I. Seksual sapmalar

İnsan və heyvanın cinsi tələbat faktı biologiyada onların “cinsi istəyi” kimi ifadə edilir. Bu vaxt onların yemək istəyi, aclığı kimi fakta analoji olan məqam nəzərdə tutulur. Sadə xalq dilində “aclıq” sözünə uyğun gələn ekvivalent ifadə olmadığından, elm bu məqsədlə “libido” sözündən istifadə edir.

Ümumi qəbul olunmuş nöqteyi-nəzər bu cinsi istəyin təbiəti və xüsusiyyətləri barədə tamamilə bəlli olan təsəvvürlərə malikdir. Uşaqlıq dövründə sanki o yoxdur, yalnız yetkinlik dövründə baş verən yetişmə prosesləri ilə əlaqəli olaraq və təxminən bu dövrdə aşkara çıxır, cinsi yetkinliyə çatdıqda isə bir cinsin digərinə göstərdiyi qarşısıalınmaz bir cazibə şəklində özünü büruzə verir və onun məqsədi cinsi əlaqəyə girmək, yaxud ən azından, buna aparan yolla irəliləməkdir.

Ancaq bu biliklərdə həqiqətin çox yanlış şəkildə ifadə olunduğunu demək üçün əlimizdə bir sıra əsaslar vardır; əgər yaxından baxsaq, bu biliklərin səhvlər, qeyri-dəqiqliklər və tələskənliklərlə dolu olduğu bəlli olacaqdır.

İki termin qəbul edək: cinsi istək təlqin edən şəxsi seksual obyekt, bu istəyə təkan verən fəaliyyəti seksual məqsəd adlandıraq; dəqiq elmi təcrübə göstərir ki, həm seksual obyekt, həm də seksual məqsəd ilə bağlı çoxsaylı sapmalar mövcuddur və onların qəbul edilmiş normaya münasibəti ətraflı araşdırma tələb edir.

1. Seksual obyektə münasibətdə geri çəkilmə Cinsi istəklə bağlı ümumi qəbul edilmiş nəzəriyyə, daha çox, insanın kişi ilə qadın olaraq iki hissəyə ayrılması və bu hissələrin sonradan sevgi yolu ilə birləşməyə can atması üçün uydurulmuş poetik nağıla uyğundur. Elə buna görə də seksual obyekti qadın deyil, kişi olan kişi ilə, həmçinin, kişini deyil, qadını seçən qadınla qarşılaşmaq olduqca gözlənilməz bir hadisə hesab edilir. Belə şəxsləri seksual sapqın və ya invertləşmiş, faktın özünü isə inversiya adlandırırlar. İnversiya faktı. Bu cür şəxslərin sayı kifayət qədər olsa da, onların ümumi sayını dəqiq müəyyən etmək çətindir. Bu çətinliklər, eləcə də invertlərin nisbi sayını müəyyən etmək cəhdləri ilə bağlı müqayisələr üçün M. (A) işinə baxın. İnversiya invertlərin davranışıdır.

İnvertləşmiş şəxslərin davranışı. Bu şəxslər qurduqları müxtəlif münasibətlərdə özlərini fərqli qaydada aparırlar.

a) Bu cür şəxslərin bir qismi mütləq şəkildə invertləşmiş olurlar, yəni onlar üçün seksual obyekt yalnız özləri ilə eyni cinsdən olan şəxslər ola bilər, həmçinin, əks cinsdən olan şəxs onlar üçün heç vaxt cinsi istək predmeti ola bilməz, onlar əks cinsə soyuq yanaşır, hətta onlara qarşı cinsi nifrət duyurlar. Bu cür kişilər əks cinsə qarşı duyduqları cinsi nifrətə görə normal cinsi əlaqədə ola bilmir və ya bunu etdikdə heç bir həzz almırlar.

b) Onların Onlar amfigen invertləşmiş olur (psixoseksual hermafrodit), yəni onların seksual obyekti özləri ilə eyni cinsdən və əks cinsdən olan şəxslər ola bilər; beləliklə də, bu halda inversiya özünün müstəsnalığını itirir.

c) Onların bir qismi təsadüfi invertləşmiş olurlar, yəni bəlli kənar şəraitdə, normal cinsi obyektin əlçatmaz olduğu mühitdə bu cür şəxslər özləri ilə eyni cinsdən olan şəxsi seksual obyekt olaraq seçə və bu əlaqədən həzz ala bilirlər.

İnvertləşmiş şəxslər özlərinin seksual istəkləri ilə bağlı mühakimələrində fərqli münasibətlər sərgiləyir. Onlardan bir qismi inversiyaya özü-özlüyündə aydın olan bir şey kimi yanaşır, normal insanın libidolarının istiqamətinə yanaşdığı kimi, və onun normal ilə bərabər hüquqlu olduğunu qətiyyətlə müdafiə edir. Başqa bir qismi isə özünün invertləşməsindən sarsılır və onu xəstəliyə düşmək kimi qəbul edir1.

Başqa hallar müvəqqəti münasibətlərə aiddir. Yəni bu halda invertləşmə xüsusiyyətinin fərddə onun xatırladığı bütün ömrü boyuncamı olması, yoxsa bunun yalnız cinsi yetkinlikdən öncə və ya sonra müəyyən məqamda baş verməsi halı nəzərdən keçirilir2. Başqa sözlə, bu xarakter bütün ömür boyu qalır, ya müvəqqəti olaraq yox olur, ya da normal cinsi inkişafın gedişində ayrıca bir epizod olaraq özünü göstərir. Həmçinin, bu hal yalnız həyatın gec dövrlərində və uzun müddətli normal cinsi fəaliyyətdən sonra da meydana gələ bilər. Habelə, periodik olaraq, normal və invertləşmiş seksual obyektlərə meyillənmə halları da müşahidə olunmuşdur. Daha çox maraq doğuran hal, normal seksual obyektlə xoşagəlməz təcrübə yaşandıqdan sonra, libidonun bu cür dəyişikliyə uğramasıdır.

Bu cür fərqli halların çoxluğu, ümumiyyətlə, bir-birindən asılı olmayaraq mövcuddur. Burada ən ifrat forma inversiyanın çox kiçik yaşlardan başlayaraq mövcud olması və bu şəxsin öz xüsusiyyəti ilə tamamilə barışmasıdır.

Müəlliflərin çoxu burada sadalanan halları bir qrupda birləşdirməkdən imtina edər və bu qrup üçün ümumi olan cəhətləri qeyd etmək yerinə, onları fərqləndirən xüsusiyyətləri qeyd etməyə üstünlük verərdi; bu isə onların inversiya ilə bağlı üstünlük verdiyi nöqteyi-nəzərlə bağlıdır. Bu cür fərqləndirmələrdə nə qədər həqiqət payı olsa da, Bu cür fərqləndirmələrdə nə qədər həqiqət payı olsa da, belə bir fikri qəbul etmək zəruridir ki, burada çoxlu keçid pillələri vardır, bu isə təbii olaraq sıralanmanın öz-özünə meydana çıxmasına gətirib çıxarır.

İnversiyaya baxış İnversiya barədə ilkin qiymət belə bir baxışda ifadə edilmişdir ki, o, anadangəlmə sinir degenerasiyasının əlamətidir; bu baxışın yaranma səbəbi isə, müşahidəçi həkimlərin bu halla əsəb xəstələrində və ya əsəb xəstəsi təsiri bağışlayan insanlarda qarşılaşması olmuşdu. Bu cür dəyərləndirmə özündə, biri-birindən ayrılıqda baxılması zəruri olan: anadangəlməlik və degenerativlik kimi iki cəhəti əhatə edir. Anadangəlməlik və degenerasiya sözünün ümumiyyətlə seçməsiz istifadəsinə qarşı irəli sürülən etirazlara məruz qalır.

Degenerasiya Degenerasiyaya münasibətdə bu sözün işlənməsinin ümumiyyətlə yerinə düşmədiyi barədə etirazlar doğulur. Belə ki, istənilən növ xəstəlik təzahürlərinə, birbaşa travmatik və ya infeksion mənşəli olmayan hallara degenerasiya kimi baxmaq adət halını almışdır. Magnan tərəfindən yaradılmış degeneratlar bölməsi sinir fəaliyyətinin ən mükəmməl ümumi təşkilinin degenerasiya anlayışının tətbiqini istisna etməməsini mümkün etmişdir. Bu şəraitdə “degenerasiya” sözünün qiymətləndirilməsində hansı ümumi məna və yeni məzmunun olması barədə sual yaranır. Aşağıdakı mövcud şərtlər daxilində degenerasiya haqqında danışmamaq daha məqsədəuyğun görünür: 1. normadan bir neçə ağır şəkilli yayınmalar olmayanda; 2) iş və əmək qabiliyyəti ümumilikdə ağır şəkildə sarsılmayanda3.

Həmçinin, çoxlu sayda faktlar göstərir ki, invertləşmiş fərdlər sözün gerçək anlamında degenerat deyildir: 1. İnversiyaya normadan ciddi yayınmaları müşahidə olunmayan şəxslərdə rast gəlinir.

3. Həmçinin, bu şəxslərin əmək qabiliyyətində pozulma halları müşahidə olunmur, hətta bəzən belə şəxslər xüsusilə yüksək intellekti və etik mədəniyyətlərilə seçilir.

4. Əgər həkimlik təcrübəsini kənara qoyub, daha geniş dairədə baxılarsa, onda inversiyanın degenerasiya əlaməti olmasını istisna edən faktlarla iki istiqamətdə qarşılaşmaq mümkündür4: a) Nəzərə almaq lazımdır ki, qədim xalqların arasında onların ən yüksək inkişaf səviyyəsinə yüksəldiyi dövrlərdə inversiya geniş yayılmış, demək olar, vacib funksiyası olan bir təsisat olmuşdur; b) inversiya xeyli sayda vəhşi və primitiv xalqların arasında fövqəladə dərəcədə geniş yayılmışdır, həm də, “degenerasiya” anlayışı adətən yüksək sivilizasiyalara tətbiq edilir. Hətta, Avropanın inkişaf etmiş xalqları arasında, iqlim və irqi xüsusiyyətlər inversiyanın yayılmasına və ona olan münasibətə çox güclü təsir göstərməkdədir.

Anadangəlməlik Tamamilə aydındır ki, bu məsələdə anadangəlməlik invertləşmiş şəxslərin ən ifrat təbəqəsinə aid edilir və bu vaxt həmin şəxslərin bütün ömürləri boyunca cinsi istəyin başqa bir istiqamətinə meyil etmədikləri barədə etiraflarına istinad edilir. Artıq invertləşmiş şəxslərin daha iki təbəqəsinin olması faktı, inversiyanın anadangəlmə xarakterli hadisə kimi qiymətləndirilməsində çox böyük çətinlik yaradır. Buna görə də, bu nöqteyi-nəzərin tərəfdarları mütləq şəkildə invertləşmiş şəxsləri bütün başqa invertləşmiş şəxslərdən ayırmağa meyilli olurlar, bu isə özlüyündə inversiya barədə ümumiləşdirici nöqteyi-nəzərin formalaşdırılmasından imtina edilməsi ilə nəticələnir. Bu nöqteyi-nəzərə görə, inversiya çox sayda hallarda anadangəlmə xarakterlidir; başqa hallarda isə o, digər üsullarla inkişaf edir.

