I. MUSA MİSİRLİDİR

Özünün də mənsub olduğun bir millətin ən adlı-sanlı və böyük sayılan bir oğlunun milli kimliyini şübhə altına almaq heç də asan və ya xoş bir iş deyil. Ancaq hansısa vəziyyətin gerçək dəyərini aydınlaşdırmağa bizim biliklərimizin gücü yetmirsə, onda heç bir duyğu məni, həqiqəti yalançı milli maraqlara qurban verməyə sürükləyə bilməz.

Yəhudi xalqının xilaskarı, ilk qanun yaradıcısı və birinci inanc müəllimi sayılan Musa adlı adam çox-çox uzaq bir keçmişdə yaşadığından, istər-istəməz, belə bir sual verməkdən özünü çəkindirə bilmirsən: görəsən, doğrudanmı, belə bir tarixi şəxsiyyət olub, yoxsa bu əfsanəvi bir qəhrəmandır? Belə bir adam, doğrudan da olubsa, onda o bizim eradan əvvəl XIII, ya da, ola bilsin, XIV yüzillikdə yaşamışdır; ancaq bu məlumatları dəqiqləşdirə bilmək üçün bizim əlimizdə yəhudilərin müqəddəs kitabından və xalqın öz yaranma tarixi ilə bağlı bu günə gəlib çatan yazılardan başqa bir qaynaq yoxdur. Bütün bunlara görə də, baş verdiyi iddia edilən tarixi olaylar və Musanın özü ilə bağlı məlumatları sonadək dəqiqləşdirmək olmasa da, tarixçilərin böyük əksəriyyətinin mülahizələrinə görə, doğrudan da, tarixdə Musa adlı bir adam olmuşdur və və onunla əlaqələndirilən Misirdən çıxış həqiqətən baş vermişdir.

Yenə də tarixçilərin sözlərinə görə, son qərar tamamilə etibarlı olmasa da, tarixçilərin əksəriyyəti Musanın həqiqətən yaşadığını və onunla əlaqəli Misirdən çıxışın həqiqətən baş verdiyini bildirmişdir. Bu hadisələrin baş verdiyini inkar etmək İsrail xalqının sonrakı tarixini bütünlüklə anlaşılmaz bir kökə salır; bunu tamamilə haqlı olaraq iddia edirlər. Bundan başqa da, çağdaş elm artıq çox ehtiyatlı olmağa başlamışdır və keçmişdən bu günümüzə gəlib çatan məlumatlara münasibətdə yeni araşdırmaların nəticələrindən çox, artıq oturuşmuş biliklərə daha inamla yanaşır.

Musanın şəxsiyyəti ilə bağlı bizi ən çox maraqlandıran onun əski yəhudi dilində Moşe kimi səslənən adıdır. Soruşmaq olar: bu ad haradan gəlir? Bəlli olduğu kimi, bu sorğumuzun cavabı “Çıxış” kitabının ikinci başlığında verilib. Orada yazıldığına görə, səbətə qoyularaq Nil çayına buraxılmış körpə Musanı tapan Misir fironunun qızı onu “sudan çıxarılmış” mənasını verən “Moşe” adlandırmışdır. Ancaq bu yozum yetərincə inandırıcı görünmür. Bununla bağlı olaraq “Yəhudi Sözlüyünün” (Herlitz və Kirschner tərəfindən təsis edilmiş, cild) müəllifi yazır: “Musanın adının Bibliyada “sudan çıxarılmış” kimi yozulması xalq arasında gəzən əfsanələrə uyğun olaraq yaranmışdır və bunu əski yəhudi dilinin deyiliş qaydalarına uyğunlaşdırmaq mümkün deyildir, “Moşe” sözü bu dildə, uzağı, “çıxaran” kimi bir anlam daşıya bilərdi”. Müəllifin etirazı indi dediyimiz bu dəlillərin əsaslandırılmasına kömək edir: birincisi, Misir fironunun qızının Musa üçün əski yəhudi dilində ad düşünüb tapması gülünc görünür, ikincisi isə, körpənin çıxarıldığı iddia edilən çay Nil deyildir.

