Uzunmüddətli proqram
Klinik Psixologiya (Əlavə Təhsil)
Proqram DSM-5 və XBT-11 üzrə psixi pozuntuların diaqnostikasını, əsas psixoterapevtik yanaşmaları (KDT, EMDR elementləri) və real klinik praktikanı əhatə edir. Öz sahəsində aktiv çalışan ya çalışmağı planlaşdıran mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
- Müddət
- 1 il (6+6 ay)
- Həcm
- 1 528 akademik saat, 23 fənn
- Format
- Onlayn + əyani
- Başlanğıc
- Qeydiyyat açıqdır
- Sənəd
- Peşə yenidənhazırlanması üzrə Əlavə Təhsil Diplomu, Sankt-Peterburq Əlavə Təhsil İnstitutu, + beynəlxalq IPAS sertifikatı
Kimlər üçün
- Ali təhsil diplomu olan mütəxəssislər (istənilən sahə)
- Ümumi psixologiya proqramını tamamlayanlar
- Klinikalarda, xəstəxanalarda çalışmaq istəyənlər
- Psixoterapevt olmaq istəyənlər
- Öz psixologiya mərkəzini açmağı planlaşdıranlar
Nə daxildir
- Ümumi Psixologiya proqramı bu proqrama daxildir
- Psixoterapiya Praktikumu proqrama daxildir
- Beynəlxalq IPAS/BPA sertifikatı — Əlavə Təhsil diplomu ilə paralel
- Hər fənn üzrə Dr. Rəhimovun video dərsləri və həftəlik canlı praktika
- Real klinik keyslərin supervizor nəzarəti altında analizi
Proqram
Blok I — Neyroloji və fiziologiya əsasları
- Mərkəzi sinir sisteminin anatomiyası · 52 saat
- Mərkəzi sinir sisteminin fiziologiyası · 47 saat
- Psixofiziologiya · 48 saat
- Neyropsixologiya · 56 saat
Blok II — Klinik psixologiyanın nəzəri əsasları
- Patopsixologiya · 53 saat
- Klinik psixologiyaya giriş · 47 saat
- Psixosomatika və bədən psixologiyası · 94 saat
- Psixoterapiya: nəzəriyyə və praktika · 66 saat
- Diferensial psixologiya · 47 saat
- Klinik psixologiyada şəxsiyyət nəzəriyyələri · 11 saat
- Psixodiaqnostika · 67 saat
- Psixoloji konsultasiyanın əsasları · 30 saat
- Psixoloji inkişaf pozuntuları · 104 saat
- Gerontologiyada klinik psixologiya · 63 saat
- Deviantologiya · 50 saat
Blok III — Əlavə klinik modullar
- Psixiatriyanın əsasları · 100 saat
- Böhran psixologiyası (PTSP) · 80 saat
- Asılılıq psixologiyası · 63 saat
Blok IV — Praktikum
- Neyropsixologiya praktikumu · 112 saat
- Patopsixologiya praktikumu · 161 saat
- Psixodiaqnostika praktikumu · 105 saat
- Uşaq klinik psixologiyası praktikumu · 60 saat
Blok V — Yekun attestasiya
- Yekun fənlərarası imtahan · 12 saat
Sənəd
Peşə yenidənhazırlanması üzrə Əlavə Təhsil Diplomu + IPAS sertifikatı
Diplomu Sankt-Peterburq Əlavə Təhsil İnstitutu verir; diplom haqqında məlumat FİS FRDO dövlət reyestrinə daxil edilir, nostrifikasiya tələb olunmur. Paralel olaraq QR kodla yoxlanıla bilən, Azərbaycandan kənarda da keçərli olan beynəlxalq IPAS/BPA sertifikatı verilir.
Fəaliyyətin hüquqi əsasları
Azərbaycan Respublikasının qanunlarından sitatlarla suallar və cavablar. Hər sənədi e‑qanun.az portalında açıb özünüz yoxlaya bilərsiniz.
İnstitutun sənədləri və lisenziyası
Diplomun nostrifikasiyasına ehtiyac varmı?
Xeyr. Əlavə Təhsil diplomu Azərbaycan Respublikasında təsdiqlənmə (nostrifikasiya) prosedurundan keçmədən işləməyə qanuni hüquq verir. Diplomu aldıqdan dərhal sonra fəaliyyətə başlaya bilərsiniz.
Diplomu kim verir?