Bu nöqteyi-nəzərə qarşı olan digər baxışa görə, inversiya cinsi istəyin sonradan qazanılmış xarakterik hadisəsidir. Bu baxış belə mühakimələrə əsaslanır: 1) invertləşmiş (həmçinin mütləq şəkildə) şəxslərin böyük çoxluğunda həyatlarının ilkin dövründə uzun müddətli təsiri homoseksual meyillərə gətirib çıxaran seksual təəssüratlar olmuşdur; 2) digər çoxsaylı invertləşmiş şəxsləri isə həyatın əks-təsir göstərən və inversiyaya yönəldən sövqedici hadisələri bu vəziyyətə gətirib çıxarmışdır (çox uzun müddətdə özü ilə eyni cinsdən olan şəxslərlə bir mühitdə olmaq, misal üçün, uzun çəkən hərbi səfərlər, uzunmüddətli dustaqlıq, əks cinslə cinsi əlaqənin təhlükə yaratdığı cəmiyyətdə yaşamaq, dini vəzifə tutmaqla bağlı məcburi subaylıqda yaşamağa məhkumluq, cinsi zəiflik və sairə); 3) Bir sıra hallarda invertləşmənin hipnotik təlqin vasitəsilə aradan qaldırılmasının mümkünlüyü inversiyanın anadangəlmə xarakterli olması faktını sual altında qoyur.

Bu nöqteyi-nəzərə əsaslanaraq, ümumiyyətlə, inversiyanın anadangəlmə olmasının mümkünlüyünün şübhəsizliyi barədə mübahisə açmaq olar. Etiraz edib demək olar ki, anadangəlmə inversiyaya aid edilən halların çoxu üçün də, çox güman, erkən uşaqlıq dövründə libidonun istiqamətini müəyyən edən bəzi sıxıntılar tapmaq mümkündür. Bu həyəcanlı duyğular şəxsin şüurlu yaddaşında qalmasa da, müəyyən təsir vasitəsi ilə, onun haqqında olan xatirələri oyatmaq mümkündür. Bu baxışın tərəfdarı olan müəlliflərin fikrincə, inversiya cinsi istəyin bir sıra xarici həyat şərtləri vasitəsi ilə formalaşan xüsusi halıdır.

Bu cür möhkəmlənmiş etiqad, belə bir etirazın qarşısında duruş gətirə bilmir ki, bənzər seksual təsirlərə məruz qalan (həmçinin erkən gəncliyində yoldan çıxarılan, qarşılıqlı onanizmlə məşğul olan) şəxslər bunun nəticəsi olaraq heç də invertləşmiş olmurlar və ya həmişəlik belə qalmırlar. Beləliklə də, bəlli olur ki, anadangəlmə və qazanılmış kimi baxılan alternativ, ya yarımçıq yanaşmadır, yaxud da inversiya ilə bağlı vəziyyətə ümumiyyətlə uyğun deyildir.

İnversiyanın izahı İnversiyanın anadangəlmə olması və bunun əksinə olaraq onun sonradan qazanılması ilə bağlı fikirlər onun mahiyyətini izah edə bilmir. Birinci halda, bir sıra şəxslərin artıq doğuluşlarından başlayaraq müəyyən bir seksual obyektə yönəlmiş istəyə malik olması ilə bağlı kobud bir izaha əl atmadan, bu şəxslərdə nəyin anadangəlmə olduğunu izah etmək mümkün deyildir. Birinci halda, əgər cinsi istəyin müəyyən bir cinsi obyektlə əlaqəsinin insana anadangəlmə verildiyi barədə ən kobud izahı qəbul etməsək, onda bu şəxslərdə nəyin anadangəlmə olduğunu izah etmək mümkün deyildir. Əks halda, soruşula bilər: fərdin özündə onlara qarşı çıxan heç nə olmadan müxtəlif təsadüfi təsirlər inversiyanın yaranmasını izah etmək üçün kifayətdirmi? Bu sonuncu məqamın inkarı, əvvəlki mülahizələrimizə görə, yolverilməzdir.

Biseksuallıqla (ikicinsliklə) ilkin tanışlıq Seksual inversiyanın necə meydana gəlməsini izah etmək üçün, F.Lidsonun, Kyernanın və Şevalyenin yaşadığı dövrlərdən başlayaraq qəbul edilmiş ümumi rəylə ziddiyyətə girən mühakimələrdən istifadə olunur. Qəbul edilmiş bu ümumi rəyə görə, insan ya kişi, ya da qadın ola bilər. Ancaq elmə cinsi əlamətlərin silinmiş göründüyü hallar məlumdur və bu səbəbdən, ilk növbədə anatomik sahədə cinsi mənsubiyyəti müəyyən etmək çətinləşir. Bu cür şəxslərin cinsi orqanları özündə qadın və kişi cinsi orqanlarının əlamətlərini birləşdirir (hermafroditizm); daha çox hallarda isə hər iki orqan eybəcərləşmiş şəkildə mövcud olur.

Bu qeyri-normallıqların əhəmiyyəti orasındadır ki, onlar gözlənilmədən qeyri-normal quruluşların anlaşılmasını asanlaşdırır. Anatomik hermafroditizmin bəlli dərəcəsi normaldır; hər bir normal quruluşa malik kişi və ya qadında, əks cinsin orqanlarının rüşeymləri vardır, onlar rudiment şəklində olub ya heç bir funksiyanı yerinə yetirmir, ya da öz üzərinə başqa bir funksiya götürür.

Bu, çoxdan bəlli olan anatomik faktlardan yaranan nöqteyi-nəzər, orqanizmlərin ilkin biseksual vəziyyətinin ola bilməsi halını mümkün sayır və sonrakı inkişafın gedişində orqanizmdə digər cinsin əhəmiyyətsiz qalıqlarının qalması ilə monoseksual halın yarandığını qəbul edir.

Bu nöqteyi-nəzəri psixika sahəsinə keçirmək tamamilə təbiidir və buna əsaslanaraq, inversiyaya, onun müxtəlif növləri ilə birlikdə psixi hermafroditizmin təzahürü kimi baxmaq olar. Onda məsələnin həlli üçün inversiyada hermafroditizmin psixi və cismani əlamətlərinin daimi olaraq üst-üstə düşməsi tələb olunur.

Ancaq bu gözlənti özünü doğrultmur. Güman olunan psixi və asanlıqla sübut olunan anatomik hermafroditizm arasındakı asılılıq təsəvvür edildiyi qədər sıx deyildir. İnvertləşmiş şəxslərdə, çox vaxt, ümumiyyətlə, cinsi istəyin zəifliyi və cinsi orqanların əhəmiyyətsiz eybəcərliyi müşahidə olunur. Belə bir hala tez-tez rast gəlinsə də, ancaq bunun həmişə və çox hallarda belə olduğunu demək də olmaz. Beləliklə də, inversiya və somatik hermafroditizmin, ümumiyyətlə, bir-birindən asılı olmadığını etiraf etmək lazım gəlir.

Daha sonra, bir sıra araşdırıcılar ikinci və üçüncü dərəcəli adlandırılan əlamətlərə böyük əhəmiyyət verməyə başladılar və onların invertləşmiş şəxslərdə daha çox rast gəlindiyini qeyd etdilər (H.Ellis). Bu mühakimədə böyük həqiqət payı olsa da, unutmaq olmaz ki, ikinci və üçüncü dərəcəli cinsi əlamətlər ümumiyyətlə daha çox əks cinsdə olur və bununla da ikicinsliyə eyham vurulur, ancaq buna baxmayaraq, bu fərdlər cinsi obyekt seçimində inversiyaya uğramırlar.

Əgər, paralel olaraq, cinsi obyektin inversiyası, ən azından, başqa cinsə xas olan psixoloji xüsusiyyətlər, cinsi istəklər və xarakterik cəhətlər istiqamətində dəyişərdisə, onda psixoloji hermafroditizm daha cismani formalar qazanardı. Ancaq xarakterin buna bənzər inversiyasına bəlli müntəzəmliklə yalnız invertləşmiş qadınlarda rast gəlmək mümkündür. Kişilərdə inversiya bütünlüklə, onlara xas olan psixoloji kişiliklə birləşir. Əgər psixoloji hermafroditizmin mövcud olduğunda təkid edilərsə, onda zəruri olaraq qeyd olunmalıdır ki, onun müxtəlif sahələrdəki təzahürü yalnız cüzi qarşılıqlı şərtilik göstərir.

Cismani ikicinslikdə də eyni cürdür; Halban J.-ə görə. Həmçinin bu mövzuya dair ədəbiyyata da baxın: Halbanın göstərdiyinə görə, cinsi orqanların eybəcərliyinə və ikinci dərəcəli cinsi əlamətlərə, demək olar ki, bir-birindən asılı olmayaraq rast gəlinir.

Biseksuallıq haqqındakı təlim, invertləşmiş kişilərin müdafiəçilərindən biri tərəfindən ən kobud formada belə ifadə olunmuşdur: kişi bədənində qadın beyninin olması. Ancaq bizə “qadın beyninin” əlamətləri bəlli deyildir. Psixoloji problemləri anatomik problemlərlə əvəz etməyə çalışmaq eyni dərəcədə gücsüz və özünü doğrultmayan yanaşmadır.

İnversiyanı biseksuallıqla izah edən ilk şəxs (Jahrbuch für sexuelle Zwischenstufen jurnalının altıncı cildindəki ədəbiyyat icmalına görə) E. Gley olmuşdur. O, hələ 1884-cü ilin yanvarında Revue philosophique jurnalında “Les aberrations d'instinct sexuel” adlı məqalə dərc etmişdir. Bu sahə üzrə araşdırıclardan Kraft-Ebinq hesab edir ki, biseksuallıq – daşıyıcısı olduğu fərdi somatik (cismani) cinsi orqanlarla təmin etdiyi kimi, həm də onu kişi və qadın beyin mərkəzləri ilə mükafatlandırır. Bu mərkəzlər yalnız cinsi yetkinlik dövründə inkişaf edir və bunun böyük hissəsi ondan asılı olmayan cinsi vəzilərin təsiri altında olur. Ancaq kişi və qadın “mərkəzlərinə” eyni ilə kişi və qadın beyinləri kimi yanaşıla bilər və bundan başqa da, bizə bəlli deyildir ki, misal üçün, nitqlə bağlı olduğu kimi, beynin cinsi funksiyaları üçün də hissələrinin (“mərkəzlərinin”) olması mümkündürmü?