Əksinə, müxtəlif mütəxəssislər çoxdandır, “Musa” adının Misir dilindən götürülmə bir söz olduğunu ehtimal edirlər. Bütün bu müəlliflərin adlarını və dediklərini uzun-uzadı sadalamaqdan qaçmaq üçün “Misirin Tarixi” adlı fundamental kitabı ilə elmi çevrələrdə çox yaxşı tanınmış C.Brestidin (Breasted) bununla bağlı dediklərinə baxaq: “Qeyd etmək lazımdır ki, onun (bu liderin) adı, Musa, Misir mənşəli idi. Bu ad Misir dilində “körpə” anlamı verən “moze” sözündən yaranmışdır və o, “Amon-moze”, yəni Amon-körpə, yaxud “Pta-moze”, yəni Pta-körpə kimi daha dolğun ad formalarının qısaltmasıdır. Bu adlar özləri də daha uzun cümlələrin qısaltmalarıdır: Amon (hədiyyə etdi bir) körpə və ya Pta (hədiyyə etdi bir) körpə. “Körpə” adı tezliklə geniş, tam adın rahat əvəzedicisi oldu.fadənin yerinə “oğul” sözünü işlətmək daha asan olduğundan belə etmişlər və qədim Misir abidələrinin çoxunda “moze” kimi işlənmiş adlarla çox teztez qarşılaşmaq mümkündür. Çox güman ki, Musanın atası oğluna tanrılardan Amon və ya Ptanın şərəfinə bir ad qoymuş, gündəlikdə isə tanrı adlarını işlətmədən onun oğlunu “Moze” deyə çağırmışlar, “Mozes” adı isə Bibliyanın yunan dilinə tərcüməsi zamanı onun qanunlarına uyğun olaraq yaranmışdır”. Mən müəllifin yazdıqlarını olduğu kimi diqqətinizə çatdırıram və onun bu dediklərinin məsuliyyətini boynuma götürmədiyimi də vurğulamaq istəyirəm. Ancaq bir şeyə görə təəccüblənməyə bilmirəm, nə üçün Brestid tanrılarla bağlı verdiyi örnəklərdə başqa tanrıların adını işlətməklə yaranan Ax-moze, Tut-moze (Tutmos) və Ra-moze (Ramses) kimi Misir fironlarının adını çəkməmişdir?

Musanın adının Misir dilindən götürüldüyünü deyən çoxsaylı müəlliflərdən, heç olmasa, bir neçəsinin bu misirli adını daşıyan adamın elə özünün də misirli olacağını deməsini gözləmək olardı. Ancaq çox qəribədir, həmin vaxtları araşdıran tarixçilərdən heç biri, hətta Brestid sayağı “Musa misirlilərin qazandıqları müdrikliyi çox dərindən bilirdi” söyləyən tarixçilər də Musanın adı ilə onun milli kimliyi arasında bu cür asılılığın ola biləcəyini deməmişlər. Baxmayaraq ki, Musanın misirli olması ehtimalı ən qədim zamanlardan bu günə qədər tez-tez, hətta adına istinad edilmədən də dilə gətirilmişdir. Çağdaş günümüzdə insanların artıq iki ad daşımasına baxmayaraq, (soyadları da adlarına qoşulur, habelə ad və soyadların assimilyasiya olunması faktları da yetərincədir) biz yenə də insanların ad və soyadlarına görə milli kimlikləri ilə bağlı mühakimə yürütməkdən çəkinmirik. Ona görə də yazıçı Şamissonun fransız, Napoleon Bonapartın italyan mənşəli olması bizi təəccübləndirmir, yaxud da Bencamin Dizraelinin adına baxıb onun italyan yəhudisi olduğu qənaətinə gəlirik. Ona görə də o uzaq keçmişdə yaşamış kiminsə adına baxıb onun milli kimliyini təyin etmək daha çox ağlabatandır və əslində məcburi görünməlidir.

