Ön söz

Oxucuların diqqətinə çatdırılan “Psixoanalizlə ilkin tanışlıq” kitabı, azacıq da olsa, bu mövzu üzrə özündən öncə yazılmış başqa kitablarla rəqabət etmək istəyi ilə yazılmamışdır (Hitschmann. Freuds Neurosenlehre. 2 Aufl., 1913; Pfister. Die psychoanalytische Methode, 1913; Leo Kaplan. Grundzüge der Psychoanalyse, 1914; Regis et Hesnard. La psychoanalyse des nevroses et des psychoses, Paris, 1914; Adolf F. Meijer. De Behandeling van Zenuwzieken door Psycho Analyse. Amsterdam, 1915). Bu kitabda mənim 1915-1916-cı və 1916-1917-ci illərin qış semestrlərində həkimlər və bu sahə üzrə mütəxəssis olmayan hər iki cinsdən olan insanlar üçün oxuduğum mühazirələrin dəqiq məzmunu verilmişdir.

Oxucunun bu əsərdə ayırd edib duyacağı bütün özəlliklər kitabın yarandığı durumla bağlıdır. Bəllidir ki, mühazirədə, elmi traktatda olduğu kimi, soyuqqanlılığı sonadək qoruyub saxlamaq olmur. Bundan başqa, mühazirə oxuyan adamın qarşısında iki saata yaxın vaxt ərzində onu dinləyənlərin bütün diqqətini özünə yönəldə bilmək istəyi dayanır. Dinləyicilərin danışılanlara reaksiyasını çevikləşdirmək üçün birdən eyni bir mövzunu bir neçə dəfə araşdırmağa ehtiyac duyulur. Tutalım, hansısa məsələdən öncə, yuxugörmələrlə bağlı, sonradan isə nevrozlarla bağlı danışmalı olursan. Öyrədilən materialın yaxşı qavranılması üçün bir sıra önəmli mövzuları, tutalım, şüurdışılıq kimi anlayışı birbaşa bütün aydınlığı ilə anlatmaq mümkün olmadığından, onun üstünə yeri gəldikcə dönə-dönə qayıtmalı olursan və hər yeni imkan yaranan kimi bu anlayışla bağlı əldə olunan biliklərə daha yeni bilgiləri artırmaqla, onu dinləyicilərə bütünlüyü ilə anlatmağa çalışırsan.

Psixoanalitik ədəbiyyatla tanışlığı olanlar bu kitabda, bir az da olsa, başqa kitablardan onlara bəlli olmayan biliklər ala biləcəklər. Bundan başqa, öyrədilən materiala bütünlük və bitkinlik vermək üçün müəllif bir sıra bölmələrdə (qorxunun səbəbləri, isterik fantaziyalar) indiyədək işlənməyən bilgilərdən də yararlanmalı olmuşdur.

Vyana, 1917-ci ilin yazı

Birinci bölmə

Yanılmalar

1916 [1915]

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.