III. MUSA, ONUN XALQI VƏ TƏKALLAHLI DİN. BİRİNCİ BÖLMƏ

Birinci ön söz I (1938-ci ilin mart ayından əvvəl yazılmışdır) İtirməyə heç nəyi olmayan bir insan qətiyyətilə mən ikinci dəfə yaxşı əsaslandırılmış bir fikirdən daşınmaq istəyirəm və indiyədək nəşr etdirdiyim “İmago” dərgisində Musa ilə bağlı çap etdiyim iki esseyə üçüncü, sonuncu birini də əlavə etmək istəyirəm. Bundan əvvəl isə belə düşünürdüm: buna gücüm çatmaz, yəni yaşlandığıma görə yaradıcılıq qabiliyyətimin zəifləməsini nəzərdə tuturdum[2]; lakin digər maneələr də vardı.

Biz olduqca qəribə bir dövrdə yaşayırıq. Tərəqqinin barbarlıq ilə ittifaqa girdiyini görüb təəccüblənirik. Sovet Rusiyasında təxminən 100 milyon zülm altında saxlanılan insanı daha yaxşı həyat formalarına yüksəltmək öhdəliyi götürülüb. Cəsarətli idilər, onları din narkotikindən məhrum edib, həm də onlara müəyyən dərəcədə cinsi azadlıq vermək üçün kifayət qədər müdrik idilər, lakin eyni zamanda onları amansız bir təzyiqə məruz qoydular və azad düşüncə imkanlarından məhrum etdilər. Oxşar amansızlıqla italyan xalqına da qayda-qanun və borc hissinə tərbiyə edilir. Alman xalqının timsalında, demək olar ki, ibtidai barbarlığa qayıdışın heç bir mütərəqqi ideyaya söykənmədən də baş verə biləcəyini görəndə, insan sıxıcı bir narahatlıqdan qurtulduğunu hiss edir. Hər halda, bu gün vəziyyət elə formalaşıb ki, bu gün mühafizəkar demokratiyalar mədəni tərəqqinin qoruyucusuna çevrilmişdir və necə qəribə olsa da, məhz katolik kilsəsinin institutu həmin mədəni təhlükənin yayılmasına güclü müqavimət göstərir. Bəli, necə acınacaqlı olsa da, indiyədək azad düşüncə, tərəqqi və həqiqəti dərk etməyin barışmaz düşməni olan kilsə bu gün mədəniyyətin son sığınacaq yeri olmuşdur!

İndi biz katolik ölkəsində onun kilsəsinin himayəsi altında yaşayırıq və bu dincliyimizin uzun müddət davam edəcəyinə çox da güvənə bilmirik. Ancaq hələlik bu dincliyimiz davam etdikcə biz də öz tərəfimizdən kilsədə özümüzə qarşı düşmənçilik yaratmaqdan çəkinirik. Bu, qorxaqlıq deyil, sadəcə, ehtiyatdır. Xidmət etmək istəmədiyimiz yeni düşmən, artıq münasibətlərimizi yoluna qoya bildiyimiz köhnə düşməndən qat-qat qorxuludur. Apardığımız psixoanalitik araşdırmalar onsuz da katolisizmin ehtiyatlandığı bir sahədir. Onun bu davranışının ədalətsiz olduğu ilə bağlı hökm vermirik, belə olduğunu iddia etmirik. Düzdür, bizim araşdırmalarımız dinin öz təbiətinə görə müalicə etdiyimiz psixi xəstələrdə özünü göstərən nevrozlara uyğun olduğunu deyirsə və onun da insanlar üzərindəki hökmranlığının elə bu nevrozların insan psixologiyasını öz əsarəti altına almasına bənzədiyini, həmçinin onun böyük gücünü pasiyentlərimizdəki nevrotik məcburiyyət kimi izah edirsə, onda cəmiyyətdə hökm sürən qüvvəni özümüzdən narazı salmağımız da təbii sayılmalıdır. Burada iş heç də iyirmi beş il əvvəl yetərincə açıqlanmadan deyilən və indi artıq unudulmaqda olan hansısa mülahizələrlə bağlı yeni bir söz demək və onlara aydınlıq gətirməkdə deyil, biz indi o vaxt etdiklərimizi təkrarlasaq və bütün dini qurumlar üçün əhəmiyyətli olan bir nümunə üzərində izah etsək, bu, xoşagəlməz nəticələr vermədən ötüşməyəcək. Böyük ehtimalla, həmçinin bizim psixoanaliz üzrə fəaliyyətimizin qadağasına da gətirib çıxara bilər. Axı belə kəskin sıxışdırma metodları kilsənin alışdığı işlərdən biridir, üstəlik, kilsə başqalarının onun bu silahından yararlanmasını öz imtiyazlarına müdaxilə kimi qəbul edir.

Ancaq mənim uzun sürən ömrümdə özümlə yanaşı böyüyən və yayılan psixoanalizin doğulub boya-başa çatdığı indiki şəhərindən başqa, üz tuta biləcəyi heç bir ayrı sığınacağı da yoxdur. Mən bunu bir ehtimal saymıram, mən bilirəm ki, məni Musa ilə bağlı araşdırmalarımın sonuncu bölməsini çap etdirməkdən çəkindirən müdaxilənin xaricdən gələn təhlükə ilə bağlı olduğuna ürəkdən inanıram. Bu maneəni adlaya bilmək üçün öz-özümə deməli oldum: buradakı qorxu mənim öz şəxsi rolumu şişirtməkdən törəyir. Çox böyük ehtimalla, belə işlərlə bağlı qərar qəbul edən qurumlar üçün mənim Musa və təkallahlı dinlərlə bağlı nə yazdığımın heç bir önəmi yoxdur. Lakin mən bu sözümün doğruluğuna sonadək inana da bilmirəm. Çox-çox əvvəllər mənə elə gəlirdi ki, gördüyüm işlərə görə mənə qarşı yönələn yamanlıqlar və boş-boş sensasiyaçılıqdan çəkdiyim ağrı-acıların əvəzində, nə vaxtsa çağdaşlarımın indi görmədiyim diqqətini özümə sarı çəkə bilməkdən bir xoşbəxtlik duyacağam. Mən bu əsəri çap etdirməyəcəyəm, ancaq bu onu yazmağımın qarşısını almamalıdır. Həm də artıq iki il əvvəl mən onu yazmışam, indi yalnız onu yenidən işləyib əvvəlki iki məqaləyə əlavə etmək qalır. Bundan sonra isə, görünür, bu əsər gizlin bir yerdə bəlli bir vaxta yetişənədək qorunub saxlanmalı olacaq. Həmin vaxt yetişəndə isə bu yazı sakitliklə üzə çıxacaq, ya da elə bir vaxt gələcək ki, eynilə mənim dediklərimlə eyni qənaətə gəlib çıxan biri tapılacaq və o, vaxtilə mənim də belə bir iş gördüyümü öyrənib deyəcəkdir: nə vaxtsa, qarışıqdolaşıq zamanlarda elə mənim kimi düşünən bir başqası da olubmuş.

İkinci ön söz (1938-ci ilin iyununda, Londonda yazılmışdır) Musanın kimliyi ilə bağlı yazdığım bu essedə çoxlu özünəməxsus çətinliklərlə qarşılaşmalı oldum – bunlar daxili şübhələrimlə də, xaricdən mənə qarşı ola biləcək müdaxilələrlə də bağlı idi – bütün bunların nəticəsində isə bu üçüncü, yekun esse bir-birinə zidd, hətta bir-birini ləğv edən iki müxtəlif ön sözlə başlayır. Çünki bu ikisi arasında qısa müddət ərzində yazıçının xarici şəraiti köklü şəkildə dəyişdi. Bu esselərin yazılması ilə bağlı keçən zaman kəsiyində müəllifin xarici amillərdən asılılığında köklü bir dəyişiklik baş verdi. Mən onda hələ katolik kilsəsinin himayəsi altında yaşayırdım və bu əsərin çap edilməsi ilə həmin himayəni itirəcəyimdən və psixoanalizlə bağlı özümün və ardıcıllarımın Avstriyada gördüyümüz işlərə qadağa qoyulacağından çəkinirdim. Bu zaman, gözlənilmədən, almanlar Avstriyanı işğal etdilər; Bibliyanın sözləri ilə desək, katolisizm "titrək bir qamış" olduğunu sübut etdi. İndi təkcə düşüncə tərzimə görə deyil, həm də "irqimə" görə təqib olunacağıma əmin olaraq, bir çox dostlarımla birlikdə, erkən uşaqlıqdan 78 il ərzində mənə vətən olmuş şəhəri tərk etdim.

Ölkəmdən köçüb gəldiyim gözəl, azad, açıqürəkli İngiltərədə məni çox mehribanlıqla qarşıladılar. Burada mən istəkli qonaq sayılıram, heç bir sıxıntı və təzyiq duymadan yaşayıram, habelə yenidən danışmaq və yazmaq – az qala deyəcəkdim: istədiyim kimi və ya məcbur olduğum kimi düşünmək haqqım var. Beləliklə də, artıq öz əsərimin son hissəsini də çap etmək üçün ürəklənmişəm.

Daha özümə qarşı yönələn xarici bir müdaxilə də yoxdur, ya da ən azından məni qorxudub geri çəkilməyə məcbur edəcək belə bir müdaxilə yoxdur. Burada olduğum bir neçə həftə ərzində dostlarımdan, mənim burada olmağıma sevinənlərdən, tanımadığım, hətta maraqsız şəxslərdən saysız alqışdolu ismarıclar aldım, onlar yalnız mənim burada azadlıq və təhlükəsizlik tapdığıma görə qənaətlərini bildirmək istəyirdilər. Bununla yanaşı, bir əcnəbi üçün çox təəccüblü görünən başqa mövzuda məktublar da almışam. Bu məktub sahibləri mənəvi sağlamlığımın qayğısına qalır, mənə İsa Məsihin yollarını göstərmək və məni İsrailin gələcəyi haqqında maarifləndirmək istəyirdilər.

Görünür, bu məktubları yazan xeyirxah insanlar məni yetərincə tanımadıqlarından belə çağırışlar edirlər, ancaq çox keçmədən həmin yeni həmvətənlərim Musa ilə bağlı yazdığım bu əsəri oxuyandan sonra, onların mənə indi göstərdikləri rəğbəti itirəcəyəm sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Lakin yaşadığım cəmiyyətdə baş verən siyasi çevriliş və yaşayış yerimi dəyişməyim daxilimdə olan çətinliklərlə bağlı heç nəyi dəyişə bilmədi. İndi də, keçmişdə olduğu kimi, gördüyüm işə tam inamla yanaşa bilmirəm, mən indiki vəziyyətimdə müəlliflə onun gördüyü iş arasındakı vəhdət və qarşılıqlı aidliyin şüurunu itirmişəm. Bu, nəticənin düzgünlüyünə olan inamımın çatışmazlığı demək deyil.

Gəldiyim nəticələrin doğruluğuna həmişə belə inamsız yanaşdığımı da deyə bilmərəm. Bu nəticələrin doğruluğuna mən iyirmi beş il bundan əvvəl, 1912-ci ildə “Totem və tabu” əsərini yazanda inanmışam və keçən bu illərdə inamım daha da möhkəmlənmişdir. O çağlardan başlayaraq mən dini fenomenləri də fərdlərin bizə bəlli olan nevrotik simptomları kimi anlamalı olduğumuza şübhə etmirəm və dini fenomenin də nevroz kimi, çoxdan unudulmuş əhəmiyyətli proseslərə qayıdış kimi yarandığını düşünürəm, bu qayıdış isə insan soyunun sivilizasiyadan qabaqkı proseslərdən ayrıla bilməməsilə bağlıdır və elə buna görə də bu duyğu belə davamlı xarakter daşıyır, çünki onlar öz məcburi xarakterlərini məhz bu mənşəyə borcludurlar və buna görə də tarixi həqiqət tərkibləri sayəsində insanlara təsir edirlər. Mənim şübhələrim isə burada nümunə olaraq seçdiyim yəhudi monoteizminin bu cümlələrini sübut edə bilib-bilmədiyimi özümdən soruşanda yaranır. Mənim tənqidimə görə, Musadan qaynaqlanan bu iş bir ayağının ucunda balet edən rəqqasəyə bənzəyir.

Əgər mən qəhrəmanlar haqda miflərdəki onların körpə vaxtı atılması ilə bağlı analitik təhlilimə əsaslanmasa idim, daha sonra isə Zellinin Musanın aqibəti ilə bağlı fərziyyələrinə arxalanmasa idim, onda bu kitab yazılmamış qalmalı idi. Hər halda, indi ikinci, sırf tarixi Musa tədqiqatımın nəticələrini ümumiləşdirməyə başlayıram.

Mən burada ikinci, Musa ilə bağlı tarixi araşdırmalardan ibarət olan essemdə gəldiyim nəticələrin xülasəsini verməklə işə başlamaq istəyirəm. Bu nəticələr psixoloji araşdırmalar üçün ilkin şərtləri formalaşdırdığından, habelə psixoloji faktorlardan doğulub sonradan elə onlara qoşulduğundan onlar burada yenidən tənqidə məruz qalmayacaqlar. A Tarixi ilkin şərt Marağımızı cəlb edən hadisələrin təkrarını burada yenidən tənqid etməkdən çəkinəcəyik.

A. Tarixi mülahizələr Beləliklə də, bizim diqqətimizi çəkən tarixi fon belə idi: XVIII firon sülaləsinin işğalları nəticəsində Misir dünya səviyyəsinə çıxan bir dövlətə çevrilmişdi. Yenicə yaranmağa başlayan imperializm meyilləri dini dünyagörüşün inkişafına təkan verməyə başlamışdı, bu inkişaf xalq səviyyəsində olmasa da, ən azı, dünyəvi və ruhani hakimiyyətlə bağlı olan yüksək təbəqənin təsəvvürlərində köklü dəyişikliklər yaratmaqda idi. Günəş tanrısının On (Heliopol) şəhərində yerləşən məbədinin kahinlərinin təsiri ilə – onlar bu təsiri, böyük ehtimalla, Asiyadan almışdılar – Atonun universal tanrı olması ideyası irəli sürülür və onun bütün mövcud ölkələrin və xalqların tanrısı olduğu düşüncəsi ortaya atılır, artıq bir ölkə və bir xalqla məhdudlaşmır. IV Amenhotep adlanan bir gənc fironluq taxtına çıxır və onun ən böyük məqsədi həmin universal tanrı ideyasını inkişaf etdirmək olur. O, Atona olan inancı dövlət dini səviyyəsinə qaldırır və nəticə olaraq Aton tək tanrı elan olunur; başqa tanrıların varlığı isə inkar və onlarla bağlı miflərin hamısı yalan və uydurma elan olunur. Gənc firon o çağın insanları üçün çox cəlbedici olan ovsunçuluq ayinlərini qadağan edir və ən başlıcası, sıravi misirlilərin qətiyyətlə inandığı ölümdən sonrakı həyatın varlığı ilə bağlı o dünya illüziyasının olmadığını təbliğ etməyə başlayır. Sonradan elmin gələcəyilə bağlı müəyyən nəticələri heyrətamiz intuisiyası ilə duyan gənc firon Günəş şüalarının enerjisinin dünyada olan hər şeyə həyat verdiyini sezir və Günəşi öz tapındığı tanrının simvolu sanmağa başlayır. O, yaradılış sevincindən və Maatda (həqiqət və ədalət) yaşamasından qürur duyur və bu tanrının şəninə himnlər (alqış duaları) yazır.

Bu, insanlığın tarixində ilk, ola bilsin, əsl təkallahlı din olmuşdu; bu dini daha dərindən araşdırmaq onun yaranmasının psixoloji şərtlərini öyrənmək baxımından bizə olduqca dəyərli məlumatlar verə bilərdi. Ancaq Aton dini ilə bağlı bu günümüzə olduqca azacıq məlumatın gəlib çatması buna çox maneçilik törədir. Bu dinin yaradıcısı firon Ehnatonun ölümündən sonra hakimiyyətə gəlmiş və hakimiyyəti zəiflədən fironların çağında onun qurduqlarının hamısı dağıdıldı. Yeni dinin ortaya çıxması ilə bağlı olaraq, başqa tanrıların məbədlərindəki sıxışdırılmış kahinlər fürsətdən yararlanıb qisas almağa axışdılar, Aton dini ləğv olundu, üstəlik, bu dinin yaradıcısı olan fironun xatirəsindən də qisas almaq və birdəfəlik yaddaşlardan silmək üçün onun yeni paytaxtı lənətlənərək qarət edildi və dağıdıldı. E.ə. təxminən 1350-ci ildə XVIII sülalə süquta uğradı və bir neçə il çəkən anarxiyadan sonra fironluq taxtına çıxıb 1315-ci ilədək hakimiyyətdə olan sərkərdə Haremhab ölkədə ciddi qayda-qanun yarada bildi. Ehnatonun apardığı islahatlar isə unudulmağa məhkum olaraq tarixi bir epizoda çevrildi.

Exnatonun islahatı unudulmağa məhkum bir epizod kimi görünürdü. Bu hadisələrlə bağlı tarixin bizə çatdırdıqları yalnız bunlardan ibarətdir, sonrakı araşdırmalarımızı aparmaq üçün biz ancaq öz fərziyyələrimizə əsaslanmalı oluruq.

Ehnatonun əhatəsindəki adamların arasında, ehtimal ki, Totmes adlı biri vardı. Həmin dövrdə bu ad geniş yayılmışdı və çoxlarını bu adla çağırırdılar, – sözün düzü, dediyimiz adamın adının nə olması o qədər də vacib deyil, ən başlıcası, onun adının ikinci hissəsində “moze” sözünün olmasıdır. O, Misirin ali təbəqəsindən idi və tanrı Atonun dininə çox möhkəm bir etiqadla bağlanmışdı, eyni zamanda təbiətcə xəyalpərəst olan firondan fərqli olaraq bu adam çox enerjili və çalışqan biri idi.

Ehnatonun ölümü və onun dininin qadağan olunması onun bütün ümidlərinin puç olması demək idi. Misirdə qalıb yaşaya bilərdi, ancaq burada onu aşağı təbəqəyə düşmək, ya da kafir kimi yaşamaq taleyi gözləyirdi. Həmin dövrdə sərhədyanı bölgələrin birində vali işləyən bu adam bəlkə də burada çox illər öncə məskunlaşmış semit soylu oymaqlarla tanış olmuşdu. Keçirdiyi sarsıntı, təkliyi və hakimiyyətdən məhrum olmasından yaranan itkilərinin yerini doldura bilmək üçün o, bu yadellilərə üz tutmalı oldu. Həmin semit oymaqlarını öz xalqı olaraq seçdi və onların köməyilə öz idealını gerçəkləşdirmək yolunu tutdu. Ətrafındakı yaxın adamları ilə bu oymaqlara qoşularaq əvvəlcə özü üçün yeni xalq olaraq seçdiyi bu adamları sünnət ayini ilə “təmizlədi” və müqəddəsləşdirdi, sonra isə onları da götürüb Misirin sərhədlərindən uzaqlara yola düşdü, yeni qanunlar verdi, həm də onları misirlilərin artıq üz döndərdiyi Aton dini ilə tanış elədi.

Böyük ehtimalla, bu Musa deyilən adamın öz yəhudilərinə verdiyi göstərişlər müəllimi və hökmdarı olmuş Ehnatonun göstərişlərindən daha sərt idi və hələ də məbədi On şəhərində yerləşən və fəaliyyət göstərən Günəş tanrısı kultuna əsaslanmaqdan da imtina etmişdi. O, ardıcılları ilə birgə Misirdən çıxdıqdan sonra onları sünnət əlaməti ilə müqəddəsləşdirdi, onlara qanunlar verdi və misirlilərin yenicə rədd etdiyi Aton dininin təlimlərinə yönləndirdi. Misirdən çıxışı 1350-ci ildən sonrakı interreqnum dövrünə aid etməliyik.