Belə bir araşdırma aparılmasına nəyin mane olduğunu dəqiqliklə demək mümkün deyil. Ola bilsin, bunun səbəbi Bibliyanın bizə çatdırdığı məlumatlara bəslənən dərin və sarsılmaz inam, ya da müqəddəs kəlamlara qarşı çıxmaq qorxusu olmuşdur. Bəlkə də, Musa adlı kişinin yəhudidən başqa bir şey olması fikri çox dəhşətli görünürdü. Hər halda, Misir adının Musanın mənşəyini qiymətləndirmək üçün həlledici hesab edilmədiyi və ondan başqa heç bir nəticə çıxarılmadığı ortaya çıxır.

Bəlkə də Musa adlı adamın yəhudi deyil, başqa bir millətdən olması fikri çox qorxunc görünürdü. Hər halda, indiyədək olan araşdırmalarda Musanın adının Misir dilindən götürülməsini qəbul etmək onun milli kimliyinin müəyyənləşməsində həlledici amil sayılmamış və əhəmiyyətli hesab edilmədiyi üçün buna əsaslanaraq hansısa köklü bir nəticə əldə edilməmişdir. Biz isə bu böyük insanın milli kimliyinin müəyyənləşməsinin çox vacib olduğunu düşünürüksə, deməli yeni qaynaq və məlumatlara üz tutmalıyıq.

Əgər bu böyük insanın milliyyəti ilə bağlı sual əhəmiyyətli hesab edilirsə, bu suala cavab vermək üçün yeni material təqdim etmək arzuolunan olardı. Mənim kiçik əsərim məhz bunu edir. Bu yazının “İmaqo” jurnalında yer alması iddiası onun tətbiqi psixoanalizə dair bir töhfə olması ilə əlaqədardır. Bu yolla aparılan araşdırma və tapılan sübut isə, sözsüz, yalnız psixoanalitik düşüncə tərzinə malik və psixoanalizin nəticələrini dəyərləndirməyi bacaran azsaylı oxucular üçün tamamilə aydın olacaqdır. Ümid edirəm, belə oxucular tapılacaq və bu əsər onlar üçün maraqlı olacaq.

O.Rank hələ mənim təsirim altında olarkən, mənim təşəbbüsümlə “Qəhrəmanların doğulması haqqında mif” adlı bir kitab çap etdirmişdi. Bu kitab “Tətbiqi Psixologiya Yazıları”nın beşinci cildi idi. Mən Rankın bu əsərə verdiyi müstəqil töhfələrin dəyərini azaltmaqdan uzağam.

Burada həmin kitabdan bir parçanı diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirəm: “Böyük mədəniyyət qura bilmiş xalqların, demək olar, hamısı... öz keçmişində yaratdıqları epik əsər və əfsanələrdə öz igidlərini, əfsanəvi kral və əyanlarını, din, sülalə və imperiya yaradıcılarını bilərəkdən olduqlarından qat-qat möhtəşəm göstərməyə çalışmışlar. Əsasən də, bu insanların doğulmasını və uşaqlıq çağlarını fantastik bəzək-düzək vurmaqla şişirtmişlər. Bu cəhət bir-birindən çox uzaqda və fərqli mühitlərdə yaşayan xalqlar arasında təəccüb doğuracaq dərəcədə oxşar və az qala, eyni motivlərlə üzə çıxmışdır, əslində, bu, insanlara çoxdan bəllidir və indiyədək əksər araşdırma mütəxəssislərinin diqqətini cəlb etmişdir”. Rankın dediyi bu sözlərə Haltonun “əfsanələrin ortaq xüsusiyyətləri” barədə yaratdığı metodla yanaşsaq, onda belə bir qənaətə gəlib çıxırıq: “Xalqın əfsanəyə çevirdiyi igid çox adlı-sanlı ailədə, çox vaxt da kral ailəsində doğulur. Onun doğulması uzun müddət hansısa maneə ucbatından gecikir: ya sonsuzluq, ya da valideynlərinin cinsi münasibətini əngəlləyən hansısa gizli və ya açıq məhdudiyyətlər səbəbindən igidin doğulması çox sonradan baş verir. Anası hamilə olarkən, bəzən də, bundan əvvəl onun doğulmasından xəbər tuturlar (yuxu, ya da gələcəkdən xəbər verən hansısa baxıcının dili ilə) və bununla bağlı hansısa qorxulu bir vəziyyətin (əksər hallarda da onun atasına qarşı) yaranacağı da bəlli olur.

