← Bütün proqramlar

Uzunmüddətli proqram

Ümumi Psixologiya

Proqram psixologiyaya sıfırdan başlayanlar üçün nəzərdə tutulmuşdur: nəzəri biliklər praktik bacarıqlarla birləşir — şəxsiyyət nəzəriyyələrindən real seans keçirməyə qədər. AR qanunvericiliyinə uyğun psixoloji konsultasiya hüququ.

Müddət
1 il (6+6 ay)
Həcm
1 556 akademik saat, 22 fənn
Format
Onlayn + əyani
Başlanğıc
Qeydiyyat açıqdır
Sənəd
Peşə yenidənhazırlanması üzrə Əlavə Təhsil Diplomu, Sankt-Peterburq Əlavə Təhsil İnstitutu

Qeydiyyatdan keçin

Kimlər üçün

  • Psixologiyaya yeni başlayanlar — əvvəlki təhsil tələb olunmur
  • Özünü inkişaf etdirmək istəyənlər
  • HR, təhsil, sağlamlıq sektorunda çalışanlar
  • Psixologiya peşəsinə keçmək istəyənlər
  • Klinik psixologiya proqramına hazırlananlar

Nə daxildir

  • Psixoterapiya Praktikumu proqrama daxildir
  • Hər fənn üzrə Dr. Rəhimovun video dərsləri və tövsiyə olunan ədəbiyyat siyahısı
  • Hər tələbəyə fərdi klinik supervizor təyin edilir
  • RAGIMOFF mərkəzində öz pasiyentlərini qəbul etmək imkanı

Proqram

Blok I — Psixologiyanın əsasları
  • Ümumi psixologiya · 72 saat
  • Psixologiya tarixi · 80 saat
  • Psixologiyanın metodoloji əsasları · 80 saat
  • Sosial psixologiya · 80 saat
Blok II — Tətbiqi psixologiya
  • Pedaqoji psixologiya · 80 saat
  • İnkişaf psixologiyası · 80 saat
  • İnkişaf psixologiyası — genişləndirilmiş kurs · 88 saat
  • Ailə psixologiyası · 72 saat
  • Stres və psixoloji dözümlülük · 80 saat
  • Konfliktologiya · 80 saat
  • Təşkilati psixologiya · 88 saat
Blok III — Klinik-terapevtik blok
  • Klinik psixologiyaya giriş · 72 saat
  • Neyropsixologiya əsasları · 80 saat
  • Psixoloji konsultasiya · 88 saat
  • Koqnitiv-davranış terapiyası (KDT) · 88 saat
  • Geştalt terapiyası · 88 saat
  • Analitik psixologiya · 80 saat
Blok IV — Peşəkar inkişaf
  • Psixoloji etika və peşəkar standartlar · 80 saat
  • Öz psixoloji praktikanı qurmaq · 56 saat
Blok V — Yekun attestasiya
  • Aralıq attestasiya · 2 saat
  • Buraxılış işi · 40 saat
  • Yekun test imtahanı · 2 saat

Sənəd

Peşə yenidənhazırlanması üzrə Əlavə Təhsil diplomu

Diplomu Sankt-Peterburq Əlavə Təhsil İnstitutu verir; peşəkar yenidənhazırlanma proqramı institutun rəhbərliyi tərəfindən təsdiq edilib. Diplom haqqında məlumat FİS FRDO dövlət reyestrinə daxil edilir, nostrifikasiya tələb olunmur, işəgötürən diplomu reyestr vasitəsilə yoxlaya bilər.

Fəaliyyətin hüquqi əsasları

Azərbaycan Respublikasının qanunlarından sitatlarla suallar və cavablar. Hər sənədi e‑qanun.az portalında açıb özünüz yoxlaya bilərsiniz.

İnstitutun sənədləri və lisenziyası

Diplomun nostrifikasiyasına ehtiyac varmı?

Xeyr. Əlavə Təhsil diplomu Azərbaycan Respublikasında təsdiqlənmə (nostrifikasiya) prosedurundan keçmədən işləməyə qanuni hüquq verir. Diplomu aldıqdan dərhal sonra fəaliyyətə başlaya bilərsiniz.

Diplomu kim verir?

Sankt-Peterburq Əlavə Təhsil İnstitutu — təhsil fəaliyyəti üzrə müddətsiz dövlət lisenziyası olan rəsmi təhsil müəssisəsi. Kənan Rəhimov institutun müəllimi və Azərbaycandakı rəsmi nümayəndəsidir.

