Səkkizinci mühazirə. UŞAQLARIN YUXUGÖRMƏLƏRİ

Dəyərli xanımlar və bəylər! Deyəsən, biz gərək olduğundan çox irəli getdiyimizi düşünməyə başlamışıq. Elə isə gəlin bir az geriyə qayıdaq. Biz yuxugörmələrin daşıdığı gizli anlamların onlarda korlanmış (təhrif olunmuş) bir durumda üzə çıxdığını deyərək, öz yuxuyozma texnikamızla bunu aradan qaldırmağa çalışanda işimizin daha da uğurlu alınması üçün belə yuxugörmələri bir kənara qoyub, gizli qalan anlamı korlanmayan (beləsi varsa), ya da çox az korlanan yuxugörmələrə üz tutmağın gərəkliyini anlamışdıq. Bunun üçün də biz gərək indiyədək addım-addım gəldiyimiz yolda qazanmış olduğumuz bilikləri genişləndirməyi də dayandıraq, axı elə bu qazandığımız biliklərlə gizli anlamı korlanmış yuxugörmələri araşdırmaq, bizi gizli anlamı korlanmamış yuxugörmələri araşdırmağın gərəkliyinə yönəltmiş olur.

Bu baxımdan, bizə gərək olan qaynaqları uşaqların yuxugörmələrində tapmaq olar. Onlar çox qısadır, aydındır, qarmaqarışıq və çoxanlamlı deyil, onları çox asanlıqla anlamaq olur, ən başlıcası isə bunlar şübhəsiz yuxugörmələrdir. Ancaq uşaqların bütün yuxugörmələrinin belə olduğunu düşünməyə də dəyməz. Elə uşaq yaşlarında da yuxugörmənin gizli anlamları korlanmağa başlayır, 5-8 yaşlar arasındakı uşaqların yazıya alınmış bir sıra yuxugörmələrində də, yaşlılarda olduğu kimi, dərin korlanma izlərini görmək olur. Siz birdən daha erkən, 4-5 yaşlar arasındakı uşaqların yuxularına göz gəzdirsəniz, onda burada körpəliyə uyğun yuxugörmələr adlana biləcək yuxugörmələrlə üzləşəcəksiniz, ancaq belə körpəlikdən (infantil) yaranan yuxugörmələr daha yaşlı uşaqlarda da olur. Habelə yaşlı insanlarda da bəlli durumlarda körpəliyə uyğun yuxugörmələrə çox bənzəyən yuxugörmələr ola bilir.

Bu uşaq yuxugörmələrindən yararlanmaqla biz çox asanlıqla və inamla yuxugörmənin mahiyyəti ilə bağlı sonuclara gəlib çıxacağıq, ümid edirik ki, bu nəticələr həlledici və ümumi etibarlı olacaqdır.

1. Bu yuxugörmələri anlamaq üçün onları araşdırmağa və bizim yuxuyozma texnikamızdan yararlanmağa gərək qalmayacaqdır. Habelə burada yuxugörməsini danışan uşağı sorğulamağa da gərək yoxdur. Yalnız uşağın yaşamı ilə bağlı azacıq bilgilərimizin olması onun gördüyü yuxunu anlamaq üçün yetərlidir. Bu yuxugörmələrdə həmişə ötən gün baş verənlərlə bağlı nəsə olur və onlara dayanaraq, yuxunu aydınlaşdırmaq heç bir çətinlik törətmir.

Yuxu, yuxu zamanı ruhun bu gündəlik təcrübəyə reaksiyasıdır. Biz bəzi nümunələrə qulaq asmaq istəyirik ki, gələcək nəticələrimizi onlara əsaslandıraq. A) 22 aylıq bir oğlan təbrikçi kimi bir səbət albalı hədiyyə etməlidir.

a) 22 aylıq uşaq təbrikçi kimi albalı dolu kiçik səbəti daşımalı idi. Ona bu işinə görə yemək üçün albalı veriləcəyini boyun olsalar da, bu işi könülsüz görür. Sonrakı gün o, gecə gördüyü yuxusunu danışır: German ad günü olanın bütün albalılarını yedi.

b) Üç yaş üç aylıq olan qız uşağını ilk dəfə qayıqla göldə gəzintiyə çıxarırlar.

3 1/4 yaşlı bir qız ilk dəfə göl üzərində qayıqla gəzir. Gəzinti qurtarandan sonra o, qayıqdan düşmək istəmir, hönkürtü ilə ağlayır. O, qayıqla olan bu gəzintinin çox az olduğunu düşünür, yenə də qayıqla üzmək istəyir.