Buna görə də yeni doğulmuş körpə onun atası, ya da atasını əvəz edən şəxs tərəfindən ya öldürülməyə, ya da yiyəsiz bir yerə atılmağa məhkum olunur; bu zaman, adətən, çağanı başdan eləmək üçün onu qutuya qoyub axar suya buraxırlar.

Sonra körpəni ya hansısa heyvan, ya da sadə bir adam (ən çox da çoban) tapır və birinci halda onu dişi heyvan, ikinci halda isə sadə və yoxsul bir qadın əmizdirir.

Yaşa dolduqdan sonra o, kəşməkəşli yollar keçərək özünün adlı-sanlı valideynlərini tapır, onu öldürmək istədiyi üçün çox vaxt atasından qisas alır və mənsub olduğu ocağın övladı kimi qəbul olunaraq böyük ad-san qazanır”.

Doğulması belə bir miflə bağlı tarixi şəxsiyyət – e.ə. 2800-cü ildə yaşamış Babil dövlətinin qurucusu Akkadlı Sarqonun öz dilindən verilmiş və bu günümüzə gəlib çatmış bu məlumatı xatırlatmaq, məncə, çox yerinə düşür: “Mən Sarqonam, Akkadın kralı olan yenilməz bir hökmdaram. Anam məbəddə kahinlik edərdi, atamın kim olduğunu bilmirəm, ancaq onun qardaşının dağlarda yaşadığını eşitmişəm. Fərat çayının sahilində yerləşən Açupirani şəhərində yaşayan anam orada mənə hamilə qalmışdı. O məni gizlində doğmuşdu. Sonra qamışdan bir səbət hörmüş onu qatranla suvayıb məni onun içinə qoyaraq böyük çayın axınına buraxmışdı, mən isə çayda batmayıb sağ qalmışdım. Suyun axarı məni Akki adında bir adamın yanına gətirib çıxarmışdı, Akki çaydan su daşıyıb satmaqla dolanırdı və xeyirxah bir insan olan Akki məni sudan çıxarıb öz doğma oğlu kimi tərbiyə edib böyütdü. Sonra sudaşıyan Akkinin həyətində bağban oldum. Onun yanında bağban işləyəndə ilahə İştar mənə vuruldu, ilahənin istəyilə kral oldum və indi artıq 45 ildir ki, hakimiyyətdəyəm”.

İlk nümunəsini Akkadlı Sarqonla bağlı gördüyümüz belə miflər sonradan bir çox adlı-sanlı insanların doğulması və qəhrəmanlığa yüksəlişi ilə haqqında da yaradılmışdı, onlardan daha çox tanınanları Musa, Kir və Romuldur. Rank adını çəkdiyimiz kitabında bu tanınmışların sırasına daha bir neçə epik və ya əfsanəvi qəhrəmanlar da artırmışdı, onların sırasında Edip, Karna, Paris, Telef, Persey, Herakl, Gilqamış, Amfion, hətta Zetos də vardı.