Misirdən köç etməsini biz e.ə.1350-ci ildən sonrakı, sülalələrarası dövrə aid etməyə borcluyuq. Bundan sonrakı zaman kəsiyində Kənaan torpaqlarının tutulmasınadək olan hadisələr qatı qaranlığa bürünmüşdür. Bibliya mətnlərinin qəsdən və ya bilmədən qaranlığa gömdüyü bu zaman kəsiyi ilə bağlı tarix iki faktı tapıb üzə çıxara bilmişdir. Birinci faktı E.Zellin tapmışdır: yəhudilər – hətta Bibliyada da öz qanunvericisi və öndərinə qarşı tərslik və itaətsizlik göstərdiyi deyilən bu xalq günlərin birində Musaya qarşı qiyam qaldırmış, onu öldürmüş və onlardan əvvəl misirlilərin etdiyi kimi, onlara zorla qəbul etdirilmiş Aton dinindən üz döndərmişdilər. İkinci faktı isə E.Meyer göstərmişdir: Misirdən qayıtmış yəhudilər Fələstin, Sinay yarımadası və Ərəbistan torpaqları arasındakı yerlərdə özlərinə çox yaxın qohum olan yerli oymaqlarla birləşmiş, daha sonra burada bol sulu Kadeş ərazisində Kadeş ərazisində, mənşəcə ərəb olan madianlıların təsirilə vulkan tanrısı Yahvenin yeni dininə itaət etməyə başlamışlar. Bir din ətrafında birləşib vahid millətə çevriləndən sonra onlar Kənaan torpaqlarını tuta bilmişlər.

Bu hadisələrin bir-biri və Misirdən köçlə bağlı zaman etibarilə hansı münasibətdə olduqları çox qaranlıqdır. Əlimizə gəlib çatan sonrakı tarixi qaynaq isə e.ə. 1215-ci ilədək hakimiyyətdə olmuş firon Merneptahın daş üzərində oydurduğu yazıdır. O bu yazısında Suriya və Fələstinə qarşı apardığı hərbi yürüşlərdən danışır, sözarası bu döyüşlərin gedişində İzraeli məğlub etdiyini də qeyd edir. Həmin daş lövhənin yazıldığı tarixi terminus ad quem (gerçək) qəbul etsək, onda Misir köçündən İzrael dövlətinin qurulmasına gətirib çıxaran vaxt yüz ilə yaxın bir müddətlə əhatə edir (e.ə. 1350-dən e.ə. 1215-ə qədər). Lakin ola bilsin ki, “İsrail” adı hələ bizim izlədiyimiz qəbilələrə aid deyil və əslində bizim ixtiyarımızda daha uzun bir dövr var. Sonrakı yəhudi xalqının Kənan torpaqlarında məsk

1350-1215). Ancaq ola bilər, burada adı keçən “izrael” başqa semit tayfaları ilə bağlı olub, bizim taleyini izlədiyimiz yəhudi oymaqlarına aid olmasın və Misirdən köçdükdən sonrakı müddətin daha uzun olmasını düşünmək həqiqətə daha uyğundur. Yəhudi xalqının Kənaan torpaqlarına yerləşməsi, əlbəttə, sürətli bir fəth deyil, mərhələlərlə və uzun müddət ərzində baş verən bir proses idi. Merneptahın daş lövhəsini kənara qoyub Musanın yaşadığı çağda bir nəslin dəyişməsi müddətini 30 il götürsək (Musanın yəhudiləri səhrada dolandırdığı 40 illik müddətə oxşar olaraq), onda yəhudi oymaqlarının Misirdən çıxıb Kadeşdə başqa oymaqlarla birləşməsinə qədər, ən azı, iki, ola bilsin, daha çox nəsil dəyişməsi baş verməli idi; Kadeşdəki birləşmədən sonra Kənaan torpaqlarına hücumadək olan zaman intervalı isə daha qısa olmalı idi; Yəhudi qaynaqları Misirdən köç eləməklə Kadeşdə yeni dinin qəbulunadək olan müddətin qısaldılmasında əsaslı maraqları vardı, bizim mülahizələrimiz isə bunun əksini iddia edir.

Mənim bu oxunaqlı bədii üslubda yazılmış və tarixi biliklərimizdə olan boşluqları doldurmaq məqsədi güdən əsərim vaxtilə “Imago” dərgisində çap olunmuş ikinci essemin bəzi yerlərinin təkrarıdır. Diqqətimizi çəkən başlıca məsələ Musa və onun doktrinasının taleyini izləməklə bağlıdır və bəlli olduğu kimi, yəhudilərin ona qarşı qaldırdıqları qiyam bu doktrinanın göz önündə baş verən inkişafını dayandıra bilmişdi. Bibliyanın Yahveist təfsirçilərinin e.ə. 1000-ci ildə yazıya aldıqları və sözsüz, bundan çox əvvəl yazılanlara əsaslanan mətnlərdən aydın olduğuna görə, Kadeşdə dini özül üzərində birləşmənin baş verməsi ilə yanaşı, hələ də sonadək qovuşa bilməmiş iki təmayülün ardıcılları arasında kompromisə nail olunmuşdu. Bu tərəflərdən biri üçün tanrı Yahvenin yadelli mənşədən olmasını və Misirdən gələnlərin gətirdiyi yeniliyin özgə xalqdan götürülməsini inkar etmək çox vacib idi; bütün bunlarda başlıca məqsəd tanrı Yahveni və onun adına bağlanan yeni dini xalqın ürəkdən tapındığı bir inanca çevirmək idi. Burada öz maraqlarını güdən ikinci tərəf isə Misirdən köçməklə bağlı dəyərli xatirələrinin unudulmasını istəmirdi, habelə böyük öndər Musanın obrazını yaşatmağa çalışırdı, elə buna görə də onlar Musanın dininin zahiri əlamətlərindən birini, sünnəti saxlamağa müvəffəq oldular və yeni tanrının adının işlədilməsinə bir sıra məhdudiyyətlər qoyulmasını bacardılar. Biz bu tələblərlə çıxış edən insanların Musanın yaxınları olmuş və onunla birgə ölkəsini tərk etmiş misirlilər – levitlər olduğunu da demişdik və onların Misirdən çıxdıqdan sonra öz ölkəsindən yalnız bir neçə nəsil dəyişməsi ilə ayrıldıqlarını, lakin Musanın yəhudilərə verdiyi dini təlimlə bağlı hələ də canlı xatirələrlə yaşadıqlarını da qeyd etmişdik.

Bibliyanın Yahveist və bir az sonrakı Elohist təfsirçilərinin etdiklərini belə poetik təsvirlərlə canlandırandan sonra onların gördükləri bu işi qəbirüstü abidəyə də bənzədə bilərik: bu abidənin dayandığı qəbirin içində isə sonrakı nəsillərin heç vaxt dəqiqliyi ilə öyrənə bilmədiyi biliklər uyuyur və onların içində gerçəkliklə bağlı məlumatlar, Musanın dini təliminin təbiəti və bu böyük insanın amansızlıqla öldürülməsi ilə bağlı biliklər də var. Beləliklə də, əgər bu prosesi doğru-düzgün yoza biliriksə, onda bundan sonra baş verənlər də bizim üçün heç bir anlaşılmazlıq olmayacaq, lakin bütün bunlar hansısa məqamda yəhudi xalqının tarixində Musa ilə bağlı dövrün tamamilə sona çatdığını da göstərə bilərdi. Qəribədir ki, belə deyil, xalqın bu təcrübəsinin ən güclü təsirləri yalnız sonradan üzə çıxmalı, əsrlər boyu tədricən reallığa çevrilməli idi.

Ancaq qəribədir ki, belə deyil, xalqın bu təcrübəsinin ən güclü təsirləri yalnız sonralar ortaya çıxmalı, əsrlər boyu tədricən reallığa daxil olmalı idi. Bitdiyini söylədiyimiz dövrdən çox sonralar bu ideyalar yüz illər boyunca sıxışdırılıb xalqın yaddaşından çıxarılsa da, zaman keçdikcə insanların şüuruna və duyğularına daha güclü təsir etməyə başlayır. Yahvenin xaraktercə ətraf xalqların və qəbilələrin tanrılarından çox fərqlənməməsi ehtimalı azdır. Düzdür, bu qonşu xalqlar bir-biri ilə savaşdığı kimi, Yahve də qonşu xalqların tanrıları ilə çarpışırdı, ancaq o çağlar Yahveyə ibadət edən insanlardan heç birinin Kənaan, Moava və Amalikdə yaşayan xalqların tanrılarının varlığını inkar etmək ağlına belə, gələ bilməzdi.

Ehnatonun fəaliyyəti ilə meydana çıxmış təkallahlı din ideyası baş vermiş bu hadisələrdən sonra yenidən qaranlığa gömüldü və çox uzun müddət beləcə qaldı. Nil çayının yaratdığı birinci şəlalənin yaxınlığındakı Elefantin adasında aşkar olunan tapıntı belə bir heyrətamiz məlumatı üzə çıxardı: sən demə, orada yüz illər boyunca yəhudi hərbi koloniyası yerləşmiş və onların məbədində baş tanrı Yahve ilə birlikdə eyni ad daşıyan iki qadın tanrı da olmuşdur, onlardan biri Anat-Yahve adlanmışdır. Düzdür, bu yəhudi oymağı öz yurdundan ayrılmışdı və öz xalqının dini inkişafında iştirak etməmişdi; Fars İmperiyasının hakimiyyət orqanları (V əsr) vasitəsilə Yerusəlimdən gələn yeni kult qaydaları haqqında məlumat əldə etmişdilər. Auerbach, cild. Daha uzaq keçmişə qayıdası olsaq, onda tanrı Yahvenin Musanın tanrısı olan Atonla heç bir bənzərliyinin olmadığını da inamla deyə bilərik. Aton sülhsevər idi, yer üzündəki nümayəndəsi, əslində onun nümunəsi olan firon Ehnaton kimi, ata-babalarının qurduğu imperiyanın dağılmasına fəaliyyətsiz şəkildə tamaşa edirdi. Sözsüz, yeni torpaqlar işğal etmək istəyən xalq üçün Yahve daha əlverişli bir tanrıdır. Musanın tanrısına ibadət etmək üçün göstərilən səbəblər isə sadə xalq kütləsinə anlaşılmaz görünürdü.

Musa tanrısında ibadətə layiq olan hər şey ibtidai kütlənin anlayışından tamamilə kənarda idi. Artıq mənim kimi düşünən bir sıra müəlliflərin olduğunu böyük sevinclə vurğulayaraq demişəm: iudaizm dininin inkişafının başlıca faktoru tanrı Yahvenin zaman keçdikcə öz başlıca xüsusiyyətlərini itirməsi və getdikcə daha çox Musanın köhnə tanrısı Atona bənzəməsidir. Düzdür, onlar arasında ciddi və vacib fərqlər də var, ancaq bunun səbəbini aydınlaşdırmaq çox da çətin deyil. Tanrı Aton bəlli bir müddətdə Misirdə özünün xoşbəxtliyə çatdığı bir dövr yaşaya bilmişdi, hətta onun dayağı olan fironun hakimiyyəti zəiflədikdən sonra da fironun pərəstişkarları onların inancına qarşı yönələn təcavüzlərdən yayına bilmiş, tanrı Atonun adı ilə bağlı olan On məbədində ibadət etmiş və hələ bir müddət üçün bu inancı yaşada bilmişdilər.

Tale yəhudi xalqını bir sıra ağır sınaqlar və ağrılı təcrübələrlə üzləşdirdi, onun tanrısı da sərt, ciddi və qaraqabaq oldu. Bu tanrı universal tanrıya xas olan xüsusiyyətləri özündə saxlamış, bütün xalqları və ölkələri üzərində də onun hökmünü qurmuş, ancaq bu tanrı kultunun yəhudilərə misirlilərdən keçməsi faktı, yəhudilərin onun seçilmiş xalqı olması və onların xüsusi öhdəliklərinin sonda xüsusi mükafat tapacağı əlavəsində öz ifadəsini tapmışdı. Görünür, xalqın öz dözülməz vəziyyəti ilə onu himayə edəcək qüdrətli və yenilməz tanrıya olan inamla birləşdirməsi 513-cü səhifədə qeyd olunduğu kimi, çox da asan başa gəlmirdi. Lakin onlar özlərini çaşdırmağa qoymadılar, tanrıya qarşı yaranan şübhələri boğmaq üçün insanlarda günahkarlıq duyğusu güclənməyə başlayırdı və görünür, heç bir səbəb tapmayanda bugünkü inanclı kimsələrin də etdiyi kimi, onlar “tanrının dərkolunmaz iradəsini” səbəb olaraq götürməli olurdular. Əgər o, həmişə yeni zorakıların, assuriyalıların, babillilərin, farsların meydana çıxmasına icazə verdiyinə, onların tərəfindən tabe edilib pis rəftara məruz qaldıqlarına təəccüblənmək istəsəydilər, onun qüdrətini bütün bu pis düşmənlərin özlərinin də məğlub edildiyində və onların imperiyalarının yox olduğunda görürdülər.

Son olaraq, yəhudilərin tanrısı Yahve ilə nəhayət çox sonradan üç mühüm parametr üzrə Musanın köhnə tanrısı ilə eyniləşə bildi. Birinci və həlledici faktor onun gerçəkdən tək bir tanrı olmasının qəbul olunması, habelə onun yanında başqa heç bir tanrının qeyri-mümkün (və ya: düşünüləbilməz) olması idi. Ehnatonun ideyası bütöv bir xalq tərəfindən bütünlüklə və tam dərinliyi ilə qəbul edildi və bu xalq təkallahlılıq ideyasına var gücü ilə bağlandığından, bu ideya onun mənəvi həyatının nüvəsinə çevrilib burada heç bir başqa maraqlar üçün yer qoymadı. Xalq və onun içində yaranan kahinlər bu məsələdə yekdil idilər, ancaq kahinlər yeni inancın ayin və mərasimlərini formalaşdırmaqla öz işlərini məhdudlaşdırarkən xalqın içində Musanın təlimindəki tanrı ilə bağlı daha iki atributun öz inanclarına gətirilməsi yönündə güclü təmayüllər yaranmağa başlamışdı.

Yeni inancdan ilhamlanan peyğəmbərlər səslərini qaldırıb tanrının bütün ayin və qurbanvermə mərasimlərini günah saydığını, insanlardan yalnız ona etiqad bəsləməyi, və öz həyatlarını düzlük və ədalət içində keçirməyi tələb etdiyini car çəkməyə başladılar. Bu peyğəmbərlər səhralara çəkilib orada sadə və müqəddəs bir həyatla yaşayarkən, sözsüz, Musanın ideallarının təsiri altında idilər.

İndi belə bir suala cavab verməyin vaxtı çatmışdır: tanrı ilə bağlı iudaist baxışların tamamilə formalaşmasında Musanın təsirinin olduğunu demək nə dərəcədə doğrudur? Bütün bunların yəhudilərin yüz illər boyunca çəkən mədəni yüksəlişinin özündən təbii şəkildə doğulduğunu düşünmək daha doğru deyilmi? Bizim aydınlaşdırmaq istədiyimiz bütün müəmmalara son qoyan belə bir yozumu ikimənalı şəkildə dəyərləndirmək olar. Axı yüz illər boyunca mədəni inkişaf yolu keçmək çox istedadlı yunan xalqını təkallahlılığa deyil, çoxallahlılığa gətirib çıxarmışdı və onlar buradan da fəlsəfi düşüncələrə gəlib çatmışdılar. Bizim anladığımıza görə, Misirdə təkallahlı din bu dövlətin imperiya yaratmasının nəticəsi kimi yaranmışdı, tək tanrı yer üzündəki böyük bir dövlətin qeyri-məhdud və vahid sahibi sayılan fironun təcəssümü kimi ortaya çıxmışdı. Yəhudilərin siyasi vəziyyəti eksklüziv xalq tanrısı ideyasından universal dünya hökmdarı ideyasına doğru inkişaf üçün son dərəcə əlverişsiz idi. Hansı səbəbdən bu kiçik və gücsüz xalq dünyanın hakimi olan universal tanrının sevimli və seçilən xalqı olmaq iddiasına düşə bilərdi?

Beləliklə də, yəhudilərin arasında təktanrılı dinin necə yaranması sualı cavabsız qalır və burada can qurtaran bir cavaba üz tutulur, sən demə, yəhudilər təktanrılı dini məxsusi dini dühalarının köməyilə yarada bilmişlər. Bəlli olduğu kimi, dühanın nə demək olduğu mübahisəli olduğu qədər də dərkolunmazdır və bununla bağlı suallar da cavabsızdır, ona görə də çox vaxt hansısa sualın ağlabatan cavabı olmayanda belə iddialar ortaya atılır.

Daha sonra yəhudi yazılı mətnlərinin və tarixi qaynaqlarının özündə qarşılaşdığımız bir sıra faktlar bu dəfə heç bir ziddiyyətə uymadan, qətiyyətlə təktanrılı din ideyasının onlara Musa tərəfindən gətirildiyini təsdiq edirlər. Bu fikrin inandırıcı olduğunu inkar edənlər də öz mühakimələrini sübut etmək üçün kahinlərin Bibliya mətnlərini işləyərkən ən çox Musaya əsaslandıqlarını göstərirlər, yəni Musaya əsaslanaraq yazılmış mətnlərdə onun hansısa gerçək düşüncələrinin qəsdən buraxıla bilməyəcəyini bir dəlil sayırlar. Buna misal olaraq, çox sonralar yaranmış ayin və mərasimlərin Musa tərəfindən yaradıldığını deməklə onların mötəbərliyinin artırılmasını göstərə bilərik. Bütün bunlar bizə şübhələnmək üçün əsas versə də, ancaq deyilənləri inkarı üçün yetərli deyil. Belə şişirtmələrin daha dərin motivlərinin nə olduğu bəllidir. Kahinlər yazdıqları mətnlərdə öz yaşadıqları dövrlə Musanın ideyalarının çiçəkləndiyi dövr arasında məqsədli şəkildə varislik əlaqəsi yaratmağa çalışırdılar; onlar bizim tapıb üzə çıxardığımız çox təəccüblü bir durumu: Musanın qanunları ilə sonrakı yəhudi dini arasında bir uçurumun yarandığını inkar etmək məqsədi güdürdülər. Bu uçurum əvvəlcə Yahve xidməti ilə doldurulmuş və yalnız sonradan tədricən aradan qaldırılmışdır. Onlar bütün mümkün vasitələrlə bunu inkar etməyə çalışsalar da, Bibliya mətnlərinin açıqlanması üçün tətbiq olunan xüsusi metodlar onun tarixi doğruluğunu sübut edən çoxlu məlumatların qalmasına baxmayaraq. Burada kahinlərin redaktəsi ilə yeni tanrı Yahveni Atatanrıya çevirən təhrifedici tendensiyaya bənzər bir şey etməyə çalışmışdır. Bibliyanın Kahinlik kodeksi adlanan redaktəsində qarşılaşdığımız bu motivi nəzərə alsaq, onda bu dinin başlıca ehkamının inkarı mümkünsüz görünür və yəhudilərə təkallahlı din ideyasını Musanın verdiyi bəlli olur.

Bu ata-oğul münasibətlərinə əsaslanan sistemi anlamaq çətin deyil, axı iudaist kahinləri bunu bilməsələr də, biz Musanın bu ideyanı haradan götürdüyünü bilirik.

Burada belə bir sual verə bilərlər: iudaist təktanrılı dininin Misirdən qaynaqlandığını hesab etməklə biz nə qazanırıq? Axı bu nəticəni qəbul etməklə problem cüzi şəkildə yerindən tərpəndi və biz təktanrılı dinin necə yaranması ilə bağlı yeni heç nə öyrənə bilmədik. Bu sualın cavabı belədir: biz burada uduş axtarmırıq, araşdırma aparırıq. Bəlkə də, biz hadisələrin, əslində, necə baş verdiyini aydınlaşdıra bilsək, onda hansısa yenilikləri də öyrənmək imkanı qazanacağıq. B. Latentlik dövrü və ənənə Beləliklə də, biz tək allah ideyasının ortaya çıxması, eləcə də ovsun və cadulara əsaslanan ayinlərin rədd edilməsi, habelə, tək allah adından insanlar qarşısında mənəvi tələblər qoyulmasının həqiqətən də Musanın təlimləri olduğuna inanırıq. Həmçinin bütün bu ideya və ehkamların əvvəlcə heç bir rəğbət görmədiyini, lakin zaman keçdikcə tədricən uğurlar qazana bildiyini və nəhayət, uzun bir müddət üçün qalib gəldiyini də öyrəndik. Belə bir gecikmiş təsiri necə izah etmək olar və buna bənzər fenomenlə daha harada qarşılaşmaq mümkündür?

