1. Psixi aparat

1. FƏSİL PSİXİK APARAT

Hər iki fərziyyəmiz biliyimizin bu uclarına və ya başlanğıclarına söykənir. Birincisi lokalizasiyaya aiddir. Fərz edirik ki, ruh həyatı bir aparatın funksiyasıdır; ona məkanca uzanma və bir neçə parçadan tərkiblənmə aid edirik — deməli onu teleskopa, mikroskopa və başqalarına bənzər təsəvvür edirik. Belə bir təsəvvürün ardıcıl işlənilməsi — müəyyən artıq cəhd edilmiş yaxınlaşmalara baxmayaraq — elmi yenilikdir.

Bu psixik aparatı tanımağa insan varlığının fərdi inkişafını öyrənməklə gəlib çıxmışıq. Bu psixik vilayətlərin, yaxud instansiyaların ən qədimini «O» adlandırırıq; onun məzmunu irsə keçən, doğulanda gətirilən, konstitusiya ilə müəyyənləşən hər şeydir — əsasən də bədən orqanizasiyasından gələn həvəslər; onlar burada ilk psixik ifadə tapırlar, forması isə bizə bəlli deyil.

Bizi əhatə edən real xarici dünyanın təsiri ilə «O»nun bir hissəsi xüsusi inkişaf keçirib. Əvvəlcə qabıq təbəqəsi kimi — qıcıqları qavranma orqanları və qıcıqdan qorunma cihazları ilə təchiz olunmuş — xüsusi orqanizasiya yaranmışdır; o, bundan sonra «O» ilə xarici dünya arasında vasitəçilik edir. Ruh həyatımızın bu nahiyəsinə Mən adını veririk.

Mənin başlıca xüsusiyyətləri. Duyğu qavraması ilə əzələ aktı arasındakı əvvəlcədən hazır əlaqənin nəticəsində Mən iradi hərəkətlərə yiyəlik göstərir. Onun özünü saxlama vəzifəsi var; o, onu yerinə yetirir: xaricdə qıcıqları tanıyır, onlar haqqında təcrübələri yığıb saxlayır (yaddaşda), həddindən artıq güclü qıcıqlardan qaçır (qaçış yolu ilə), orta güclü qıcıqlara adaptasiya ilə cavab verir və nəhayət, xarici dünyanı öz xeyrinə məqsədəuyğun tərzdə dəyişməyi öyrənir (aktivlik); içəriyə — «O»na qarşı isə onda ki, həvəs tələbləri üzərində hakimiyyət qazanır, onların ödənilməyə buraxılıb-buraxılmayacağına qərar verir, bu ödənilməni xarici dünyada əlverişli vaxtlara və şəraitə təxirə salır və ya onların həyacanlarını bütövlüklə basdırır. Fəaliyyətində o, özündə mövcud olan və ya ona daxil edilmiş qıcıq gərginliklərinin nəzərə alınması ilə yönləndirilir. Onların artması ümumiyyətlə hoşnutsuzluq, azalması həzz kimi hiss olunur. Amma ehtimal ki, həzz və hoşnutsuzluq kimi hiss edilən bu qıcıq gərginliyinin mütləq hündürlükləri deyil, onların dəyişmə ritmindəki bir şeydir. Mən həzza can atır, hoşnutsuzluqdan yayınmaq istəyir. Gözlənilən, öncədən görülən hoşnutsuzluq artımı təlaş siqnalı ilə cavablandırılır; onun səbəbi — xaricdən və ya içəridən hədələsin — təhlükə adlanır. Vaxtaşiri Mən xarici dünyayla əlaqəsini kəsir və yuxu vəziyyətinə çəkilir — orada onun orqa-

1) Psixik aparatın bu ən qədim hissəsi bütün ömür boyu ən vacibi olaraq qalır. Məhz ondan psixoanalizin tədqiqat işi başlanmışdır.

nizasiyası xeyli dərəcədə dəyişir. Yuxu vəziyyətindən belə nəticə çıxarmaq olar: bu orqanizasiya ruhi enerjinin xüsusi bölgüsündən ibarətdir.

Uzun uşaqlıq dövrünün — gələcək insanın valideynlərindən asılı yaşadığı dövrünün — çöküntüsü kimi onun Mənində xüsusi instansiya formalaşır ki, orada valideyn təsiri davam edir. O, Üst Mən adını almışdır. Üst Mən Məndən ayrılanda və ya ona qarşı duranda o, üçüncü qüvvədir ki, Mən onu nəzərə almaq məcburiyyətindədir.

Mənin hərəkəti onda düzgündür ki, o, eyni vaxtda «O»nun, Üst Mənin və reallığın tələblərinə cavab verir, deməli onların iddialarını bir-birilə barışdırmağı bacarır. Mən ilə Üst Mən arasındakı münasibətin təfərrüatları hər yerdə uşağın valideynlərinə münasibətinə qaytarmaqla başa düşülür. Valideyn təsirində təbii ki, yalnız onların şəxsi mahiyyəti deyil, onların vasitəsilə ötürülən ailə, irq və xalq ənənəsinin təsiri, eləcə də onların təmsil etdiyi müvafiq sosial mühitin tələbləri işləyir. Eynilə, Üst Mən fərdi inkişaf gedişində valideynlərin sonrakı davamçılarından və əvəzedicilərindən paylar qəbul edir — tərbiyəçilərdən, ictimai nümunələrdən, cəmiyyətin ehtiram bəslədiyi ideallardan. Görünür ki, «O» ilə Üst Mən bütün köklü fərqlərinə baxmayaraq bir uyğunluq göstərirlər: hər ikisi keçmişin təsirlərini təmsil edir — «O» irsə keçən təsirləri, Üst Mən isə əsasən başqalarından ötürülmüş təsirləri; Mən isə əsasən öz yaşadıqları ilə — yəni təsadüfi və cari olanla müəyyən olunur.

Psixik aparatın bu ümumi sxemini insanla ruhi baxımdan oxşar olan yüksək heyvanlar üçün də qəbul edəcəklər. Üst Mən insan olduğu kimi uşaqlıq asılılığının daha uzun dövrünün yaşandığı hər yerdə fərz edilməlidir. Mən ilə «O»nun ayrılmasını isə qaçılmaz kimi qəbul etmək lazımdır.

Heyvan psixologiyası burada yaranan maraqlı vəzifəni hələ öhdəsinə götürməyib.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.