Bütün bu mülahizələrdən sonra iki düşüncə öz gücünü saxlamaqda davam edir: inversiyanı izah etmək üçün öncədən mövcud olan biseksual meyillərə diqqət yetirmək zəruridir, ancaq eyni zamanda bizə bu meyillənmədə onun anatomik formalarından başqa heç nə məlum deyil və ikincisi, burada söhbət cinsi istəyin inkişafındakı pozulmalardan gedir.5 İnvertləşmiş fərdlərin cinsi obyekti Psixi hermafroditizm nəzəriyyəsi hesab edir ki, invertləşmiş fərdlərin cinsi obyekti normal obyektin əksinə olur. İnvertləşmiş kişi, kişi bədəninin və ruhunun xüsusiyyətlərindən doğan cazibənin qarşısında duruş gətirə bilmir, o özünü qadın kimi hiss edir və kişi axtarır. Lakin bu, bir sıra invertləşmiş fərdlər üçün doğru olsa da, inversiyanın ümumi xarakterini aşkar etməkdən uzaqdır.

Bu hal invertləşmiş şəxslərin bir çoxuna münasibətdə doğru olsa da, ancaq heç də inversiyanın ümumi əlaməti deyil. Heç bir şübhə yoxdur ki, invertləşmiş kişilərin böyük çoxluğu kişilərə xas olan psixi xarakteri saxlayır, onlarda, əks cinsə aid olan ikinci dərəcəli əlamətlər çox az olur və özünün yönəldiyi cinsi obyektdə, mahiyyətcə, qadına xas olan psixi cəhətlər axtarır. Əgər bunun əksi olsaydı, onda özünü invertləşmiş şəxslərə təklif edən kişi fahişələrin, indi və keçmişlərdə, nə üçün zahiri görünüşündə və davranışlarında qadınları təqlid etdiyi tamamilə anlaşılmaz olaraq qalardı; axı bu cür təqlid invertləşmiş fərdlərin ideallarını təhqir etmiş olardı. İnvertləşmiş fərdlərin arasında çoxlu sayda cəsur kişilərə rast gəlindiyi yunanlarda oğlan uşaqlarının kişilərə xas xarakterik cəhətləri deyil, onların bədən quruluşuna görə qadına bənzərliyi, həmçinin qadınlara xas olan psixoloji xüsusiyyətləri: utancaqlıq, çəkingənlik, kənar şəxsin köməyinə və məsləhətinə ehtiyac duymaq invertləşmiş kişilərdə onlara qarşı sevgi hissini alovlandırırdı. Ancaq qədim yunanlarda oğlan uşağı yaşa dolandan sonra artıq kişilər üçün cinsi obyekt olmamış, onun özü yaşca kiçik oğlan uşaqlarına sevgi hissləri ilə yanaşmağa başlamışdır. Burada və digər çoxlu hallarda, nəticə etibarilə, seksual obyekt eynicinsli subyekt kimi qavranılmır, hər iki cinsi əlamətin vəhdətinə bədənin (cinsi orqanın) kişiyə xas olan xüsusiyyətini saxlamaqla yanaşı, qadın və kişi istəklərinin kompromisindən ibarət olan psixoloji fəaliyyət daşıyıcısına doğru yönəlir, bunu öz məxsusi biseksual təbiətinin təcəssümü adlandırmaq mümkündür.6 Bu məsələ qadınlar arasındakı münasibətdə daha aydın gözə çarpır, belə ki, fəal invertləşmənin xas olduğu qadınların böyük qismi kişilərə xas olan cismani və psixoloji əlamətlərə malik olur və öz cinsi obyektindən qadınlıq xüsusiyyətləri tələb edir, ancaq çox güman, bu problemlə yaxından tanışlıq münasibətlərin daha rəngarəng olduğunu göstərəcəkdir.

Onların kişiyə məcburi cəhdləri qadından narahat qaçışları ilə şərtlənmişdi. Psixoanalitik tədqiqat homoseksualları xüsusi bir qrup kimi digər insanlardan ayırmaq cəhdlərinə qətiyyətlə qarşı çıxır. O, açıq şəkildə ifadə olunanlardan başqa digər cinsi oyanışları da öyrənərək, bütün insanların eynicinsli obyekt seçiminə qadir olduğunu və bunu şüuraltı şəkildə də etdiyini aşkar edir. Bəli, libidonun eyni cinsdən olan şəxslərə bağlanması normal psixikada faktor kimi rol oynayır. seksual məqsədin məhdudlaşdırılmasına – yalnız hissiyyatın boşaldılmasından ibarət olan akt – burada, hətta heteroseksual sevgidən daha çox rast gəlinir. İnvertləşmiş qadınlarda da seksual məqsəd çoxnövlüdür; ancaq görünür, dodağın selikli qişası ilə təmasa daha çox üstünlük verilir.

Nəticələr Baxmayaraq, indiyədək əldə etdiyimiz materiallar əsasında inversiyanın yaranmasının qaneedici izahını vermək gücündə deyilik, ancaq bunu qeyd etmək istərdik ki, apardığımız araşdırmalar, bizim üçün, yuxarıda qoyulmuş məsələnin həllindən daha yüksəkdə dayanan mühüm nöqteyi-nəzərə gəlib çıxmaq imkanları açır. Biz seksual istəyin seksual obyektlə çox sıx əlaqəli olması ilə bağlı təsəvvürlərimizə yenidən diqqət yetirmək imkanı qazanırıq. Qeyri-normal hesab edilən hadisələrlə bağlı təcrübə göstərir ki, seksual istəklə seksual obyekt bir-biri ilə qırılmaz şəkildə bağlı deyil, onlar arasında lehimləmə ilə müqayisə edilə bilən birləşmə nöqtəsi vardır və seksual istəyin sanki doğuluşdan başlayaraq özü ilə seksual obyekt seçimi doğurması fikrini qüvvətləndirən bircinsli normal seksual münasibətlərə yönələn diqqətimiz, bu “birləşmə” hadisəsini gözdən qaçırmaq təhlükəsi yaradır. Bu fakt düşüncələrimizdə özünə yer etmiş – seksual istəklə obyektin arasındakı əlaqələri yenidən qiymətləndirmək imkanı yaradır. Çox ehtimal ki, cinsi istək, öncədən seksual obyektdən asılı olmur və özünün yaranması üçün onun cazibəsinə borclu deyildir.

8) Heyvanların və yetkinlik yaşına çatmayanların cinsi münasibətlərdə seksual obyekt olması halları Seksual obyekti normal cinsə uyğun gəlməyən, başqa sözlə, invertləşmiş şəxslər müşahidəçiyə başqa cəhətdən bəlkə də tamdəyərli fərdlər kimi görünsə də, yetkinlik yaşına çatmayan şəxslərin (uşaqların) seksual obyekt kimi seçildiyi hallar əvvəlcədən tək-tək azmalar kimi görünür. Uşaqlar yalnız müstəsna hallarda seksual obyekt olur; çox vaxt, qorxaq və impotent olmuş bir fərd belə bir surroqata razı olduqda və ya impulsiv (təxirəsalınmaz) bir istək hazırda daha uyğun bir obyektə sahib ola bilmədikdə, uşaqlar bu rola gəlirlər. Ancaq cinsi istəyin bunca çoxlu variasiyalarının olması və öz obyektini bunca kiçiltməsi onun təbiətinə işıq salır; aclıq, öz obyektini daha enerjili şəkildə saxlayan, yalnız son dərəcə hallarda buna icazə verərdi. Eyni şeyi heyvanlarla cinsi əlaqəyə girmək barədə də demək mümkündür, cinsi cazibənin növ sərhədini aşması ilə kənd əhalisi arasında kifayət qədər yayılmışdır.

Kənd əhalisi arasında heyvanlarla cinsi əlaqənin heç də nadir hal olmaması ilə bağlı oxşar qeyd də keçərlidir; burada cinsi cazibə növ maneəsini aşır. Estetik mülahizələr əsasında, bu hadisə, cinsi sapma ilə bağlı digər ağırlaşdırıcı hallara uyğun olaraq, ruhi xəstələrin adına yazılmağa cəhd edilir, ancaq bu düzgün deyildir. Təcrübə göstərir ki, bu cür adamlarda, sağlam cinsi istəkləri olan şəxslərdən fərqli, xüsusi bir cinsi pozuntu halı olmur. Uşaqların seksual istismarının müəllim və tərbiyəçilər arasında bu qədər qorxunc bir səviyyədə yayılmasının səbəbi isə, sadəcə, onlar üçün bununla bağlı olduqca əlverişli şəraitin olması ilə əlaqədardır. Ruhi xəstələrdə bu cür sapmalar yalnız güclü formalarda rast gəlinir və ya bu onlar üçün xüsusi əhəmiyyət daşımaqla, normal seksual münasibətlərdən alınan həzzi əvəz edən müstəsna bir haldır. Sağlam şəxslərlə ruhi xəstələr arasında seksual variantların belə bir şəkildə paylanması çox düşündürücü bir hadisədir. Mənim gəldiyim qənaətə görə, izah edilməsinə ehtiyac duyulan bu fakt onu göstərməyə xidmət edir ki, cinsi həyatla bağlı ruhi fəaliyyət, normalar daxilindəki ali ruhi fəaliyyət növlərinə uyğun olan meyarlara ən zəif şəkildə tabe olan hallardan birini təmsil edir. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, sosial və etik münasibətlər baxımından qeyri-normal ruhi vəziyyətdə olan hər bir şəxs, özünün seksual həyatında da, eyni dərəcədə normadan kənara çıxması ilə seçilir. Ancaq seksual həyatında qeyri-normallığı ilə seçilən və eyni zamanda bütün başqa davranışları ilə orta statistik insana xas olan şəkildə davranan çoxlu sayda adamlar da vardır, onlar mədəni inkişaf baxımından digər insanlardan geri qalmır, yalnız seksuallıq onların zəif tərəfi olur. Mühakimələrimizin ümumi nəticəsi olaraq belə bir fikir üzərində dayanaq ki, çoxlu sayda ən müxtəlif şərtlərin təsiri altında heyrətamiz sayda insanda seksual obyektin növü və qiyməti arxa plana keçir. Yəni seksual istəkdə əsas və daimi olanı nə isə başqa bir şey təşkil edir7.

2. Seksual məqsədə münasibətdə geriyə çəkilmə Normal seksual məqsəd, cinsi orqanların cütləşmə adlanan birləşməsi ilə müşayiət olunan və seksual gərginliyi aradan qaldıran, həmçinin, cinsi istəyin müvəqqəti olaraq sönməsi ilə nəticələnən hadisə hesab olunur (bunu yemək prosesində aclığın dəf edilməsi və doymanın təmin olunması prosesi ilə tutuşdurmaq olar). Ancaq hər halda, artıq normal seksual prosesin özündə də bizim perversiya adlandırdığımız, sonrakı inkişafı sapmaya yol açan rüşeymlər müşahidə etmək mümkündür. Cütləşməyə aparan yolda keçid mərhələsi olan ilkin seksual məqsəd yaranır və bu, seksual obyektin əlləşdirilməsi və gözdən keçirilməsi ilə müşayiət olunur. Bu proses bir tərəfdən özü həzz verir, digər tərəfdən o, son seksual məqsədə çatana kimi davam edən seksual həyəcanı artırır. Bu sıradan olan müəyyən bir təmas, sonradan çoxlu sayda xalqların (o cümlədən sivil xalqların) arasında öpüş adı almış, başqa sözlə, dodaqların selikli qatlarının toxunması, yüksək seksual qiymət verilən bir hadisəyə çevrilmişdir, baxmayaraq, bədənin bu hissəsi qida borusunun girişindən ibarət olub cinsi aparata aid deyildir. Bununla, perversiya və normal seksual həyat arasındakı əlaqəni müəyyən etmək üçün lazımi məqam əldə etmiş oluruq və bundan perversiyanı təsnif etmək üçün istifadə etmək olar. Perversiya ya a) bədənin cinsi əlaqə üçün olan hissələrinin anatomik sərhədini aşmaqdır, ya da b) normal vəziyyətdə seksual obyektə münasibətdə son seksual məqsədə tez keçməyi təmin edən aralıq vəziyyətdə ilişib qalmaqdır.