Sankt-Peterburq Əlavə Təhsil İnstitutu — təhsil fəaliyyəti üzrə müddətsiz dövlət lisenziyası olan rəsmi təhsil müəssisəsi. Kənan Rəhimov institutun müəllimi və Azərbaycandakı rəsmi nümayəndəsidir.
İnstitutun saytına keç ↗Diplomu və lisenziyanı necə yoxlamaq olar?
Diplomun nömrəsi Rusiyanın federal reyestrində (FİS FRDO), institutun lisenziyası isə Rosobrnadzor saytında yoxlanıla bilər. «Рагимов Кенан Ровшанович» adını institutun saytında müəllimlər siyahısında tapa bilərsiniz.
Rosobrnadzor — lisenziya yoxla ↗Federal reyestr — diplom yoxla ↗Diplom «psixoloq» adlanmaq və psixoloji yardım göstərmək hüququ verirmi?
Bəli. «Psixoloji yardım haqqında» Azərbaycan Respublikası Qanununa (maddə 1.0.2 və 3.2) əsasən psixoloq ixtisasını əlavə təhsil formasında əldə edən şəxs də psixoloq sayılır; «psixoloq», «psixoterapiya» və digər sözlərdən psixoloji yardım göstərmək hüququ olan şəxslər istifadə edə bilər.
«Psixoloji Yardım Haqqında» qanun — psixoloq kimdir?
Maddə 1.0.2 — «Psixoloq» anlayışı
«Psixoloq — bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsil alma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs»
Maddə 3.2 — «Psixoloq» sözünün istifadəsi
««Psixoloq», «psixoloji», «psixoanaliz», «psixodiaqnostika», «psixoterapiya» sözlərindən... yalnız bu Qanuna uyğun olaraq psixoloji yardım göstərmək hüququ olan şəxslər tərəfindən istifadə edilməsinə yol verilir.»Tam mətni oxu — e-qanun.az ↗
Əlavə təhsil rəsmi təhsil formasıdırmı?
Bəli. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi əlavə təhsili rəsmi təhsil forması kimi tanıyır. Sankt-Peterburq İnstitutunun diplomu məhz bu kateqoriyaya aiddir.
«Təhsil Haqqında» Qanun — əlavə təhsil nədir?
Maddə 24 — Əlavə Təhsil
«Əlavə təhsil — vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil»Tam mətni oxu — e-qanun.az ↗
Başqa ixtisas üzrə ali təhsilim varsa, psixoloq diplomu ala bilərəmmi?
Bəli. Nazirlər Kabinetinin 163 nömrəli Qərarına (bənd 3.1.1) əsasən yenidənhazırlanma yeni peşə və ixtisasa yiyələnməyə imkan verən əlavə təhsil formasıdır. Başqa ixtisaslı ali təhsilə malik şəxs psixologiya üzrə yenidənhazırlanma keçərək psixoloq diplomu ala bilər.
163 nömrəli Qərar — yenidənhazırlanma təhsilinin qaydası
Bənd 3.1.1 — Yenidənhazırlanma təhsilinin tərifi
«Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış... hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir.»Tam mətni oxu — e-qanun.az ↗
Məzunlar harada işləyə bilər?
Rusiya ilə Azərbaycan arasında təhsil sahəsindəki Sazişə (AR Qanunu № 455-IIQ, 13 may 2003) əsasən Sankt-Peterburq İnstitutunun diplomu Azərbaycanda rəsmi tanınan sənəddir. İşə qəbul edən tərəfin tələblərinə uyğun olduqda məzunlar həm dövlət, həm də özəl müəssisələrdə fəaliyyət göstərə bilər.
«Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə — Bakı, 13 may 2003-cü il
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU № 455-IIQ · 13 may 2003
Rusiya ilə Azərbaycan arasında təhsil sahəsindəki Sazişə əsasən məzunlar Əlavə Təhsil Diplomu ilə işə qəbul edən tərəfin tələblərinə uyğun olduqda, həm dövlət, həm də özəl müəssisələrdə rəsmi fəaliyyət göstərə bilər.
Razılaşma ilə tanış olun (e-qanun.az) ↗Suallar və cavablar
Ali təhsil tələb olunurmu?
Bəli. «Klinik Psixologiya» proqramı üçün ali təhsil diplomu tələb olunur (istənilən sahə; psixologiya, tibb, pedaqogika və sosial iş sahələrinə üstünlük verilir).
Qiymət
24 aya qədər taksit imkanı — aylıq minimum 275 AZN.
Qeydiyyat
Nəyə yazılmaq istədiyinizi seçin — qalanı bir neçə toxunuşla.