Ağlımıza birinci gələn düşüncə belə ola bilər: onlara müxtəlif sahələrdə tez-tez rast gəlmək olar, burada asan və çətin anlaşılan üsullar ola bilər. Misal olaraq, yeni elmi nəzəriyyənin taleyinə baxaq – Darvinin təkamül nəzəriyyəsini götürək. Bu təlim əvvəlcə kəskin nifrətlə qarşılandı, 10-20 il ərzində qızğın şəkildə inkar olundu, ancaq bir nəslin dəyişilməsinə gərək olan vaxtdan da az bir müddətdə nəzəriyyə gerçəkliyin dərk olunmasına doğru atılan nəhəng bir addım kimi qəbul olundu. Hətta Darvinin cənazəsi böyük hörmətlə dövlət səviyyəsində dəfn olunmağa layiq görüldü.

Belə bir halın sirrini açmaq üçün çox səy tələb olunmur. Danışdığımız bu hadisə bizim düşdüyümüz qeyri-müəyyənlikdən çıxmağımıza az da olsa, yol göstərə bilir. Yeni həqiqət emosional bir etirazla qarşılanır – bu etiraz narazılıq doğuran nəzəriyyənin sübutlarını inkar edən arqumentlər şəklində özünü göstərə bilər; rəylərin mübarizəsinin konkretləşməsi isə vaxt tələb edir. Lap əvvəldən yeni nəzəriyyə və ya təlimin tərəfdar və əleyhdarları olur və hər iki tərəfdə onların sayı artır. Lakin təlimin tərəfdarları həqiqəti təmsil elədikləri üçün, onların səyləri artdıqca sayları da artır və nəticədə, əleyhdarları üstələyir. Qarşılaşdığımız problemə oxşar hallarda bu prosesi həmişə xatırlamağa dəyər. Prosesin başa çatması üçün bu qədər uzun müddətin keçməsi təəccüb doğura bilməz, yəqin ki, kütləvi psixologiya prosesi ilə işlədiyimizi kifayət qədər qiymətləndirmirik.

Dediyimiz prosesin fərdin psixi həyatı ilə tam analogiyasını tapmaq çətin deyil.

Bu prosesə tam uyğun analogiyanı fərdin psixi həyatında tapmaq çətin deyil. Bu, kiminsə inkaredilməz güclü arqumentlərə əsaslandığı üçün inanmalı olduğu hansısa yeniliklə qarşılaşdığı zaman, bu yeniliyin onun istəkləri və dəyərli saydığı qənaətləri ilə uzlaşmadıqda baş verir. Onda bu adam inanmalı olduğu doğrunu qəbul etməyi gecikdirməyə çalışır, onu şübhə altına ala biləcək əsaslar axtarışına çıxır, bir neçə müddət beləcə öz-özü ilə döyüşür və nəhayət, belə bir nəticəyə gəlib çıxır: bunu qəbul etmək mənim üçün asan olmasa da, xoşagəlməz olsa da, hər halda, istər-istəməz, onu qəbul etməyə məcburam. Buradan bir şeyi öyrənmiş oluruq: insanın öz ağlının köməyi ilə “MƏN”-inin, güclü affektiv yüklənmələrlə saxlanılan etirazları dəf etməsi üçün müəyyən vaxt tələb olunur.

İndi göstərəcəyimiz misalın bizim problemlə daha az bağlı olduğu düşünülə bilər.

Bir də görürsən, kimsə qorxunc bir bədbəxtliklə, tutalım, qatarların toqquşması kimi bir faciə ilə üzləşib sağ qalır və baş verənlərin onu sarsıda bilmədiyi aydın olur. Ancaq bu faciədən bir neçə həftə sonra həmin adamın psixikasında və hərəkətlərində çox ağır simptomlar özünü göstərməyə başlayır, belə simptomlar isə, adətən, onun yaşadığı şokdan, sarsıntıdan və ya o zaman təsir etmiş başqa səbəblərdən irəli gəlir. Beləliklə də, ilk baxışda üzləşdiyi faciəyə soyuqqanlı yanaşdığı düşünülən bu adamda “travmatik nevroz” yaranır. Bu, tamamilə anlaşılmaz, yəni yeni bir faktdır. Baxdığımız misalda, görünür, bədbəxt hadisənin baş verməsi ilə nevrozun ilkin simptomlarının üzə çıxması arasında keçən müddəti infeksiya ilə bağlı xəstəliklərdə işlənən terminlərdən yararlanaraq “inkubasiya dövrü” adlandırırlar. Sonradan bizə aydın olmalıdır ki, bu iki hadisənin fundamental fərqlərinə baxmayaraq, travmatik nevroz problemi ilə iudaizmdəki təktanrılı din problemi arasında bir nöqtədə uyğunluq mövcuddur. Bu bənzərlik, yəni latentlik adlandırıla biləcək xarakterdə özünü göstərir. Axı bizim əsaslandırılmış mülahizələrimizə görə, iudaist dininin tarixində Musanın dinindən imtina etdikdən sonra çox uzun müddət keçmiş və həmin mərhələdə təktanrılı din ideyasından, ayinlərin rədd edilməsindən və etikaya həddindən artıq vurğu edilməsindən heç nə hiss olunmurdu. Belə çıxır, biz qarşılaşdığımız problemi həll etmək üçün onun yaranmasında rolu olan xüsusi psixoloji situasiyanı müəyyən eləməliyik.

Artıq Kadeşdə baş vermiş hadisə ilə bağlı iki dəfə söz açmışıq və gələcəkdə yəhudi xalqını formalaşdıracaq iki ayrı kütlənin yeni din qəbul etmək üçün görüşdüyündən danışmışıq. Misirdən köçmək və Musanın obrazı ilə bağlı xatirələr insanların qəlbində hələ də çox güclü və dərin olduğundan, qədim hadisələr haqqında bir hesabatda yer almasını tələb edirdilər. Ola bilsin, onlar Musanı yaxından tanıyan adamların nəvələri idilər və bəziləri özünü hələ də misirli sayır, misirli adları daşıyırdı. Ancaq onların lideri və qanunvericisi olan Musanın taleyinə biçilən xatirələri sıxışdırmaq üçün yaxşı səbəbləri də vardı. İkinci tərəfdə dayananlar isə yeni tanrının ad-sanını ucaltmağa və onun yadelli mənşəyinin inkarına çalışırdılar. Hər iki tərəf də özlərində əvvəlki bir dinin olmasını və onun məzmununun nə olduğunu inkar etməkdə eyni marağa sahib idilər. Beləliklə də, ilk kompromis baş tutdu və böyük ehtimalla, onun nəticələri tezliklə yazılı olaraq da qeydə alınmışdı; Misirdən gələn adamlar özləri ilə əlifba və tarix yazmaq həvəsini gətirmişdilər, lakin tarixşünaslığın amansız həqiqətə sadiq qalmaq öhdəliyini dərk etməsinə hələ çox vaxt var idi. Əvvəlcə o, öz hesabatlarını öz ehtiyaclarına və tendensiyalarına uyğunlaşdırmaqdan çəkinmirdi, sanki tlacağını gözləmək sadəlövhlük olardı.

Tarixin yalnız gerçəkliyi işıqlandırması düşüncəsinin bərqərar olması üçün hələ çox vaxt keçməli idi. Belə tarixçilər yazdıqları hadisələri öz arzu və istəkləri üzrə qələmə almaqdan utanmırdılar, onlar, elə bil, “tarixin saxtalaşdırılması” adlı bir anlayışın olmasından xəbərsiz idilər. Nəticə etibarilə, hansısa gerçək hadisənin yazılı variantı ilə onun ağızlarda dolanan şifahi variantı arasında çox güclü ziddiyyətlər yaranmağa başlayırdı. Çox güman ki, hansısa hadisələrin üstündən keçmək, yaxud da onu dəyişərək yazıya alınan mətnlər dəyişməz qalır, sonradan bu yanlışları gələcəyə çatdırırdılar. Beləliklə də, bu cür mətnlər artsa da, onların çoxu tarixi həqiqətləri əks etdirən şifahi məlumatlarla ziddiyyət yaradırdı. Bəlli olduğu kimi, şifahi danışıqda qorunan tarixi məlumatlar məqsədyönlü təmayüllərin tarixi gerçəklikləri korlaması ilə bağlı təsirlərinə çox az məruz qalır, bəzi hallarda isə, demək olar ki, təhrif olunmadan gələcəyə ötürülürdü. Bu səbəbdən də, onların əsasında sonradan yazıya alınmış mətnlər həqiqətə daha çox uyğundur. Ancaq bu mənbələrin etibarlılığını azaldan onların dəyişməz qalan yazılı mətnlərlə müqayisədə nəsildən-nəslə şifahi şəkildə keçdikcə məruz qaldıqları çoxsaylı təhriflər idi. Belə məlumatların taleyi tam fərqli ola bilər. İlk növbədə belə düşünə bilərik: yazılı mətnlər vaxt keçdikcə şifahi versiyaları aradan qaldırıb özünü daha mötəbər qaynaq kimi tanıtmağa başlayır, bu məlumatların dəyişkənliyi yazılı mətnlərin dəyişməzliyi qarşısında tab gətirə bilmir və getdikcə gerçəklikdən daha çox təxəyyülün məhsullarına bənzəməyə başlayır, tədricən unudulur. Lakin onların taleyi başqa cür də ola bilir: ağızdan-ağıza keçən bu məlumat yazıya alınır və ortadan qalxır, bununla bağlı bir az sonra yenə də danışacağıq.

İndi isə araşdırmamızda tətbiq etdiyimiz latentliklə (gizli inkişaf dövrü) bağlı olaraq iudaizmdə belə bir dövrün necə keçdiyi ilə bağlı problemə aydınlıq gətirmək lazımdır: doğrudan da, rəsmi qaydada məqsədyönlü şəkildə inkar olunan istənilən situasiya və hadisə – indiki halda bu inkar tarixi mətnlərdə əks olunur – əslində heç vaxt itməmişdir. Onlarla bağlı məlumatlar xalqın yaddaşında yaşamağa davam edir.

Onlar haqqında məlumatlar xalq arasında qorunub saxlanılan ənənələrdə yaşayırdı. Bildiyimiz kimi, Zellinin mülahizəsinə görə, hətta Musanın aqibəti ilə bağlı rəsmi versiya ilə ziddiyyətdə olan və gerçəkliyə çox yaxın məlumatlar var. Biz də burada öz mülahizələrimizi irəli sürə və Musanın ölümü ilə yanaşı, onun dininin bir sıra tələblərinin nə üçün Musanın çağdaşları üçün qəbuledilməz olduğunu da aydınlaşdıra bilərik. Eyni şeyi, güman edə bilərik ki, Musanın ölümü ilə birlikdə yox olmuş digər şeylərə, Musanın çağdaşlarının əksəriyyəti üçün qəbuledilməz olan Musa dininin bəzi məzmunlarına da aid idi. Ancaq baxdığımız faktın bir maraqlı cəhətinə də diqqət yetirməyə dəyər: yazıya alınmayan bu məlumatlar zaman keçdikcə zəifləməmiş, yüzilliklər keçdikcə daha da güclənmiş və dini mətnlərin sonrakı redaktələrində yazılı mətnlərə qoşula bilmiş, rəsmi hesabatların sonrakı redaksiyalarına daxil olmuş və nəhayət, xalqın düşüncə və hərəkətlərinə həlledici təsir göstərəcək qədər güclü olduqlarını göstərmişlər. Belə bir yekun nəticəyə gətirib çıxaran şərtlərin nədən ibarət olduğu əvvəlcə bizim biliyimizdən kənardır.

Bu fakt çox diqqətəlayiq olduğundan onu bir daha qeyd etməkdən məmnunluq duyuruq. Çünki daxilində bizim problemimiz yatır. Yəhudi xalqı Musanın ona təklif etdiyi Atonun dinindən üz döndərdi və qonşu xalqların tanrısı Vaaldan çox az fərqlənən bir tanrıya ibadət etmək yolunu tutdu. Bundan sonra görülən işlərin heç biri bu biabırçılığı ört-basdır edə bilmədi. Ancaq Musanın dini də izsiz-soraqsız yoxa çıxmadı, o unudulmayan bir inanc forması kimi yaddaşlara hopdu, onun ənənələrdə də bir az qaranlıq, bir az təhrif olunmuş şəkildə yaşadığını da düşünmək mümkündür. Ənənələr isə müəyyən mənada təsir göstərməyi bacardı, bu təsirlər getdikcə insanın ruhu üzərində daha çox hakim olmağa başladı, nəticədə insanlar tanrı Yahvenin adını saxlayaraq mahiyyətini Musanın tanrısına çevirə bildi.

Bununla da, yüz illər əvvəl üz döndərdikləri musaçılıq dinini dirçəltməyə başladılar.

Çoxdan unudulmuş dini ehkamların çox sonralar bəlli bir xalqın psixikasına belə güclü təsir etməli olması bizə tanış olmayan bir təsəvvürdür. Burada biz özümüzü münasib hiss etmədiyimiz kütləvi psixologiya sahəsinə düşürük. Biz analogiyalara, uyğun faktlara baxırıq, ən azı, təbiətdə bu vəziyyətlə uzlaşan situasiyalar tapmağa çalışırıq. Mənə elə gəlir, bu vəziyyəti anlamaq üçün lazımi uyğunluğu tapa biləcəyik.

Biz belələrinin tapılacağına inanırıq. Yəhudilərdə Musanın dininə qayıdışın gözə çarpmağa başladığı vaxtlarda yunan xalqı öz əfsanə və miflərindən ibarət zəngin bir xəzinə sahib idi. Ehtimal olunduğuna görə, e.ə. IX və VIII yüzilliklərdə Homerin bu əfsanələr silsiləsindən qaynaqlanan hər iki eposu yaranmışdı. Bizim apardığımız bu psixoloji araşdırmalar zamanı Şliman və Evansdan çox əvvəl belə bir sualın yaranması gözlənilən idi: Homerin və böyük attik dramaturqların öz şah əsərlərində işlədiyi bütün bu əfsanəvi materialı yunanlar haradan götürdülər? Cavab isə belə ola bilərdi: Bu xalq, ehtimal ki, öz tarixindən əvvəlki dövrdə xarici parıltı və mədəni çiçəklənmə dövrü yaşamış, bu dövr tarixi bir fəlakətdə məhv olmuş və bu əfsanələrdə qaranlıq bir ənənə şəklində qorunub saxlanılmışdır.. Belə mülahizələri irəli sürmək indiyədək çox riskli sayılırdı, lakin müasir dövrdə aparılan arxeoloji qazıntılar onların doğruluğunu təsdiqlədi. Arxeoloqların bu axtarışları, böyük ehtimalla, e.ə. 1250-ci ildən əvvəl dağılmış çox böyük Krit-Miken mədəniyyətinin qalıqlarını tapıb üzə çıxara bildi. Bu çağdan sonra yaşamış yunan tarixçilərinin heç birinin əsərlərində bu mədəniyyətlərlə bağlı məlumat yoxdur. Onların əsərlərində yalnız epizodik şəkildə vaxtilə kritlilərin dənizdəki hökmranlığından, onların Minos adında kralından, böyük və gözəl sarayından, burada qurulan labirintdən söz açılır; tarixçilərin əsərlərində o dövrlə bağlı başqa heç bir dəyərli məlumat yoxdur, ancaq həmin dövrün mahiyyətini açan digər məlumatlar xalq arasında dolaşan əfsanələrdən yararlanmağı bacaran şairlərin əsərlərində yaşaya bilmişdir.

Başqa xalqların da belə eposları var: misal olaraq, alman, hind və finlərin yaratdığı çoxsaylı eposları göstərmək olar, hansılar ki, məlum olmuşdur. İndi ədəbiyyatşünas tarixçilər araşdırmalar aparıb belə bir suala cavab axtarırlar: bu xalqların bu günə gəlib çatan eposları, yunanlarda olduğu kimi, uzaq keçmişin böyük mədəniyyətlərindən soraq verir?

Digər xalqlarda, almanlarda, hindlilərdə, finlərdə də xalq eposları məlumdur. Ədəbiyyat tarixçilərinin vəzifəsi onların yaranmasının yunanlarınkı ilə eyni şərtlərə malik olub-olmadığını araşdırmaqdır. Düşünürəm ki, araşdırma müsbət nəticə verəcək. Bizim tanıdığımız şərt budur: bir parça tarix, dərhal sonra məzmunlu, əhəmiyyətli və möhtəşəm, bəlkə də həmişə qəhrəmanlıq kimi görünməli olan, lakin o qədər uzaq keçmişə aid olan, sonrakı nəsillərə yalnız qaranlıq və natamam bir ənənənin çatdığı bir parça tarix. Eposun sonrakı dövrlərdə bir sənət növü kimi yox olmasına təəccübləniblər. Bəlkə də izahı ondadır ki, onun şərtləri artıq yaranmırdı. Köhnə material işlənmişdi və bütün sonrakı hadisələr üçün tarixşünaslıq ənənənin yerini tutmuşdu. Günümüzün ən böyük qəhrəmanlıqları bir eposa ilham verə bilmədi, lakin artıq Makedoniyalı İsgəndərin də Homer tapa bilməyəcəyindən şikayət etməyə haqqı vardı. Çoxdan keçmiş zamanlar insanların təxəyyülü üçün böyük, tez-tez sirli bir cazibəyə malikdir.

Günümüzün ən böyük qəhrəmanlıqları bir eposa ilham verə bilmədi, lakin Makedoniyalı İsgəndər artıq Homeri tapa bilməyəcəyindən şikayətlənməyə haqlı idi. Çox uzaq keçmişdə baş vermiş hadisələr insanların fantaziyaları üçün böyük, çox vaxt müəmmalı bir cazibəyə malikdir. İnsanlar öz indiki zamanlarından narazı olduqları zaman – və bu kifayət qədər tez-tez baş verir – keçmişə üz tuturlar və bu dəfə heç vaxt sönməyən qızıl dövr xəyalını gerçəkləşdirməyə ümid edirlər. Belə insanlar, güman ki, hələ də uşaqlıqlarının sehri altındadırlar, bu uşaqlıq onlara qərəzsiz bir xatirə tərəfindən narahat olmayan xoşbəxtlik dövrü kimi əks olunur. Əgər keçmişdən yalnız natamam və dumanlı xatirələr qalırsa, hansıları ki, biz ənənə adlandırırıq, onda bu, sənətçi üçün xüsusi bir stimul olur, çünki o zaman ona xatirələrin boşluqlarını öz fantaziyasının istəklərinə uyğun doldurmaq və təkrarlamaq istədiyi dövrün obrazını öz niyyətlərinə uyğun formalaşdırmaq sərbəstliyi verilir. Demək olar ki, ənənə nə qədər qeyri-müəyyən olarsa, şair üçün bir o qədər faydalı olar.

Poeziya üçün ənənənin əhəmiyyəti bizi təəccübləndirməməlidir və eposun şərtləri ilə analogiya bizi o qəribə fərziyyəyə daha çox meylləndirəcək ki, yəhudilər arasında Yahve xidmətini qədim Musa dininin ruhunda dəyişdirən Musa ənənəsi idi. Ancaq bu məlumatlardan yararlanmaq da, yerinə görə bir-birindən hələ də kəskin fərqlənir. Birincidə ondan poeziya, ikincidə dinin yaradılması üçün yararlanırlar. Eposun vəziyyətində təbii ki, bunun əksini göstərə bilməyəcəyi bir sədaqətlə ənənənin təsiri altında yenidən istehsal edildiyini fərz etdik. Beləliklə də, bizim problemimizdən daha uyğun analogiyalara ehtiyacı doğrultmaq üçün kifayət qədər qalır.

C. Analogiya Biz iudaizmin tarixində aşkara çıxardığımız çox təəccüblü bir prosesə uyğun gələn yalnız təmin edici bir analogiya tapa bildik və o, guya tamamilə fərqli bir sahədəndir; lakin buradakı uyğunluq mükəmməldir və az qala, eyniləşmə səviyyəsinə gəlib çatır. Bu analogiyanın aid olduğu prosesdə biz yenidən latentlik (gizli inkişaf dövrü) fenomeni ilə qarşılaşırıq, bu isə özünü izah tələb edən anlaşılmaz hadisələrin yaranmasında və erkən, sonradan unudulmuş təcrübənin şərtində də göstərir. Burada həm də eposun yaranmasında nəzərə alınmayan, məntiqi düşüncəni üstələyərək psixikaya təsir edən məcburiyyət də başlıca xüsusiyyətlərdən birinə çevrilir.

