← Konsultasiyalar

UŞAQ TERAPİYASI

Gecə enurezi (gecə sidik buraxma)

23 ildə 1 000+ uşaq. Bir dənə də dərman olmadan. Yalnız beynəlxalq protokollar üzrə terapiya: kompleks diaqnostika və müalicə.

Qəbula yazılın

Gecə enurezi (gecə sidik buraxma)
1 000+
Sağalan uşaq — 23 il
250+
Uşaq — yalnız 2025-ci ildə
20+
Şəhid · Qazi uşağları — ödənişsiz
100+
Aztəminatlı ailə — ödənişsiz

Gecə enurezi və ya BMGE nədir?

BMGE-nin dəqiq diaqnostikası, digər enurez növlərindən ayırd edilməsi — müalicənin ən düzgün başlanğıcıdır.

XBT-10 F98.0

Birincili monosimptomatik gecə enurezi (BMGE)

Uşaqda ən azı 2 həftə sabit «quru gecələr» olmamışdır. Bu arada maye qəbuluna məhdudiyyət olduqda — bu nəticə hesab edilmir. Gün ərzində ayıq olduqda sidik qaçırma olmur. Yalnız yuxuda sidik qaçırma baş verir. Diaqnoz 5 yaşdan etibarən qoyulur — bu yaşa kimi gecə qaçırması ilə bağlı uşağa yalnız özünə nəzarət qaydaları izah edilir.

Heç bir «toka vermə», «ot dəmləmə», «belini massaj etmə», akkupunktura və digər əsassız metodlar — yuxudan oyanmaya təsir etmədiyindən — BMGE müalicəsində effektivliyini təsdiqləməyib. Buna baxmayaraq, bir çox valideyn əvvəlcə bunları sınayır; sabit nəticə olmadığı üçün sonradan heç bir mütəxəssisə etibar etmir.

Bəs niyə keçmir?

Əsas səbəb uşaqda yuxunun dərinlik dərəcəsidir. Dərin yuxuda olarkən ayılma siqnalının uşağı oyatmağa gücü çatmır — ona görə də zamanında yuxudan durma refleksi (vərdişi) formalaşmır. Bu bioloji xüsusiyyətdir, tənbəllik, xəstəlik ya da «pis valideynlik» deyil. İrsi komponent var — valideynlərdə yuxu dərindirsə uşaqda ehtimal 75%-ə qalxır.

XBT-10 F98.0 — psixoloji inkişaf pozuntuları bölməsidir. Bu o deməkdir ki, profil mütəxəssisi psixoterapevt və ya klinik psixoloq — nə nevroloq, nə də uroloq.

Nevroloji (G.) və ya uroloji (R.) enurez ayrıca kateqoriyadır — bu xəstəliklərdə gündüz də, ayıq olarkən də sidik qaçırma müşahidə olunur. BMGE yalnız yuxu zamanı baş verir. Digər orqanlarda heç bir patologiya aşkar edilmir.

Konsultasiyanı aparır

İmipramin (melipramin) verilməlidirmi?

Qısa cavab: XEYİR — enurezin birinci sıra müalicəsində yeri yoxdur.

Qeyri-profil mütəxəssis nə edir?

Bəzi nevroloqlar XBT-10 F98.0 diaqnozu ilə gələn uşaqlara imipramin (melipramin) — trisiklik antidepressant — yazır. Bu preparat sidik ləngiməsinin müvəqqəti effektini verir, lakin enurezin mexanizmini — oyatma refleksini — formalaşdırmır. Dərman kəsildikdə enurez ~60% hallarda geri qayıdır (residiv).

FDA-nın (Amerika Qida və Dərman Administrasiyası) imipramin üçün Qara Qutu Xəbərdarlığı (Black Box Warning) mövcuddur — uşaq və yeniyetmələrdə intihar riski. Əlavə olaraq kardiotoksik (ürəyə zərərli) təsiri var. Tibbi ədəbiyyatda enurez müalicəsi zamanı imipramin qəbulu fonunda uşaqlarda ürək dayanması nəticəsindəki ölüm halları qeyd edilmişdir.

İmipraminin enurez müalicəsində istifadəsi 1960-cı illərdə başlanıb. O dövrdən bəri beynəlxalq tibbi təşkilatlar (ÜST, ICCS, NICE, EAU/ESPU, AUA, ICS) protokollarını yeniləyib — imipramin birinci sıra müalicəsindən çıxarılıb. Lakin bəzi mütəxəssislər bu yeniliklərə əməl etmir.

Müalicədən əvvəl nə istisna edilir?

Psixoterapevt həkim ikincili enurezi — başqa xəstəliyin nəticəsini — mütləq istisna edir. Bunlar BMGE deyil.

