Məzmuna keç
AİLƏ TERAPİYASI

Sistemli Ailə Terapiyası

Kişi-qadın münasibətləri, valideyn-övlad bağı və çətin yeniyetmələrlə iş — terapiya və təlim.

TƏLİM PROQRAMI

Ailə Terapiyası

Hər modul: 48 saat tədris (3 ay, həftədə 2 dəfə, hər dərs 2 saat) və 48 saat superviziya (6 ay, həftədə 1 dəfə). Qiymət əyani və onlayn üçün eynidir.

Dərslər həftədə 2 dəfə — çərşənbə axşamı və cümə axşamı, saat 14:00–16:00. Qeydiyyat açıqdır.

Modul 1

Cütlük Terapiyası

Kişi-qadın münasibətləri

Cütlük sistemi ilə iş: diaqnostikadan böhran dövrünə qədər. İlkin qəbul, genoqramma, rollar və sərhədlər, patternlər, xəyanət və boşanma ərəfəsində yanaşma.

3 ay tədris + 6 ay superviziya 16 dərs həftədə 2 dəfə × 2 saat

Proqram üzrə cəmi 900 AZN — 3 ay tədris və 6 ay superviziya daxil; ödəniş ayda 300 AZN × 3 ay, öncədən ödənişdə 800 AZN. Əyani və onlayn üçün qiymət eynidir.

Tam proqrama bax
  1. Ailə sistemində disharmoniyanın müəyyən edilməsi — diaqnostika
  2. Cütlük terapiyasında ilkin qəbul
  3. Münaqişəli vəziyyətin təhlili
  4. Genoqramma — ailənin həyat dövrü
  5. Ailə sistemində rolların müəyyən olunması və gərgin sərhədlər
  6. Psixodrama — ailə modelində psixoterapevtik texnikalar
  7. Yazılmayan qaydalar — öhdəliklərin paylaşılması və pozulduqda cəzası
  8. Münasibətlərdə patternlərin müəyyən olunması
  9. Ailə terapiyasında klassik və müasir məktəblərinin metodların tətbiqi
  10. Sistemli Ailə Terapiyasının həll etdiyi problemlər dairəsi
  11. Şəxsi ehtiyacların ödənilməsi və seçim azadlığı
  12. Kommunikasiya metodları (Q. Beytson nəzəriyyəsi)
  13. Ailə münasibətlərində psixoterapevtik üsullar və hazır keyslər
  14. Kritik dönəmdə iş prosesi (xəyanət, təcavüz, boşanma ərəfəsində psixoterapevtik yanaşma)
  15. Asılılığın müxtəlif formalarından (alkoqol, narkotik, qumar və s.) əziyyət çəkənlə münasibətin təhlili
  16. Ailə terapiyasında dəstəkləyici mərhələ

Təlimin video yazıları — hər iki təlimatçının dərsinə əvvəlcədən baxa bilərsiniz:Dr. Rəhimovun dərsi Samirə Rəhimovanın dərsi

Modul 2

Valideyn-Övlad Münasibətləri

Valideynlər üçün ailə terapiyası

Övladın inkişaf mərhələləri və kritik məqamlar, ailədaxili funksional pozuntular, ünsiyyət modelinin qurulması, oyun terapiyası, qorxular və aqressiya. Psixoloqlar, pedaqoqlar və valideynlər üçün.

3 ay tədris + 6 ay superviziya 16 dərs həftədə 2 dəfə × 2 saat

Proqram üzrə cəmi 900 AZN — 3 ay tədris və 6 ay superviziya daxil; ödəniş ayda 300 AZN × 3 ay, öncədən ödənişdə 800 AZN. Əyani və onlayn üçün qiymət eynidir.

Tam proqrama bax
  1. Uşağın psixo-fizioloji inkişaf mərhələləri
  2. İnkişaf mərhələlərində kritik məqamlar
  3. Ailə terapiyasında əlamətlərə görə diaqnostika
  4. Ailə daxilində funksional pozuntular
  5. Ailə əhvalatlarının sistemli təhlil prosesi
  6. Uşaqla ünsiyyət modelinin qurulması
  7. Gərgin münasibətlərdən çıxış yolları, valideynlərin tərbiyə metodlarının korreksiyası
  8. Problemli ailələrdə uşaqların davranış modelləri
  9. Uşaqlarda nevrotik və davranış pozuntuları
  10. Oyun terapiyası — davranış modelinin korreksiyası
  11. Uşaqlarda aqressiv davranışlar — cəza modeli
  12. Uşaqlarda qorxular və praktiki çıxış yolları
  13. Tədris və təhsildən geridə qalma problemləri
  14. Natamam ailədə uşaqların psixikasının tənzimlənməsi
  15. Ailədə cinsi tərbiyə metodları
  16. Xüsusi xəstəlik və ya davranış məhdudiyyəti olan insanlarla ailə münasibətlərinin idarə olunması

Proqram psixoloqlar, məktəb psixoloqları, müəllimlər, koçlar, tələbələr və valideynlər üçündür; ali təhsil tələb olunmur. Kursun sonunda imtahan keçirilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının sertifikatı verilir.

Sənəd

Beynəlxalq Psixoterapiya Assosiasiyasının (IPAS) sertifikatı

Proqramı RAGIMOFF keçirir; uğurla bitirən iştirakçılar International Psychotherapy Association sertifikatını alır. Sertifikatın həqiqiliyini üzərindəki QR-kodla və ya assosiasiyanın saytında yoxlamaq olar.

Sertifikatı assosiasiyanın saytında yoxlayın — intpas.com ↗
Qeydiyyat

Təlimə yazılın

3 ay təhsil + 6 ay qrupda superviziya. Ayda 300 AZN × 3 və ya birdəfəlik 800 AZN.

Qeydiyyat