Dediyimiz bu analogiyaya biz psixopatologiyada nevrozluğun formalaşması prosesində rast gəlirik, bu isə sözsüz, fərdi psixologiya ilə bağlı fenomendir, lakin dini fenomen kütləvi psixologiya ilə bağlıdır. Sonra bu analogiyanın ilk baxışda göründüyü qədər heyrət doğuracaq şəkildə olmadığını da aydınlaşdırırıq və onun bizim işimizə yalnız ilkin bir mülahizə kimi kömək edə biləcəyi də məlum olur.

Erkən yaşanmış, sonradan unudulmuş təəssüratları, hansılara biz nevrozların etiologiyası üçün böyük əhəmiyyət veririk, travma adlandırırıq. Nevrozların etiologiyasının ümumiyyətlə travmatik hesab edilə biləcəyi sualı açıq qalır. Bu fikrə etiraz edənlər öz mühakimələrini belə əsaslandırırlar: heç də bütün vəziyyətlərdə nevrozların məhz bu travmalara görə xəstələndiyini demək olmur və çox vaxt onların uşaqlıqda yaşadıqları belə sarsıntıları tapıb üzə çıxarmaq mümkün deyil. Belə xəstələri müayinə etdikdən sonra, adətən, onların xəstəliyinin səbəbi yaşadıqları duyğulara hədsiz və anormal reaksiya vermələri və yüksək tələbkarlıqla yanaşmaları ilə yozulur, eynilə nevrotik olmayanların bu kimi duyğulara normal yanaşdığını və asanlıqla yoluna qoyduğunu da bir nümunə kimi göstərirlər. Nevrozun müayinəsi zamanı xəstəliyin yaranma səbəbinin irsi, yaxud konstitusional dispozisiyalardan başqa heç nə ilə izah edilə bilməyəndə, başa düşüləndir ki, nevrozun qazanılmadığını, əksinə inkişaf etdiyini deməyə çalışırlar.

Bununla bağlı olaraq iki məqam qeyd olunur. Onlardan birincisi, nevrozun həmişə və hər yerdə ilkin uşaqlıq çağında yaşanmış hansısa bir sarsıntıdan qaynaqlanmasıdır, belə ki, əgər bu ilkin dövrlər araşdırmadan və nəzərə alınmadan kənarda qalarsa, psixoanalizlə məşğul olmaq mənasızdır, necə ki bəzi tərəflərdən belə edilir. İkincisi isə, doğrudan da, “travmatik” adlana bilən hallar mövcuddur, çünki onların təsirləri bu erkən dövrün bir və ya bir neçə güclü təəssüratına qayıdır, hansılar ki, normal həllini tapmamışdır, belə ki, düşünmək olar ki, əgər bunlar baş verməsəydi, nevroz da yaranmazdı. İndi öz məqsədimiz üçün tapdığımız bu analogiyanın travmatik hadisələrlə məhdudlaşdırılması yetərli olacaqdır. Üstəlik, bu iki qrup hadisə arasında keçilməz bir uçurum da yoxdur. İki mülahizəni bir şərhdə birləşdirmək də olar; bu, yalnız travmatik olaraq nəyin təyin edilməsindən asılıdır. Əgər fərz etmək olarsa ki, təcrübə travmatik xarakteri yalnız kəmiyyət faktorunun nəticəsində əldə edir, yəni bütün hallarda, əgər təcrübə qeyri-adi, patoloji reaksiyalar doğurursa, günah tələbin həddindən artıq olmasındadır, onda asanlıqla belə bir nəticəyə gəlmək olar ki, bir konstitusiyada travma kimi təsir edən şey başqa birində belə bir təsirə malik olmazdı. Beləliklə, sürüşən, sözdə tamamlayıcı bir sıra təsəvvürü yaranır, burada iki faktor etioloji tamamlanma üçün birləşir, birinin çatışmazlığı digərinin artıqlığı ilə kompensasiya olunur, ümumiyyətlə hər ikisinin qarşılıqlı təsiri baş verir və yalnız sıranın iki ucunda sadə motivasiyadan danışmaq olar. Bu mülahizədən sonra travmatik və qeyri-travmatik etiologiya arasındakı fərqi axtardığımız analogiya üçün əhəmiyyətsiz hesab edərək bir kənara qoymaq olar.

Təkrarçılıqda həmişə bir təhlükə olsa da, məncə, burada baxdığımız analogiyanın varlığını təsdiq edən faktları yenidən gözdən keçirib bir yerə toplamaq məqsədəuyğun olardı. Onlar aşağıdakılardır: bizim araşdırmamız üçün aydın olmuşdur ki, nevrozun fenomenləri (simptomları) adlandırdığımız şeylər müəyyən təcrübələrin və təəssüratların nəticəsidir və biz onları etioloji travmalar kimi tanıyırıq. Qarşımızda iki məsələ dayanır: birincisi, bu sıxıntılı duyğuların ümumi cəhətlərini axtarmaq, ikincisi də, onlara uyğun şəkildə yaranan nevrotik simptomların ümumi cəhətlərini araşdırmaq. Bu işi görmək üçün sxem qurmadan keçinə bilməyəcəyimiz də aydındır, halbuki müəyyən sxematizasiyalardan qaçmağa ehtiyac yoxdur.

I əlavə: a) bütün bu travmalar ilk uşaqlıq çağlarına düşür, təxminən beş yaşına kimi baş verir. Körpənin danışmağı öyrənməyə başladığı dövrdəki təəssüratları çox maraq doğurur; iki-dörd yaş arasındakı mərhələ isə çox vacib sayılır; doğulandan sonra hansı yaş dövründən başlayaraq bu həssaslığın yarandığını müəyyən etmək mümkün olmamışdır; b)yaşanmış bu duyğular sonradan bütünlüklə unudulur və yaddaş üçün əlçatmaz olur və körpəlik çağının yaddaşsızlığı dövründə qalır, hansı ki, əsasən ayrı-ayrı xatirə qalıqları — maskalayıcı xatirələr — ilə kəsilir.; c) bu qırıq-qırıq xatirələr daha çox seksual və aqressiv təbiətli olurlar, bunu, haradasa, “MƏN”-in ilkin zədələnməsinə (narsisizm) çox bənzətmək olar. Qeyd etmək lazımdır ki, belə azyaşlı uşaqlar seksual və aqressiv davranışları bir-birindən dəqiqliyi ilə ayıra biləcək şüura malik olmurlar (cinsi aktın sadistcəsinə yalançı qavranılması). Ancaq burada seksual məqamın olması gözə çarpır və onun nəzəri baxımdan dəyərləndirilməsi tələbi yaranır.

Cinsi anın üstünlüyü, əlbəttə ki, çox diqqətəlayiqdir və nəzəri qiymətləndirmə tələb edir. Buradakı üç məqam: doğulandan sonra ilk körpəlik çağında birinci beş ildə baş vermə, unudulma və seksual-aqressiv məzmun bir-biri ilə sıx əlaqəlidir. Alınan travmanın səbəbi ya öz bədəninin üzləşdiyi hansısa hadisə, ya da eşitmək və ya görməklə bağlı yaşanan hansısa duyğu, daha doğrusu, hansısa hadisədən alınan təəssürat olur. Bu üç məqamın belə birləşməsi psixoanalizin gəldiyi nəticələrə arxalanan nəzəriyyə ilə izah oluna bilər. Bu zaman unudulmuş keçmiş təəssüratlar xatırlanır, aydın, lakin dağınıq bir məzmunda üzə çıxır və unudulan xatirələri yaddaşa qaytarmağı bacarır. Nəzəriyyənin bildirdiyinə görə, geniş yayılmış düşüncələrin əksinə olaraq, insanın cinsi həyatı – yaxud sonradan belə adlanan akt – çox erkən yaşlarından baş qaldırır və təxminən beş yaşında ikən dayanır. Daha sonra cinsi yetkinlik yaşına çatanadək latentlik (gizli, üstüörtülü inkişaf) dövrü gəlir və bu yaşlarda seksuallığın inkişafı gözə çarpmır, hələ üstəlik, onun zəifləməsi müşahidə olunur. Bu nəzəriyyə daxili cinsi orqanların anatomik araşdırılması vasitəsi ilə sübut olunur və onun irəli sürdüyü mühakimələrə görə, insanın törədiyi, onun əcdadı olmuş heyvan – adətən, təbiətdəki başqa canlılarda olduğu kimi – çox erkən, beş yaşında cinsi yetkinlik səviyyəsinə çatan bir canlı olmuşdur və seksual oyanmanın körpəliyin ilkin mərhələsində baş qaldırıb zəifləməsi, sonra yenidən aktivləşməsi kimi ikilik insan orqanizminin tarixi təşəkkülü ilə bağlıdır. Görünür, insan təbiətdə belə latentlik dövrü keçirən və seksual gecikmə xüsusiyyəti olan yeganə canlıdır. Bu nəzəriyyənin doğruluğunu primatların anatomiyasını öyrənməklə dəqiqləşdirmək olardı, lakin mənim bildiyimə görə, belə tədqiqatlar aparılmayıb. Görünür, erkən yaşlardakı təəssüratlarla bağlı xatirələrin unudulması ilə bu yaşlarda özünü göstərən erkən seksual oyanmanın eyni bir dövrə düşməsi psixoloji baxımdan maraq doğurmalıdır. Böyük ehtimalla, bu iki hadisənin eyni vaxta düşməsi də gələcək nevrozların qaynağıdır və bu da, müəyyən mənada, insanın bir üstünlüyü sayılmalıdır, yəni bizim bədənimizdə uzaq keçmişdən qalma yarasız qalıqlar olduğu kimi, erkən seksual oyanma kimi vaxtsız hadisənin qarşısının alınması da yaddaşın itirilməsi ilə aradan qaldırılır.

II: nevrotik fenomenlərin ümumi keyfiyyət və ya xüsusiyyətlərini araşdıranda iki məqamı vurğulamaq lazımdır: a) söz açdığımız travmaların iki cür: müsbət və mənfi təsirləri olur. Birincilər travmanı yenidən aktuallaşdırmaq, yəni unudulmuş təcrübəni xatırlamaq, daha doğrusu, onu real etmək, onun təkrarını yenidən yaşamaq cəhdləridir, hətta bu, yalnız əvvəlki affektiv münasibət olsa belə, onu başqa bir şəxslə analog münasibətdə yenidən canlandırmaqdır. Belə cəhdlər travmada travmaya fiksasiya və təkrarlama məcburiyyəti adlandırılır. Bu deyilənlər normal “MƏN”-lərdə də özünə yer edə və onun daimi tendensiyaları kimi ona dəyişməz xarakterik xüsusiyyətlər verə bilər. Burada travma unudulmuş kimi görünsə də – baxmayaraq ki, və ya daha doğrusu, onların əsl əsası, tarixi mənşəyi unudulmuşdur – öz təsirini dolayı şəkildə göstərməkdə davam eləyir – öz təsirini dolayı şəkildə göstərməkdə davam eləyir. Məsələn, indi artıq yaşa dolmuş bir kişi ilk körpəlik çağını hədsiz dərəcədə anasına yaxın keçiribsə və ona möhkəm bağlı olubsa, sonradan bunları unutsa belə, çox vaxt öz həyatında asılı olmaq istədiyi, onu dolandıracaq və qoruyacaq bir qadını axtarıb tapmağa çalışır. Yaxud yaşa dolmuş bir qızı azyaşlı vaxtlarında onun üçün cəlbedici olan cinsi təcavüzə məruz qoymuşlarsa, onda o həyatının sonrakı dövründə daima, dönə-dönə belə cinsi təcavüzə məruz qalacağı vəziyyətlərə düşə bilmək üçün təhrikedici davranışlar nümayiş etdirəcək.

İndi yürütdüyümüz mülahizələrin bizi nevroz problemi ilə bağlı olan çərçivədən kənara çıxardığını görmək çətin deyil, ancaq bu deyilənlərin bizə insan xarakterinin necə formalaşması ilə bağlı dəyərli biliklər verdiyi də danılmazdır.

Qeyd etdiyimiz müsbət təsir isə mənfi təsirlə bağlı baş verənlərin büsbütün əksini doğurmağa çalışır, unudulmuş travmaların xatırlanmasının qarşısını hər vəchlə almağa və bunu yada sala biləcək bütün davranışları əngəlləməyə can atır. Bu təsirləri müdafiə reaksiyaları da adlandıra bilərik. Onlar özünü yayınma, tormozlama və fobiya (yersiz qorxu duyğusu) yaratmaqla gerçəkləşdirir. Bu mənfi reaksiyalar da xarakterin formalaşmasına güclü təsir göstərir; özünün əksi olan reaksiyalar kimi onlar da təsbit olunurlar, ancaq bu təsbit əks istiqamətə yönəlmiş olur. Sözün dar mənasında götürsək, nevroz simptomları bir-biri ilə kompromisə girir və beləliklə də, travmadan qaynaqlanan iki reaksiya olur, növbə ilə onlardan gah biri, gah da o birisi üstünlük qazanır. Reaksiyaların belə əksliyinə görə konfliktlər yaranır və onları yalnız bir üsul tətbiq etməklə aradan qaldırmaq mümkün olmur.

b) Bütün bu fenomenlər istər simptom, istər “MƏN”-in məhdudlaşdırılması, istərsə də xarakterin ardıcıl olaraq dəyişilməsi kimi təcavüzkar xüsusiyyətli olur, daha dəqiq desək, psixi intensivliyin əhəmiyyətli dərəcədə gücləndiyi hallarda onlar gerçək xarici aləmə və məntiqi düşüncəyə tabe olan başqa psixi proseslərdən olan asılılıqlarından qurtulub, çox uzaqlara gedib çıxan müstəqillik qazanırlar. Beləliklə də, gerçək xarici aləm onlara ya heç təsir edə bilmir, ya da bu təsir yetərincə olmur, onları nə gerçək aləm, nə də onun psixikada əks olunan təsirləri maraqlandırmır.

Onlar çox asanlıqla bu iki faktorla qarşıdurma yaradır, özlərini dövlət içində dövlət kimi aparırlar, (bu, siyasi partiyalarla birgə fəaliyyət göstərmək istəməyən əlçatmaz hakim təbəqə deməkdir), ancaq digər, yəni normal adlandırılanı üstələyib öz xidmətinə məcbur edə bilər. Bu baş verdikdə, daxili psixoloji gerçəkliyin xarici aləmin gerçəkliyi üzərində ağalığı başlayır, nəticədə, psixoza yol açmış olur. Hətta bu qədər irəli getməsə belə, bu münasibətlərin praktiki əhəmiyyətini qiymətləndirmək çətindir. Ancaq bu reaksiyaların təsiri ilə işlər çox da uzaqlara gedib çıxmadan, bu münasibətlərin praktiki əhəmiyyətini qiymətləndirmək çətindir. Nevrozlarda yaşamaq arzusunun azalması və həyat üçün mübarizənin zəifləməsi insan toplumunda çox vacib faktorlardan biridir və onların hamısını insanların uşaqlıq dövründə baş verənlərin indi birbaşa üzə çıxması kimi dəyərləndirmək doğru sayılmalıdır.

İndi isə belə bir sula cavab axtaraq: bütün bu dediklərimizin bizim analogiya kimi yararlanmaq istədiyimiz latentlik ilə hansı ümumi cəhətləri var? Uşaqlıq çağında yaşanmış travmanın simptomları formalaşarkən nevrotik kükrəmə də baş verə bilər, bu isə uşaq nevrozu deyilən hadisəni törədir və elə o andaca psixika özünü müdafiə tədbirlərinə əl atır. Bu, çox uzun müddət davam edə bilər, nəzərəçarpan psixi pozuntular yarada bilər, ancaq bu vəziyyət çox vaxt üstüörtülü şəkildə gedir və diqqətdən yayınır. Bir qayda olaraq psixikanın özünümüdafiə tədbirləri uşaq nevrozunu üstələyir; ancaq istənilən halda “MƏN”-də dəyişikliklər baş verir və bunu yara sağaldıqdan sonra qalan çapıqlara bənzətmək olar. Çox təsadüfi hallarda uşaqlıq çağında qazanılan nevroz birbaşa və açıq formada inkişaf edib daşıyıcısı ilə birlikdə “yaşa dolur”. Çox vaxt isə o sakit və sezilməyən bir inkişaf yolu tutur, bu isə fizioloji latentlik dövrünün köməyi ilə dəstəklənir və ya yaranır. Yalnız çox sonra ciddi dəyişiklik baş verir və artıq tam formalaşmış nevroz uşaqlıq çağında alınan travmanın gecikmiş nəticəsi kimi üzə çıxır. Bu, ya cinsi yetkinlik yaşına çatanda, ya da ondan bir az sonra baş verir.

Birinci halda fiziki yetkinliklə bağlı olaraq fiziki yetkinliklə güclənmiş ehtiraslar, əvvəlcə müdafiəyə məğlub olduqları mübarizəni yenidən başlaya bilirlər; ikinci halda müdafiə zamanı yaranan reaksiyalar və Mən dəyişiklikləri qarşıya çıxan yeni həyati məsələləri həll eləməyə maneçilik törətdiyindən, bu da real xarici dünyanın tələbləri ilə, müdafiə mübarizəsində çətinliklə əldə etdiyi təşkilatını qorumaq istəyən Mən arasında ağır münaqişələrə səbəb olur. Nevrozlarda travmaya qarşı yaranan ilkin reaksiya ilə xəstəliyin çox sonradan meydana çıxması arasındakı müddətlə bağlı olan latentlik fenomeni onların hamısı üçün tipik olan bir xüsusiyyət kimi tanınmalıdır.

Burada xəstəliyə sağalmağa göstərilən cəhd kimi də baxmaq olar, bu, travmanın təsirilə “MƏN”-dən qopub ayrılmış hissənin onun qalan hissəsi ilə birləşdirilməsi və onu bütövləşdirərək xarici aləmlə münasibətlərində qüdrətli etməyə çalışmaqdır.

Ancaq belə bir cəhd çox təsadüfi hallarda uğur qazana bilir, analitik iş köməyə gəlməzsə, hətta o zaman da həmişə yox və əksər hallarda bu proses “MƏN”-nin bütünlüklə dağılması və parçalanması ilə, ya da onun indiyədək ondan ayrılıqda qalan travmaya uğramış hissəsi tərəfindən tamamilə zəbt olunması ilə nəticələnir.

Oxucunu danışdıqlarımıza bütünlüklə inandırmaq üçün burada çoxlu sayda nevrozların bioqrafiyalarını danışmaq yerinə düşərdi. Ancaq bu prosesin çox geniş və çətinliklərlə əlaqəli olmasına görə belə bir işi görmək bizim araşdırmamızın xarakterini dəyişmiş olardı. Bu halda bizim araşdırmamız nevrozluq nəzəriyyəsi üzrə hekayətə çevrilərdi, bu isə yalnız az qisim adamlar üçün: psixoanalizi öyrənməyi və ondan yararlanmağı özlərinə peşə seçən insanların anladığı bir söz olardı. Mən burada çox geniş oxucu çevrəsinə üz tutduğumdan, öz oxucularımdan belə bir istəyim var: qoy onlar mənim yuxarıda dediyim qısa izahatlara hələlik inamla yanaşmağa çalışsınlar, bununla da mənim tərəfimdən belə bir güzəştlə bağlıdır ki, o, gəldiyim nəticələri yalnız o zaman qəbul etməlidir ki, onların əsasını təşkil edən təlimlər doğru olduğunu sübut etsin. Mən hər halda bir hadisəni danışmağa cəhd edə bilərəm ki, bu da nevrozun yuxarıda qeyd olunan xüsusiyyətlərindən bəzilərini xüsusilə aydın şəkildə göstərir.

Ancaq yenə də burada nevrozun yuxarıda qeyd olunan bir çox xüsusiyyətlərini daha aydın göstərən bir hadisəni danışmağa çalışacağam.

Düzdür, yalnız bir hadisəni araşdırmaqla hər şeyin bütünlüklə aydınlaşacağını düşünmək yersiz olardı və burada danışılan məzmunun bizim axtardığımız analogiyadan çox uzaq olduğu da sizi çaşdırmasın və məyus etməsin.