A) Anatomik sərhədləri aşmaq Seksual obyektin yenidən qiymətləndirilməsi Seksual istəyin məqsədinə çevrilən seksual obyektin psixi qiymətləndirilməsi çox nadir hallarda yalnız cinsi orqanla məhdudlaşır və adətən, bədəni tamamilə əhatə etməklə, seksual obyektin doğurduğu bütün hissləri mənimsəmək meylində ifadə olunur. Bu cür dəyərləndirmə əks-təsir vasitəsilə psixi sahəyə inikas edir, bu isə öz növbəsində seksual obyektin mənəvi cəhətlərinə və mükəmməlliyinə münasibətdə məntiqi korluq (mühakimə zəifliyi) doğurur, ona tabeçilikdə və qeyd-şərtsiz inanmaqda özünü göstərir. Beləliklə də, sevginin saflığı (tam etimada əsaslanması), onun vacib, ola bilsin ki, birinci dərəcəli nüfuz mənbəyi olur8.

Məhz bu cür seksual dəyərləndirmə seksual məqsəd əsasında yalnız cinsi orqanların birləşməsi ilə pis uyğunlaşır və bədənin digər hissələrinin seksual məqsəd olaraq seçilməsinə səbəb olur9.

Seksual yenidəndəyərləndirmə məqamlarının mahiyyətini daha çox, sevgi həyatları araşdırmalar üçün əlçatan olmağa başlamış kişilərin timsalında öyrənmək mümkündür, bununla yanaşı olaraq, qadınların sevgi həyatı qismən mədəniyyətin doğurduğu təhriflər səbəbindən, qismən də, qadınların öz hisslərini gizlətməsi və bunun yaratdığı şərti gizlinliklər hesabına, hələ də nüfuz edilə bilməyəcək bir qaranlıq içindədir10.

Ağızın və dodaqların selikli qişasından seksual istifadə halları Əgər cinsi əlaqə zamanı iştirakçılardan birinin dodaqları (dili) digərinin cinsiyyət orqanı ilə təmasda olursa, bu perversiya hesab olunur, ancaq bu iki iştirakçı yalnız dodaqlarının təması ilə kifayətlənirsə, ancaq bu iki iştirakçı yalnız dodaqlarının təması ilə kifayətlənirsə, bu perversiya sayılmır. Sonuncu hal normal hadisə kimi dəyərləndirilir və normaya bağlılıqdır. Sonuncu hal normal hadisə kimi dəyərləndirilir. Tarixin ən qədim çağlarından başlayaraq mövcud olmuş digər perversiya üsullarından istifadə kimin üçün iyrənc görünürsə, onda bu hadisələrə qarşı ikrah duyğusu baş qaldırır və bu cür seksual məqsəd onun üçün qəbuledilməz olur. Ancaq buradakı sərhədlər çox vaxt sırf şərti xarakterlidir; misal üçün, sevdiyi qızın dodaqlarını ehtirasla öpən birisi, çox ola bilsin, bu qızın istifadə etdiyi diş fırçasından istifadə etməyə ikrahla yanaşacaqdır, baxmayaraq, onun öz ağzının öpüşdüyü qızın ağzından daha təmiz olduğunu birmənalı olaraq demək mümkün deyildir.

Burada seksual obyektin yenidən dəyərləndirilməsinə mane olan və libido tərəfindən aradan qaldırıla bilən ikrah duyulması məqamı diqqət çəkir. Bu ikrahda məhdudlaşdırılmış seksual məqsədə gətirib çıxaran qüvvələrdən birini görürlər. Adətən, bu məhdudlaşdırıcı qüvvənin təsiri cinsiyyət orqanlarına qədər gedib çıxmır. Ancaq şübhə yoxdur ki, digər cinsin cinsiyyət orqanı da başqası üçün, ümumiyyətlə, ikrahedici predmet ola bilər və bu cür davranış bütün isterik xəstələr üçün (xüsusilə qadınlarda) əsas xarakterik cəhətlərdən birini təşkil edir. Həmçinin, seksual cazibənin gücü bu ikrah hissini çox böyük həvəslə dəf edir (u.) Anusdan cinsi istifadə.

u.) Anusun (arxa ifrazat dəliyinin) seksual tətbiqi Anusdan seksual əlaqə üçün istifadə edilməsinə qarşı özünü göstərən ikrah bu seksual məqsədə birdəfəlik perversiya möhürü vurmaqla nəticələnir və bundan öncəki hallara nisbətən daha aydın bir şəkildə təqdim olunur. Ancaq bu qeydi mənim tərəfimdən qərəzli mövqe kimi qəbul etməyin ki, bu ikrahın əsası, yəni bu bədən hissəsinin ifrazata xidmət etməsi və iyrənc olanla – nəcislə – təmasda olması, isterik qızların kişi cinsiyyət orqanına qarşı ikrahlarını əsaslandırmaları kimi, yəni onun sidik ifrazına xidmət etməsi kimi, o qədər də əsaslı deyil. Anusun selikli qişasının seksual rolu əsla kişilər arasındakı əlaqə ilə məhdudlaşmır, həmçinin ona üstünlük verilməsi invertləşmiş duyğular üçün xarakterik heç bir cəhət deyildir. Əksinə, görünür, kişilərdəki pederastiya öz rolunu qadınla olan aktla analogiyaya borcludur, halbuki qarşılıqlı masturbasiya invertləşmişlərin əlaqəsində ən çox rast gəlinən seksual məqsəddir.

Bədənin digər hissələrinin əhəmiyyəti Seksual məqsədin bədənin digər hissələrinə yayılması, özünün bütün variantları ilə, hansısa bir prinsipial yeniliyi təmsil etmir, cinsi cazibə ilə bağlı biliklərimizə yeni olan heç nə əlavə etmir və bu hadisənin seksual obyekti bütün yönləri ilə əhatə etmək niyyəti ilə bağlı olduğu bəllidir. Ancaq seksual yenidəndəyərləndirmədə cinsi hissələrin anatomik sərhədlərinin aşılmasında, ümumi qəbul edilmiş nöqteyi-nəzərdən təəccüblü görünən ikinci bir məqam da ortaya çıxır. Bədənin cinsi fəaliyyət zamanı həmişə özünü göstərən bir sıra hissələri, dodağın və anusun selikli qişası ilə olduğu kimi, onlara cinsi orqanlar kimi baxılmasına və buna uyğun olaraq davranılmasına iddialı olur. Biz bir az sonra bu iddianın seksual istək zamanı özünü doğrultması barədə eşidəcəyik və bir sıra xəstəliklərin simptomları əsasında bunun necə gerçəkləşdiyini də öyrənəcəyik.

Seksual obyektin uyğun gəlməyən şəkildə dəyişdirilməsi – fetişizm Normal seksual obyektin onunla əlaqəsi olan, ancaq seksual məqsədə xidmət etməyə əsla yaramayan digər obyektlə əvəz olunması kimi hadisələr xüsusi bir təəssürat yaradır. Cinsi sapmaların təsnifatı prinsipinə görə, yaxşı olardı ki, cinsi istəkdən sapmaların bu çox maraqlı qrupu barədə artıq seksual obyektdən geri çəkilmə mövzusunda danışanda söz açaydıq, ancaq biz bu hadisə barədə danışmağı, seksual yenidəndəyərləndirmə anını öyrənənə qədər təxirə saldıq, hansından ki, bu hadisələr asılıdır və seksual məqsəddən imtinaya gətirib çıxarır.

Bu vaxt seksual obyekti bədənin seksual məqsəd üçün çox az yararlı olan hissələri (ayaqlar, tüklər) əvəz edir, yaxud bu əvəzetmə obyektin seksuallığına aid olan cansız əşyalar (paltarın bir hissəsi, ağ rəngli geyim) vasitəsilə olur. Bu cür əvəzedilmə, tam doğru olaraq, vəhşi insanların öz tanrılarının təcəssümü kimi qəbul etdikləri fetişlə eyniləşdirilir.

Normal, yaxud təhrif edilmiş seksual məqsəddən imtina edib fetişizmə keçmək hadisəsində seksual məqsədin əldə edilməsi üçün seksual obyektdə fetişləşməyə imkan verən şərtlərin olması (saçların müəyyən rəngdə olması, paltar, hətta bədəndə olan qüsurlar) tələb olunur. Patoloji hallarla məhdudlaşan seksual istəklərin heç bir variasiyası bu hadisənin yaratdığı qəribəliklərlə müqayisədə bizim maraqlarımızı bu qədər çox məşğul edə bilmir. Görünür, normal seksual məqsədlərin bəlli enişləri (tənəzzülləri) bütün hallar üçün eyni bir zərurətdən doğulur (bu, seksual aparatın öz işini icra etməsindəki zəifliklə bağlıdır).11 Burada normal seksual obyektlə əlaqə psixoloji cəhətdən zəruri olan bütün vasitələrlə yenidən dəyərləndirilir və onunla bağlı olan nə varsa, qaçılmaz olaraq bu yeni dəyərləndirməyə köçürülür. Buna görə də, bəlli dərəcədə fetişləşdirmə, həmişə, normal sevgiyə xas olur, xüsusən, sevginin normal seksual məqsəd əlçatmaz göründüyü və ya ona çatmağın mümkün olmadığı mərhələsində bu, daha qabarıq görünür.

Onun sinəsini örtən o şarfı götür, Ver mənə, sevgimin baş sarğısı olsun.

(Göte. Faust) Fetişə canatma adi şəraitdən daha güclü şəkil alanda və normal məqsədin yerini tutanda, patoloji hal yaranır, fetişin bəlli şəxslə əlaqəsi qırılan halda isə o, yeganə seksual obyekt olur. Ümumiyyətlə, cinsi istəyin variasiyalarının patoloji kənaraçıxma meyillərinə keçidi məhz bu şəkildə olur.