Ertəsi günü səhər o danışır: bu gecə yuxumda mən qayıqla göldə üzürdüm. Sözsüz, onun yuxuda baş tutan bu “gəzintisi”, ürəyi istədiyi kimi, uzun çəkmişdi.

c) Beş yaş üç aylıq oğlan uşağını Qallştatt yaxınlığındakı Eşerntala gəzməyə aparmışdılar. Uşaq Qallştattın Daxşteyn dağının ətəyində yerləşdiyini eşitmişdi. Onda bu dağa qarşı çox böyük maraq yaranmışdı. Onların Auszedəki evindən bu dağ yaxşı görünürdü, binoklla baxanda isə bu dağın Simoniqyutte yüksəkliyini də görmək olurdu. Uşaq dəfələrlə binoklla bu yüksəkliyi izləməyə çalışmışdı, onun bu işdə hansı uğuru qazandığı isə bəlli deyildi. Uşaq bu gəzintiyə çox böyük sevinclə qatılmışdı.

Yolboyu qarşılarına çıxan hər yeni dağı görəndə o soruşurdu: Daxşteyn budur? Hər dəfə “yox, bu deyil” sözünü eşitdikcə onun qanı qaralırdı, çox keçmədən o susub dayandı və kiçik bir cığırla şəlaləyə getməkdən də boyun qaçırdı.

Böyüklər bunu onun yol getməkdən yorulduğuna yozdular, ancaq ertəsi gün səhər uşaq sevinclə bildirdi: bu gecə mən yuxumda bizim Simonqyutteyə qalxdığımızı görmüşəm. Uşaq bütün gəzinti boyunca bu yüksəkliyə çıxacaqlarını gözləmiş, ancaq bu baş tutmayanda qüssələnmişdi. Yüksəkliyə necə çıxdığını soruşanda isə o, o, yalnız əvvəlcədən eşitdiklərini söyləmişdi: yüksəkliyə doğru qazılmış pilləkənlərlə altı saat qalxıb onun təpəsinə çatırsan.

Bu üç yuxugörmə bizə gərək olan bilgiləri almaq üçün yetərlidir.

2. Gördüyümüz kimi, bu uşaq yuxugörmələri anlamsız deyildirlər; bunların hamısı anlaşıqlı, bütöv ruhi hadisələrdir. Elə bilirəm, mənim bir az öncə sizə yuxugörmənin tibbi baxımdan təhlili ilə bağlı dediklərimi unutmamısınız: belə bir yozumda yuxugörməni musiqi çalğıçılığını bilməyən birisinin pianinonun dilləri üzərində barmaqlarını necə gəldi gəzdirməsinə bənzətdiklərini söyləmişdik. İndicə uşaq yuxugörmələrinin bu mülahizə ilə necə böyük ziddiyyət yaratdığını gördünüz. Ancaq çox qəribə olardı ki, məhz uşaq yuxuda tam psixi fəaliyyətlər göstərsin, halbuki böyüklər eyni halda qıcolma reaksiyaları ilə kifayətlənirlər. Bizim həm də uşağa daha yaxşı və dərin yuxu etibar etmək üçün hər cür əsasımız var.

3. Uşaq yuxugörmələrinin çoxusu korlanmaya uğramadıqlarından onları yozmağa da gərək duyulmur. Burada yuxugörmənin açıq məzmunu ilə onun gizli məzmunu çox vaxt üst-üstə düşür. Beləliklə də, bu öyrəndiklərimizdən belə bir sonuca gəlib çıxırıq: yuxugörmənin korlanması onun mahiyyəti ilə bağlı deyildir. Mən güman edirəm ki, bu sözdən sonra siz ürəyinizdə bir yüngüllük duyacaqsınız. Ancaq biz bir sıra araşdırmalardan sonra elə bu yuxugörmələr üçün də gizlin məzmundan açıq məzmuna keçiddə, azacıq da olsa, korlanmaların olduğunu görürük.

4. Uşaq yuxugörmələri, başlıca olaraq, keçən günün yaşantılarından doğulur, buradakı təəssüflər, darıxmalar və yerinə yetməyən umacaqlarla bağlı olur. Yuxu bu arzunun birbaşa, gizlədilməmiş gerçəkləşməsini gətirir.

Elə bilirəm, daxili və xarici cismani qıcıqların yuxunu pozub yuxugörmələr yaratdığı ilə bağlı yuxarıda dediklərimizi unutmamısınız. Biz belə inandırıcı faktların bir çoxunu araşdırsaq da, bunlarla yuxugörmələrin çox az bir kəsimini aydınlaşdırmağın mümkün olduğunu öyrənmişdik. Ancaq uşaq yuxugörmələrində, demək olar, hansısa cismani təsirlərin yaratdığı qıcıqların rolu görünmür; məncə, bu mülahizəmizdə biz yanılmırıq, bunu uşaq yuxugörmələrinin olduqca aydın olması da göstərir, ona görə də burada nələrinsə baxışlarımızdan yayınması ağlabatan deyildir. Ancaq bu deyilənlər heç də yuxugörmələrin qıcıqlanmalardan yaranmasını danmır. Onda belə bir sorğu yaranır: biz nə üçün öncədən yuxunu pozub onu yuxugörməyə yönəldən cismani səbəblərdən başqa, həm də psixoloji səbəblərin olduğunu unutmuşuq? Axı biz yaranan bu həyəcanların yaşlı adamların yuxusunu pozduğunu, onun xarici aləmdən ayrılıb dərin yuxuya getməsinin qarşısını aldığını bilirik. Yaşadığı dünyada insanı narahat eləyən nəsnələr varsa, onda o bu problemi çözmədən yatmaq istəmir. Uşaq üçün belə rahatsızlıq yaradan, yatmağa qoymayan faktor onun yerinə yetməyən istəkləridir və o, yuxuya gedəndə bu istəklərini yuxugörməsində gerçəkləşdirməyə çalışır.