Kiçik burjua ailəsində doğulan oğlan uşağı, adətən, bu ailələrdə həmişə olduğu kimi, körpəliyinin ilk illərində valideynləri ilə bir yataq otağında yatırdı, o danışmaq və yan-yörəsindəkiləri az-çox qavraya bilmək yaşına çatanda, ola bilsin dönə-dönə, ola bilsin daima valideynlərinin seksual yaxınlıqlarını müşahidə etmiş, bununla bağlı nələrisə görmüş, ancaq ən çox eşitdikləri ilə bundan duyuq düşmüşdü. Sonralar yuxuda baş verən cinsi oyanma və bu zaman kişilik toxumlarının ilk dəfə tökülməsindən sonra başlayan nevrozun ilk və ən narahatedici simptomu yuxunun pozulması olmuşdu.

Uşaq gecələr baş verən ən zəif səslərə qarşı çox tez qıcıqlanmağa başlamış, çox vaxt yuxudan ayılmış və bir daha yata bilməmişdi. Yuxunun bu şəkildə pozulması nevrozlarda özünü göstərən əsl kompromis simptomunun yaranmasıdır. Bu yeni vəziyyət bir tərəfdən onu nə vaxtsa yaşadığı gecə təəssüratlarından qorumaq üçündür, digər tərəfdən isə onu ayıq saxlayaraq keçmiş günlərdə yaşadığı təəssüratı bir də yaşamağa yönəltməsidir.

Belə müşahidələrlə qıcıqlanmış və kişilik aqresiyaları vaxtından əvvəl oyanmış uşaq əlləri ilə penisini (kişi cinsi orqanını) qurdalayıb onu oyandırmağa başlayır, sonra özünü atasının yerində hiss etməyə çalışaraq müxtəlif üsullarla anasına qarşı seksual istəklərini büruzə verməyə başlayır. Bütün bunlar anasının ona penisi ilə oynamağı atasına xəbər verəcəyini deməsinə və bu hərəkəti qadağan edənədək davam edir və ana burada öz uşağını: atası bunları bilərsə, onun penisini kəsəcəyini deməklə qorxutmuş və axtalanacağı ilə təhdid olunması uşaqda qeyri-adi dərəcədə güclü travma yaratmışdı. O, seksual əyləncələrindən əl çəkmiş və onların xarakterini dəyişmişdi. Özünü atasının yerinə qoymaqdan əl çəkib onunla münasibətdə özünü passiv seksual tərəf kimi aparmağa başlamış və atasının onu cəzalandıra bilməsi üçün təhrikedici davranışlara əl atmışdı. Bu cəzalar onun üçün seksual xarakter daşıyırdı və bu anlarda o özünü onu incidən anası ilə eyniləşdirir və bu üsulla ondan qisas alırdı.

Bundan sonra o anasına şiddətli qorxu duyğusu ilə bağlanmış və onun sevgisini bir an da olsa belə, itirməkdən çox qorxmuşdu. Uşağı buna vadar edən isə anasının müdafiəsi olmazsa, atası tərəfindən axtalanacağından qorxması idi. Edip kompleksinin bu modifikasiyasına düşməklə o, bütün seksual qıcıqlardan canını qurtarmış və bu duyğularının latent dövrünü yaşamağa başlamış, nümunəvi uşağa çevrilmiş, dərslərində uğur qazanmışdı.

İndiyədək olan müşahidələrimizdə biz uşağın aldığı travmanın ona göstərdiyi təsirləri izlədik və onun seksual duyğularının latent dövrünə keçdiyini öyrənə bildik.

Haqqında danışdığımız uşaq cinsi yetkinlik yaşına çatanda nevroz bütün aydınlığı ilə üzə çıxdı və onun ikinci simptomu, seksual impotensiya (cinsi zəiflik) özünü göstərdi. Uşağın cinsi orqanı öz həssaslığını itirdi, o öz orqanına toxunmaqdan çəkindi, habelə qadınlarla seksual yaxınlığa ürək etmədi. Onun seksual fəaliyyəti sadistik-mazoxistik fantaziyaları olan psixi onanizmlə məhdudlaşdı, hansılarda valideynləri arasında koitusu müşahidə etməsinin erkən izlərini tanımaq çətin deyildi. Cinsi yetkinliyin gətirdiyi güclənmiş kişilik atasına qarşı qəzəbə və ona qarşı itaətsizliyə sərf edildi. Onun atasına qarşı belə kobud və özünü məhvə aparan davranışının səbəbi xarici aləmlə toqquşması və həyatda uğursuzluğa düçar olması idi. O öz peşəsi üzrə heç nəyə nail ola bilmədi, axı bu peşəni seçməyə onu atası məcbur etmişdi. Heç kimlə dostluq etmirdi və rəhbərliyi ilə də heç vaxt yaxşı münasibət qura bilmirdi.

O, heç vaxt dost qazanmadı, rəhbərləri ilə də heç vaxt yaxşı münasibətdə olmadı. Nevroz simptomları və acizliklə yüklənmiş gənc atasının ölümündən sonra özündə güc tapıb evlənə bilmişdi, ancaq onun dözülməz bir xarakteri vardı və yaxın adamları onunla ünsiyyət qurmaqda çox böyük çətinliklərlə üzləşirdilər. O özünü eqoist, despot və amansız bir şəxsiyyət kimi yetişdirmişdi və açıq-aydın başqalarını incitmək və əzmək məqsədi güdürdü. Çox keçmədən o atasının eyni olan bir adama çevrildi, onun öz yaddaşında qalan bütün xüsusiyyətlərini getdikcə öz şəxsiyyətinə köçürməyə başladı və bununla da erkən yaşlarında aldığı seksual motivli travmanı unutmaq üçün öz kimliyində atasının obrazını canlandırmaq yolunu tutdu. Bütün bu deyilənlərdən biz nə vaxtsa sıxışdırılmış duyğuların insan psixologiyasına qayıtması hadisəsini və bütün bunların onun keçmişdə aldığı travma ilə və onun latent dövrünə keçməsi ilə bağlılığını öyrənə bildik, o cümlədən bütün bunların nevrozun xarakterik əlamətləri olduğunu da təsbit etdik.

D. Tətbiq Erkən travma, özünümüdafiə, latentlik, nevrotik xəstəliyin üzə çıxması – sıxışdırılan təəssüratın qismən geri qayıtması: bizim müəyyən elədiyimiz qaydaya görə nevrozun inkişaf sxemi belədir. İndi isə oxucudan belə bir mülahizəni qəbul etməsini xahiş eləyək: tutalım, bütün insanlığın həyatında bir fərdin qarşılaşdığı şəkildə sarsıdıcı bir hadisə baş vermişdir. Habelə buradakı proses də seksual-aqressiv məzmunlu olmuş, özündən sonra sarsıdıcı bir iz buraxmış, ancaq insanlar hamılıqla onu özlərindən uzaqlaşdırmağa çalışmış və unutmuşlar; sonradan, uzun çəkən latentlik dövrü keçəndən sonra, bu unudulmuş təəssürat geri qayıtmış, yaddaşda oyanaraq psixikaya təsir göstərmiş, öz quruluşuna və yönünə görə nevrozda qarşılaşdığımız simptomlara bənzəməyə başlamışdır.

Biz bu prosesləri başa düşməyi bacarırıq və onların simptoma bənzər nəticələrinin dini fenomenlər olduğunu göstərmək istəyirik. Təkamül ideyasının ortaya çıxmasından sonra artıq insanın əlçatmaz uzaq tarixi inkişaf dövrünün olduğuna heç kim şübhə etmir və bu dövrlə bağlı bizə heç nə bəlli deyilsə, daha doğrusu, o dövrlər unudulubsa, onda belə bir nəticə demək olar ki, postulatın çəkisini daşıyır. Biz buradakı güclü sarsıntı doğuran və unudulan travmanın hər iki fazasının ailə həyatı ilə bağlı olaraq yarandığına inana bilsək, onda bizim işimizə yarayacaq əlverişli, gözləmədiyimiz və öncədən irəli sürülən mülahizələrimizdən asılı olmayan nəticələr ala biləcəyik.

Bu aksiomatik mühakiməni mən ilk dəfə 25 il bundan əvvəl “Totem və tabu” (1912-ci il) kitabımda irəli sürmüşəm, burada isə işimizə yaradığını düşündüyüm üçün onu yenidən təkrarlamaq məcburiyyətindəyəm. Bu mühakimə Darvinin verdiyi məlumatlar və Atkinsonun irəli sürdüyü mülahizələr əsasında qurulmuşdur, bu iki alimin dediklərinə görə, uzaq keçmişdəki ibtidai icma quruluşu dövründə əcdadlarımız güclü bir erkəyin ağalıq etdiyi ayrı-ayrı icmalarla yaşamışlar. Deyilən dövrün tarixini müəyyən edə bilmirik, bu çağları bizə yaxşı bəlli olan geoloji eralar kimi dəqiq tarixi dövrlərə ayırmaq mümkün deyil və böyük ehtimalla insanın bu çox qədim əcdadının o dövrdə hələ nitq qabiliyyəti olduqca az inkişaf etmişdi. Belə bir ideyanın ən mühüm cəhəti bütün ibtidai insanların, daha dəqiq desək, bizim əcdadlarımızın hamısının belə bir taleyi yaşaması mülahizəsinin irəli sürülməsidir.

Bu tarix adama çox qısa görünsə də, baş verənlər bizə sanki bir anda baş vermiş hadisə kimi gəlsə də, bütün bunlar min illər boyunca davam etmiş və bu uzun dövr saysız-hesabsız təkrarlanmışdı. Güclü erkək bütöv bir icmanın ağası və atası idi, özünün qeyri-məhdud hakimiyyətindən amansızcasına yararlanırdı. İcmadakı bütün qadınlar – onun arvadları və qızları – onun şəxsi mülkiyyətində idi, habelə görünür, başqa icmalardan oğurlanan qadınlar da onun mülkiyyətinə çevrilirdilər. Oğulların taleyi çox ağır idi; atalarına qarşı qısqanclıq göstərsə idilər, onları ya öldürür, ya axtalayır, ya da icmadan qovurdular. Onlar kiçik icmalarda yaşamağa və qadınları quldurluq yolu ilə əldə etməyə məcbur idilər, burada bəziləri ibtidai icmadakı atanın mövqeyinə bənzər bir mövqeyə yüksələ bilirdilər. Anadangəlmə qazandıqları imtiyazlara görə, kiçik oğullar müstəsna mövqe qazana bilirdilər, analarının sevgisi ilə müdafiə olunaraq atanın qocalıq çağından öz xeyirləri üçün yaralana və ata öldükdən sonra onun yerini tuta bilirdilər. Nağıl və əfsanələrdə böyük qardaşların evdən qovulması və ya çıxıb getməsi, habelə kiçik qardaşın atanın varisi olması ilə bağlı izlərin mövcudluğunu, həmin uzaq keçmişin qalıqlarının olduğunu deyən tarixçilər vardır.

Yaşlıların qovulması və ən kiçik oğulların üstün tutulması haqqında nağıllarda və əfsanələrdə əks-sədalar tapıldığına inanılır. Yaranmış bu “sosial quruluş” sisteminin dəyişilməsi yönündə sonrakı həlledici addım belə olmalı idi: icmadan kənarda özlərinin kiçik icmalarını yaradan qardaşlar bir gün birləşərək ataları ilə savaşa qalxdılar, onu devirdilər və dövrün adəti üzrə, birlikdə atalarının ətini yedilər. Bu adamyemə mərasimi bizi təəccübləndirməməlidir, çünki o, sonrakı dövrlərə qədər davam etmişdir. Lakin əsas odur ki, biz bu ibtidai insanlara, analitik tədqiqat vasitəsilə müasir primitivlərdə, yəni uşaqlarımızda müşahidə etdiyimiz eyni emosional münasibətləri aid edirik. Yəni, onlar atalarına nifrət və qorxu hissi ilə yanaşı, həm də onu nümunə kimi qəbul edirdilər və bu oğullardan hər biri onun yerini tutmaq arzusunda idi. Burada özünü göstərən adamyeyənlik də elə bu baxımdan dəyərləndirilməlidir. Kannibalistik akt isə o zaman onun bir hissəsini özünə daxil etməklə onunla eyniləşməyə cəhd kimi başa düşülür. O çağın inancına görə, kiminsə xüsusiyyətlərinə yiyələnmək üçün onun ətini yemək yetərli idi, oğullar da atalarının yerinə keçmək istəklərini bu yolla gerçəkləşdirməyə çalışırdılar.

Kannibalizm aktı onun bir parçasını özünə daxil etməklə onunla eyniləşməyə cəhd kimi başa düşülür. Çox güman ki, atalarını öldürdükdən sonra qardaşlardan hər biri onun mirasına təkbaşına yiyələnmək üçün onlar bir-birilə çox uzun müddət savaşmışdılar. Savaşın qorxulu və perspektivsiz olduğunu anlamaları, atalarına qarşı birgə apardıqları savaşla bağlı xatirələr, icmadan qovulduqdan sonra birgə yaşadıqları vaxtlarda yaranmış emosional əlaqələr sonda onları barışmağa və ictimai anlaşma bağlamağa gətirib çıxardı. Beləliklə də, insanlığın tarixində ilk sosial quruluş yarandı və bunun özülündə öz ehtiraslarından imtina, qarşılıqlı öhdəliklər və yaranmış yeni quruluşun hamının qəbul etdiyi müqəddəs andlaşma ilə qorunması dayanırdı. Başqa sözlə, bu, əxlaq və hüququn ilk dəfə olaraq ortaya çıxması demək idi. Anlaşmaya görə qardaşlardan hər biri atanın səlahiyyətlərinə bütünlüklə yiyələnmək iddiasından əl çəkir, onun arvadlarına və öz bacıları sayılan qızlarına sahiblənməyə can atmırdı.

Bununla da, insest (bir qandan olan qadınla cinsi yaxınlıq) yasaqlandı və ekzoqamiya (öz icmasından olan qadınla evlənməyin yasaqlanması) təsbit olundu. Oğullar hakimiyyətdən salınmış atanın səlahiyyətlərindən əl çəkdikləri üçün, bu səlahiyyətlərin çoxu qadınlara verildi, bununla da matriarxat dövrü başlandı. Atalıq xatirəsi bu zaman yaradılan “qardaşlıq birlikləri” deyilən qurumlarda yaşamağa başladı. Ataya bəslənən böyük hörmət və onun nümunə olma xüsusiyyətləri çox güclü və qorxu doğuran heyvanların üzərinə köçürüldü. Belə bir seçim çox qəribə görünsə də, insanların özləri ilə heyvanlar arasında belə bir uçurum yaratmaları və onları bir qorxulu obyektə çevirmələri, nəinki ibtidai insanlarda olmuşdur, bu əlamətlər bu gün bizim uşaqlarımızda da qalmaqdadır, elə onların da heyvanlardan qorxusu öz atalarından qorxması kimi anlaşılmalıdır. Özləri üçün seçdikləri bu heyvan-totemlərə insanların bəslədikləri duyğular da, eyni ilə atalarına bəslədikləri duyğuları kimi, ikili mahiyyət daşıyırdı. Bir tərəfdən totem tayfanın fiziki baxımdan əcdadı, qoruyucusu sayılır, ona hörmət ilə yanaşılır, qorunur, digər tərəfdən isə, hər hansı bayramda ona ulu atanın tapdığı taleyi hazırlayırdılar. Bu bayramın iştirakçıları hamılıqla yığışıb totem olan heyvanı öldürür, sonra isə onun ətini birlikdə yeyirdilər (Robertson Smit bunu totem yeməyi adlandırır). Bu böyük bayram oğulların birləşərək ataları üzərində çaldığı qələbəni təntənə ilə qeyd etmələrinin simvolu idi.

Bu əlaqədə dinin yeri haradadır? Mən düşünürəm ki, biz tamamilə haqlıyıq, totemizmdə ata əvəzedicisinin ibadəti, totem yeməyi ilə təsdiqlənən ikitərəflilik, anım mərasimlərinin təyin edilməsi, pozulması ölümlə cəzalandırılan qadağalar – mən deyirəm ki, biz totemizmdə insan tarixində dinin ilk təzahürünü tanıya bilərik və onun əvvəldən mövcud olan sosial formalar və əxlaqi öhdəliklərlə əlaqəsini təsdiq edə bilərik. Dinin sonrakı inkişafını biz burada yalnız qısa bir icmalda nəzərdən keçirə bilərik. Onlar şübhəsiz ki, bəşəriyyətin mədəni tərəqqisi və insan cəmiyyətlərinin quruluşundakı dəyişikliklərlə paralel olaraq irəliləyir. Totemizmdən sonrakı irəliləyiş hörmət edilən varlığın insanlaşdırılmasıdır.

Totemizmdən sonrakı addım insanın səcdə etdiyi varlıqları insaniləşdirməsidir. Heyvanların yerini totemlərdən gələn insan tanrılar tutur.

Bu mərhələdə heyvanların yerini insanabənzər tanrılar tutur və onların mənşəyinin totemlər olduğu da açıq-aydın görünür. Bu tanrılar hələlik heyvan obrazında təsvir olunur, ya da başı heyvan, bədəni insan olmaqla göstərilir, yaxud da totem daim tanrının yanında olan, ondan ayrılmaz bir heyvan kimi tanıdılır, ya da əfsanəyə görə tanrı məhz bu heyvanı öldürür, hansı ki, onun ilkin forması idi. Nə vaxt baş verdiyini indi müəyyənləşdirməyin mümkün olmadığı bir dövrdə, çox güman ki, kişi tanrılardan əvvəl böyük qadın tanrılar ön plana çıxır və kişi tanrılar aparıcı mövqeyə yiyələndikdən sonra da hələ uzun müddət onlarla bərabər qalmaqda davam eləyirlər.

Daha sonra böyük sosial çevriliş baş verir. Qadınların hüquqları məhdudlaşdırılır və patriarxat yenidən bərpa olundu. Doğrudur, bu yeni atalar daha heç vaxt öz əcdadları olan atalar kimi məhdudiyyət tanımayan hakimiyyət yiyəsi ola bilmədilər, onlar çox idilər və öz aralarında bağladıqları ittifaqla bir icmada birləşərək yanaşı yaşayırdılar.

Bu ittifaq müqaviləsinə görə bir çox sosial məhdudiyyətlər qoyulduğundan onlar birbiri ilə yola getməyə məcbur idilər. Böyük ehtimalla, qadın tanrılar matriarxat quruluşunun məhdudlaşdırılmağa başladığı dövrdə qadınların əlindən alınan hüquqlarının yerinə verilən bir mükafat kimi yaranmışdı. Əvvəlcə kişi tanrılar qadın tanrıların oğulları kimi yaranır və onların yanında yer tutur, çox sonralar isə ata obrazında görünməyə başlayırlar. Çoxallahlılıq dövrünün kişi tanrıları patriarxat quruluşun gerçəklərini əks etdirirlər. Onların sayı çoxdur, qarşılıqlı olaraq bir-birinin fəaliyyətini məhdudlaşdırır və ən güclü olan baş tanrıya tabe olurlar. Daha sonrakı addım isə artıq bizi maraqlandıran mövzuya gəlib çıxır, bu mərhələdə tək olan tanrı, qeyri-məhdud hakimiyyəti olan ata-tanrı yaranır.

Qeyd edim ki, danışdığım bu tarixi icmal yarımçıqdır və onun bəzi yerləri doğru olmaya da bilər. Ancaq kimsə bizim tarixə əsaslanaraq qurduğumuz sxemi yalnız fantaziya məhsulu sayırsa, o, çox yanılır və ortaya qoyduğumuz bu zəngin materialın böyük hissəsinin isbatı ilə bağlı çoxlu ağlabatan dəlilləri yetərincə dəyərləndirə də bilmir. Burada bütöv bir şəkildə birləşdirilən keçmişin böyük hissələri, totemizm, kişi ittifaqları kimi faktlar tarixi cəhətdən təsdiq edilmişdir. Materialların qalan hissəsi də əla replikalarda qorunub saxlanılmışdır. Məsələn, bir müəllifin dəfələrlə qeyd etdiyi kimi, xristian kommuniyasının ayini, hansı ki, mömin simvolik formada öz tanrısının qanını və ətini qəbul edir, qədim totem yeməyinin mənasını və məzmununu necə dəqiq təkrarlayır. Materialların qalan hissəsi üçün də tarixdə faktlar tapmaq mümkündür.