Belə miflərin qaynaqları və inkişaf yönləri bizə Rankın apardığı araşdırma və onlarla bağlı çıxardığı nəticələrdən yaxşı bəllidir. İndi mən onun topladığı bu materialların bəzilərini götürüb gözə çarpan bəzi özəllikləri ayırd etmək istəyirəm. Bu miflərdə igid kimi tanıdılan adam çox vaxt öz atasına qarşı üsyana qalxır və savaşının sonunda ona qalib gələrək ad-sanını ucaldır, gələcəkdə qəhrəmana çevriləcək adamın doğulduğu andan başlayaraq başına gələnlər izlənilir, onun necə doğulması, atasının istəyi ilə suya atılması, sonra kiminsə onu sudan tapıb çıxarması ilə bağlı ətraflı danışılır. Burada ən çox diqqət cəlb edən cəhət onun həmişə öz atasının şərə qulluq edən iradəsinin əksinə olaraq sağ qalması və sonra qarşılaşdığı bütün şər qüvvələrə qalib gəlməsidir. Sözsüz, qutunun suya atılması doğulmanın simvollaşdırılmasıdır, qutu ana bətnini, su isə doğuş zamanı ana bətnindən axan suyu ifadə edir. Elə əksər yuxu yozmalarında da uşaqla onun valideynləri arasındakı münasibətlər sudan çıxarılma və ya xilas edilmə kimi göstərilir və bu da elə doğumun simvollaşdırılmasından başqa bir şey deyil. Burada xalq fantaziyası bəlli simvolla bağlı hadisələri daha da dramatikləşdirməklə qəhrəmanın gələcək igidlikləri üçün zəmin hazırlayır. Bütün bu ədəbiyyatın mənbəyi isə uşağın, xüsusən də atasına qarşı valideynləri ilə münasibətlərindəki dəyişikliklərə reaksiya verən oğulun “ailə romanı” adlanan əsəridir. Uşaqlığın ilk illəri atanın böyük dərəcədə yüksək qiymətləndirilməsi ilə keçir, buna görə də yuxularda və nağıllarda kral və kraliça həmişə valideynləri ifadə edir, sonralar isə rəqabət və real məyusluğun təsiri altında valideynlərdən ayrılma və ataya qarşı tənqidi münasibət yaranır. Mifdəki hər iki ailə, həm zadəgan, həm də aşağı təbəqəli, uşağın ardıcıl həyat dövrlərində ona göründüyü kimi, öz ailəsinin əksidir.

Belə bir təhlilə əsaslansaq, gələcək qəhrəmanın doğulması ilə bağlı mifin necə yaranması, yayılması və bu miflərin nə üçün bir-birinə bənzəməsi də aydın olur. Bizim baxdığımız durumda Musanın doğulması və tərk edilməsi haqqında əfsanənin xüsusi yer tutması, hətta bir vacib məqamda digərlərinə zidd olması marağımıza səbəb olur.

Biz qəhrəmanın taleyinin cərəyan etdiyi iki ailədən çıxış edirik, hansı ki, əfsanəyə görə, uşağın taleyi onların arasında cərəyan edir. Biz bilirik ki, psixoanalitik təfsirdə onlar üst-üstə düşür və onları yalnız zaman kəsiyi bir-birindən ayırır. Əfsanənin tipik formasında uşağın doğulduğu ilk ailə zadəgan, əsasən kral mühitidir; uşağın böyüdüyü ikinci ailə isə aşağı təbəqədən və ya alçaldılmışdır, bu da təfsirin əsaslandığı şərtlərə uyğundur. Yalnız Ediplə bağlı əfsanədə bu fərq silinir.

Burada bir kral ailəsinin atdığı körpə özünə başqa bir kral ailəsində sığınacaq tapır. Deyirlər ki, bu nümunədə iki ailənin ilkin kimliyinin əfsanədə də əks olunması təsadüfi deyil.

Deyilənə görə, bu əfsanədə də körpənin doğulduğu və qovulduğu ailə ilə onun sonradan sığınacaq tapdığı ailənin eyni olduğu üstüörtülü şəkildə olsa da, aydınlaşır ki, bu təsadüf deyil. İki ailənin sosial baxımdan bir-birilə qarşılıqlı əksliyi mifə ikinci bir funksiya verir ki, bu da, bildiyimiz kimi, böyük insanın qəhrəmanlıq təbiətini vurğulamalıdır və xüsusilə tarixi şəxsiyyətlər üçün əhəmiyyətli olur. Bu qarşılıqlı əkslik, habelə qəhrəmana zadəganlıq sənədi yaratmaq, onu sosial cəhətdən yüksəltmək, habelə qəhrəmanın sıravi bir insan olmaqdan çıxıb aristokratik status qazanmasını bildirmək üçün də ola bilər. Məsələn, midiyalılar üçün yadelli və işğalçı sayılan Kirə belə bir status qazandırmaq üçün əfsanədə o, Midiya çarının nəvəsinə çevrilir. Elə Romul da buna oxşar hadisə baş verir; belə bir adam, doğrudan da olsa idi, onda o, əslində, gəlmə bir avantürist, bir yuxarı qalxan idi; əfsanə vasitəsilə o, Alba Lonqa kral evinin nəsli və varisi olur.

