İnstitutu, teatr və kino fakültəsi — teatr və kino aktrisası ixtisası
Samirə Rəhimova

Qeydiyyatdan keçmək lazimdir: yerlər təlim qrupuna əvvəlcədən yazılanlar arasında bölünür. Qrupa düşməsəniz, .

KONSULTASİYA

Cütlük Terapiyası

İş birgə qəbulla başlayır, fərdi mərhələ ilə davam edir və birgə sessiyada birləşir.

Terapiyanı iki mütəxəssis birlikdə aparır: kişi tərəflə həkim-psixiatr Kənan Rəhimov, qadın tərəflə klinik psixoloq Samirə Rəhimova. İş birgə ilkin qəbulla başlayır: hər iki tərəf eyni otaqda dinlənilir və vəziyyət birlikdə qiymətləndirilir. Sonra fərdi mərhələ gəlir — hər kəs öz payını partnyorun yanında deyil, təhlükəsiz şəraitdə araşdırır. Yekun birgə sessiyada nəticələr birləşdirilir və razılaşmalar qurulur. Bir sessiya 1 saat çəkir, əyani və onlayn keçirilir. Prosesin tam təsviri və qiymətlər ayrıca səhifədədir.

Təlim proqramı

Ailə Terapiyası

3 ay təhsil + 6 ay qrupda superviziya. Ayda 300 AZN × 3 və ya birdəfəlik 800 AZN.

Ətraflı