Məsələn, bir neçə müəllifin diqqətini çəkmişdir ki, xristian kommuniyasının ayini, hansında ki, mömin simvolik formada öz Tanrısının qanını və ətini qəbul edir, köhnə totem yeməyinin mənasını və məzmununu nə qədər dəqiq təkrarlayır. Uzaq keçmişdə baş verib unudulmuş çoxlu hadisələrin qalıqları xalqların nağıl və əfsanələrində yaşayır, ən qəribəsi isə, psixoanalitik araşdırmaların göstərdiyi kimi, uşaqların psixi həyatında ibtidai insanların yaşadığı duyğularla bağlı çox zəngin bir material qalmaqdadır və bu material bizim o çağlarla bağlı olan biliklərimizdəki boşluqların bir çoxunu doldura bilər. Belə əhəmiyyətli ata münasibətlərini anlamağa töhfə olaraq, mən yalnız heyvan fobiyalarını, atası tərəfindən yeyilməkdən qəribə görünən qorxunu və kastrasiya qorxusunun böyük intensivliyini qeyd etməliyəm. Bizim konstruksiyamızda sərbəst şəkildə uydurulmuş, yaxşı əsaslara söykənə bilməyən heç nə yoxdur.

Əgər bizim çox uzaq keçmişlə bağlı təsvirlərimiz müəyyən dərəcədə doğru sayılsa, onda bu baxışlara arxalanaraq dini mərasimlərin ikili mahiyyət daşıyan elementlərini ayırd etmək olur: burada bir tərəfdən çox qədim dövrlərdə mövcud olmuş ailə və onun yaşantılarının qalıqlarının təsbiti, başqa tərəfdən isə, keçmişin bərpa olunmasına, çox böyük bir zaman müddətində unudulanların yenidən canlandırılmasına cəhd vardır. Buradakı “keçmişin yenidən canlandırılmasına cəhd” ifadəsi indiyə qədər nəzərdən qaçırılmış və buna görə də başa düşülməmişdir; onun burada ən azı bir təsirli nümunə ilə sübut edilməsi lazımdır.

Bunu da xüsusi vurğulamaq yerinə düşərdi: hər bir belə, bu günə qayıda bilən unudulmuş hissənin çox güclü təsir qüvvəsi olur, o, insan kütləsinə olduqca güclü təsir edə bilir və onların şüurunda məntiqi təfəkkürün etiraz edə bilməyəcəyi bir həqiqətə çevrilir, hansına qarşı məntiqi etiraz gücsüz qalır. Elə dindarların təkrarlamağı sevdikləri bəlli sözə də bu baxımdan yanaşmaq olar: credo quia absurdum. Nach Art des Credo quia absurdum. Belə bir diqqəti çəkən xüsusiyyətin analogiyası yalnız psixi pozğunluğu olan kimsənin sayıqlaması ola bilər. Biz artıq çoxdan başa düşmüşük ki, sayıqlama ideyasında unudulmuş həqiqətin bir hissəsi gizlənir, hansı ki, geri qayıdarkən təhriflərə və yanlış anlaşılmalara məruz qalmalı idi, və sayıqlama üçün yaranan məcburi inam bu həqiqət nüvəsindən qaynaqlanır və əhatə edən səhvlərə yayılır. Həqiqəti çevirən də elə bu cəfəngiyatın içində gizlənən həqiqət zərrəsi olur və o psixikalara güclü təsir edib onların sahiblərini yanlış istiqamətə yönəltməyi bacarır, həmçinin bu həqiqət zərrəsi sayıqlama üçün yaranan məcburi inamdan irəli gəlir və əhatə edən səhvlərə yayılır. Keçmişin belə tarixi gerçəklərinin üzə çıxmasında biz dini ehkamlara borcluyuq, bu ehkamlar psixotik simptomlar xarakteri daşısa da, kütləvi hadisələr kimi təcrid olunma lənətindən xilas olmuşlar.

Dini tarixin başqa heç bir hissəsi iudaizmdə təkallahlı dinin yaranması və onun xristianlıqda davam etməsi qədər aydınlaşa bilməmişdir, buna baxmayaraq, uğurla başladığımız və vaxt darlığına görə yarımçıq qoyduğumuz araşdırmamızda da totemizmdən insan görkəmli tanrılara doğru inkişaf prosesində bu totemlərin uzun müddət insan görkəmli tanrıların yol yoldaşına çevrildiyi də bu baxımdan maraqlıdır (Dörd xristian İncilini yazıya alan hər bir müəllifin öz sevimli heyvanlarının olduğu da bu mətnlərdə nəzərə çarpır). Əgər biz fironun dünya hökmranlığını monoteist ideyanın yaranması üçün səbəb kimi qəbul etsək, görərik ki, bu ideya öz torpağından ayrılıb başqa bir xalqa ötürüldükdən sonra uzun bir gizli dövrdən sonra bu xalqı ələ keçirir, onun ən qiymətli mülkü kimi qorunur və öz növbəsində, ona seçilmişlik qürurunu bəxş etməklə xalqı yaşadır.

Fironun dünya hökmranlığını monoteist ideyanın yaranmasına səbəb kimi qəbul etsək, görərik ki, bu ideya öz torpağından ayrılıb başqa bir xalqa keçdikdən sonra uzun bir latentlik dövründən sonra bu xalqı ələ keçirir, onun ən qiymətli sərvəti kimi qorunur və öz növbəsində ona seçilmişlik qürurunu bəxş etməklə xalqı yaşadır. Bu, ulu əcdadların dinidir, hansı ki, mükafat, fərqlənmə və nəhayət, dünya hökmranlığı ümidi ilə bağlıdır. Bu din onlar üçün ulu əcdadlarından qalma müqəddəs dindir və onlar bu ənənəyə bağlanmaqla mükafatlanacaqlarına inanır, özlərinin xüsusi statuslarının olduğunu düşünür, bütün dünyaya sahib olacaqlarına ümid edirlər. Dünyaya ağalıq etməklə bağlı yəhudi xalqının çoxdan unutduğu bu fantastik arzudan onun düşmənləri bu xalqa qarşı yararlanmağa çalışırlar, “Sion müdrikləri” adlanan yalançı bir sənəd uydurmaqla bütün xristian dünyasında bu xalqa qarşı nifrət aşılayırlar. Mən bütün bunlara aydınlıq gətirmək vəzifəsini sonrakı bölmələrdən birinə saxlayıram və orada Misirdən götürülmüş təkallahlı dinin yəhudi xalqının sonrakı inkişafına necə təsir etdiyini, çox uzun müddət ərzində ovsunçuluq və cadugərlikdən əl çəkməsinin bu xalqın xarakterini necə formalaşdırdığını, onda mənəvi yüksəliş meyilləri doğurduğunu, sublimasiyalara çağırışı, xalqın həqiqətə sahib olmaqla nnda mənəvi yüksəliş meyilləri doğurduğunu, sublimasiyalara çağırışı, xalqın həqiqətə sahib olmaqla necə xoşbəxt olduğunu, seçilmişlik şüuru ilə necə valeh olduğunu, intellektual dəyərlərə yüksək qiymət verməyə və etikaya vurğu etməyə necə nail olduğunu, habelə bu xalqın kədərli talelərinin və real məyusluqlarının bütün bu tendensiyaları necə gücləndirə bildiyini aydınlaşdırmağa çalışacağam. İndiki halda isə biz başqa istiqamətdə axtarışlar aparmaqla məşğuluq. Ulu əcdadın tarixi hüquqlarının bərpası böyük irəliləyiş idi, lakin bu, son ola bilməzdi.

Hələlik biz inkişafı başqa istiqamətdə izləmək istəyirik. Atalığın öz tarixi hüquqları ilə birlikdə bərpa olunması, irəliyə doğru böyük bir addım olsa da, hələ son hədd deyildi. Bizə bəlli olan tarixdən öncə baş vermiş faciə özünün başqa tərəflərinin tanınmasını da tələb edirdi. Bu prosesi hərəkətə gətirən səbəbin nə olduğunu aydınlaşdırmaq asan deyil. Ola bilsin, yəhudi xalqını çulğamış günahkarlıq duyğusunun şiddətlənməsi, ola da bilsin, bütün dünyanın mədəni inkişafının gətirib çıxardığı bir vəziyyətin keçmişdə sıxışdırılmış məzmunun bərpası tələbi buna səbəb olmuşdu. Belə bir məqam yetişəndə elə yəhudi xalqının içindən çıxan bir insan fürsət tapıb yeni, xristian dinini yaratmaqla iudaizmi onunla dəyişməyə cəhd etdi. Romalı yəhudi, Tarsdan olan Pavel xalqın qapıldığı bu günahkarlıq duyğusunun nədən qaynaqlandığını anlaya bildiyi üçün onu tarixdən əvvəlki dövrə aid etmişdi. O bunu “ilkin doğulan günah” adlandırmışdı, bu, tanrıya qarşı törədilən cinayət idi, onun cəzası da yalnız ölüm ola bilərdi. “İlkin doğulan günahla” birlikdə yer üzünə ölüm də gəlmiş oldu. Özlüyündə isə burada adı çəkilən ölüm tanrı səviyyəsində hörmət göstərilən atanın öldürülməsinə görə veriləcək cəza idi. Ancaq burada törədilən ölümün özündən söz açılmadan bu cinayətin bağışlanmasından danışılır və İncili də cinayətə görə bağışlanma fantaziyasından doğan bir kitab kimi dəyərləndirmək mümkündür. Bəlli olduğu kimi, Tanrı oğlunun heç bir suçu olmasa da, o özünün öldürülməsinə şərait yaradır və özünü bu cür qurban verməklə insanların bütün günahlarını öz üzərinə götürüb onların əvəzini ödəyir. Oğul olmalı idi, çünki atanın qətli idi. Böyük ehtimalla, şərq və yunan misteriyalarının ənənələri bu günahbağışlama fantaziyasının inkişafına təsir etmişdi. Onun əsas mahiyyəti Pavelin öz töhfəsi olmuşdu. Burada cinayətə görə özünü qurban verənin oğul olması təbiidir, axı atasını öldürən oğul olmuşdu. O, həqiqətən, dini duyğulara vurğunluqla bağlanmış bir insan idi; keçmişin qaranlıq izləri onun ruhunda gizlənir, şüurlu bölgələrə nüfuz etməyə hazır idi. Xilaskarın günahsız qurban verilməsi, görünür, məntiqi anlayışa çətinliklər yaradan qərəzli bir təhrif idi, çünki cinayətdə günahsız olan bir şəxs özünü öldürməklə qatillərin günahını necə öz üzərinə götürə bilərdi?

Burada, günahkar olmayanın özünü qurban verməsi barədə mətndəki fikirlərin açıq-aydın şəkildə məqsədyönlü təhrifə məruz qalması duyulur və bu məntiq düşüncənin qarşısına maneə çıxarır: necə ola bilər, başqasının törətdiyi ölümdə əli olmayan birisi onun bu cinayətinin günahını öz üzərinə götürsün və bununla da öz məhvinə yol açsın? Tarixi gerçəklikdə belə bir ziddiyyətli hadisə ola bilməzdi və olmamışdır. “Qurban verilməklə günahı yuyan” yalnız bu işin təqsirkarı ola bilərdi, bu ancaq ataya qarşı çıxıb özünü ondan üstün saymağa başlamış, onun ölümünün təşkilatçısı və cinayətə başçılıq etmiş bir qardaş ola bilərdi. Mənim düşüncəmə görə, belə bir qiyamçı və başçının olub-olmaması sualını açıq qoymaq lazımdır. Bu, çox yaxşı mümkündür, lakin nəzərə almaq lazımdır ki, qardaşlıq dəstəsinin hər bir üzvü, şübhəsiz ki, əməli təkbaşına törətmək və beləliklə, özünə müstəsna mövqe yaratmaq və cəmiyyətdə itən ata identifikasiyasını əvəz etmək istəyirdi.

Belə bir ehtimalın olması böyükdür, ancaq biz gərək bu işə qoşulan qardaşlardan hər birinin bu cinayətə qoşulmasında yalnız öz şəxsi mənfəətini güddüyünü, özü üçün müstəsna hüquqlar əldə etməyə çalışdığını, zəifləmiş atanın yerini tutmaq arzusunda olduğunu da unutmayaq. Əgər atanın öldürülməsinə başçılıq edən qardaş olmamışsa, onda İsa Məsih reallaşmayan fantastik arzunun varisidir, hələ bundan da artığını demək olar: o, öldürülmüş atanın varisi və onun təcəssümüdür. Ancaq qarşımızda fantaziyanın, yoxsa unudulmuş gerçəkliyin bərpasının dayanmasından asılı olmayaraq, burada istənilən halda qəhrəmanın, bahadırın meydana çıxması ilə bağlı mifin izləri var: bu qəhrəmanların, demək olar, hamısı atalarına qarşı qiyam qaldırır və çox vaxt da onları öldürürlər. Baş verən bu dramda qəhrəmanın “faciəvi günahını” heç bir başqa yolla əsaslandırmaq mümkün deyil. Yunan dramlarının başlanğıcında səhnəyə çıxan qəhrəman və onu müşayiət edən xorun da elə bu qiyamçı qardaşların başçısı və onun qardaşlarından ibarət olduğuna şübhə yoxdur və görünür, orta əsrlərdə teatr tamaşaları yenidən ortaya çıxarkən burada da İsa Məsihin əzabları ilə bağlı xor ifaları yunan dramlarından onlara bir irs olaraq keçmişdir.

Biz artıq demişdik ki, xristianların müqəddəs kommunion mərasimi, hansında ki, mömin Xilaskarın qanını və ətini qəbul edir, köhnə totem yeməyinin məzmununu təkrarlayır, əlbəttə, yalnız onun zərif, ehtiram ifadə edən mənasında, aqressiv mənasında yox. Ancaq atasına qarşı münasibəti idarə edən ikili duyğu dini yeniliyin son nəticəsində bütün aydınlığı ilə üzə çıxır. Guya ata-tanrı ilə barışıq üçün nəzərdə tutulmuşdu, lakin o, onun taxtdan salınması və aradan qaldırılması ilə nəticələndi. İudaizm atanın dini idi, xristianlıq oğulun dini oldu. Köhnə ata-tanrı İsa Məsihin arxasında öz yerini tutdu, İsa Məsih isə tamamilə o qədim dövrdə hər bir oğulun arzuladığı kimi onun yerində dayandı. İudaizmin davamçısı olan Pavel həm də onun dağıdıcısına çevrildi. O, uğurunu, şübhəsiz ki, ilk növbədə xilas ideyası ilə bəşəriyyətin günah şüurunu oyatmasına, lakin bununla yanaşı, öz xalqının seçilmişliyindən və onun görünən əlaməti olan sünnətdən imtina etməsinə borclu idi, beləliklə, yeni din universal, bütün insanları əhatə edən bir dinə çevrilə bildi. Paveli bu addımı atmağa vadar səbəbin onun islahatlarını etirazla qarşılayan yəhudi çevrələrinə qarşı qisasçılıq duyğusundan yarandığını da demək olar, lakin bununla köhnə Aton dininin xarakteri bərpa edildi, yeni daşıyıcıya, yəhudi xalqına keçərkən əldə etdiyi məhdudiyyət aradan qaldırıldı.

Yeni dini özündən əvvəlki iudaist dini ilə müqayisə edərkən onun bir sıra məqamlarda mədəni baxımdan gerilədiyini demək mümkündür, bunu gözləmək olardı, çünki mədəni səviyyə baxımından aşağıda dayanan kütlə hansısa inkişaf etmiş mədəniyyətə müdaxilə və ya qəbul eləyəndə belə hallar həmişə olur. Xristian dini iudaizmin çox yüksəklərə qaldıra bildiyi ruhaniliyi qoruyub saxlaya bilmədi. Bu din artıq ciddi səviyyəli təktanrılı din də sayıla bilməzdi, xristianlıq ətrafındakı xalqlardan çoxlu simvolik mərasimlər götürməklə yenidən böyük analıq tanrısını bərpa elədi və çoxallahlılığa aid olan çoxlu tanrıları şəffaf pərdə altında öz inancında yerləşdirə bildi, baxmayaraq ki, bu yerlər tabe mövqedə idi. Hər şeydən əvvəl, Aton dininin və onun davamı olan musaçılığın əksinə olaraq, bu yeni din, mövhumatın, magik və mistik elementlərin daxilinə nüfuzun qarşısını almağa çalışmırdı, bu isə sonrakı iki minillikdə ruhani tərəqqinin qarşısında çox böyük əngəllər yaratmışdı.

Xristianlığın təntənəsi Ammon kahinlərinin Ehnatonun tanrısı üzərində qələbəsinin təkrarlanması idi, bu qələbə Musanın Misirdən çıxmasından min beş yüz il sonra daha geniş arenada baş vermişdi. Hər halda, din tarixi, daha doğrusu, sıxışdırılmış gerçəklərin qayıdıb öz yerini tutması baxımından yanaşanda, xristianlıq bir tərəqqi sayılmalıdır və elə bu nöqteyi-nəzərdən iudaizmin bundan sonra müəyyən qədər keçmişin qalığına çevrilməsi də baş vermişdir.

Təktanrılı din ideyasının nə üçün məhz yəhudi xalqına belə güclü təsir etməsi və onun bu xalq tərəfindən belə inadla qorunub saxlanılmasının səbəbini anlamaq cəhdi də çox mühüm suallardan biridir. çox mühüm suallardan biridir. Düşünürəm ki, bu suala cavab tapmaq mümkündür.

Taleyin gərdişi uzaq keçmişdə baş vermiş şər qarışıq bir qəhrəmanlığı çox-çox sonralar yenidən yəhudi xalqının qarşısına çıxardı – bu xalq onlar üçün çox qüdrətli bir atalıq missiyasını yerinə yetirməyə çalışan Musanı öldürməklə insanlığın inkişaf yolunda həlledici rolu olan öz doğma atasını öldürmək hadisəsini ikinci dəfə yenidən yaşamalı oldular. Bunun nümunəsi ilə biz psixoanalitik seanslarda qarşılaşırıq: pasiyent lazımi faktı xatırlamaqdansa, həmin məqama uyğun “rol oynayır”. Ancaq yəhudiləri Musanın yaratdığı oyanışı xatırlamağa yönəldən impulslara onlar xatirələrində böyük öndərlərinə sayğı bəsləməklə reaksiya verdilər və beləliklə də, Paveli keçmiş tarixin dayandığı yerdən öz işini davam etdirə biləcəyi yerə aparan yolu bağlamış oldular. Bu yolda ikinci bir böyük insanın amansızlıqla öldürülməsinin Pavelin yeni din yaradıcılığının çıxış nöqtəsinə çevrilməsini heç bir halda təsadüf və az əhəmiyyətli bir hadisə saymağa dəyməz. Yalnız İudeyadakı azsaylı ardıcılları tərəfindən tanrı oğlu və elan edilmiş Məsih hesab edilən, sonradan Musaya aid edilən uşaqlıq hekayəsinin bir hissəsi də ona keçən bir adam haqqında biz əslində Musa haqqında bildiyimizdən daha çox dəqiq məlumat bilmirik. Bilmirik ki, o, həqiqətən də İncillərin təsvir etdiyi böyük müəllim idi, yoxsa onun ölümünün faktı və şəraiti onun şəxsiyyətinin qazandığı əhəmiyyət üçün həlledici oldu. Onun həvarisi olan Pavel onu şəxsən tanımamışdı. Sellinin ənənədəki izlərindən tanıdığı, qəribədir ki, gənc Götenin də heç bir sübut olmadan qəbul etdiyi Musanın öz yəhudi xalqı tərəfindən öldürülməsi ›İsrail səhrada‹; Cild.

Zellinin qədim dövrün dini mətnlərini araşdırmaqla Musanı yəhudilərin öldürməsi faktının üzə çıxarması – çox qəribədir, bu hadisənin baş verdiyini Zellindən çox-çox əvvəl gənc Höte, heç bir sübut olmadan yazmışdı – bizim qurduğumuz mühakimələr sisteminin ayrılmaz bir hissəsinə çevrilir və təktanrılı dinin yeni formasının yaranmasında uzaq keçmişin unudulan hadisəsi ilə onun yenidən təkrarlanması arasında əlaqələndirici rolunu oynayır. Bu isə bizim öncədən baxdığımız, Musanın ölümündən yaranan peşmançılığın onun yenidən dirilib bir messiya (xilaskar) kimi dünyaya gələcəyi, öz xalqına azadlıq gətirəcəyi və bütün dünyaya hakimlik eləyəcəyi ilə bağlı fantaziyanın yaranması mülahizəsini doğruldur.

