AİLƏ TERAPİYASI

Sistemli Ailə Terapiyası

Kişi-qadın və valideyn-övlad bağı, çətin yeniyetmələrlə iş. Kişi-qadın münasibətləri, valideyn-övlad bağı və çətin yeniyetmələrlə iş — terapiya və təlim.

6İl Psixoloji Təcrübə
600+Pasiyent
12Təlim Qrupu
60+Video Yazı
Mütəxəssis Haqqında

Samirə Rəhimova/Rüstəmova

Klinik psixoloq · ailə terapevti Klinik psixoloq · ailə terapiyası üzrə mütəxəssis-təlimçi

  • 2021 Bu günə qədər — klinik psixoloq. B.D.Karvasarski adına İnstitutda (Sankt-Peterburq) klinik psixologiya üzrə diplom. Fərdi qəbul: cütlük münasibətləri, valideyn-övlad bağı, təşviş pozuntuları
  • Sertifikat Beynəlxalq Psixoterapiya Assosiasiyasının (IPAS) ailə terapiyası üzrə sertifikatı — cütlüklərlə və çətin yeniyetmələrlə iş
  • Praktikum RAGIMOFF Psixologiya Məktəbində klinik psixoterapiya praktikumu
  • Müəllimlik Sankt-Peterburq Əlavə Təhsil İnstitutunda ailə terapiyası modulları; RAGIMOFF Psixologiya Məktəbində tələbələr üçün ailə terapiyası mühazirələri
  • 2013 — 2021 Şəxsi inkişaf təlimçisi və koç. İctimaiyyətlə əlaqələr, kommunikasiya və natiqlik üzrə təlimlər
  • 2006 «Kişiləri qoruyun» bədii filmində Ceyran rolu — rejissor Şərif QurbanəliyevFilmə bax
  • 2005 — 2012 «ATV maqazin» jurnalının təsisçisi və baş redaktoru — 2012-ci ilin dekabrına qədər
  • 2003 — 2013 ATV kanalında «Şarm» verilişinin aparıcısı — on il efirdə
  • İkinci təhsil Rəssamlıq Akademiyası — rəssam ixtisası
  • İlk təhsil Azərbaycan Dövlət İncəsənət İnstitutu, teatr və kino fakültəsi — teatr və kino aktrisası ixtisası
Samirə Rəhimova

Qeydiyyatdan keçmək lazimdir: yerlər təlim qrupuna əvvəlcədən yazılanlar arasında bölünür. Qrupa düşməsəniz, 1 sentyabrda dərslərə qoşulmaq mümkün olmayacaq.

Qeydiyyat
TƏLİM PROQRAMI

Ailə Terapiyası

İki modul, hər biri 3 ay: tədris, praktika, superviziya. İki modul. Hər modul 3 ay: 2 ay tədris və praktika, 3-cü ay superviziya. Qiymət əyani və online üçün eyni.

Dərslər həftədə 2 dəfə — çərşənbə axşamı və cümə axşamı, saat 14:00–16:00. Təlimə başlama tarixi — 1 sentyabr.

Modul 1

Cütlük Terapiyası

Kişi-qadın münasibətləri

Cütlük sistemi ilə iş: diaqnostikadan böhran dövrünə qədər. İlkin qəbul, genoqramma, rollar və sərhədlər, patternlər, xəyanət və boşanma ərəfəsində yanaşma.

3 ay 16 dərs + superviziya həftədə 2 dəfə × 2 saat

Cəmi 600 AZN — ayda 200 AZN × 3 ay, yaxud öncədən ödənişlə 500 AZN. Əyani və online üçün qiymət eynidir.