İlk dəfə Binet tərəfindən – doğruluğu sonradan çoxsaylı faktlarla sübut edilən – belə bir fikir irəli sürülmüşdür ki, fetişin seçimində çox hissəsi erkən uşaqlıqda qavranılan və arasıkəsilməz təsir göstərən seksual təəssüratlar mühüm rol oynayır və bunu normal insanın sevgisinin sabitliyi ilə müqayisə etmək olar (“On revient toujours á ses Premiers amours” – “Köhnə sevgi paslanmır”). Belə bir ilkin mənşəyin mövcudluğunu, seksual obyekt seçiminin yalnız fetişlə şərtləndiyi hallar daha aydın şəkildə göstərir. Erkən uşaqlıq çağındakı seksual təəssüratların necə əhəmiyyətli olması məsələsi ilə biz başqa bir yerdə də qarşılaşacağıq.12 Başqa hallarda fetişi şəxsin çox hissəsini dərk etmədiyi simvolik düşüncələr sırası əvəz edir. Bu düşüncələr sırasının keçdiyi yolu heç də həmişə yəqinliklə sübut etmək olmur (misal üçün, ayaqlar artıq miflərdən başlayaraq ən qədim seksual simvolu təmsil edir),13 “xəz” özünün fetiş rolu üçün mons Venerisdəki (qasıq təpəciyindəki) tüklərlə assosiasiya olunur; ancaq bu simvollar, görünür, heç də həmişə, uşaqlıqda yaşanmış seksual hisslərdən asılı olmur.14 B) Öncədən mövcud olan seksual məqsədlərin təsbiti Yeni niyyətlərin yaranması Aydındır ki, normal seksual məqsədi çətinləşdirən və ondan uzaqlaşmağa gətirib çıxaran bütün zahiri və daxili şərtlər (impotensiya, seksual obyektin bahalığı, seksual aktın təhlükəli olması) fərddə, görməyə hazırlaşdığı işin gecikdirilməsi meyilləri yaradır və bu da öz növbəsində normal seksual məqsədin yerini tutan yeni seksual məqsədlərin yaradılmasına sövq edir. Yaxından tanışlığın göstərdiyi kimi, bu məqsədlərdən ən qəribələri artıq normal seksual prosesin gedişində gözə çarpır.

Əlləşdirmə və göz yetirmə İnsan üçün, ən azından, bəlli ölçülərə uyğun gələn əlləşdirmə prosesi normal seksual məqsədə çatmaq üçün zəruridir. Həmçinin, ümumilikdə bu da bəllidir ki, dəri – seksual obyektin toxunması hesabına, bir tərəfdən hansı həzlərin, digər tərəfdən hansı yeni enerjinin mənbəyinə çevrilmiş olur. Ona görə də, əgər cinsi əlaqənin davam etdiyi müddətdə əlləşdirmə davamlıdırsa, onu cinsi sapıqlıq kimi qiymətləndirmək doğru deyil.

Eyni şeyi, sonradan, nəticə etibarı ilə əlləşdirməyə gətirib çıxaran göz yetirməyə də aid etmək olar. Optik təəssürat, çox vaxt, libidonun həyəcanlanmasına gətirən bir yolla gerçəkləşir və əgər göz yetirmənin məqsədyönlü olduğu qəbul edilərsə, o, təbii seçməni əsas götürməklə, seksual obyektin gözəl tərəflərinə diqqət çəkir. Mədəniyyətin inkişafı ilə yanaşı olaraq tərəqqi edən, bədənin örtülməsi hadisəsi, açıq qalması qadağan edilən bədən hissələrini seksual obyektin tamamlayıcı tərəfləri kimi qəbul etməyə can atan seksual marağın oyanmasına səbəb olur; əgər bu maraq birbaşa cinsi orqanlara deyil, bədənə bütöv şəkildə göz yetirməyə istiqamətləndirilərsə, onda maraqlanan tərəfin diqqəti bədii (sublimasiya olunmuş) məqsədə yönəlməklə əsas hədəfdən yayınacaqdır. Qeyd olunan seksual hədəfli göz yetirmənin aralıq seksual məqsəddə ilişərək qalması15 normal insanların böyük çoxluğuna xas olan cəhətdir, bu hal onlara öz libidosunun bir hissəsini ali bədii məqsədlərə yönəltmək imkanı yaradır. Ancaq cinsi sapmalardakı ehtiraslı göz yetirmədə əksinə olur: a) əgər bu, müstəsna olaraq cinsi orqanlarla məhdudlaşırsa; b) əgər bu, ikrah hissini dəf etməklə əlaqəlidirsə (buna misal olaraq, voyeursizmi göstərmək olar: ifrazat funksiyalarını izləyənlər); c) əgər bu, normal seksual məqsədə yönəlməklə bağlı hazırlaşmaq əvəzinə, onu sıxışdırmağa çalışırsa, sonuncu hal eksgibisionistlərin hərəkətlərində qabarıq şəkildə ifadə olunur. Mənim bununla bağlı bir çox analizə əsaslanmaqla mühakimə yürütməyim doğru sayılarsa, deyə bilərəm ki, bu cür adamlar başqasının cinsi orqanına göz yetirməklə “mükafatlanmaq” üçün öz cinsi orqanlarını nümayiş etdirirlər.16 Göz yetirmək və özünü nümayiş etdirməklə təzahür edən cinsi sapmalarda çox qəribə bir xarakter üzə çıxır ki, bu da bizi növbəti sapmada daha intensiv şəkildə məşğul edəcəkdir. Bu vaxt seksual məqsəd ikili formada: aktiv və passiv olaraq ifadə olunur.

Gözyetirməyə təhrik edən ehtirasa qarşı müqavimət göstərən, hətta bəzən ona qalib gələn güc, utancaqlıqdır (daha öncə ikrah hissinin də bu cür təsir gücündən danışmışdıq).

Sadizm və mazoxizm Cinsi sapmalarda bütün perversiyalar arasında ən çox rast gəlinən və ən əhəmiyyətli iki cəhət: seksual obyektə əzab vermək və bunun əksinə olan meyillilik, V.Krafft-Ebinq tərəfindən, onun aktiv və passiv formasına uyğun olaraq, sadizm və mazoxizm (passiv forma) adlandırılmışdır. Başqa müəlliflər daha dar məzmunlu alqolaqniya terminindən istifadəyə üstünlük verir; bu söz, ağrıdan-əzabdan, qəddarlıqdan həzz almaq anlamındadır və Kraft-Ebinqin seçdiyi adlarda isə hər cür alçaldılma və itaətə olan həzz ön plana çıxarılır.

Aktiv alqolaqniyanın, başqa sözlə desək, sadizmin köklərini normal səviyyəyə uyğun hallarda asanlıqla sübut etmək mümkündür. Kişilərin böyük çoxluğunun seksuallığı aqressiyanın, zorakılığa meylin qarışığını göstərir, zorakılığa meyilli olur. Bu hadisənin bioloji mənası, çox güman, seksual obyektin müqavimətini təkcə yaltaqlanma aktları ilə deyil, başqa yollarla da qırmaq zərurətindən yaranmışdır. Bu halda sadizmə müstəqil şəkildə qabardılmış, yerdəyişmə nəticəsində əsas yerə keçmiş seksual istəyin aqressiv komponenti kimi yanaşmaq mümkündür.

Sadizm anlayışı bu sözün adi işlənmə mənasında, seksual obyektə qarşı sadəcə aktiv, sonra isə zorakı münasibətdən tutmuş, məmnuniyyətin yalnız obyektin tabe etdirilməsi və pis rəftarı ilə bağlı olmasına qədər dəyişir. Ciddi yanaşsaq, bu istiqamətin yalnız sonuncu, ifrat halı, cinsi sapma adlanmaq hüququna malikdir.

“Mazoxizm” termini, seksual həyat və seksual obyektlə bağlı olan bütün passiv cəhətləri özündə birləşdirir, onun ifrat ifadəsi isə seksual obyekt tərəfindən törədilən fiziki və psixoloji əzablardan arasıkəsilməz şəkildə həzz alınmasından ibarət olur. Cinsi sapma olan mazoxizm, görünür, normal seksual məqsəddən özünün əksi olan sadizmə nisbətən daha çox uzaqlaşmışdır; onun nə vaxtsa ilkin və müstəqil şəkildə yaranmasına və yaxud həmişə sadizmin inkişaf nəticəsində yaranan çevrilməsi kimi meydana çıxmasına şübhə ilə yanaşmaq mümkündür. Çox vaxt, mazoxizmin, öz şəxsiyyətinə yönəlmiş və bu vaxt sosial obyektin yerini müvəqqəti dəyişdirmiş sadizmin təzahürü olduğunu görmək mümkündür. Mazoxist tipli cinsi sapmaların ifrat hallarının klinik analizi, mazoxist tipli cinsi sapmaların ifrat hallarının klinik analizi, ilkin passiv seksual münasibəti şişirdən və bərkidən çoxlu sayda məqamların toplusu ilə qarşılaşmağa gətirib çıxarır. çoxlu sayda məqamların toplusu ilə qarşılaşmağa gətirib çıxarır.

Bu vaxt, qəbul edilərək dəf olunan ağrı, libidoya müqavimət göstərən ikrah və xəcalət hisslərinə bənzəyir, onlarla eyniləşmə təsiri bağışlayır.

Sadizm və mazoxizm cinsi sapmalarda xüsusi yer tutur. Belə ki, onların əsasında dayanan aktivliyin və passivliyin qarşıdurması seksual həyatın ən ümumi xarakterik cəhətlərinə aiddir.

İnsanlığın mədəniyyət tarixi heç bir şübhə yeri qoymadan sübut edir ki, amansızlıq və cinsi istək bir-biri ilə çox sıx şəkildə bağlıdır, ancaq bu əlaqəni izah etmək üçün libidonun aqressiv məqamını qeyd etməkdən o tərəfə keçməmişlər. Bir sıra müəlliflərin fikrincə, cinsi istəyə qarışan bu aqressivlik, kanniballıq ehtirasının qalığından ibarətdir, yəni burada yəni burada yiyələnmə mexanizmi, digər, ontogenetik cəhətdən daha qədim böyük ehtiyacın ödənilməsinə xidmət edən iştirak edir.17 Belə bir fikir də irəli sürülmüşdür ki, istənilən əzab özündə həzz almaq imkanı saxlayır. Biz bu perversiyanın izahının heç də qənaətbəxş olmadığı və 69-da bir neçə psixoloji meylin bir effektdə birləşməsinin mümkünlüyü təəssüratı ilə kifayətlənəcəyik.

Ancaq bu cinsi sapmanın ən qabarıq xüsusiyyəti ondan ibarətdir ki, onun passiv və aktiv formasına, həmişə, eyni zamanda və eyni bir şəxsdə rast gəlinir. Kim ki cinsi münasibətdə başqasına əzab verməklə həzz alır, o, eyni zamanda cinsi münasibət zamanı özünə verilən əzabdan həzz almağı da bacarır. Sadist həmişə, eyni zamanda mazoxistdir, ancaq onda, cinsi sapmanın aktiv və passiv tərəflərindən biri o birindən daha güclü görünə bilər və onun üstünlük təşkil edən cinsi fəaliyyətini təşkil edə bilər.