Musanın misalında isə məsələ tamam fərqlidir. Burada birinci ailə də yetərincə tanınmış və imkanlıdır. O, yəhudi ruhanisinin ailəsində doğulmuşdur. Ancaq adətən, miflərdə qəhrəmanın böyüməli olduğu ikinci yoxsul ailə burada Misir fironunun ailəsi ilə əvəzlənmişdir; Misir fironunun qızı çayda üzən səbətdəki Musanı tapıb sudan çıxarır və onu oğulluğa götürür. Miflərin, az qala, hamısı üçün xarakterik mövzudan kənaraçıxma çoxlarını təəccübləndirir. Əvvəlcə Edvard Meyer, onun ardınca başqa tarixçilər bu əfsanənin ilkin variantının fərqli olduğu fikrini irəli sürdülər, onların sözlərinə görə, ilkin variant belə idi: əslində, firon yuxusunda qızından doğulacaq oğlan nəvəsinin özü və imperiyası üçün böyük təhlükə olacağını öyrənir və doğulmuş körpəni səbətə qoyub Nil çayına atdırmışdı. Ancaq yəhudi millətindən olan birisi uşağı taparaq sudan çıxarmış və onu öz oğlu kimi böyütmüşdü. Yuxarıda adını çəkdiyimiz tarixçi Rankın sözlərinə görə, “milli maraqlara” görə sonradan bu əfsanəni dəyişib indi bizə çatan formaya salmışdılar.

Ancaq bununla bağlı ardıcıl düşünən zaman Musa ilə bağlı indi əlimizdə olan, digərlərindən fərqlənməyən əfsanənin başqa ilkin variantlarının olmadığı qənaətinə gəlirsən. Çünki əfsanə ya Misir, ya da yəhudi mənşəlidir. Bu əfsanəni isə ya misirlilər, ya da yəhudilər yaratmışlar. Birinci variant inandırıcı deyil, misirlilərin Musanı qəhrəman saymaq üçün heç bir səbəbi yox idi, çünki o, onlar üçün qəhrəman deyildi. Onda belə çıxır, əfsanəni yəhudi xalqı yaratmış və əfsanənin bəlli forması da onların özlərinə başçı saydıqları bu adamla bağlı olaraq yaranmışdır. Burada Musanın misirli olması onu bu əfsanənin qəhrəmanına çevirə bilməzdi, axı heç bir xalq hansısa yadellini öz başçısına çevirən əfsanə yaratmaz.

Psixoanalitik metodla yanaşdıqda, Musa haqqında əfsanənin bu gün bizə gəlib çatdığı formada, onun özünün gizli niyyətini doğrulda bilmədiyi diqqəti cəlb edir.

Musa padşah nəslindən deyilsə, onda əfsanə onu qəhrəman kimi tanıda bilməzdi, əgər o, yəhudi uşağı olaraq qalırsa, əfsanə onun ucaldılması üçün heç nə etməyib. Əfsanənin yalnız bir hissəsi qüvvədə qalır: güclü xarici qüvvələrə baxmayaraq uşağın sağ qalmasına dair təminat; bu cəhəti İsanın uşaqlıq hekayəsi də təkrarlamışdır, burada Kral Herod firon rolunu öz üzərinə götürür. Bizə həqiqətən də belə fərz etmək sərbəstdir ki, əfsanə materialının hansısa sonrakı, bacarıqsız bir işləyicisi öz qəhrəmanı Musaya klassik, qəhrəmanı fərqləndirən tərk etmə əfsanəsinə bənzər bir şey əlavə etməyi lazım bilmişdir, lakin bu, işin xüsusi şərtlərinə görə ona uyğun gəlməmişdir. Bu qeyri-qənaətbəxş və üstəlik qeyri-müəyyən nəticə ilə araşdırmamız kifayətlənməli idi və Musanın misirli olub-olmadığı sualına cavab verməzdi. Öldürülmək üçün taleyin ümidinə buraxılmış körpə kimi tanıtmağa çalışmışdır. Onun bu işi uğursuz alındığı üçün Musa haqqında əfsanə ilə yetərincə uzlaşa bilmir.