Tam proqrama bax
  1. Ailə sistemində disharmoniyanın müəyyən edilməsi — diaqnostika
  2. Cütlük terapiyasında ilkin qəbul
  3. Münaqişəli vəziyyətin təhlili
  4. Genoqramma — ailənin həyat dövrü
  5. Ailə sistemində rolların müəyyən olunması və gərgin sərhədlər
  6. Psixodrama — ailə modelində psixoterapevtik texnikalar
  7. Yazılmayan qaydalar — öhdəliklərin paylaşılması və pozulduqda cəzası
  8. Münasibətlərdə patternlərin müəyyən olunması
  9. Ailə terapiyasında klassik və müasir məktəblərinin metodların tətbiqi
  10. Sistemli Ailə Terapiyasının həll etdiyi problemlər dairəsi
  11. Şəxsi ehtiyacların ödənilməsi və seçim azadlığı
  12. Kommunikasiya metodları (Q. Beytson nəzəriyyəsi)
  13. Ailə münasibətlərində psixoterapevtik üsullar və hazır keyslər
  14. Kritik dönəmdə iş prosesi (xəyanət, təcavüz, boşanma ərəfəsində psixoterapevtik yanaşma)
  15. Asılılığın müxtəlif formalarından (alkoqol, narkotik, qumar və s.) əziyyət çəkənlə münasibətin təhlili
  16. Ailə terapiyasında dəstəkləyici mərhələ

Təlimin video yazıları — hər iki təlimatçının dərsinə əvvəlcədən baxa bilərsiniz:Dr. Rəhimovun dərsi Samirə Rəhimovanın dərsi

Modul 2

Valideyn-Övlad Münasibətləri

Valideynlər üçün ailə terapiyası

Övladın inkişaf mərhələləri və kritik məqamlar, ailədaxili funksional pozuntular, ünsiyyət modelinin qurulması, oyun terapiyası, qorxular və aqressiya. Psixoloqlar, pedaqoqlar və valideynlər üçün.

3 ay 16 dərs + superviziya həftədə 2 dəfə × 2 saat

Cəmi 600 AZN — ayda 200 AZN × 3 ay, yaxud öncədən ödənişlə 500 AZN. Əyani və online üçün qiymət eynidir.

Tam proqrama bax
  1. Uşağın psixo-fizioloji inkişaf mərhələləri
  2. İnkişaf mərhələlərində kritik məqamlar
  3. Ailə terapiyasında əlamətlərə görə diaqnostika
  4. Ailə daxilində funksional pozuntular
  5. Ailə əhvalatlarının sistemli təhlil prosesi
  6. Uşaqla ünsiyyət modelinin qurulması
  7. Gərgin münasibətlərdən çıxış yolları, valideynlərin tərbiyə metodlarının korreksiyası
  8. Problemli ailələrdə uşaqların davranış modelləri
  9. Uşaqlarda nevrotik və davranış pozuntuları
  10. Oyun terapiyası — davranış modelinin korreksiyası
  11. Uşaqlarda aqressiv davranışlar — cəza modeli
  12. Uşaqlarda qorxular və praktiki çıxış yolları
  13. Tədris və təhsildən geridə qalma problemləri
  14. Natamam ailədə uşaqların psixikasının tənzimlənməsi
  15. Ailədə cinsi tərbiyə metodları
  16. Xüsusi xəstəlik və ya davranış məhdudiyyəti olan insanlarla ailə münasibətlərinin idarə olunması

Proqram psixoloqlar, məktəb psixoloqları, müəllimlər, koçlar, tələbələr və valideynlər üçündür; ali təhsil tələb olunmur. Kursun sonunda imtahan keçirilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının sertifikatı verilir.

KONSULTASİYA

Cütlük Terapiyası

Birgə qəbul, sonra fərdi mərhələ və yenidən birgə iş. İş birgə qəbulla başlayır, fərdi mərhələ ilə davam edir və birgə sessiyada birləşir.

Terapiyanı iki mütəxəssis birlikdə aparır: kişi tərəflə həkim-psixiatr Kənan Rəhimov, qadın tərəflə klinik psixoloq Samirə Rəhimova. İş birgə ilkin qəbulla başlayır: hər iki tərəf eyni otaqda dinlənilir və vəziyyət birlikdə qiymətləndirilir. Sonra fərdi mərhələ gəlir — hər kəs öz payını partnyorun yanında deyil, təhlükəsiz şəraitdə araşdırır. Yekun birgə sessiyada nəticələr birləşdirilir və razılaşmalar qurulur. Bir sessiya 1 saat çəkir, əyani və onlayn keçirilir. Prosesin tam təsviri və qiymətlər ayrıca səhifədədir.

Görüş təyin edin

FAYDALI OXU

Ailə Münasibətləri Haqqında

Bu mövzuda elmi əsaslı yazılar. Bu mövzuda dərc olunmuş elmi əsaslı yazılar və praktik məsləhətlər.