Beləliklə də, görürük ki, bir sıra sapmalara, həmişə qarşılıqlı əks olan cütlüklər şəklində rast gəlinir, aşağıda verəcəyimiz materialları nəzərə alaraq bunlara nəzəri baxımdan böyük diqqət ayırmağımız zəruridir.18 Daha sonra, «ambivalens» qeyd edilir. Tamamilə aydındır ki, sadizm-mazoxizm kimi qarşılıqlı əks olan cütlüklərin mövcudluğunu birbaşa və yalnız aqressivliklə əlaqəli izah etmək olmaz. Bunun əvəzində, eyni zamanda mövcud olan bu əkslikləri biseksuallıqda birləşən kişi və qadın əksliyi ilə əlaqələndirmək arzusu meydana çıxır, bu isə psixoanalizdə tez-tez aktiv və passiv əksliklər kimi istifadə olunur.

3. Sapmalar haqqında ümumi mülahizələr Variasiyalar və xəstəlik Cinsi sapmaları ilk dəfə, kəskin şəkildə ifadə edilmiş hallarda və xüsusi şərtlərlə təzahür edən formalarda öyrənən həkimlər, əlbəttə, onlara xəstəlik və ya inversiyada olduğu kimi degenerasiya xarakteri verməyə meyilli olmuşlar. Sadizm–mazoxizm ziddiyyət cütlüyünün mövcudluğunun aqressiya qatışığından birbaşa çıxarıla bilməyəcəyi aydındır. Ancaq eyni zamanda mövcud olan bu ziddiyyətləri biseksuallıqda birləşən kişi və qadın ziddiyyəti ilə əlaqələndirmək istəyə bilərsiniz, psixoanalizdə bu ziddiyyət üçün tez-tez aktiv və passiv ziddiyyəti istifadə olunur. Lakin bu baxışın yanlış olduğunu etiraf etmək daha asandır. Gündəlik təcrübə göstərir ki, bu pozuntuların çoxu, ən azından onların çox da ağır olmayanları, çox vaxt, sağlam seksual həyatın kifayət etməyən tərkib hissəsini təşkil edir və sağlam seksual həyatı olan şəxslər buna da başqa intim hallar kimi yanaşır. Şəraitin buna imkan yaratdığı hallarda, normal cinsi münasibətin xas olduğu şəxslərdə də, cinsi sapma bir müddət üçün normal seksual məqsədi əvəzləyə bilər və ya seksual məqsəd qalmaqla, birinciliyi bu cür hallara güzəşt edə bilər. İstənilən sağlam insanda normal seksual məqsədə münasibətdə hansısa elə meyillər vardır ki, bunu cinsi sapma adlandırmaq mümkündür və bu halın belə geniş yayılması kifayətdir ki, qeyd olunan hadisələrə sapma eyhamı vurulmasın. Əgər, fiziologiya və xəstəlik simptomları sahəsində yalnız variasiyalar arasında kəskin sərhədlər qoymaq istəyirsənsə, seksual həyat sahəsində, indiki zamanda, belə bir cəhd xüsusi həlledilməz çətinliklər yaradır.

Bu sapmaların bəzisində meydana çıxan yeni seksual məqsəd öz keyfiyyətinə görə xüsusi dəyərləndirmə tələb edir. Sapmaların bəzisi öz məzmununa görə normal vəziyyətindən o qədər uzaqlaşır ki, onların “xəstəlik” olduğunu elan etməyə bilmirik. Bu, xüsusilə, seksual istəyin öz qarşısında duran müqaviməti dəf etməkdə heyrətamiz üsullara əl atdığı hallara uyğundur (utancaqlıq, ikrah, qorxu, ağrı, nəcis yalamaq, meyit zorlamaq kimi hallar nəzərdə tutulur). Ancaq bu hallarda da, cinayətkarların həmişə, psixi xəstə, yaxud ağır qeyri-normallıqların daşıyıcısı olması barədə yəqinliklə hökm vermək olmaz. Burada da, belə bir qaçılmaz faktla qarşılaşmalı oluruq ki, adətən özünü normal şəkildə aparan şəxs, yalnız seksual həyat sahəsində, başqa sözlə, ehtiraslardan ən qarşısıalınmazına qapılanda, özünü xəstə kimi aparır. Qeyd etmək lazımdır ki, digər həyati münasibətlərdəki aşkar qeyri-normallıqlarda, adətən həmişə, arxa planda anormal seksual davranışlar gizlənir.

Hadisələrin çoxunda biz sapmanın xəstəlik səciyyəli xarakterini yeni formalı seksual məqsədin məzmununda deyil, normal seksual məqsədə olan münasibətdə aşkar edə bilərik: əgər sapma normal (seksual məqsəd və obyekt) ilə yanaşı meydana çıxmırsa, burada əlverişli şərait onu təşviq edir və əlverişsiz şərait normalı əngəlləyir, əksinə, əgər o, normalı bütün hallarda sıxışdırıb əvəz edibsə – beləliklə, biz sapmanın müstəsnalığında və sabitliyində onu xəstəlik simptomu kimi qiymətləndirmək üçün ən çox əsas görürük.

Psixikanın sapmalarda iştirakı Ola bilsin, məhz ən ikrahdoğurucu sapmalarda seksual istəyin çevrilməsində psixikanın ən çox iştirak etdiyini etiraf etmək lazımdır. Burada ikrahdoğurucu şəkildə meydana çıxsa da, cinsi istəyin ideallaşdırılması baxımından görülən psixoloji işin dəyərini inkar etmək mümkün deyildir. Sevginin hər şeyə qadir olması, heç yerdə, bu yanılmalarda olduğu qədər güclü şəkildə təzahür etmir. Ən ali və ən alçaq nə varsa, hamısı, sıx şəkildə seksuallıqla əlaqəlidir (“...cənnətdən dünyaya, oradan da cəhənnəmədək”).

İki nəticə Sapmaları öyrənərkən biz belə bir fikrə gəlib çıxdıq ki, seksual istəyə qarşı psixoloji qüvvələrin köməyi ilə mübarizə aparmaq lazım gəlir, bu qüvvələr arasında xəcalət və ikrah daha aydın gözə çarpır. Belə bir mülahizəni doğru saymaq olar ki, bu qüvvələr seksual istəyi normal sayılan hədlərdə saxlamağa xidmət edir və əgər onlar fərddə seksual istəyin tam güc qazanmasından öncə inkişaf etmişsə, onda çox güman, onlar seksual istəyin inkişafına bəlli istiqamət vermişlər.19 Sonra bunu qeyd etməliyik ki, sapmaların bir sıra araşdırmaları yalnız bir çox motivlərin üst-üstə düşməsi şəraitində aydın nəticələrə gətirir. Əgər onlar məsələyə aydınlıq gətirmək üçün tərkib hissələrə ayırmanı analizin şərti kimi qəbul edirsə, onda bu, sapmaların təbiətcə mürəkkəb olmasını tələb edir. Bu isə, seksual istəyin özünün sadə quruluşlu olmayıb, müəyyən komponentlərdən yarandığına və bunların ondan sapmalar şəklində ayrıldığına işarə edir. Beləliklə, klinik təcrübələr diqqətimizi hissələrin birləşmə nöqtəsinin (Verschmelzungen) olmasına cəlb edir, həmçinin, onların bütövlük təəssüratı normal cinsi münasibətdəki monotonluğa görədir.20 4. Nevrotiklərin seksual istəkləri Psixoanaliz Ən azından, seksual davranışı normal hala çox yaxın olan şəxslərin seksual istəkləri barədə vacib biliklər almağın mümkün olduğu mənbəyə aparan yeganə bir bəlli yol vardır. Yalnız bir yeganə vasitə psixonevrotik adlanan insanların cinsi həyatı barədə əsaslı və düzgün məlumatlar almağa imkan verir (isteriya, düzgün olmayaraq nevrasteniya adlandırılan sarmaşan nevrozlar və şübhəsiz, şizofreniya ilə paranoya kimi hallar). Onlara, 1893- cü ildə J.Brenerlə mənim birlikdə ixtira etdiyimiz və onda “katarsistik” adlandırdığımız müalicə üsulu ilə yanaşılması, yəni psixoanalitik araşdırmaya cəlb edilməsi, bəlli nəticələr almağa imkan yaradır.

Burada, artıq başqa yerdə çap edilmiş bir xəbərdarlığı təkrar olaraq diqqətinizə çatdırıram: mənim şəxsi təcrübəmin göstərdiyinə görə, bu psixonevrozlar seksual istəklə bağlı qüvvələrin təsiri nəticəsində yaranır. Bununla, seksual istəyin enerjisinin xəstəlik simptomlarını gücləndirməsini nəzərdə tutmuram, əksinə, bu payın nevrozun yeganə daimi və ən vacib enerji mənbəyi olduğunu açıq şəkildə iddia edirəm ki, bu pay nevrozun yeganə daimi və ən vacib enerji mənbəyidir. Belə ki, bu insanların seksual həyatı istisnasız və ya üstün şəkildə, yaxud da yalnız qismən bu simptomların iştirakı ilə təzahür edir. Mənim başqa bir yerdə bildirdiyim kimi, simptomlar xəstələrin seksual fəaliyyətidir. Bu iddianın təsdiqi iyirmi beş il ərzində isterik və başqa nevrozlarla bağlı apardığım çoxsaylı psixoanalitik araşdırmalarımın nəticəsində sübut olunur. Bu nəticələrlə bağlı mən başqa bir əsərimdə geniş hesabat vermişəm və bu işi gələcəkdə də davam etdirmək fikrindəyəm. Bu ifadəni dəyişdirərək demək istəyirəm ki, bu, yalnız bir tamamlanmadır, azaldılma deyil: sinir simptomları bir tərəfdən libidinal impulsların tələbinə, digər tərəfdən isə Eqonun etirazına, onlara qarşı reaksiyaya əsaslanır. Psixoanaliz isterik simptomları aradan qaldırır və bu vaxt onların, bir çox affektiv psixi proseslərin – arzuların, canatmaların əvəzedicisi olduğuna əsaslanır: burada xüsusi psixi prosesin (sıxışdırılmanın) nəticəsində xəstənin düşdüyü vəziyyətdən şüurlu psixi fəaliyyət nəticəsində çıxmasına aparan yol bağlanmışdır. Bu, qeyri-şüuri vəziyyətdə, durğunluq halında qalmaqda olan düşüncələr onlara xas olan affektiv gücə uyğun gələn bir ifadəyə, bir boşalmaya (Abfuhr) can atır və isteriya zamanı bunu cismani fenomenlərin çevrilməsi prosesində tapırlar, yəni onları isterik simptomlarla ifadə edirlər. Xüsusi psixoanalitik texnikanın köməyi ilə düzgün aparılan müalicə, simptomların əksinə inkişafı prosesini canlandırır, şüurlu affektiv təəssüratlara çevrilmiş xatirələrin qeyri-şüuri vəziyyətdəki bu psixi formalarının təbiəti haqda ən dəqiq məlumatlar əldə etməyə imkan verir.