Bizim araşdırmamız bu qeyri-qənaətbəxş və üstəlik qeyri-müəyyən nəticə ilə kifayətlənməli olsaydı, Musa misirli idi sualına cavab vermək üçün heç nə etməzdi. Ancaq atılmış körpə ilə bağlı əfsanəni araşdırmaq üçün daha bir ümidverici yanaşma da vardır.

Gəlin belə miflərdə olan iki ailənin üzərinə qayıdaq. Psixoanalitik səviyyədə bu iki ailənin bir-birilə eyni olduğunu bilirik, mifik səviyyədə isə bu ailələr adlı-sanlı və sadə olmaqla iki müxtəlif ailədir. Ancaq hansısa gerçək tarixi şəxsiyyətdən söz gedirsə, burada üçüncü, real səviyyə də meydana çıxır. Qəhrəman statusuna yüksəlmiş böyük insanın doğulduğu bir ailə vardır və o realdır; ikinci ailə isə mifin öz məqsədinə çatması üçün uydurduğu yalançı ailədir. Belə hallarda, adətən, real ailə sadə ailə ilə üst-üstə düşür, uydurulmuş ailə isə adlı-sanlı olur. Musa ilə bağlı vəziyyət bir qədər fərqli görünürdü.

Bütün bunlara aydınlıq gətirə bilmək üçün, görünür, yeni bir yanaşma tələb olunur, bu yanaşmaya görə, körpəni atılan ailə, istifadə edilə bilən bütün hallarda, uydurulmuş, onu xilas edib böyüdən kimi qələmə verilmiş ailə isə realdır. Biz risk edib bu tezisi ümumi bir qayda kimi tanısaq və onu Musa ilə bağlı əfsanəyə tətbiq etsək, onda Musanın misirli, həm də ola bilsin, adlı-sanlı bir ailədən olduğu aydınlaşacaq və onun əfsanə vasitəsilə yəhudiyə çevrildiyi də bəlli olacaq. Bu tezisə arxalanaraq apardığımız araşdırmada bizim gəldiyimiz nəticə belə olacaqdır! Onda körpənin çaya atılması məsələsi də öz gerçək yerini tutur; burada hadisənin axarını yeni bir yönə salmaq və bütün bunları uzlaşdırmaq üçün, çətinliklə olsa da, onun məqsədini dəyişməyə ehtiyac yaranmışdı; beləliklə də, bu mifdə çay körpəni öldürmək üçün olan bir vasitədən onu xilas edən bir vasitəyə çevrilmiş olur.

Musa ilə bağlı əfsanənin başqa analoji əfsanələrdən ayrılması, ancaq Musa hekayəsinin bir xüsusiyyətinə aid edilə bilərdi. Qəhrəmanlarla bağlı bu cür əfsanələrdə, adətən qəhrəman özünün aşağı təbəqəyə məxsus mənşəyi üzərində ucalaraq adlı-sanlı, aristokratik təbəqəyə keçir, ancaq Musa adlı adamla bunun əksi baş verir, o adlı-sanlı Misir aristokratı səviyyəsindən misirlilərin yuxarıdan aşağı baxdıqları, İsrail övladları olan yəhudilərin arasına enməli olur.

