Ceyms C. Patnam †
Anglo-sakson ölkələrindən təcrid olunmuş vəziyyətdə bizə çatmış ilk xəbərlər arasında böyük panamerikan psixoanalitik qrupunun prezidenti Patnamın vəfatı haqqında kədərli xəbər də var. O, yetmiş iki yaşını keçdi, sona qədər ağıl təravətini qorudu və 1918-ci ilin noyabrında yuxuda ürək iflicindən yumşaq bir ölüm tapdı. Bir neçə il əvvələ qədər Bostondakı Harvard Universitetində Nevropatologiya professoru olan Patnam, Amerikada psixoanalizin böyük dayaqı idi. Onun çoxsaylı nəzəri əsərləri (bir neçəsi ilk dəfə Beynəlxalq Jurnalda dərc olunmuşdur) aydınlığı, fikir zənginliyi və tərəfdarlığının qətiyyəti ilə analizə psixiatriya tədrisində və ictimai rəydə, hazırda Amerikada həzz aldığı layiq olduğu qiyməti qazandırmağa çox böyük töhfə vermişdir. Bəlkə də onun nümunəsi də eyni dərəcədə təsirli oldu. O, qüsursuz xarakteri ilə ümumi hörmət qazanmışdı və yalnız ən yüksək etik nəzərələrin onun üçün həlledici olduğu bilinirdi. Onu şəxsən yaxından tanıyanlar, onun, nəcibliyin ikinci təbiətə, alçaqlıqla əlbir olmağın isə qeyri-mümkünə çevrildiyi, xoşbəxt kompensasiya olunmuş məcburiyyət nevrozu tipli şəxslərdən olduğunu qəbul etməli idilər.
C. Patnamın şəxsi görünüşü, 1912-ci ildə Veymar konqresində iştirakı ilə Avropa analitikləri tərəfindən tanınmışdır. Jurnalın redaksiyası növbəti sayda hörmətli dostumuzun portretini və elmi nailiyyətlərinin ətraflı qiymətləndirilməsini dərc etmək ümidindədir.