İnstitutun saytına keç ↗
Diplomu və lisenziyanı necə yoxlamaq olar?

Diplomun nömrəsi Rusiyanın federal reyestrində (FİS FRDO), institutun lisenziyası isə Rosobrnadzor saytında yoxlanıla bilər. «Рагимов Кенан Ровшанович» adını institutun saytında müəllimlər siyahısında tapa bilərsiniz.

Rosobrnadzor — lisenziya yoxla ↗Federal reyestr — diplom yoxla ↗
Diplom «psixoloq» adlanmaq və psixoloji yardım göstərmək hüququ verirmi?

Bəli. «Psixoloji yardım haqqında» Azərbaycan Respublikası Qanununa (maddə 1.0.2 və 3.2) əsasən psixoloq ixtisasını əlavə təhsil formasında əldə edən şəxs də psixoloq sayılır; «psixoloq», «psixoterapiya» və digər sözlərdən psixoloji yardım göstərmək hüququ olan şəxslər istifadə edə bilər.

«Psixoloji Yardım Haqqında» qanun — psixoloq kimdir?

Maddə 1.0.2 — «Psixoloq» anlayışı

«Psixoloq — bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsil alma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs»

Maddə 3.2 — «Psixoloq» sözünün istifadəsi

««Psixoloq», «psixoloji», «psixoanaliz», «psixodiaqnostika», «psixoterapiya» sözlərindən... yalnız bu Qanuna uyğun olaraq psixoloji yardım göstərmək hüququ olan şəxslər tərəfindən istifadə edilməsinə yol verilir.»
Tam mətni oxu — e-qanun.az ↗
Əlavə təhsil rəsmi təhsil formasıdırmı?

Bəli. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi əlavə təhsili rəsmi təhsil forması kimi tanıyır. Sankt-Peterburq İnstitutunun diplomu məhz bu kateqoriyaya aiddir.

«Təhsil Haqqında» Qanun — əlavə təhsil nədir?

Maddə 24 — Əlavə Təhsil

«Əlavə təhsil — vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil»
Tam mətni oxu — e-qanun.az ↗
Başqa ixtisas üzrə ali təhsilim varsa, psixoloq diplomu ala bilərəmmi?

Bəli. Nazirlər Kabinetinin 163 nömrəli Qərarına (bənd 3.1.1) əsasən yenidənhazırlanma yeni peşə və ixtisasa yiyələnməyə imkan verən əlavə təhsil formasıdır. Başqa ixtisaslı ali təhsilə malik şəxs psixologiya üzrə yenidənhazırlanma keçərək psixoloq diplomu ala bilər.

163 nömrəli Qərar — yenidənhazırlanma təhsilinin qaydası

Bənd 3.1.1 — Yenidənhazırlanma təhsilinin tərifi

«Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış... hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir.»
Tam mətni oxu — e-qanun.az ↗
Məzunlar harada işləyə bilər?

Rusiya ilə Azərbaycan arasında təhsil sahəsindəki Sazişə (AR Qanunu № 455-IIQ, 13 may 2003) əsasən Sankt-Peterburq İnstitutunun diplomu Azərbaycanda rəsmi tanınan sənəddir. İşə qəbul edən tərəfin tələblərinə uyğun olduqda məzunlar həm dövlət, həm də özəl müəssisələrdə fəaliyyət göstərə bilər.

«Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə — Bakı, 13 may 2003-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU № 455-IIQ · 13 may 2003

Rusiya ilə Azərbaycan arasında təhsil sahəsindəki Sazişə əsasən məzunlar Əlavə Təhsil Diplomu ilə işə qəbul edən tərəfin tələblərinə uyğun olduqda, həm dövlət, həm də özəl müəssisələrdə rəsmi fəaliyyət göstərə bilər.

Razılaşma ilə tanış olun (e-qanun.az) ↗

Suallar və cavablar

Əvvəlki psixologiya təhsili tələb olunurmu?

Xeyr. «Ümumi Psixologiya» proqramı üçün əvvəlki psixologiya təhsili tələb olunmur: psixologiyaya maraq göstərən hər bir yetkin şəxs müraciət edə bilər.

Qiymət

Tam qiymət4 200 AZN
Öncədən ödənişdə (−400 AZN)3 800 AZN
Taksit 12 ay350 AZN/ay
Taksit 24 ay175 AZN/ay

24 aya qədər taksit imkanı — aylıq minimum 175 AZN.

Qeydiyyatdan keçin

Qeydiyyat

Nəyə yazılmaq istədiyinizi seçin — qalanı bir neçə toxunuşla.

Proqram