← Ana səhifə

KORPORATİV

Korporativ təlimlər

Satış, liderlik, idarəetmə, HR, vaxtın idarə olunması, komanda quruculuğu və stresin idarə olunması — elmi əsaslı korporativ psixologiya. Şirkətinizin ehtiyaclarına uyğun fərdi proqram.

Qəbula yazılın

Korporativ təlimlər

Yeddi proqram

Hər proqram şirkətin spesifik ehtiyacına uyğun hazırlanır: əyani format — sizin ofisinizdə və ya konfrans zalında.

Satış

Satış məktəbi

Müştəri psixologiyası, NLP texnikaları, etirazlarla iş və bağlama strategiyaları. Komandanızın satış göstəricilərini artırmaq üçün intensiv, fərdiləşdirilmiş proqram.

  • Müştəri davranışı psixologiyası
  • NLP ilə etirazların həlli
  • Satışın bağlanması texnikaları
  • Satışda emosional intellekt
  • Səyyar işçilər üçün stresin idarə olunması

Liderlik

Liderlik

Rəhbər şəxslər üçün komanda idarəetməsi, böhran şəraitində qərar qəbulu, motivasiya sistemləri və münaqişə menecmenti.

  • Komanda dinamikası və rollar
  • Böhran vəziyyətlərində liderlik
  • Motivasiya psixologiyası
  • Münaqişənin konstruktiv həlli
  • Emosional tarazlıq və performans

Menecment

İdarəetmə bacarıqları

Rəhbər üçün idarəetmə alətləri: tapşırıq, nəzarət, əks-əlaqə, qərar qəbulu.

HR

İnsan resurslarının idarə olunması (HR)

Kadr seçimi metodologiyası, işçinin psixoloji portretinin müəyyənləşdirilməsi, komanda daxili münasibətlərin optimallaşdırılması.

  • Müsahibə psixologiyası
  • Psixoloji profil metodu
  • Komanda uyğunluğu analizi
  • Tükənmənin profilaktikası
  • Yeni işçinin adaptasiyası psixologiyası

Vaxt

Vaxtın idarə olunması (taym-menecment)

Prioritetlər, planlaşdırma və diqqətin qorunması — fərdi və komanda səviyyəsində.

Komanda

Komanda quruculuğu (timbildinq)

Komanda dinamikası və rollar, münaqişələrin həlli, uyğunluq analizi.

Stres

Stresin idarə olunması (stres-menecment)

Tükənmənin qarşısının alınması, gərginlik altında sabit iş.

FormatƏyani / OnlaynŞirkətdə, konfrans zalında və ya Zoom
Müddət1–3 günStandart: 1 gün × 6 saat; intensiv: 3 gün
İştirakçı5–30 nəfərOptimal: 8–15 nəfərlik qrup
QiymətFərdi təklifProqrama, müddətə və iştirakçı sayına görə

Business Party by RAGIMOFF

İş adamları üçün açıq tədbirlər: mövzu, ünsiyyət və yeni əlaqələr bir axşamda.

  1. 25.10.2015

    Business Party № 1

    Ünsiyyət

  2. 20.12.2015

    Business Party № 2

    2016-cı ildə biznesin inkişaf imkanları

  3. 12.04.2016 · Flame Towers

    Business Party № 3

    «İmkanlar Kainatı — Made in Azerbaijan»

23 il təcrübə — diqqət nəticədə

  1. 23+

    İl klinik təcrübə

    Həkim-psixiatr, psixoterapevt. Korporativ mühitdə insan davranışını klinik dəqiqliklə anlayan mütəxəssis.

  2. 100%

    Fərdiləşdirilmiş proqram

    Şirkətin sahəsi, komanda ölçüsü və konkret problemindən asılı olaraq hər proqram sıfırdan qurulur.

  3. IPAS

    Beynəlxalq sertifikat

    IPAS/BPA sertifikatlı mütəxəssis. Metodologiya: KDT, NLP, sistemli ailə terapiyası — iş mühitinə adaptasiya edilmiş.

Qeydiyyat

Nəyə yazılmaq istədiyinizi seçin — qalanı bir neçə toxunuşla.

Mövzu
Məqsəd
İştirakçı sayı
Dil
Harada