Ehtimal olunan səbəbNə istisna edilirYönləndirmə
Vazopressin (ADH) çatışmazlığıŞəkərsiz diabetEndokrinoloq
Qlükoza səviyyəsinin yüksəlməsiŞəkərli diabetEndokrinoloq
Adenoidlər / OUASYuxuda oksigen çatışmazlığı, dərin yuxuLOR
Hemoqlobinin aşağı olmasıAnemiya, xroniki hipoksiyaHematolog
Sidik yollarının infeksiyasıSYİUroloq
Sidik yollarının anomaliyalarıStruktur pozuntularıUroloq

Üzvi səbəblər istisna edildikdən sonra BMGE diaqnozu təsdiqlənir və müalicəyə başlanır. Əlaqəli mütəxəssisə yönləndirmə psixoterapevt həkimin göstərişi ilə aparılır.

Açıqlıq, məntiq, sübut

Biz heç nəyi gizlətmirik. Metodologiya, nəticələr, hətta tədris materialları da açıqdır.

  1. 01

    Yoxlayın, müqayisə edin

    İstifadə etdiyimiz protokol ÜST, ICCS, NICE, EAU/ESPU tərəfindən tövsiyə olunur. Heç bir psixotrop dərman istifadə etmirik. Yalnız elmi cəhətdən təsdiqlənmiş metodlara əsaslanırıq, ciddi mənbələrə istinad edirik — bu səhifənin aşağısında siyahı var.

  2. 02

    Metodologiya tam açıqdır

    Protokolları və materialları açıq şəkildə təqdim edirik. Biz istəyirik ki, valideynlər hətta mütəxəssisə müraciət etməzdən əvvəl hər şeyi dəqiq görsün.

  3. 03

    Sosial məsuliyyət

    Şəhid, qazi, müharibə veteranı və iştirakçısı, eləcə də təsdiqlənmiş aztəminatlı və ya əlil valideynlərin övladlarının müalicəsi — tam ödənişsiz. Yalnız 2025-ci ildə 250-dən çox uşaq müalicə alıb — 100-dən çoxu tam ödənişsiz.

Mütəxəssis olmayan adamların əlindən uşaqlarınızı qoruyun

Instagram səhifəmizdə xüsusi aktual bölmələr — SİDİK QAÇIRMA və ENUREZ. Yanlış müalicə metodları, əlamətlər, valideyn sualları, real klinik halların izahı. Baxın, paylaşın — bu məlumat pulsuz olmalıdır.

Instagram

Birincidən üçüncü sıraya

Beynəlxalq protokola (ICCS 2020, NICE, EAU/ESPU 2019) uyğun addım-addım müalicə sxemi.

Birinci sıra — əsas metod

Davranış alarm terapiyası (gecə məşqləri)

Alt paltarda və ya çarşabda sensorlu cihaz → sidik ifrazının ilk damcısında siqnal işləyir → uşaq çətin oyanır → valideyn təlimata uyğun təcili oyadır → tualetə gedir → yuxudan oyanma refleksi formalaşır. Effektivlik: 80% sabit nəticə. Kurs: 8–12 həftə davam edir. Residiv əhəmiyyətli dərəcədə azdır. Valideyn fəal iştirak etməlidir.

  • ICCS 2020 · NICE · Cochrane 2005 — seçim metodu

Paralelcə — mütləq

Hissiyyatın artırılması (gündüz məşqləri)

Bezləri çıxarmaq (refleksin formalaşmasını bloklayır) · Quru/nəm gecələrin gündəliyi · Kiçik çanaq əzələlərinin, eləcə də sidik yollarının hər bir mərhələsinə aid müalicənin gedişatına uyğun dəstəkləyici məşqlər · hissiyyat və iradənin gündəlik gücləndirilməsi · Utandırma — tamamilə qadağan (proqnozu pisləşdirdiyi sübut edilib, Cochrane Review 2005).

  • Alarm terapiyası ilə birlikdə effekti artırır

Paralelcə — mütləq

Motivasiya — uşağın öz istəyini gücləndirmək

Motivasiya məşqləri mütləqdir — uşağın öz həvəsi olmalıdır, əks halda bütün tapşırıqları həvəssiz yerinə yetirəcək, hətta etiraz edərək imtina da edə bilər. Bu səbəbdən 5–8 yaş ən effektiv mərhələ hesab edilir. Uşaqda bu mövzu ilə bağlı travma olduqda inam zəifləyir, yuxudan oyandıqda sabotaj baş verə bilər. Gedişata uyğun mütəxəssis hər mərhələdə fərqli motivasiya tədbiri tətbiq edir.

  • Alarm terapiyası ilə birlikdə effekti artırır

Üçüncü sıra — davranış terapiyası effektiv olmadıqda

Davranış terapiyası kömək etmədikdə — əlavə müayinə

Davranış terapiyası 12 həftə ərzində effektiv olmadıqda, növbəti mərhələdə 2 istiqamətli müalicə davam edir. Mayenin həcmi çox olduqda endokrinoloji müayinə ilə sübut olduqdan sonra endokrinoloq desmopressin və ya onun analoqlarını təyin edə bilər (Vande Walle et al., 2012).