5. Buradan da biz kəsə bir yolla yuxugörmənin gördüyü işi anlamağa gəlib çıxırıq. Yuxugörmə, psixi qıcıqlanmaya qarşı baş verən reaksiya olmaqla, bu qıcıqlanmanı aradan qaldırmaq dəyərinə malik olmalıdır ki, o aradan qaldırılsın və yuxu davam etsin. Yuxugörmənin, düşüncələri bu psixoloji qıcıqlardan necə və hansı tezliklə azad eləməsi bizə bəlli olmasa da, biz artıq yuxugörmənin heç də deyildiyi kimi, yuxunu pozan bir gerçəklik olmadığını, əksinə, onun keşikçisi olduğunu, yuxu pozuntularını aradan qaldırdığını görürük. Düzdür, bizə elə gəlir, yuxu görməsəydik daha yaxşı yatardıq, ancaq bu, yanlış düşüncədir; özlüyündə isə yuxugörmənin köməyi olmadan biz heç yata bilməzdik. Heç olmasa belə yata bilməyimiz üçün biz ona borcluyuq. Bizim bu qədər yaxşı yatmağımız onun xidmətidir. O, bizi bir az narahat etməkdən qaça bilmədi, eynilə gecə gözətçisinin bizi səs-küylə oyatmaq istəyən səs-küy yaradanları qovarkən səs-küy salmaqdan qaça bilmədiyi kimi. Arzunun yuxunun səbəbkarı, bu arzunun gerçəkləşməsinin isə yuxunun məzmunu olması yuxunun əsas xüsusiyyətlərindən biridir. Onun bizim yuxumuzu bir azca pozmasına gəlincə, bu, gecə keşikçisinin bizi səs-küylə oyatmaq istəyən səs-küy yaradanları qovarkən səs-küy salmaqdan qaça bilməməsi kimidir.

6. Yuxugörmənin başlıca özəlliyi onun insanın gerçəkləşmək istəyən istəklərindən yaranmasıdır və bu istəklərin yerinə yetirilməsi də elə yuxugörmənin məzmununa çevrilir. Yuxugörmənin başqa bir dayanıqlı özəlliyi isə, onun bu istəkləri təkcə elə düşüncədən keçirməklə yetinməməsi, bu istəkləri gözəgörünmələr (hallüsinasiyalar) şəklində yerinə yetirilmiş kimi təqdim etməsidir. “Mən göldə qayıqla üzmək istəyirəm” istəyi “mən göldə qayıqla doyunca üzdüm” kimi bir yuxugörmə məzmununa çevrilir.

Yuxugörmənin açıq məzmunu ilə onun gizli məzmunu arasındakı fərq, beləliklə də, yuxugörmədə gizli qalan gerçək anlamın korlanması bu sadə uşaq yuxularında da qalır. Burada bu “korlanma” yuxugörmədə düşüncənin “gerçəkliyə” çevrilməsində, yəni istəklərin düşüncədən “gerçəkliyə” çevrilməsində özünü göstərir. Ona görə də bütün yuxugörmələrin yozulmasında, ən başlıcası, baş verən bu dəyişikliyin, çevrilmənin tapılmasıdır. Əgər bu, yuxunun ən ümumi xarakteri kimi ortaya çıxarsa, onda yuxarıda qeyd olunan yuxu fraqmenti "mən qardaşımı qutuda görürəm" belə tərcümə edilməməlidir: "qardaşım özünü məhdudlaşdırır", əksinə: "mən istəyirəm ki, qardaşım özünü məhdudlaşdırsın, qardaşım özünü məhdudlaşdırmalıdır". Göründüyü kimi, yuxugörmənin göstərdiyimiz iki başlıca özəlliyindən ikincisi birincidən daha inandırıcı görünür. Ancaq geniş araşdırmalarla əmin ola bilərik ki, yuxunun səbəbi həmişə bir arzu olmalıdır və narahatlıq, niyyət və ya ittiham ola bilməz, lakin digər xarakter bundan təsirlənməyəcək ki, yuxu bu qıcıqlandırıcını sadəcə təkrarlamır, əksinə, onu bir növ təcrübə ilə aradan qaldırır, yox edir, həll edir. Bu, yuxugörmənin sarsılmaz və dəyişməz bir özəlliyidir.

