G. Biedenkapp: „Im Kampfe gegen Hirnbacillen“ (1903)

[Dr. Georg Biedenkapp, „Im Kampfe gegen Hirnbacillen“. Berlin, 1903.]

Bu az cəlbedici başlığın arxasında oxucuya çoxlu ürəyəyatımlı şeylər söyləməyi bacaran cəsur bir adamın kitabı gizlənir. Əsərin alt başlığı məzmunu daha çox açıb göstərir: «Kiçik sözlərin fəlsəfəsi». Müəllif, doğrudan da, o «həddindən artıq çox şeyi xaric edən və ya daxil edən kiçik sözcüklərə və söz formalarına» qarşı mübarizə aparır ki, bunlar onları xüsusi məhəbbətlə işlətməyi adət edənlərdə «eksklüziv yaxud superlatif mühakimələrə» zərərli bir meyli büruzə verir. Sözsüz ki, – bu sözə də bizim müəllif etiraz edərdi – mübarizə o zərərsiz sözlərə qarşı deyil, onlarla məst olmaq meylinə və bununla qazanılan ifadə yüksəkliyi naminə öz söyləmlərinin zəruri məhdudiyyətlərini də, öz mühakimələrinin qaçılmaz şərtliliyini də unutmağa qarşıdır. Əvvəlki nəslin insanlarının bu gün bizə əksinə mənasız yaxud öz-özünə aydın görünən nə qədər şeyi «öz-özünə aydın» yaxud «mənasız» adlandıracağı bir kimsənin gözü qarşısına qoyulanda, bu, həqiqətən faydalı bir öyüd-nəsihət olur.

Yaxud da yaxşı seçilmiş bir sıra misallardan görəndə ki, hətta görkəmli yazıçılar belə superlatiflərdən sui-istifadələri nəticəsində öz dünyagörüşlərinin necə daralmasına yol verməli olurlar. Mühakimədə və ifadədə ağırtəbiətli olmağa çağırış bizim müəllifə isə yalnız insanların digər «təfəkkür xətaları» haqqında, mərkəzçilik vəhmi, inanc, ateist əxlaq və bu kimi şeylər barədə sonrakı mülahizələr üçün başlanğıc nöqtəsi kimi xidmət edir. Bütün bu qeydlərdə müəllifin müasir elmin, xüsusilə təkamül təliminin nəticələrinin bizə zorla qəbul etdirdiyi dünyagörüşünü həyata keçirməkdə ciddi olmaq kimi səmimi səyi özünü göstərir. Bunların içində çoxlu psixoloji cəhətdən doğru şey var və elə həqiqətlər var ki, onlar artıq tez-tez söylənmişdir, lakin kifayət qədər tez-tez təkrar oluna bilməz. Müəllif qarşısına «insanları» yumordan güldürmək yaxud ehtirasla coşdurmaq istəmədən, ağırtəbiətli təsir yolu ilə islah etmək və doğru yola gətirmək kimi nankor bir vəzifə qoymuşdur. Gəlin ona bu işdə ən yaxşı müvəffəqiyyət arzulayaq! [Neue Freie Presse, № 13812, 8 fevral 1903, səh. 41.]

Professor Sigmund Freud.

[«Neue Freie Presse», № 13812, 8 fevral 1903, s. 41.]

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.