Bu kiçik araşdırmaya başlayarkən biz onun köməyilə Musanın misirli olduğunu sübut edən ikinci, yeni bir arqument əldə edəcəyimizə ümid edirdik. Artıq dediyimiz kimi, adından irəli gələn birinci arqument bir çoxlarında heç bir həlledici təəssürat yaratmamışdı. Məsələn, Meyer (1905, 651) deyir: «Musa adı, ehtimal ki, Şilodakı kahin nəslindən olan Pinhasın adıdır... Bu, əlbəttə, bu nəsillərin Misir mənşəli olduğunu sübut etmir, lakin onların Misirlə əlaqələri olduğunu göstərir.» Əlbəttə, bu zaman hansı növ əlaqələri nəzərdə tutmaq lazım olduğunu soruşmaq olar. Körpənin atılması əfsanəsini araşdırmaqla bağlı əldə etdiyimiz yeni dəlilin də istədiyimiz uğuru qazanmayacağına hazır olmağa dəyər. Əks dəlillərlə çıxış edənlər, çox güman, əfsanənin formalaşması və şəkildəyişməsinin hədsiz qaranlıq qaldığını və ona görə də bu əfsanənin Musa ilə bağlı gəldiyimiz nəticələri yetərincə doğrulda bilmədiyini söyləyəcəklər. Həmçinin, Musa haqqında qəhrəmanlıq ənənələrinin qarışıqlığı, ziddiyyətləri, əsrlər boyu davam edən qərəzli yenidən işlənmə və üst-üstə düşmə əlamətləri ilə tarixi həqiqətin nüvə torpaq qatları ilə örtülməsinin əsl həqiqəti üzə çıxarmağı mümkünsüz etdiyini söyləmələri yerinə düşəcəkdir. Mənim özümə gəlincə, vəziyyəti çıxmazlığa gətirən düşüncələrlə razılaşmıram, ancaq onları inkar edə bilmək üçün yetərli sübutlarım da yoxdur.

Burada etibarlı məlumat almaq imkanları yoxdursa, onda mən niyə belə bir araşdırma aparıb nəticələrini toplumun diqqətinə çatdırmağa çalışıram? Nə qədər acınacaqlı olsa da, mənim arqumentlərim də ehtimal sərhədlərini adlaya bilmir.

Təəssüf edirəm ki, mənim təqsirləşdirməmin də yalnız işarələrlə məhdudlaşa bilməsi mümkündür. Ancaq birdən burada gətirilən dəlilləri bir kənara qoyub Musanın adlı-sanlı misirli ailəsində doğulduğunu bütün ciddiliyi ilə qəbul etsək, qarşımızda çox maraqlı və uzaqlara gedib çıxan perspektivlər açılır. Bir neçə, çox da mürəkkəb olmayan ehtimallar irəli sürməklə, Musanın gördüyü işlərdə hansı motivləri əsas götürdüyünü anlamaq mümkündür, onun nə üçün belə qeyri-adi davrandığını da, yəhudi xalqına aşılamaq istədiyi qanunvericilik və din yaradıcılığı ilə bağlı yeniliklərinin qaynaqlarını da, habelə hansı təkanların onu təktanrılı dinə yönəltdiyini də aydınlaşdırmaq mümkündür. Lakin bütün bu mühüm açıqlamaları yalnız psixoloji baxımdan ağlabatan olduğu üçün doğru saymaq da olmaz. Biz Musanın misirli olması ilə bağlı hansısa bir tarixi əsasın olduğunu deyiriksə, onda gərək elə bunun qədər əsaslandırılmış ikinci bir tarixi sübut da olsun, yoxsa bizim mülahizələrimiz buna qarşı çıxış edənlərin tənqidi fikirləri qarşısında sarsılacaq. İki bir-birini tamamlayan ardıcıl əsaslandırma olmadan bizim bütün dediklərimiz də fantaziya məhsulu olaraq qalacaq və reallıqdan çox uzaq görünəcək. Musanın yaşadığı çağı dəqiqliklə müəyyənləşdirə bilsə idik, yaxud da onun yəhudiləri Misirdən çıxardığı dövrlə bağlı əsaslandırılmış məlumatımız olsa idi, onda bu, gerçəkliyi üzə çıxarmaq üçün yetərli olardı. Ancaq əlimizdə belə konkret faktlar olmadığından, görünür, hələlik Musanı misirli saymaqla gələ biləcəyimiz sonrakı nəticələrdən də çəkinməliyik.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.