7. Yuxugörmənin bu başlıca özəlliklərinə dayaqlanaraq, biz yenidən qayıdıb yuxugörməni yanlış davranışlarla tutuşdura bilərik. Yanlış davranışlarda biz pozucu niyyətlə pozulmuş məqsəd arasındakı qarşıdurmanı aydınlaşdırmış və yanlış davranışın onların barışığından (kompromisindən) yarandığını demişdik. Bu sxem özünü yuxugörmələr üçün də bütünlüklə doğruldur. Buradakı pozulmuş məqsəd yatmaq istəyi sayıla bilər. Pozucu niyyəti isə psixi qıcıqla, daha doğrusu, gerçəkləşmək istəyən istəklə əvəz eləyə bilərik. Bəlli olduğu kimi, yuxunu pozub yuxugörmə yaradan başqa bir səbəblə biz indiyədək olan araşdırmalarımızda üzləşməmişik. Beləliklə, burada da yuxugörmə ortalıqda olan qarşıdurmanın barışıqla qurtarmasından yaranır. Yatırsan, ancaq könlündəki istəyin yerinə yetməsi üçün darıxırsan; yuxugörmədə bu istəyini gerçəkləşdirirsən və yatmağa davam eləyirsən.

Habelə burada qarşılaşan iki nəsnələrdən hər biri özlərini bütünlüklə yox, yarımçıq şəkildə gerçəkləşdirə bilirlər.

8. Unutmamısınızsa, biz bundan öncəki bir danışığımızda yuxugörməni daha yaxşı anlaya bilmək üçün onu fantaziyanın yetirməsi olan “ayıqlıqda yuxu görmə” olayı ilə qavramağa çalışmışdıq. Bu “ayıqlıqda yuxu görmə”, doğrudan da, bizə yaxşı bəlli olan iddialar və erotika ilə bağlı istəklərin yerinə yetirilməsi üçün yaranır, ancaq bunlar düşüncə səddini adlaya bilmir və heç vaxt gözəgörünən (hallüsinasiya) obrazlara çevrilmir. Beləliklə də, yuxugörmənin başlıca özəlliklərindən ikisi burada öz anlamlarını itirirlər, ikinci özəllik isə, ayıqlıqda əlçatmaz olan istəklərin yuxugörmə ilə gerçəkləşməsindən büsbütün asılı olduğundan, bütünlüklə aradan qalxmış olur. Bəlli olduğu kimi, yuxugörmənin bu ikinci özəlliyi ilə bağlı eyhamlar danışıq dilimizdə də özünə yer eləmişdir və yuxugörmənin başlıca özəlliyi burada istəklərin gerçəkləşməsi sayılmaqdadır. Bununla yanaşı olaraq, yuxugörmədəki yaşantılar yalnızca istəklərin gerçəkləşməsini təsəvvürə gətirməkdirsə, yəni gecə çağının “ayıqlıqda yuxu görmə”sidirsə və bu ancaq yatmaqla baş tutursa, habelə bu yuxugörmə yaranmış qıcığı aradan qaldırıb insanda həzzverici duyğular yaradırsa, onda gündüz çağının “ayıqlıqda yuxu görmə”si də, buna oxşar olaraq, insanların öz həzlərinə çatması üçündür, doğrudan da, ancaq elə buna görə də insanlar bu “ayıqlıqda yuxu görmə” durumuna düşürlər.

Bəlli olduğu kimi, dildə yuxugörmənin bu özəlliyini andıran çoxlu deyimlər vardır. Elə bilirəm, bəlli atalar sözünü unutmamısınız: donuz yuxusunda palıd qozası, qaz isə qarğıdalı görər; bu sözləri deyəndən sonra soruşulur: onda toyuq yuxusunda nə görür? Sonra da cavab verirlər: darı. Bu atalar sözü bizi bir az da geriyə qaytarır, indicə öz araşdırmamızda yaşlı insanlardan uzaqlaşıb uşaqların yanına dönmüşdüksə, burada bir az da o yana – heyvanların yanınadək gedib çıxılır və yuxugörmənin bütün durumlarda öz istəklərinin və gərəklərinin ödənilməsinə çalışmaqdan yarandığı düşüncəsi doğruldulur.tarır, indicə öz araşdırmamızda yaşlı insanlardan uzaqlaşıb uşaqların yanına dönmüşdüksə, burada bir az da o yana – heyvanların yanınadək gedib çıxılır və yuxugörmənin bütün durumlarda öz istəklərinin və gərəklərinin ödənilməsinə çalışmaqdan yarandığı düşüncəsi doğruldulur. Dildə oturuşan çoxlu deyimlər də bunu bildirməkdədir, örnək üçün: “yuxudakı kimi gözəl”, “belə yaxşı şeyi yuxuda da görməzsən”, “yatsam yuxuma da girməzdi” kimi sözləri göstərmək olar. Doğrudur, qorxulu yuxular da, habelə anlaşılmaz və anlamsız yuxugörmələr də olur, ancaq bəlli olduğu kimi, insanların arasında bunlarla bağlı ürəkdən gələn deyimlər yoxdur. Danışıq dilində “pis yuxu” deyimi olsa da, bizim danışıqlarımızda yuxugörmələrin, demək olar, hamısı istəklərin gerçəkləşməsinə bağlanılır. Donuzla qazın yuxuda onları necə kəsdiklərini görməsi ilə bağlı atalar sözlərinin olmaması da bundan soraq verir.