Əgər Musa burada birinci messiya idisə, onda İsa Məsih onun əvəzedicisi və varisi olub, belə olan halda isə Pavel bəlli tarixi gerçəkliyə arxalanaraq xalqa bu cür bir çağırış edə bilərdi: “Baxın, messiya, doğrudan da gəldi, bu nə vaxtsa sizin gözünüzün qabağında öldürülmüş həmin o messiya idi”. Bu halda İsa Məsihin ölümündən sonra dirilməsi ilə bağlı danışılanlarda da tarixi həqiqətin zərrəsi vardır, o burada ilkin icmanın vaxtilə öldürülmüş atası kimi yenidən başçılığa qayıdır, təcəssüm olunmuş və ata yerinə oğul kimi qoyulmuşdur.

Alışdığı inadkarlıqla atasını öldürdüyünü inkar edən yazıq yəhudi xalqı sonradan bunun cəzasını çəkməli olmuşdu. Onu ara vermədən qınayaraq deyirdilər: “Siz bizim tanrımızı öldürmüsünüz”. Bu qınaq özünün düzgün yozumunda doğru sayılmalıdır. Bu halda dini tarixə əsaslanaraq yuxarıdakı qınağı belə səsləndirmək olardı: “Siz öz tanrınızı öldürdüyünüzü boynunuza almırsınız” (burada, tanrı obrazının daşıyıcısı olan ulu atanı və onun sonrakı təcəssümünü öldürməkdən söz gedir.) Cavab isə belə ola bilərdi: “Doğrudur, biz bunu etmişik, ancaq bunu boynumuza da almışıq və lap çoxdan bu günahımızı peşmançılığımız və tövbələrimizlə yumuşuq”. Antisemitizmin yəhudi xalqının törəmələrini sıxışdırıb izləmək üçün yararlandığı qınaqların heç də hamısı beləcə doğrulmur. Sözsüz, başqa xalqların yəhudilərə qarşı yönəlmiş güclü və ardı-arası kəsilməyən nifrəti yalnız bir səbəb ilə əsaslandırıla bilməz. Burada səbəblərin uzun bir sırasını tapmaq olar: onlardan bir çoxu reallıqdan doğan səbəblərdir və heç bir izaha ehtiyacı da yoxdur, ancaq bunların içində bəlli olmayan qaynaqlardan törəyən, çox dərinlərdə gizlənən səbəblər də vardır və onların özünəməxsus motivləri kimi qəbul edilməlidir. Ən birinci olaraq, yəhudiləri yaşadıqları yerlərdə gəlmə olmaları ilə qınayırlar, bu qınaq, əslində, tamamilə əsassızdır, antisemitizm daşıyıcıları olan xalqların tutduqları torpaqların tarixini öyrənsəniz, yəhudilərin bu yerlərdə ən qədim dövrlərdən bəri yaşadığını da öyrənəcəksiniz, hələ onların bu yerlərə yiyələnmiş xalqlardan çox-çox əvvəllər buralarda yaşamağa başladığı ilə bağlı faktlar da yetərincədir. Məsələn, Köln şəhərini götürək, yəhudilər buraya onu almanların ələ keçirməsindən çox-çox əvvəl romalılarla birgə gəlmişdilər.

Yəhudilərə qarşı olan nifrətin bir səbəbi də onların çox vaxt başqa xalqların içində kiçik bir icma kimi yaşayaraq bu xalqla qaynayıb-qarışmamaqları ilə bağlıdır və bu nifrətin çox güclü olduğu da bəllidir. Bu hadisənin kökündə kütlənin onun kimi olmayan kənarda yaşayan azlıq formasında birliklərə nifrətlə yanaşması dayanır və özünə qarışmaq istəməyən belə azlığı kütlə hər vəchlə ya qovmağa, ya da əzməyə çalışır. Ancaq yəhudilərin daha iki bağışlanılmaz sayılan xüsusiyyəti də vardır.

Bunlardan birincisi, bir çox məsələlərdə onlara ağalıq edən xalqlardan fərqlənməsidir.

Birincisi, onlar bəzi cəhətlərdən "ev sahibi xalqlarından" fərqlənirlər. Bu fərq çox da prinsipial deyil, çünki yəhudiləri sevməyənlərin dediyi kimi, onlar heç də asiyalı deyillər, yəhudilər mənşəcə Aralıq dənizi sahillərində yaşamış xalqlara aiddir və Aralıq dənizi mədəniyyətinin varisləridirlər. Ancaq hər halda, onlar fərqlidirlər, tez-tez müəyyən edilməyən şəkildə, xüsusilə də şimal xalqlarından fərqlənirlər və necə qəribə olsa da, kütlə bu cür daha kiçik fərqlərə fundamental fərqlərdən daha dözümsüz yanaşır. Buradakı ikinci məqam antisemitizmə qapılanları daha bərk hiddətləndirir: bütün sıxışdırmalara, ən amansız təqiblərə baxmayaraq, yəhudi xalqının kökünü kəsmək mümkün olmamışdır, əksinə, yəhudilər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı çox böyük bacarıqlarının olduğunu göstərir və onlara imkan verilən bütün yerlərdə, bütün mədəni nailiyyətlərə dəyərli töhfələr verə bilirlər.

Yəhudilərə qarşı nifrətin daha dərin motivləri çoxdan keçmiş zamanlara gedib çıxır, onlar xalqların şüursuzluğundan təsir edir və mən hazıram ki, onlar əvvəlcə inandırıcı görünməyəcəklər. Bununla bağlı risk edib belə bir mülahizə irəli sürmək istərdim: başqa xalqlar özünü ilk tanrı-atanın sevimli və seçilmiş xalqı kimi tanıdan və başqalarına nisbətən tanrı qarşısında dini üstünlüyü iddia edən yəhudilərə qarşı həsəd duyğusunu adlaya bilməmişlər. Daha sonra yəhudilərin özlərini başqa xalqlardan ayırmasına səbəb olan sünnət ayini xalqların çoxunda xoşagəlməz və tükürpərdici təsir yaradır, bunun səbəbi isə görünür, uzaq keçmişdəki axtalama cəzası ilə təhdid olunmaqdan yaranan qorxu ilə bağlıdır. Bu sıradan olan ən sonuncu motivi isə belə açıqlamaq olar: yəhudilərə qarşı kəskin nifrət duyğusu bəsləməkdə seçilən xalqların çoxu yalnız sonrakı tarixi proseslərin gedişində xristian olmuş və bu inanca çox vaxt amansız və qanlı zorakılığın gücünə bağlanmışlar. İstehza ilə yanaşıb onların “xaç suyuna” pis salındığını da demək olar və onların ilkin varlığı üzərinə çəkilmiş qalın xristian suvağının altında bu xalqlar yenə də özləri olaraq qalmışlar, yəni öz ulu babalarının tapındıqları barbar çoxallahlılıqdan ruhən ayrıla bilməmişlər. Bu insanlar onlara güclə yeridilən yeni dinə qarşı olan nifrətlərini unuda bilməmişlər, ancaq bu nifrəti birbaşa dinin özünə qarşı deyil, onun qaynağına qarşı yönəltmişlər, xristian inancını isə, bəlli olduğu kimi, yəhudilər yaratmışlar. İncillərin yəhudilər arasında və əslində yalnız yəhudilər haqqında bir hekayə danışması faktı onlara belə bir yerdəyişməni asanlaşdırdı.

Onların yəhudilərə qarşı olan nifrəti mahiyyətcə xristianlığa qarşı olan nifrətdir və bu baxımdan yanaşanda alman nasional-sosialistlərinin etdiyi inqilab da bizə təəccüblü görünmür, burada yəhudilərə qarşı yönələn kəskin nifrət özlüyündə elə iki monoteist dinin bu sıx əlaqəsi hər iki təktanrılı dini birləşdirib onların ikisinə də qarşı savaş açmaq deməkdir.

E. Çətinliklər Çox güman ki, bizim nevrotik proseslərlə dini hadisələr arasında apardığımız analogiyanı uğurla başa çatdırdıq və eyni zamanda dinin gözlənilməz bir mənşəyinin olduğunu da açıqladıq. Fərdi psixologiyadan kütləvi psixologiyaya belə bir keçid birbirindən təbiətinə və dəyərinə görə fərqlənən iki çətinlik yaradır və biz indi onlara diqqət yetirəcəyik. Birinci çətinlik bundan ibarətdir: biz burada dini məzmunla bağlı olan yalnız bir fenomenə baxırıq, buradakı başqa fenomenləri işıqlandırmırıq. Müəllif böyük təəssüf hissi ilə boynuna alır: onun göstərdiyi bu bir nümunədən başqa hansısa variantlar göstərməyə gücü çatmır və onun öz peşəsi ilə bağlı bilikləri bu yöndəki araşdırmaları genişləndirmək üçün yetərli deyil. Bununla bağlı olan məhdud biliyinə arxalanıb deyilənlərə yalnız bir şeyi artıra bilər: onun düşüncəsinə görə, müsəlmançılıq dininin yaranması iudaizmin yenidən yığcam (qısaldılmış) formada ortaya çıxmasıdır və bu formasında o, iudaizmin yamsılanmasından başqa bir şey deyil. Bundan başqa da, görünür, əvvəlcə peyğəmbər öz xalqı ilə birlikdə iudaizmi bütövlükdə qəbul etmək istəmişdir. Özlərinin tək və ulu atalarına inam bəsləməyə qayıdış ərəblərdə çox böyük özünüdərketmə yüksəlişi yarada bilmişdir və bu da öz növbəsində onların dünyəvi işlərində böyük uğurlar qazanmasına yol açmışdır, lakin onlar dünyəviliyə ifrat meyillənməklə də özlərini tükətdilər. Allah seçdiyi sevimli xalqına qarşı vaxtilə tanrı Yahvenin öz sevimli və seçkin xalqı olan yəhudilər üçün etdiklərindən qat-qat artıq yaxşılıqlar etmişdi. Ancaq çox keçmədən dinin daxili inkişafında bir durğunluq yarandı, ola bilsin, yəhudilərin öz dini təlim müəllimlərini öldürməsindən yaranan kəskinliyin burada olmaması belə bir durğunluğa gətirib çıxarmışdı. Şərq dinlərinin rasional tərəfi onların ulu baba kultuna bağlanmaları ilə tamamlanır, daha doğrusu, keçmişin yenidən qurulmasının ilkin pilləsində ilişib qalır.

İndiki primitiv xalqların dininin məzmunu yalnız onların yüksək (ali) varlığa inamı ilə bağlıdırsa, onda bu onlarda dini inkişafın dayanması deməkdir və belə bir fenomen fərdi patologiya sahəsində müşahidə olunan saysız-hesabsız rudimentar nevroz halları ilə əlaqələndirilə bilər, hansı ki, bu digər sahədə də qeyd olunur. Hər iki halda inkişafın nə üçün davam etməyib dayandığı bizim üçün anlaşılmazdır. Burada güman edə biləcəyimiz tək bir səbəb qalır: görünür, belə bir inkişaf xalqların bu yöndəki istedadları, onların fəaliyyətlərinin istiqaməti və bütövlükdə sosial vəziyyəti ilə bağlı ola bilər. Yeri gəlmişkən, analitik işin yaxşı qaydası ondan ibarətdir ki, insan mövcud olanı izah etməklə kifayətlənsin və baş verməyəni izah etməyə çalışmasın. Bunu da diqqətinizə çatdırmaq istəyirəm ki, məşğul olduğumuz psixoanalitik fəaliyyətin ən yaxşı cəhəti onun öz işində əlinin altında olanlarla kifayətlənməsi, araşdırılan mövzunu ona dəxli olmayan arqumentlərə əl atmaqla izah etməkdən qaçmasıdır.

Yeri gəlmişkən, analitik işin yaxşı qaydası ondan ibarətdir ki, mövcud olanı izah etməklə kifayətlənmək və baş verməyəni izah etməyə çalışmamaq lazımdır. Fərdi psixologiyadan kütləvi psixologiyaya keçiddə yaranan ikinci çətinlik qat-qat vacibdir və qarşımızda prinsipcə yeni olan bir problem qoyur. Bu sual yaranır: xalqların həyatında effektiv ənənə hansı formada mövcuddur? Bu sual fərddə yoxdur, çünki burada o, keçmişin şüursuz yaddaş izlərinin mövcudluğu ilə həll olunur. Gəlin, göstərdiyimiz nümunənin üzərinə qayıdaq. Bizim düşüncəmizə görə, Kadeşdəki hadisələr baş verərkən buradakı Misirdən gəlmiş insanlar çox güclü ənənələrin daşıyıcıları idilər.

Bu halda heç bir problem yoxdur. Bizim fərziyyəmizə görə, belə bir ənənə o zaman yaşayanların iki və ya üç nəsil əvvəlki əcdadlarından aldıqları şifahi məlumatların şüurlu xatirəsinə əsaslanırdı və sonuncular müvafiq hadisələrin iştirakçıları və şahidləri olmuşdular. Ancaq sonrakı yüzilliklərdə də başlıca ənənələrin elə bu sayaq, babaların nəvələrə danışdığı biliklər kimi yaşadığını düşünmək nə dərəcədə doğru olardı? Belə bir biliyi qoruyan və şifahi şəkildə yayan şəxslərin kim olduğunu əvvəlki halda olduğu kimi göstərmək artıq mümkün deyil. Zellinin fikrincə, Musanın öldürülməsi ilə bağlı ənənəvi məlumat kahinlərin çevrəsində həmişə bilinən bir fakt olmuşdur, sonradan isə bu faktı yazıya da almışlar və elə bu da Zellinə bu faktı üzə çıxarmaqda yardımçı olmuşdur. Ancaq görünür, bu məlumat dar bir çevrədə bəlli olmuşdur; xalq bununla bağlı heç nə bilməyib. Elə isə, bu məlumatın hadisələrin sonrakı gedişinə göstərdiyi təsirlərlə bağlı deyilənləri doğru hesab edə bilərikmi? Bəs bu, onun təsirini izah etmək üçün kifayətdirmi? Belə bir azsaylı biliyə kütlələri bu qədər davamlı şəkildə ələ keçirmək gücünü aid etmək olarmı, əgər bu bilik onların məlumatına çatarsa? Daha çox belə görünür ki, biliksiz kütlədə də azsaylıların biliyi ilə bir şəkildə əlaqəli olan və ifadə edildikdə ona yaxınlaşan bir şey olmalıdır. Bu işin gedişatı belə görünür: deyəsən, məlumatsız kütlənin duyma, intuisiya qabiliyyəti olmuşdur və bu qabiliyyətlə o özünə qohum olan tək-tək insanların və insanlar qrupunun bildiyi məlumatı sezə bilmişdir.

Biz çox qədim dövrlərə qayıdıb ibtidai icma zamanındakı analoji hadisəyə baxsaq, onda bu mühakimələrimiz daha da qəlizləşir. Müəyyən yüksək özəlliklər qazanmış və sonradan acı bir tale yaşamış ulu atanın başına gətirilənlər minilliklərin gedişatında tamamilə unudulmuşdu və burada, hətta Musa ilə bağlı hadisədəki kimi, baş verənlərin ağızdan-ağıza keçib yaddaşlarda qalacağına da bel bağlamaq olmaz.

Beləliklə də, zəruri bir sual yaranır: ənənələrin ötürülməsini hansı mənada qəbul etmək lazımdır? Onlar hansı formada qorunub saxlanıla bilərdi?

Mürəkkəb psixoloji situasiyaların dərinliyinə varmaq istəməyən və ya buna hazır olmayan oxucuların vəziyyətini yüngülləşdirmək üçün bundan əvvəlki mühakimədən çıxan nəticəni aydınlaşdırmaq istəyirəm. Mənim düşüncəmə görə, fərd ilə kütlə arasında bu nöqtədə demək olar ki, tam uyğunluq var, kütlələrdə də keçmişin təəssüratı şüursuz yaddaş izlərində qalır. Fərddə isə biz aydın görməyə inanırıq.

Mənə elə gəlir, fərdlərlə münasibətdə bizim üçün qaranlıq qalan heç nə yoxdur.

Fərdin vəziyyətində biz aydın görürük. Keçmişdə yaşadığı hadisələrlə bağlı xatirələrin izi onun xüsusi psixoloji durumuna uyğun bir formada qorunur. Bunu belə də demək olar: fərd bu məlumatları da, onların sıxışdırılması faktını da həmişə bilir. Biz artıq nə vaxtsa yaşanıb sonra unudulan təəssüratların bir müddət keçəndən sonra yenidən yaddaşda oyanmasının psixoanalizin köməyi ilə əsaslandırılmasını bilirik. Unudulan bilik yaddaşdan silinməyib, o yalnız kənara sıxışdırılıb, onun izləri yaddaşda tam qorunur, ancaq bu bilik ona qarşı yönələn əks məqsədin gücü ilə “dustaq olunaraq gizlədilmiş” və onun azad şəkildə yaddaşa çıxması əngəllənmişdir. Belə biliklər baş verməkdə olan başqa intellektual proseslərlə əlaqəyə girə bilmirlər, çünki şüursuz formaya keçib şüur üçün əlçatmaz olmuşlar. Bu da ola bilər ki, sıxışdırılmış məlumatın müəyyən bir hissəsi hansısa yolla yaddaş üçün əlçatan olaraq qalsın və münasib vaxtda şüura da gəlib çata bilsin. Lakin bu vəziyyətində də o, yaddaşın bir küncündə təcrid olunaraq saxlanılır və bədənə batmış yad cisim sayağı, yaddaş üçün arzuolunmaz və yad bir məlumat xarakteri daşıyır. Bu mümkündür, ancaq həmişə belə olmur və sıxışdırılma məlumatın hamısına da aid ola bilər; belə bir variantın üzərində biz bir az sonra dayanacağıq.

Sıxışdırılmış məlumat öz impulslarından əl çəkmir, şüura qayıtmaq üçün cəhdlərini davam elətdirir. O, məqsədinə üç şərtlə çata bilir: 1) Onun şüura keçməsinin qarşısını alan maneə xəstəlik nəticəsində zəifləyəndə və bu vəziyyət məlumatı almaqdan qorunan “MƏN”-i müdafiəsiz qoyanda, yaxud da hansı səbəbdənsə bu “MƏN”-in enerjisinin paylanmasındakı tarazlıq pozulanda, bu isə, adətən, yuxuya gedəndə baş verir. 2) Nə vaxtsa sıxışdırılmış məlumatla bağlı duyğular güclənirsə (bunun ən yaxşı nümunəsi yetkinlik dövründə baş verən proseslərdir). 3) Nə vaxtsa alınan yeni bir təəssürat sıxışdırılmış təəssüratı oyandıracaq qədər ona oxşar olanda. Bu halda yeni təəssürat sıxışdırılmış təəssüratın gizli enerjisinin verdiyi təkanla güclənir və sıxışdırılmış təəssürat onun arxasında gizlənərək və onun köməyinə arxalanaraq təsir göstərir. Bu üç halın heç birində sıxışdırılmış informasiya şüura asanlıqla və dəyişikliyə uğramadan daxil ola bilmir, o bütün bu halların hamısında güclü təhrifə məruz qalır və bu təhrif də prosesin əksinə yönəlmiş qüvvənin onun üzərində buraxdığı izlərə görə baş verir və ya baxdığımız üçüncü halda ona oxşar olan yeni informasiyanın bu informasiyanı redaktə etməsi dəyişikliyin yaranmasına səbəb olur.