Psixoanalizin nəticələri. Beləliklə də, aydın olur ki, simptomlar öz gücünü seksual istəklərdən alan canatmaların əvəzedicisi kimi meydana çıxır. Bizə bəlli olan bütün hallarda, burada bütün psixonevrotiklər üçün nümunə götürülmüş isteriklərin xarakteri, onların xəstəliyi və xəstəliyin səbəbləri haqqında bildiklərimiz dediklərimizi təsdiq edir. İsterik xarakterdə normal hədlərdən kənara çıxan, müəyyən seksual sıxıntı, seksual istəyə qarşı müqavimətin artması müşahidə edilir, bu da bizə utancaqlıq, ikrah və əxlaq kimi tanınır, sanki instinktiv şəkildə seksual problemlə intellektual məşğuliyyətdən qaçmaq, bu da ifadəli hallarda cinsi yetkinlik yaşına çatana qədər tam cinsi məlumatsızlığı qorumaq nəticəsini verir. Bu kimi hallar: bizə utancaqlıq, ikrah və əxlaq kimi bəlli olan, seksual istəyə qarşı güclü müqavimət göstərməkdə, seksual münasibətə ikrahla yanaşmaqda, əxlaqda, seksual problemlərlə intellektual baxımdan məşğul olmaqdan instinktiv şəkildə boyun qaçırmaqda, cinsi yetkinlik yaşına çatana kimi seksual hadisələrdən büsbütün məlumatsız olmaqda daha qabarıq şəkildə ifadə olunur. (Histeriya haqqında tədqiqatlar, 1895)

Bu cür mühüm, isteriyaya xas olan cəhət, çox vaxt, kobud şəkildə aparılan müşahidələr üçün əlçatmaz qalır, bunun əsas səbəblərindən biri də, isteriyanın ikinci konstitusional faktoru olan seksual istəyin həddindən artıq inkişaf etməsi ilə gizlədilir; ancaq psixoanaliz hər dəfə onu tapmağı və isteriyanın müəmmalı ziddiyyətini əks cütlüklərin təsbit edilməsi yolu ilə həll etməyi bacarır: buradakı əks cütlüklər isə, ifrat güclü seksual tələbatlardan və seksi inkar etməkdə ifrata varmaqdan ibarətdir.

Yaşa dolmaqla əlaqədar və ya zahiri həyat şəraitinin tələbi ilə real seksual tələbatların öz hüququnu elan etməsi, isteriyaya meyilli şəxslərin xəstələnməsi üçün bəhanə rolunu oynayır. Cinsi istəyin tələbləri ilə, onun inkar edilməsinə yönəlmiş əks fəaliyyətin yaratdığı konfliktdən çıxış yolu xəstəlik olur: bu isə konflikti həll etmir, libido ilə bağlı meyilləri xəstəlik simptomlarına çevirməklə seksual tələbatdan yayınmağa gətirib çıxarır. Əgər isterik şəxs olan bir kişi, hansısa banal bir psixoloji təsirdən, mərkəzində seksual marağın dayanmadığı bir daxili konfliktdən xəstələnirsə, bu cür istisna aldadıcıdır. Belə hallarda psixoanaliz həmişə sübut edə bilir ki, məhz konfliktin seksual komponenti xəstəliyin yaranmasına imkan yaratmışdır, çünki o, psixi prosesləri normal həll etmə imkanından məhrum etmişdir, çünki məhz o, psixi prosesləri normal fəaliyyət imkanından məhrum edir.

Nevroz və sapma Mənim bu kimi müddəalarıma qarşı olan etirazların böyük hissəsi, ortaya qoyduğum psixonevrotik simptomların normal seksual istəklə qarışdırılması ilə izah edilə bilər. O göstərir ki, simptomlar heç bir halda normal seksual istəklər deyilən hadisədən yaranmır (bu, ən azından, istisna və ya üstünlük təşkil edir), onlar sözün geniş mənasında sapmaya çevrilmiş seksual istəklərin ifadəsidir. Əgər onlar, şüurun diqqətini yayındırmadan, birbaşa, xəyali niyyət və buna uyğun davranışlar arasından aşkar edilərsə, bunun belə olduğu aydınlaşacaqdır. Beləliklə də, simptomlar qismən qeyri-normal seksuallığın hesabına yaranır: nevrozun sapmanın neqativi olduğunu demək mümkündür.22 Psixonevrotiklərin seksual istəyində normal seksual həyatın variasiyaları və xəstəlik əlamətləri olaraq öyrəndiyimiz hallarla bağlı bütün kənaraçıxmaları tapmaq mümkündür.

a) İstisnasız olaraq bütün nevrotiklərin qeyri-şüuri psixoloji həyatında inversiya çırpınışları, öz cinsinə yönəlik qərarlaşmış libido əlamətləri vardır. Uzun-uzadı şərhlərə varmadan, bu məqamın xəstəliyin yaranmasına təsirini tamamilə aydınlaşdırmaq mümkün deyildir; ancaq əmin edə bilərəm ki, bu halda, həmişə, inversiyaya qeyri-şüuri meyillilik olur və bu meyillilik kişilərdə özünü göstərən isterikanın izahında, xüsusi ilə köməyə çatır22.

b) Psixonevrotiklərdə qeyri-şüuri olaraq, anatomik sərhədləri keçməyə yönələn simptom faktorlarının formalaşdığını sübut etmək mümkündür və bunların arasında dodağın selikli qişası ilə arxa dəliyin cinsi orqanlar kimi rol alması xüsusilə çox rast gəlinir.

c) Psixonevrozlarda formalaşan bu simptom faktorları arasında, çox vaxt, qismən ehtiraslanma (Partiatriebe) ilə bağlı əks cütlərin yaranması müstəsna rol oynayır. Biz bunu, yeni seksual məqsəd daşıyıcısına çevrilmiş: psixonevrotiklərin baxışdan ehtiraslanmasında, eksqibisionizmində (cinsi orqanların (ən çox da əks cinsə) nümayiş etdirilməsində), ehtirasın aktiv və passiv şəkildə özünü göstərən amansızlıqla ifadə edilməsində müşahidə edirik. Amansızlıqla bağlı olan sonuncu hal, simptomun törətdiyi əzabı anlamaq baxımından zəruridir və demək olar ki, həmişə xəstələrin sosial davranışlarına həlledici təsir göstərir. Libidonun bu cür amansızlığa təhrik etməsi, sevginin nifrətə, incə psixoloji hərəkətlərin düşmənçiliyə çevrilməsinə gətirir və bu hallar nevrotik halların böyük bir qismi və hətta deyəsən, bütün paranoyalar üçün xarakterikdir.

İşlərin həqiqi vəziyyətinin bir sıra xüsusiyyətləri bu nəticələrə olan marağı daha da artırır.

a) Harada, qeyri-şüuri olaraq, özünün əksi olan halla cütlük yarada bilən belə bir ehtiras varsa, onda, həmişə, bu əks halın da fəaliyyət göstərdiyini isbat etmək mümkündür. Beləliklə də, hər bir “aktiv” sapma, özünün “passiv” cütü ilə müşayiət olunur; kim ki, qeyri-şüuri olaraq eksqibisionistdirsə, o, eyni zamanda voyeur; kimsə, sadist meyllərin sıxışdırılmasının nəticələrindən əziyyət çəkirsə, onda simptomlara mazoxist meyllərin mənbələrindən başqa bir axın da tapılır. Aşkara çıxan təzahürlərin müvafiq “müsbət” sapmaların davranışı ilə uyğunluğu, şübhəsiz, böyük diqqətə layiqdir, ancaq xəstəliyin ümumi mənzərəsində bir-birinə əks olan bu meyillərdən biri və ya digəri üstün rol oynayır.

b) Kəskin şəkildə ifadə olunan nevrozda bu sapmış ehtirasların yalnız birinin olması çox az rast gəlinir, çox vaxt, onlar çoxsaylı olur və bunun izlərini həmişə tapmaq mümkündür; ancaq hər bir ehtiras özünün intensivliyi ilə digərlərinin inkişafından asılı deyildir. Və bu halda müsbət sapmalar bizə onların əksi olanları tapmağa yol açır.

Müsbət və mənfi səciyyəli sapmalarla bağlı apardığımız araşdırmaları ümumiləşdirsək, onlarla yanaşı, təbii olaraq, “qismən ehtiraslanmanı” da bütünlüklə izah edə bilərik, ancaq bu hadisə özünü ilkin halı ilə deyil, inkişaf etmiş şəklində göstərə bilər, çünki onlar ilkin deyillər və daha da parçalanmaya imkan verirlər. “Ehtiras” adı altında biz arasıkəsilməz daxili cismani qıcıqlanma mənbəyini təmsil edən psixi halı başa düşürük, ancaq bu hal “qıcıqlanmadan” fərqli olaraq, kənardan qəbul edilən qızışdırıcı təsirin vasitəsi ilə yaranmır. Beləliklə də, ehtiras psixi halı cismanilikdən ayıran bir anlayışdır. Ehtirasların təbiəti ilə bağlı ən sadə və təbii ehtimal bundan ibarət ola bilərdi ki, onlar öz-özlüyündə heç bir keyfiyyətə malik deyildir, yalnız ruhi həyatın təqdim etdiyi işin ölçüsü kimi diqqətə alına bilər. Ehtirasların öz cismani mənbə və məqsədləri ilə münasibəti onları bir-birindən fərqləndirir və onlara spesifik xüsusiyyətlər verir. Ehtirasın mənbəyi hansısa orqanda başlayan həyəcanverici prosesdir və onun yaxın məqsədi bu orqanın qıcıqlandırıcı təsirinin kəsilməsidir.