Yuxugörmədə istəklərin gerçəkləşməsi ilə bağlı məzmunun belə açıq-aydın özünü göstərməsi, sözsüz, yuxugörmələri yazıya alan və onu araşdırmağa çalışan yazarların gözündən qaça bilməzdi. Onlar yazıya aldıqları bu yuxugörmələrdə özünü göstərən belə bir məzmunla sıx-sıx üzləşsələr də, bunu yuxugörmənin başlıca özəlliklərindən biri saymaq onların ağlına gəlməmiş, bu özəlliyin yuxugörməni yoza bilmək üçün açar olduğunu sezməmişlər. Onların bundan nə üçün çəkindiklərini anlamaq bizim üçün çətin deyil və bu soruya bir az sonra toxunacağıq.

Baxın, görün biz çox yüksək dəyərləndirdiyimiz bu, uşaqların yuxugörmələrindən necə də asanlıqla çoxlu bilgilər ala bildik. Onları qısaca olaraq belə sıralamaq olar: yuxugörmə yuxunun qoruyucusudur, o, iki çəkişən niyyətdən doğulur, bu niyyətlərdən biri yatmaq istəyi olaraq dəyişməz qalır, o birisi isə psixi qıcıqlanmanı təmin etməyə çalışır; bu isə yuxugörmənin düşünülmüş psixi hadisə olduğunun sübutudur; onun iki başlıca özəlliyi isə yuxugörmədə ayıqlıqda yerinə yetməyən istəklərin gerçəkləşməsi və onların görüntülərlə (hallüsinasiya) yaşanmasıdır. Bütün bunları danışdıqca biz, demək olar, psixoanalizlə məşğul olduğumuzu unudaraq mühakimə yürüdürük. Səhv hərəkətlərlə əlaqə istisna olmaqla, işimizdə heç bir spesifik xüsusiyyət yox idi. Psixoanalizin əsasları haqqında heç nə bilməyən hər bir psixoloq uşaq yuxularının bu izahını verə bilərdi. Bizim buradakı araşdırmalarımızı psixoanalizlə bağlayan yalnız bir dəfə yanlış davranışlara üz tutmağımız olmuşdur.

İstənilən psixoloq psixoanalizin irəli sürdüyü ilkin fərziyyələrlə bağlı heç nə bilmədən də uşaqların yuxugörmələrini bizim kimi yoza və aydınlaşdıra bilərdi. Elə isə, nə üçün onlardan heç birisi bunu etməmişdir?

Birdən bütün yuxugörmələrin hamısı uşaqlardakı kimi baş versəydi, onda onların yozulması ilə bağlı problem də biryolluq öz həllini tapardı, yuxugörənləri sorğulamağa, onların şüursuzluqda nə baş verdiyini araşdırmağa, yuxugörmənin gizli qalan anlamını tapa bilmək üçün sərbəst əlaqələndirici düşüncələrə əl atmağa da gərək qalmazdı. Bizim bundan sonrakı işimiz bunun nə üçün belə olmadığını aydınlaşdırmaq olacaqdır. Apardığımız sınaqların dönə-dönə göstərdiyi kimi, burada tapdığımız və yuxugörmələr üçün ümumi sayılan özəlliklər sonradan yalnız bəlli sayda və bəlli tipdə olan yuxugörmələrdə özünü doğrulda bilir. Burada bizi, başlıca olaraq, maraqlandıran isə budur: uşaqların yuxugörmələrini araşdırmaqla yuxugörmələr üçün tapdığımız və onların hamısı üçün ümumi olduğunu düşündüyümüz özəlliklər açıq məzmunu qalan gündəlik istəklərlə əlaqəni göstərməyən anlaşılmaz yuxugörmələr üçün də doğrudurmu? Bizim düşüncəmizə görə, bu yuxugörmələr çox güclü korlanmalara uğradıqlarından, onlarla bağlı birbaşa mülahizələr yürütmək olmaz. Hətta belə yuxuların yozulması üçün uşaq yuxugörmələrində bizə gərək olmayan psixoanaliz texnikasından yararlanmadan keçinmək olmadığını da düşünürük.