  • ! İmipramin və Amitriptilin — 2012-ci ildən etibarən kardiotoksik təsiri və ölüm halları ilə yanaşı çoxsaylı yan təsirləri olduğu üçün ÜST tərəfindən istifadəsi tövsiyə edilmir

Yekun sxem

  1. 01

    Psixoterapevtlə məsləhətləşmə

    ikincili enurezin istisna edilməsi, diaqnozun təsdiqlənməsi

  2. 02

    İntensiv alarm + davranış terapiyası

    8–12 həftə ərzində həyata keçirilir

  3. 03

    Nəticə olmadıqda

    Alarm terapiyası + xüsusi müalicə kombinasiyası

  4. 04

    Effektin olmaması

    təkrar diaqnostika, diaqnozun yenidən nəzərdən keçirilməsi

Elmi mənbələr

  • Glazener C.M., Evans J.H., Peto R.E. Alarm interventions for nocturnal enuresis in children. Cochrane Database Syst Rev. 2005 — alarm terapiyası uzunmüddətli nəticələrə görə bütün digər müdaxilələri üstələyir; BMGE-də seçim metodudur.
  • Glazener C.M., Evans J.H. Tricyclic and related drugs for nocturnal enuresis in children. Cochrane Review, 2000 — trisiklik antidepressantlar qısamüddətli effekt verir, kardiotoksiklik daxil olmaqla ciddi yan təsirləri var, ləğvdən sonra yüksək residiv.
  • Vande Walle J., Rittig S., Bauer S. et al. Practical consensus guidelines for the management of enuresis. Eur J Pediatr. 2012 Jun — imipramin enurezin müalicəsindəki son seçim olmalıdır.
  • Radmayr C., Bogaert G., Dogan H.S. et al. EAU/ESPU Paediatric Urology Guidelines. 2019 — BMGE-nin differensial diaqnostikası və müalicə protokolu.
  • NICE Guideline: Nocturnal Enuresis — The Management of Bedwetting in Children and Young People. National Institute for Health and Care Excellence, UK — alarm 5 yaşdan yuxarı uşaqlar üçün birinci xətt terapiya.
  • ICCS (International Children's Continence Society) Guidelines. 2020 — alarm — farmakoloji müdaxilə olmadan davamlı remissiya verən yeganə metoddur; imipramin tövsiyə edilən protokollara daxil deyil.
  • MacLean R.E.G. Imipramine Hydrochloride (Tofranil) and Enuresis. Amer J Psychiat 117:551, 1960 · Epstein S.J. Imipramine in the Control of Enuresis. Arch Pediatr, 1965 — tarixi kontekst; o dövrdən bəri beynəlxalq protokollar kökündən dəyişib.
  • WHO, XBT-10, F98.0 Nonorganic enuresis. Davranış və emosional pozuntular bölməsi — profil mütəxəssis psixoterapevt/uşaq psixiatrıdır.

Müalicənin dəyəri

İlkin konsultasiyaKənan Rəhimov50 AZN
Müalicə kursuKənan Rəhimov500 AZN

Qeydiyyatdan sonra ödəniş sisteminə keçəcəksiniz. Ödənişdən sonra qəbzi +994 70 220 03 76 nömrəsinə WhatsApp ilə göndərin — görüş vaxtını təsdiqləyəcəyik.

Uşaqları sağalmış valideynlər yazır

Rəylər yalnız administratorun təsdiqindən sonra dərc edilir — spam və kənar reklam yoxdur.

«Oğlum 9 yaşında idi, 4 ildir əziyyət çəkirdi. 10 həftəyə tam sağaldı. Cihaz işləyir, doktor izah edir. Dərmansız belə nəticə ola biləcəyinə inanmazdım. Amma öz gözümlə gördüm.»
Aynur V. — Bakı2025 · 10 həftəlik kurs
«Psixiatrlara getdik, hər biri dərman yazdı. Kənan bəy dərman vermədi — sadəcə cihaz və metodologiya. 3 ayda uşağımız tam quruydu. Sadəcə təşəkkür edə bilərik.»
Rauf M. — Sumqayıt2024 · 12 həftəlik kurs
«Onlayn görüşlərlə müalicə etdilər. Bakıya gəlmədik. Həftəlik hesabatları göndərirdik, hər sual cavablandırıldı. Qızım 8 həftəyə sağaldı. Çox şadıq.»
Sevinc H. — Gəncə2025 · 8 həftəlik kurs · onlayn
«Aztəminatlı ailəyik, qısa zamanda pulsuz kömək etdilər. Bu insanlığı xatırladıb. Uşağımız 11 həftəyə tam sağaldı. Allah razı olsun.»
Fərid K. — Bakı2025 · Pulsuz kurs · 11 həftə

Qeydiyyat

Nəyə yazılmaq istədiyinizi seçin — qalanı bir neçə toxunuşla.

Mövzu
Nə lazımdır