Ehtiraslar haqqında təlim üçün qaçılmaz olan sonrakı ilkin ehtimal iddia edir ki, bədən üzvlərində, malik olduqları kimyəvi təbiətə uyğun olaraq, iki növ həyəcanlanma baş verir. Bu həyəcanlanmanın bir növünü biz spesifik seksual hal adlandırırıq və buna uyğun olan bədən üzvü, ondan yaranan qismən seksual ehtirasın “erogen sahəsi” hesab edilir. Müəyyən növ nevrotik xəstəliklərin öyrənilməsindən əldə edilmiş bu fərziyyələri burada əsaslandırmaq asan deyil. Digər tərəfdən, bu fərziyyələri qeyd etməkdən çəkinsək, ehtiraslar haqqında əsaslı bir şey söyləmək qeyri-mümkün olacaq.24 Ağız boşluğu və arxa dəliyə seksual əhəmiyyət verilən sapmalarda, erogen sahənin rolu tamamilə aydındır. O, bütün hallarda cinsi aparatın hissəsi kimi təzahür edir. İsteriya halında bədənin bu hissələri və onlara xas olan selikli qişalar yeni hissiyyatın yarandığı yerlərə çevrilir və onların innervasiyası (orqanın əsəb hüceyrələri ilə təmin edilməsi) dəyişilir – onlarda, hətta, ereksiya (cinsi orqanın ehtiraslanmadan yaranan böyüməsi) ilə müqayisə oluna bilən proseslər baş verir və burada normal cinsi proseslərdə cinsi orqanların həyəcanlanmasına bənzər hadisə yaranır. Erogen sahələrin yan təsirli aparat və cinsi orqanların surroqatı kimi təzahürü, psixonevrozlar arasında isteriklərdə daha qabarıq şəkildə görünür; bu o demək deyildir ki, başqa xəstəliklərdə onlara az əhəmiyyət vermək lazımdır, çünki onlarda (sarmaşan hallar nevrozu və paranoyada) simptomların formalaşması cismani hərəkətləri tənzimləyən beyin sahəsindən uzaqda yerləşən psixoloji aparatda baş verdiyindən, az gözə çarpan şəkillərdə olur. Sarmaşan hallar nevrozunda yeni seksual məqsəd yaradan və sanki erogen sahələrdən asılı olmayan impulsların əhəmiyyəti görkəmli yer tutur. Ancaq bu halda özünü göstərən baxışla ehtiraslanma və eksqibisionizmdə göz erogen sahəyə uyğun gəlir; seksual ehtirasın ağrılı olması və amansızlığı halında dəri öz üzərinə bu rolu götürür, bu vaxt, bədənin ayrı-ayrı yerlərində hissiyyat orqanları diferensiallaşır və selikli qişaya çevrilir, yəni erogen zona κατ' ἐξοχήν olur. Burada Mollun seksual instinkti kontrektasiya və detumesensiya instinktinə bölən təsnifatını xatırlamaq lazımdır. Psixonevrozlarda seksual sapmanın üstün görünməsinin izahı Yuxarıda irəli sürdüyümüz müddəalar psixonevrotiklərin seksual həyatını yanlış anlamağa da yol aça bilər. Elə görünə bilər ki, psixonevrotiklər özlərinin anadangəlmə xüsusiyyətləri ilə seksual sapması olan şəxslərə çox yaxındır və hansısa ölçüdə normal seksuallıqdan ayrılırlar. Ancaq tamamilə mümkündür ki, bu xəstələrin bədənlərinə xas olan meyillər, çox böyük ölçülü seksual sıxışdırmalar və seksual ehtiraslarının fövqəladə dərəcədə güclü olmasından başqa, həm də, sözün geniş mənasında anlaşılan sapmaya qeyri-adi səviyyəli bir meyillilik də yaradır; ancaq yüngül halların araşdırılması göstərir ki, sonuncu ehtimal heç də həmişə özünü doğrultmur və ya ən azından, ağrılı effektləri dəyərləndirəndə bir faktorun təsirini inkar etmək zəruridir. Psixonevrotiklərin çoxunda xəstəlik, yalnız normal cinsi tələbatın meydana çıxdığı cinsi yetkinlik yaşında aşkar olunur və burada həmişə bu normal cinsi tələbatın sıxışdırılması halına rast gəlinir. Yaxud xəstəlik daha gec başlayır və bunun səbəbi libidonun normal seksual münasibətdən həzz ala bilməməsi olur. Hər iki halda libido özünü əsas məcrasının qarşısına bənd vurulmuş su axını kimi aparır; bu vaxt o, indiyədək axının yönəlmədiyi boş qalan yolları doldurmağa başlayır. Beləliklə də, psixonevrotiklərin sapmaya olan, gözə çarpan güclü meyilliyi əsas məcradan kənar olan yollar üzrə axına yönəlir, yaxud, hər halda, bu kənar yollar üzrə axınlar güclənir. Ancaq belə bir fakt şübhəsizdir ki, seksual ehtirasın sıxışdırılması, daxili hadisə olaraq digər xarici faktorlarla, misal üçün, azadlıqdan məhrum etmə kimi hallarla bir sıraya qoyulmalıdır; normal seksual obyektin əlçatmazlığı, yaxud normal seksual aktla məşğul olmağın təhlükəli olması, fərdlərdə sapmaya yol açır və bu hallar olmasa həmin fərdlər normal halda qalacaqdılar.

Nevrozların fərqli hallarında bu vəziyyət müxtəlif cür ola bilər: bir halda sapmaya anadangəlmə olan meyilliyin güclülüyü həlledici rol oynayır, digər halda, libidonun normal seksual məqsəddən və seksual obyektdən sıxışdırılması səbəbindən, bu meyilliliyin məcradan kənar axın yollarına yönələrək güclənməsi baş verir. Əslində əməkdaşlığın olduğu yerdə ziddiyyət yaratmağa çalışmaq yanlışlıq olardı. Nevroz ən çox cismani quruluşla həyəcanın birlikdə təsir etdiyi hallarda ortaya çıxır. Aydın ifadə olunan cismani quruluş, həyati təəssüratlar olmadan da keçinə bilər, güclü həyati sarsıntılar orta səviyyəli quruluşa malik orqanizmləri nevroza uğrada bilər. Bu nöqteyi-nəzər, başqa sahələrə aid olan anadangəlmə və təsadüfi hallar üçün, onların yaranma səbəbinin dəyərləndirilməsində öz gücünü saxlayır.

Əgər sapmaya xüsusilə aşkar şəkildə ifadə olunan meyilliliyin psixonevrotik xüsusiyyətin daşıyıcısı olan cismani quruluşa aid olduğu mülahizəsinə üstünlük verilirsə, onda ümid etmək olar ki, anadangəlmə olan bu və ya digər erogen sahənin, bu və ya digər qismən meylin üstünlük təşkil etməsindən asılı olaraq, bu cismani quruluşlar üçün müxtəlifliyini bir-birindən ayırmaq da mümkün olacaqdır. Sapmaya anadangəlmə meyilliliyin, sonradan xəstəliyin müəyyən formasına uyğun gəlməsi barədə sual, bu sahəyə aid olan çoxlu başqa məsələlər kimi, hələ araşdırılmamışdır.

Seksuallığın infantilliyinə istinad olunması Sapmaya yönələn psixoloji fəaliyyətin psixonevrozlarda bəlli simptomlar yaratdığını sübut etməklə biz, cinsi sapma daşıyıcısı hesab edilə bilən şəxslərin sayını qeyri-adi dərəcədə artırmış olduq. Məsələ yalnız nevrotiklərin insanların çoxsaylı bir təbəqəsini təmsil etməsində deyil, burada, nevrozun özünün bütün formalarında, tədricən, arasıkəsilməz olaraq sağalmağa doğru yönəldiyini diqqətə almaq zəruridir; axı Möbius tamamilə əsaslı olaraq deyə bilərdi: “Biz hamımız bir az isterik hesab edilə bilərik”. Beləliklə də, cinsi sapmaların qeyri-adi dərəcədə geniş yayılmasını nəzərə alaraq, qəbul etməliyik ki, cinsi sapmaya meyillilik az rast gəlinən xüsusiyyət deyil, əslində normal hesab edilən orqanizmlərə xas olan cəhətdir.

Biz sapmanın anadangəlmə şərtlərdən asılı olması, yoxsa, Binetin fetişizm üçün qəbul etdiyi kimi, təsadüfi psixoloji sarsıntıların hesabına yaranması ilə bağlı sualın mübahisə doğurduğunu eşitdik. İndi isə belə bir məsələni aydınlaşdırmağa gəlib çıxmışıq: sapmanın əsasında hansısa anadangəlmə şərtlər dayansa da, bütün insanlarda ola bilən bu şərtlər öz intensivliyinə görə dəyişkən olur və həyatın təsirinin onu oyatmasını gözləyir. Söhbət anadangəlmə, konstitusiyada verilmiş cinsi instinktin köklərindən gedir ki, bu köklər bəzi hallarda cinsi fəaliyyətin əsl daşıyıcılarına (perversiyalara) çevrilir, digər hallarda isə kifayət qədər basdırılmadığı (sıxışdırılmadığı) üçün dolayı yolla xəstəlik simptomları kimi cinsi enerjinin əhəmiyyətli bir hissəsini özlərinə cəlb edə bilirlər, ən əlverişli hallarda isə hər iki ifrat arasında effektiv məhdudiyyət və digər emal vasitəsilə normal cinsi həyatın yaranmasına səbəb olurlar. Biz həmçinin deyəcəyik ki, bütün perversiyaların toxumlarını ehtiva edən fərz edilən konstitusiya yalnız uşaqda müşahidə oluna bilər, baxmayaraq ki, onda bütün instinktlər yalnız təvazökar intensivliklərlə ortaya çıxa bilər. Ancaq bunu da nəzərə almaq lazımdır ki, uşaq orqanizmində cinsi ehtiras zəif intensivliklə təzahür edir. Əgər, bu məlumatı nəzərə almaqla bizə elə gəlirsə ki, nevrotiklər öz seksuallıqlarını infantil vəziyyətdə saxlamış və ya sonradan ona qayıtmışlar, onda təbii olaraq, uşaq seksuallığının inkişafı prosesində, onun sapmaya gəlib çıxmasında, yəni nevroza uyğun olan vəziyyətə düşməsində, yaxud da normal seksual həyata keçməsində həlledici rolu olan təsirləri izləmək arzusu yaranır. I ----------------------------------------------------------------------------------------- 1 İnversiyanın belə sarmaşan təbiətli müqavimətinin, təlqin etmə və ya psixoanalizin köməyi ilə əlverişli terapevtik müdaxilə üçün şərait yaratması mümkündür.

Ən müxtəlif cəhətlərdən tamamilə düzgün olaraq göstərilmişdir ki, invertləşmiş şəxslərin tərcümeyi-halında onların inversiyaya meyilliliyinin başlanması barədə verilən məlumatlar etibarlı deyil, çünki onlar özlərində vaxtı ilə heteroseksual hisslərin olması barədə sübutları yaddaşlarından sıxışdırıb çıxara bilər; psixoanaliz özünə bəlli olan inversiya hallarına əsasən, bu şəxslərin uşaqlıq çağına aid olan unutqanlığını aradan qaldırmaqla, yaddaşlarını bərpa edərək, belə bir şübhənin yerində olduğunu təsdiq etmişdir.

3 Degenerasiya diaqnozu qoyulmasına və onun cüzi praktik əhəmiyyət kəsb etməsinə necə ehtiyatla yanaşılmasının vacibliyi Mebiusun mühakimələrində aydın görünür (“Ueber Entartung – Grenzfragen des Nerv. und Seelenleb”, 1900, № 3): “Əgər, burada müəyyən qədər aydınlıq gətirilən anadangəlmə hallara geniş miqyasda baxılarsa, onda sonrakı gedişatı nəzərə almadan da, degenerasiyanın çox cüzi əhəmiyyəti olduğunu görmək mümkündür”. 4 “Uranizmin” (homoseksuallığı kişi bədənində qadın psixologiyasının mövcudluğu ilə izah edən cərəyan) müdafiəçilərinə bu məsələdə haqq qazandırmaq olar ki, bizə bəlli olan bir sıra çox böyük şəxslər qismən, hətta mütləq invertləşmiş olmuşlar. Bu, onların əqli qabiliyyətlərinin inkişafına mane olmamışdır. Onlar öz dövrlərinin ən böyük şəxsiyyətləri olmuşlar.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.