Ancaq böyüklərin, uşaq yuxugörmələrində olduğu kimi, korlanmaya uğramayan və istəklərin gerçəkləşməsi üzərində qurulduğu aydın görünən yuxuları da olur. Bu yuxular bədənin bütün ömür boyu özünü göstərən təbii istəkləri üzrə baş verir: yuxu, susuzluq, cinsi ehtiras, yəni daxili bədən qıcıqlarına reaksiya olaraq istəklərin gerçəkləşməsi, habelə bu kimi başqa cismani qıcıqlar yuxugörmə doğuran istəklərə çevrilirlər. Mən bir dəfə 19 aylıq qız uşağının yuxusunu yazıya ala bilmişdim, bu yuxuda onun öz adı da çəkilən yemək menyusundan söz açılırdı: Anna F., çiyələk, moruq, qayğanaq, sıyıq. Bu körpə qızcığaz çiyələk və moruq yeyərək qarınağrısına düşdüyündən, həkimlər ona bütün günü yemək yeməyi yasaqlamışdılar, elə aclıq keçirdiyi günün gecəsi də körpə bu yuxunu görmüşdü, bu xəstəlik yuxuda iki dəfə görünən meyvəyə bağlanırdı. Eyni zamanda, nəvəsinin yaşını yetmişə tamamlayan nənəsi də, böyrəklərinin narahatlığı səbəbindən bir gün oruc tutmalı olmuşdu və o, həmin gecə qonaqlıqda olduğunu və ən dadlı yeməklər yediyini yuxuda görmüşdü. Aclığa məhkum olunmuş dustaqların və uzaq yolçuluqda uğursuzluğa düşüb ac-susuz qalanların yaşamlarını izlədikdə onların da gecələr öz aclıq və susuzluqlarını “yatırtdıqları” yuxular gördüyü bəlli olur. Otto Nordenşeldın 1904-cü ildə çap olunmuş “Antarctic” kitabında orada onunla birlikdə qışlayan heyət haqqında (cild 1, səh. 336 və sonrakılar) yazılarında da belə örnəklərə yer ayırmışdır: “Daxili düşüncələrimizin istiqamətini çox yaxşı göstərən yuxularımız heç vaxt indiki qədər canlı və çoxsaylı olmamışdı. Bizi qayğılandıran bütün düşüncələrimiz hər gecə gördüyümüz yuxularda çox aydın və açıq şəkildə üzə çıxırdı, ən qəribəsi isə bizim bunadək belə çoxsaylı və aydın məzmunlu yuxular görməməyimiz idi. Bizim aramızda çox az hallarda yuxugörən yoldaşlarımız da səhərlər, bu fantaziya dünyasından son təcrübələrimizi bir-birimizlə bölüşəndə, ötən gecə gördükləri çox uzun yuxularından danışırdılar. Onların hamısı indi bizə o qədər uzaq olan xarici dünyadan bəhs edirdi, habelə bu yuxugörmələr indi yaşadığımız durumla da qırılmaz tellərlə bağlanırdı... Hamımızın yuxugörmələrində başlıca yeri yemək və içmək tuturdu. Yurddakı yaşamında gecə qonaqlıqlarında əylənməyi çox sevən bir yoldaşımız səhərlər “üç yeməkdən ibarət nahar etdiyini” xəbər verə biləndə sevinirdi; tütün düşkünü olan bir başqası yuxusunda çox böyük, dağ kimi qalanmış tütün yığını görürdü; üçüncüsü öz yuxusunda bütün yelkənlərini açıb açıq suda üzən gəmi görürdü. Birisi isə belə bir qəribə yuxu görmüşdü: onun yanına poçtalyon gəlir və ona çatmalı olan poçtu gecikdirdiyinin səbəbini danışmağa başlayır, sən demə, poçtalyon çaşıb ona çatası poçtu başqasına veribmiş, sonra ondan bu poçtu almaq çox uzun çəkdiyinə görə belə gecikibmiş. Düzdür, yuxuda daha da qeyri-mümkün şeylərlə məşğul olunurdu, ancaq mənim də, yoldaşlarımın da yuxularında bir fantaziya qıtlığı gözə çarpırdı. Bu yuxugörmələrin hamısını yazıya alan olsaydı, məncə, bu, psixoloji araşdırmalar üçün çox dəyərli bir qaynaq ola bilərdi. Ancaq yuxunun nə qədər arzuolunan olduğunu asanlıqla başa düşmək olar, çünki o, hər birimizin ən çox arzuladığı hər şeyi bizə təklif edə bilirdi.” Bu yuxuların başlıca özəlliyi isə onlarda bizim ən çox istədiyimiz şeylərin əlçatan olması, istəklərimizin gerçəkləşməsi idi”. Dyu Prelin 1885-ci ildə çap olunmuş, uğursuzluğa düşmüş səyahətçilərlə bağlı örnəklər verdiyi kitabından bir çıxarışı da diqqətinizə çatdırmaq istəyirəm: “Adlı-sanlı araşdırıcı Munqo Parkın ölümündən öncə yazdığı yol qeydlərindən göründüyü kimi, o, Afrikada susuzluqdan öldüyü çağlarında yuxusunda, ara vermədən, öz yurdunun bol sulu və yaşıl çəmənli torpaqlarını görürmüş. Başqa bir Trenk adlı səyyah aclıqdan ölümcül duruma düşdüyü çağlarda yuxusunda sıx-sıx Sternşanze və Maqdeburq şəhərlərində olduğunu, yeməklə dolu masanın arxasında oturduğunu görürmüş. Franklinin birinci ekspedisiyasına qatılan Georq Bakk isə onların yeməkləri tükənib az qala acından öləcəkləri günlərdə yuxusunda daima doyumlu yeməklər dolu süfrə görürmüş”.

