R. Wichmann: „Lebensregeln für Neurastheniker“ (1905)
[„Lebensregeln für Neurastheniker“. Dr. R. Wichmann. 1903.]
Dördüncü nəşri işıq üzü görən bu kiçik kitabça sual-cavab oyunu şəklində «nevrastenik»ə öz xəstəliyi barədə kifayət qədər ağıllı məlumatlar verir və ona nəsihətlər təqdim edir ki, bunların həmin xəstəliyin sağalması üçün dəyəri, yeri gəlmişkən, həddindən artıq yüksək qiymətləndirilməməlidir. Müəllif özü də bu əsər vasitəsilə həkimin xəstə qarşısındakı şəxsi fəaliyyətini lüzumsuz etmək niyyətinə qarşı ehtiyat tədbiri görür və sağlam insanlar bu cür kitabları adətən oxumadıqları üçün, populyar tibbi ədəbiyyatın bütün bu janrının mövcudiyyət haqqını şübhə altına almaq olardı. Nəzəri aydınlatma və praktik öyrətmənin xüsusilə vacib olacağı bir çox məqamlarda müəllif öz vəzifəsini kifayət qədər asanlaşdırmışdır; qorxu və məcburiyyət halları barədə irəli sürülənlər də tamamilə qeyri-kafidir.
Professor S. Fr.
[«Neue Freie Presse», № 14735, 31 avqust 1905, s. 21.]