Psixi prosesin şüuri, yoxsa şüursuz olması arasındakı fərq bizim üçün ayırdedici əlamət və ya hesablama nöqtəsi sayılır. Sıxışdırılmış informasiya qeyrişüuridir. Dediklərimizi tərsinə yozmaq mümkün olsa idi, onda bütün bunları anlamaq da çox sadə və münasib olardı, yəni “şüuri” və “şüursuz” keyfiyyətləri biri-birindən ayırd edərkən gərək onlardan birincisi “MƏN”-ə, ikincisi isə sıxışdırılmış informasiyaya aid olsun. Bizim psixi həyatımızda belə təcrid olunmuş və şüursuz şeylərin olması faktı yeni və kifayət qədər vacib olardı. Əslində isə, vəziyyət daha mürəkkəbdir. Bütün sıxışdırılmış şeylərin şüursuz olması doğrudur, lakin Mənə aid olan hər şeyin şüurlu olması doğru deyil. Sıxışdırılmış informasiyanın şüursuz olması doğrudur, ancaq “MƏN”-ə məxsus olanların hamısının şüuri olması doğru deyil. Biz şüurun psixi prosesə yalnız müvəqqəti olaraq xas olan keçici bir keyfiyyət olduğunun fərqindəyik. Ona görə də öz məqsədimizə uyğunlaşdıra bilmək üçün gərək “şüurluluğu” “şüura yolu olan” kimi adlandıraq və onun bu xüsusiyyətini “şüurdanqabaq” olaraq tanıyaq. Onda belə demək daha doğru olardı: Mən mahiyyətcə şüurdanqabaqdır (virtual olaraq şüurludur), lakin Mənin bəzi hissələri şüursuzdur.

Sonuncu təsbitlərimizin göstərdiyi kimi, bizim indiyədək əsaslandığımız keyfiyyətlər psixi həyatın qaranlıqlarında lazımi səmti tapa bilmək üçün yetərli deyil.

Biz indi başqa fərqlər tapmağa borcluyuq və onlar da gərək keyfiyyət fərqləri deyil, aktual fərqlər olsunlar, həm də onlara məxsusi dəyər qazandıran genetik mahiyyət daşısınlar. Bizim bir aparat kimi qəbul etdiyimiz psixikamız bir neçə ardıcıl instansiyalardan, sahələrdən və əyalətlərdən qurulmuşdur və biz bu sahələrdən birini “O” adlanan başqa bir sahədən ayırıb təcrid edir, habelə onu “MƏN” adlandırırıq.

Biz indi ruhumuzda, onu bir neçə instansiya, rayon, əyalətdən ibarət bir aparat kimi qəbul edərək, əsl Mən adlandırdığımız bir bölgəni, digərini isə O adlandırdığımız bölgədən ayırırıq. O daha qədimdir, Mən isə ondan xarici aləmin təsiri ilə qabıq qatı kimi inkişaf etmişdir. O-da bizim ilkin impulslarımız hücum edir, onda gedən bütün proseslər şüursuzdur. Xatırladığımız kimi, “Mən” şüursuz adlanan sahə ilə üst-üstə düşür, bu sahə özündə adətən şüursuz qalan hissələri ehtiva edir. “O”-dakı psixi proseslər üçün “Mən”-də hökm sürən qanunlardan və qarşılıqlı təsirlərdən tamamilə fərqli gediş və qarşılıqlı təsir qanunları keçərlidir. Əslində, bizi yeni anlayışımıza gətirib çıxaran və onu əsaslandıran məhz bu fərqlərin kəşfidir. Bax elə bu fərqləri aydınlaşdıra bilmək bizim onu yeni tərzdə anlamağımıza və əsaslandırmağımıza gətirib çıxarır.

Sıxışdırılmış informasiyalar “O”-ya aid edilir və onun işləmə mexanizminə tabe olur, onların fərqi isə yalnız mənşələri ilə bağlıdır. Bu ayrılma və fərqliliklər isə həyatın lap başlanğıcında “MƏN”-in “O”-dan formalaşdığı məqamda yaranır. Sonra “O”-da olanların bir hissəsini “MƏN” mənimsəməklə şüuröncəsi səviyyəyə qalxır, qalan hissə isə “O”-da toxunulmaz olmaqla əsl şüursuz kimi qalır. Ancaq “MƏN”-in sonrakı formalaşmasında onun müdafiəsini təşkil edən prosesin köməyi ilə burada özünə yer edə bilmiş bir sıra psixi təəssürat və proseslər çıxarılır; onlar özlərinin şüuröncəsi xarakterini itirib yenidən “O”-nun tərkib hissəsi olmaq səviyyəsinə enirlər. Beləliklə də, bu informasiyalar “O”-nun içində sıxışdırılmış şəkildə gizlənir. Bu iki əyalət arasında hərəkətlə bağlı bizim düşüncəmiz belədir: bir tərəfdən “O”-da olan qeyrişüuri informasiyalar şüuröncəsi səviyyəsinə qalxıb “MƏN”-lə birləşir, digər tərəfdən, “MƏN”-dəki şüuröncəsi səviyyədə olan informasiya yenidən “O”-ya qayıda və orada yerləşə bilir “O”-ya qayıda və orada yerləşə bilir. Bundan başqa da, bizim hazırkı maraqlarımızdan kənarda qalır ki, gələcəkdə “MƏN”-də xüsusi bir “Üstün-MƏN” sferası ayrılır.

Hal-hazırda bizim maraq dairəmizdən kənarda qalır ki, daha sonra Mən-də xüsusi bir sahə — «Üst-Mən» sahəsi ayrılır. Bütün bunlar çox da sadə görünməsə də, psixi aparatın öyrəşmədiyimiz fəzasına alışanda bunların hamısını çox asanlıqla təsəvvür etmək mümkündür. Əlavə olaraq bunu da deyim, burada təsvir olunan psixi sahələrin beynin anatomiyası ilə heç bir əlaqəsi yoxdur, burada olsa-olsa, beynin ümumi psixi proseslərlə bağlılığının bu sahələrdə necə gerçəkləşdiyindən danışmağın yeri var. Bu təsəvvürün qeyri-qənaətbəxşliyi, hansı ki mən bunu hər kəs qədər aydın hiss edirəm, psixi proseslərin dinamik təbiəti haqqında tamamilə məlumatsızlığımızdan irəli gəlir. Biz deyirik ki, şüurlu təsəvvürü şüursuz təsəvvürdən, şüursuz təsəvvürü isə şüursuz təsəvvürdən fərqləndirən şey, psixi enerjinin modifikasiyası, bəlkə də fərqli paylanmasından başqa bir şey ola bilməz. Biz Besetzungen və Überbesetzungen haqqında danışırıq, lakin bundan başqa, bizdə heç bir bilik və hətta faydalı iş hipotezinə dair heç bir yanaşma yoxdur. Şüur fenomeni ilə bağlı mühakimə yürüdərkən biz onun ilk olaraq duyğularımızla bağlı olduğunu deyə bilərik. Duyğularımızın yardımı ilə ağrı, toxunma, eşitmə və görmə zamanı yaranan bütün hisslər ən çox şüurludur. Düşünmə prosesləri və “O”-da onlara analoji olanlar öz-özlüyündə şüursuzdur və şüura çıxışı görmə və eşitmə qavrayışlarının yaddaş qalıqları ilə dil funksiyası vasitəsilə əlaqələndirərək əldə edirlər. Nitq qabiliyyəti olmayan heyvanlarda bu münasibətlər, görünür, daha sadə formada baş verir. Başlanğıc nöqtəsi kimi götürdüyümüz erkən travmaların təəssüratları ya şüursuzluğa tərcümə olunmur, ya da tezliklə sıxışdırılma yolu ilə O-vəziyyətinə qaytarılır.

Dil qabiliyyəti olmayan heyvanlarda bu münasibətlər daha sadə olmalıdır. Bizim çıxış nöqtəmiz olan erkən travmalar ya şüursuz informasiyaya çevrilmir, ya da əksinə, sıxışdırılma vasitəsi ilə tezliklə “O” sahəsinə keçib orada yerləşir. Bu halda onunla bağlı xatirənin qalıqları o zaman şüursuz olur və “O” sahəsində fəaliyyət göstərir. Bizim düşüncəmizə görə, fərdin şəxsi təəssüratlarından söz gedərkən biz onların gələcək taleyini yaxşı izləyə bilərik. Ancaq biz fərdin psixi vəziyyətinə yalnız onun şəxsi təəssüratlarının deyil, həm də onun anadangəlmə aldığı, irsi mənşəli arxaik mirasın daşıdığı məzmunun da təsir etdiyini mümkün saysaq, onda yeni mürəkkəbliklər ortaya çıxmış olur. Bu halda belə bir sual yaranır: dediyimiz bu arxaik miras necə olur, hansı məzmunu daşıyır və onun sübutları nədir?

Ən qısa və doğru cavab isə belə ola bilərdi: onun məzmununda bütün canlılara xas olan müəyyən meyllər vardır. Daha doğrusu, müəyyən inkişaf istiqamətlərini seçmək və müəyyən qıcıqlara, təəssüratlara və təsirlərə xüsusi şəkildə reaksiya vermək qabiliyyəti və meyli. Təcrübələrin göstərdiyi kimi, insanların arasında hər bir fərdin bu reaksiyaları bir-birindən fərqlənir, elə bu arxaik miras da bu baxımdan fərqli nəticələr doğurur, ancaq bu fərqlilik hər bir fərdin varlığında müstəsna bir özünəməxsusluğun olması ilə, başqa sözlə desək, onun fiziki və psixoloji parametrlərinin yalnız onun özü üçün xarakterik olması ilə bağlıdır. Bütün insanların öz körpəlik çağlarında, demək olar, eyni duyğuları yaşadığını və onlara eyni cür reaksiyalar verdiyini xatırlasaq, onda belə bir şübhənin yaranması qaçılmazdır: bu reaksiyaları fərdi fərqləri ilə birlikdə arxaik irsə aid etmək olmazmı? Bu şübhəni rədd etmək lazımdır; bu oxşarlıq faktı arxaik irs haqqında biliklərimizi zənginləşdirmir.

Bu şübhəni rədd etmək lazımdır; bu bənzərliyin faktı arxaik irs haqqında biliklərimizi zənginləşdirmir. Lakin analitik tədqiqatlar bizi düşündürən bəzi nəticələr vermişdir. Burada ən birinci yerdə dil simvolikasının ümumiliyi dayanır. Bir əşyanın başqa birisi ilə simvolik təmsil olunması – eyni şey hərəkətlər üçün də keçərlidir – bütün uşaqlarımıza tanışdır və sanki öz-özünə başa düşüləndir. Onların bunu necə öyrəndiklərini izah edə bilmirik və bir çox hallarda (546) bunun öyrənilməsinin qeyri-mümkün olduğunu etiraf etməliyik. Bu, böyüklərin sonradan unutduğu ilkin bilikdir. O, yuxularında eyni simvollardan istifadə etsə də, analitik onları izah etmədikcə onları başa düşmür və hətta o zaman da tərcüməyə inanmaq istəmir. Əgər kimsə dildə çox işlənən və birbaşa simvolikalarla bağlı olan hansısa sözdən yararlanmışsa, onda gərək onun gerçək mənasını anlaya bilmədiyini etiraf etsin. Simvolika dillər arasında fərq qoymur; tədqiqatlar, ehtimal ki, onun hər yerdə olduğunu, bütün xalqlarda eyni olduğunu göstərərdi. Beləliklə, burada dilin inkişafı dövründən qalma arxaik irsin təsdiqlənmiş bir halı görünür, lakin hələ də başqa bir izahat cəhd etmək olar. Demək olar ki, bu, tarixi dil inkişafı zamanı yaranmış və indi hər dəfə fərdi dil inkişafı baş verdikdə təkrarlanmalı olan təsəvvürlər arasındakı düşüncə əlaqələridir. Bu halda, bu, başqa bir instinktiv meyl kimi düşüncə meylinin irsiyyəti olardı və problemimizə yeni bir töhfə olmazdı.

Bu, düşüncə meylinin, eləcə də həvəs meylinin irsi halı olardı və problemimizə yeni bir töhfə olmazdı. Ancaq analitik iş başqa şeyləri də üzə çıxardı ki, bu da əvvəlkilərdən daha geniş əhatəyə malikdir. Biz erkən travmalara olan reaksiyaları öyrənərkən əksər hallarda onların yaşanmış real sarsıntılarla ciddi şəkildə uzlaşmadığını görüb təəccüblənməli oluruq. Bu reaksiyalar uzlaşmalı olduğu sarsıntılardan uzaqlaşır və onların bunun üçün yararlandığı üsullar isə daha çox filogenetik hadisənin nümunəsinə uyğun gəlir və yalnız onun təsiri ilə izah edilə bilər. Nevroz uşaqların öz valideynlərinə münasibəti Edip və axtalanma kompleksinə uyğun gəlir və bu çoxsaylı reaksiyalar fərdi olaraq əsassız görünür, ancaq bu reaksiyaları arxaik mirasla, çox-çox uzaq nəsillərdə olmuş belə hadisələrlə əlaqələndirərkən belə nevroz simptomları anlaşılan olur. Sözsüz, bu materialı, hansına ki, burada istinad edə bilərəm, toplayıb ictimaiyyətə təqdim etməyə dəyərdi. Nəticələrin doğruluğu mənə yetərli göründüyündən onlara arxalanıb ürəklənir və sonrakı addım olaraq demək istəyirəm: insanın arxaik irsi təkcə meylləri deyil, həm də məzmunu, yəni keçmiş nəsillərin təcrübələrinin yaddaş izlərini əhatə edir. Bununla da, arxaik mirasın həcmi və dəyəri həlledici şəkildə artmış olur.

Araşdırmalarımızın gedişinə dərindən və geniş yanaşsaq, onda gərək etiraf edək: biz çoxdandır, özümüzü elə aparırıq, sanki ulu babalarımızın qarşılaşdıqları hadisələrlə bağlı 547 xatirələri bizə irsi olaraq ötürülməsi və bu hadisənin, elə bil, başqalarının vasitəçiliyindən və onların nümunə kimi götürülüb bizim tərbiyəmizdə rol oynamasından asılı olmayaraq baş verməsi şübhə doğurmur. Biz xalqın köhnə ənənələri yaşatmasından, xalqın xarakterinin formalaşmasından danışanda əsasən irsi ənənələri nəzərdə tuturuq, şifahi yolla ötürülən ənənələri isə gözardı edirik. Yaxud da ənənələrin ötürülməsinin bu iki forması arasında fərq qoymur və belə bir unutqanlığın necə riskli olduğunu lazımınca dərk etmirik. Bizim vəziyyətimizi mürəkkəbləşdirən amillərdən biri də müasir biologiya elminin canlıların qazandığı vərdişlərin irsi ötürülməsini qəbul etməməyidir. Ancaq biz bütün təvazökarlığımızla etiraf edirik ki, bioloji inkişafın bu amil olmadan keçinə bilmərik. Düzdür, burada bəhs etdiyimiz və irsi keçdiyini düşündüyümüz şeylər fərqlidir, bunlardan birində canlıların yaşadıqları dövrdə qazandıqları və güclə sezilib qeydiyyata alına bilən vərdişlərindən söz açılır, ikinci halda isə xarici aləmlə bağlı şüurlu dərk olunmuş hadisələrlə bağlı xatirələrin izlərindən danışılır. Ancaq mahiyyət etibarilə, biz onları bir-birindən ayrılıqda təsəvvür edə də bilmərik. Belə xatirələrin izlərinin arxaik mirasda qorunub saxlanmasının mümkünlüyünü qəbul etməklə biz fərdi və kütləvi psixologiya arasındakı uçurum üzərindən körpü salmış olduq və xalqın psixologiyasını nevrotik xəstələrin psixologiyasını araşdırdığımız kimi təhlil etmək imkanı qazandıq.

Bu gün arxaik mirasda keçmiş xatirələrin izinin olması ilə bağlı əlimizdə psixoanalitik araşdırmaların gedişində nevrotik xəstələrin yaddaşındakı bir sıra məlumatların irsi təbiətli olması ilə bağlı olanlardan başqa daha güclü bir sübut olmasa da, biz bu sübutu belə bir faktı postulat etmək üçün kifayət qədər güclü sayırıq. Əgər belə deyilsə, nə analizdə, nə də kütləvi psixologiyada tutduğumuz yolda bir addım da irəliləyə bilmərik. İşimizin davamı üçün belə bir mülahizəyə üz tutmaq qaçılmazdır.

Burada daha bir yararlı iş görmüş oluruq. Biz insanın ilkin formalaşma dövründə onunla heyvanlar arasında yaranmış zahiri uçurumu azaldırıq. Əgər heyvanlarda özünü göstərən instinkt onların doğulmasından sonra düşdükləri yeni situasiyaya uyğunlaşmağa kömək edirsə, onlar burada özlərini yeni şəraiti çoxdan bilirmiş kimi aparırlarsa və onda burada yalnız bir izah ola bilər: onlar öz yeni mühitlərinə mənsub olduqları növün indiyədək qazandığı təcrübə ilə gəlir, daha doğrusu, əcdadlarının qazandığı təcrübəni yaddaşlarında anadangəlmə daşıyırlar. Mahiyyətcə, hələ vəhşilik çağını yaşayan insanda da, belə bir keyfiyyətin ola biləcəyi gözləniləndir. Vəhşi heyvanların instinktləri onların arxaik mirasları ilə uzlaşır, baxmayaraq ki, bu miras öz həcmi və məzmunu ilə ondan fərqlənir.

Bütün bu mülahizələrdən sonra mən tərəddüd etmədən bildirirəm: insanlar hansısa bir xüsusi qabiliyyətləri ilə nə vaxtsa öz ulu atalarını öldürdüklərini dərk etmişlər.

Burada sonrakı iki suala cavab verməli oluruq. Birincisi, belə xatirələr arxaik mirasa hansı şəraitdə daxil ola bilir; ikincisi, onlar hansı şəraitdə canlanır, daha doğrusu onlar hansı şəraitdə təhrif olunmuş və dəyişilmiş şəkildə olsa belə, onların şüursuz vəziyyətindən, Yəni Ondan, şüura keçə bilir? Birinci suala çox asanlıqla cavab tapmaq olar: əgər hadisə kifayət qədər vacib idisə və ya kifayət qədər tez-tez təkrarlanırdısa, yaxud hər ikisi. Atanın öldürülməsi halında hər iki şərt yerinə yetirilir. İkinci sualla bağlı bunu demək olar: görünür, burada bizə bəlli olmayan bütün təsirlər nəzərə alınmalıdır, hansı ki, onların hamısının məlum olması vacib deyil, həmçinin bir sıra nevrozlarda baş verən proseslərdə olduğu kimi, hadisələrin kortəbii inkişaf etməsi də mümkündür. Ancaq sözsüz, hadisənin son real təkrarı ilə unudulmuş yaddaş izinin oyanması həlledici əhəmiyyət kəsb edir. Belə bir təkrarlama Musanın qətli idi; sonradan İsa Məsihin iddia olunan məhkəmə qətli, beləliklə bu hadisələr səbəbiyyətin ön planına çıxır. İşlərin gedişinə baxanda adama elə gəlir, bu insidentlər olmadan təktanrılı din də yarana bilməzdi. Burada şairin sözləri yada düşür: “Nə ki mahnıda ölümsüz yaşayacaq, həyatda məhv olmalıdır.” Şiller, “Yunanıstan tanrıları”. Sonda psixoloji arqument gətirən bir qeyd.

Sonda psixoloji arqument irəli sürən bir qeydə də baxaq. Ancaq məlumatlandırmaya əsaslanan ənənə dini fenomenlərə xas olan məcburi xarakteri yarada bilməzdi. Onun ehkamlarına qulaq asmış, müzakirə etmiş, bir sıra hallarda kənardan gələn istənilən məlumat kimi inkar da etmişlər, beləliklə də, dini ənənələr heç vaxt məntiqi düşüncənin məcburiyyətindən azad olma imtiyazına nail ola bilməmişdir. O, əvvəlcə sıxışdırılma taleyini, şüursuzluqda qalma vəziyyətini yaşamalı idi ki, qayıdışında kütlələri öz təsirinə sala biləcək qədər güclü təsirlər göstərə bilsin, necə ki, biz bunu dini ənənədə təəccüblə və indiyə qədər başa düşmədən görmüşük. Biz bunu dini ənənədə təəccüblə və indiyə qədər başa düşmədən görmüşük. Və bu mülahizə bizi hadisələrin təsvir etməyə çalışdığımız kimi, ya da ən azından ona bənzər şəkildə baş verdiyinə inandırmaq üçün böyük əhəmiyyət kəsb edir.

2 Mən yaşıdım olan Bernard Şounun “insan 300 il yaşasa idi, ola bilsin, hansısa həqiqətə çata bilərdi” düşüncəsini bölüşmürəm. İnsan ömrünün uzadılması burada heç nəyi dəyişə bilməzdi, həqiqətə çata bilmək üçün həyatın ən başlıca şərtlərindən bir çoxu dəyişməlidir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.