Kimsə şam yeməyində çox duzlu və istiotlu yeməklər yeyibsə, onun yuxuda su içdiyini görməsi təbii sayılmalıdır. Sözsüz, belə yuxugörmələr yatan kimsənin güclü aclıq və susuzluğunu aradan qaldırmır; belə yuxugörmədən ayılıb çox bərk acdığını, yaxud da susadığını duyursan və artıq gerçək yemək və su ilə aclığını və susuzluğunu yatırırsan. Belə yuxugörmələrin praktik dəyərləri çox azdır, ancaq göründüyü kimi, bu yuxugörmələr insanları yuxudan ayılmağa və hərəkət eləməyə sarı çəkən qıcıqları aradan qaldırıb onların yata bilmələrinə yardımçı olurlar. Yuxuda alınan bu gerçək olmayan həzlər, beləcə, insanlara kömək göstərmiş olurlar.

Yuxugörmə seksual qıcıqlarla bağlı yaranan istəklərin də yerinə yetirilməsi işinə yarayır, ancaq bu qıcıqların deyilməsi gərəkən bir özəlliyi də vardır. Cinsi istəyin obyektindən aclıq və susuzluqdan bir qədər az asılı olması səbəbindən, pollusiya yuxusunda təminat real ola bilər və obyektlə əlaqədə sonradan qeyd olunacaq müəyyən çətinliklər səbəbindən real təminatın qeyri-müəyyən və ya təhrif olunmuş yuxu məzmunu ilə birləşməsi xüsusilə tez-tez baş verir. Pollusiya yuxularının bu xüsusiyyəti, O. Rankın qeyd etdiyi kimi, onları yuxu təhrifinin öyrənilməsi üçün əlverişli obyektlərə çevirir. Yuxugörmədə gerçəkləşən seksual istəklərin aclıq və susuzluqla bağlı istəklərin yuxuda gerçəkləşməsindən başlıca fərqi, bu istəkləri ödəməli olan obyektdən az asılı olmasındadır. Bəlli olduğu kimi, seksual istəklər birbaşa yuxugörmənin özündə, yuxugörən kimsənin sperma buraxması ilə gerçəkləşə bilir. Onu da deyək ki, seksual istəklərin yuxuda gerçəkləşməsi çox vaxt ayıqlıq çağında bu istəkləri ödəməli olan obyektlərlə ilişkilərin gerçəkləşə bilməməsi ilə bağlı olur. Yuxugörmədə gizli məzmunun korlanması və onun məzmunca anlaşılmaz olmasına gətirib çıxaran belə psixi qıcıqlardan biz bir az sonra danışacağıq. Seksual istəklərin yuxugörmədə sperma buraxma yolu ilə özünü gerçəkləşdirməsi, O.Rankın dediyi kimi, gizli məzmunu korlanmış belə yuxugörmələri araşdırmaq üçün çox yaxşı bir obyektə çevirir. Bununla yanaşı olaraq, yaşlı insanların istəklərinin gerçəkləşməsi ilə bağlı olan bütün yuxugörmələrində bu istəklərin gerçəkləşməsindən başqa da çoxlu məzmunlar yer ala bilir və belə cismani yox, psixoloji səbəblərdən doğan qıcıqların anlaşılması üçün yuxugörmənin dərindən yozulması gərəkdir.

Yaşlılarda da, uşaqlarda olduğu kimi, istəklərin gerçəkləşməsi ilə bağlı yuxugörmələrin yaranmasının yalnız elə bu yaşlı insanların cismani istəklərindən asılı olduğunu düşünmək doğru deyildir. Yaşlıların bizə bəlli olan, qısa və aydın məzmunlu bir sıra yuxugörmələrinin, istəklərin gerçəkləşməsi üzərində qurulmasına baxmayaraq, cismani yox, psixoloji qıcıqlardan törəndiyi də aydındır. Səbirsizlikdən törənən belə yuxugörmələri eşitmiş olarsınız: tutalım, kimsə yola çıxmağa hazırlaşır, yaxud özü üçün çox önəmli olan rəsm sərgisinin açılışını gözləyir, yığıncaqda çıxış eləməyə, ya da çox gərəkli bir görüşə qatılmağa hazırlaşır və gecə yuxuda bütün bunların baş verdiyini görür, məsələn, yuxuda özünü teatra getmiş görür, ya da ayıqlıqda gözlədiyi qonaqlığa qatılıb orada tanışları ilə uzun-uzadı danışır. Beləliklə, o, hadisədən əvvəlki gecə özünü artıq məqsədinə çatmış, teatrda və ya ziyarət etdiyi şəxslə söhbət edərkən görür. Başqa bir örnəkdə isə, “öz işinə yarayan” yuxugörmə baş verir: kimsə hələ yuxuda ola-ola yuxudan qalxıb yuyunduğunu, məktəbə gəlib çatdığını görür, beləliklə də, yuxudan ayılmamaq üçün yuxugörməsində “yuxudan oyanıb görüləsi işlərini yerinə yetirməyə başlayır”. Yuxugörmənin yaranmasında yaxından iştirak etdiyini dediyimiz yatıb dincəlmək istəyi burada yuxugörmənin yaranmasında başlıca faktora çevrilir. Yuxulamaq arzusu, yuxu yaranmasında müntəzəm olaraq iştirak etdiyini qəbul etdiyimiz, bu yuxularda özünü açıq şəkildə göstərir və əsas yuxu yaradıcısı kimi çıxış edir. Yuxulamaq ehtiyacı haqlı olaraq digər böyük fiziki ehtiyaclarla yanaşı qoyulur.

Beləliklə də, yuxu yaranmasında müntəzəm iştirak etdiyini gördüyümüz yatmaq istəyi bu yuxularda yüksək səslənir və onlarda əsas yuxu yaradıcısı kimi özünü göstərir. Yatmaq ehtiyacı haqlı olaraq digər böyük fiziki ehtiyaclarla yanaşı durur. Mən sizə burada Münhendəki Şak Qalereyasından bir Şvind rəsm əsərinin reproduksiyasında rəssamın dominant bir vəziyyətdən yuxunun yaranmasını necə düzgün qavradığını göstərirəm.

Münhen rəsm qalereyasında tanınmış rəssam Şvindin üzü çıxarılmış bir rəsmi saxlanılır. Mən bu rəsmin örnəyində bu böyük rəssamın yuxugörmənin necə yaranmasını çox doğru başa düşə bildiyini sizlərə anlatmaq istərdim. Bu rəsm “Dustağın yuxusu” adlanmaqla, qazamatda yuxuya dalmış dustağın öz yuxugörməsində buradan qurtulmaq istəyini gerçəkləşdirməsini əks etdirir və bu yuxunun məzmunu onun azadlığından başqa bir şey ola bilməz. Ən qəribəsi, onun qurtulmaq istəyinin gerçəkləşməsi dustaqlıqda olduğu otağın tək bir pəncərəsindən qaçmaqla baş verir, çünki məhz bu pəncərədən daxil olan işıq qıcıqlandırıcısı məhbusun yuxusuna son qoyur. Bir-birinin çiyinlərində dayanmış cırtdanlar, yəqin ki, məhbusun pəncərənin hündürlüyünə qalxarkən tutmalı olduğu ardıcıl mövqeləri təmsil edir və ən yuxarıda dayanıb pəncərənin dəmir barmaqlığını kəsən cırtdan, yəni dustağın özünün etmək istədiyi şeyi edən cırtdan isə onun istəyini gerçəkləşdirir və burada rəssamın yaradıcılığını şişirtmirəmsə, mənə elə gəlir, barmaqlığı kəsən cırtdan üzdən bu dustağın özünə çox oxşamaqdadır.

Uşaqların və yaşlı insanların, onlarda yaşamaqda olan körpəlik duyğularından (infantillikdən) yaranan bir sıra yuxugörmələrindən başqa, yerdə qalan bütün yuxugörmələrin uğradığı korlanmalar, dediyimiz kimi, bizim onları anlamağımızı əngəlləyir. Biz hələlik bu yuxuların da, bizim düşündüyümüz kimi, istəklərin gerçəkləşməyə can atmasından yaranıb-yaranmadığını kəsinliklə deyə bilmirik; onların açıq görünən məzmunundan hansı psixoloji qıcıqlardan yarandığını təxmin edə bilmirik və onların, doğrudanmı, bu qıcıqları aradan qaldırmağa çalışmaqdan yarandığını da sübut edə bilmirik; onların, doğrudanmı, qarşılaşdıqları psixoloji qıcıqları aradan qaldırmağa çalışmaqdan yarandığını da aydınlaşdıra bilmirik. Ola bilsin, onları da yozmaq, yəni tərcümə etmək, onların təhrifi aradan qaldırılmalı, açıq görünən məzmunu gizli məzmunu ilə əvəz edilməlidir, yalnız bundan sonra uşaq yuxularında tapdığımızın bütün yuxular üçün də keçərli olduğunu qəbul edə bilərik. Doğru olub-olmadığını sonacan aydınlaşdıra bilərik.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.