On üçüncü mühazirə. YUXUGÖRMƏDƏ ÖZÜNÜ GÖSTƏRƏN ƏSKİLƏŞMƏK (KÖHNƏLƏŞMƏK) VƏ KÖRPƏLƏŞMƏK ÖZƏLLİKLƏRİ

Dəyərli xanımlar və bəylər! İcazənizlə, bir az öncə gəldiyimiz bir sonucun üzərinə qayıtmaq istərdim. Orada deyildiyi kimi, yuxugörmənin işi, senzuradan yararlanaraq, qarşılaşdığı gizli düşüncələri başqa bir biçimə salıb ortaya çıxarır. Bu gizli düşüncələr isə başqa bir nəsnələr deyil, eləcə bizim ayıqlıq çağlarımızda öz yaşamımızda qavradığımız düşüncələrdir; onlar yeni biçimə düşəndə çoxsaylı özəlliklər qazandığından, biz bu yeniliyi qavraya bilmirik. Bir az yuxarıda bu düşüncələrimizin artıq adlayıb geridə qoyduğumuz intellektual inkişaf səviyyəsinə qayıtdığını, dilin yaranmadığı çağlarda yararlandığımız obrazlarla və simvollarla düşündüyümüz dönəmə gedib çıxdığını demişdik. Ona görə də yuxugörmənin işinin bu cür açıqlanmasını biz əskiləşmək və ya reqressiya adlandırmışdıq.

Belə çıxır, yuxugörmə ilə bağlı mövzunu öyrənməkdə dərinliklərə vardıqca, insanlığın intellektual inkişafının ilkin çağlarında olmuş, indi bizə çox az bəlli olan bir sıra dəyərli biliklər də qazana biləcəyik. Bu işə indiyədək heç bir kimsə baş qoşmaq istəməsə də, mən ümid edirəm ki, belə sonuclara gəlib çıxacağıq. Yuxugörmənin işinin bizi qaytardığı ilkin çağlar anlayışı burada ikili anlamdadır: bu anlayış bir yandan, hər bir insanın yaşadığı keçmişini, yaxud da uşaqlıq çağını andırır, başqa yandan da, hər bir insan doğuluşundan sonra bütün insanlığın öz inkişafında keçdiyi yolu qısa bir şəkildə yenidən yaşamalı olduğundan, buradakı ilkin çağlar anlayışı bütün insanlığın yaşamış olduğu keçmiş çağları da bildirir. Ola bilsin, biz buradakı işimizin gedişində araşdırdığımız psixi proseslərdən hansılarının konkret olaraq baxdığımız fərdin birbaşa özü ilə, hansılarının isə bütün insanlığın keçmişi ilə bağlı olaraq yarandığını da aydınlaşdıra bildik. Örnək üçün, ömründə heç vaxt simvollarla bağlı bilgilər almayan birisinin simvollaşmış elementlərlə bağlı olan yuxu görməsi, məncə, bütün insanlığın keçmiş intellektual inkişafı ilə bağlıdır.

Ancaq bu dediklərimiz heç də yuxugörmənin əskiləşməklə bağlı özəlliklərinin hamısı deyildir. Elə bilirəm, siz uşaqlıq çağları ilə bağlı olayların unudulması problemi ilə tanışsınız. Bildiyiniz kimi, doğulandan sonrakı ilk 5-6 ilədək, lap ola bilsin, 8 yaşadək olan ömrümüzdən yaddaşımızda çox az izlər qalır, bundan sonrakı baş verən olaylar isə daha çox yadda qalır. Düzdür, erkən uşaqlıq çağlarından tutmuş indisinəcən bütün olub-keçənləri unutmayan insanlarla da təkəm-seyrək qarşılaşmaq olur, ancaq insanların böyük çoxluğu uşaqlıqla bağlı olub-keçənlərin çox azını xatırlayırlar. Mənə elə gəlir, bu fakt çox təəccüblü olsa da, bizlər ona önəm vermədən üstündən keçirik. Uşaq iki yaşında artıq yaxşı danışmağa başlaya bilər, sonra o bu çağlarında öz düşüncələrindən baş aça, olduqca ağıllı sözlər danışa bilər, ancaq üstündən çox illər keçəndən sonra böyüklər onun bu sözlərini xatırladanda artıq yaşa dolmuş bu insanların o çağlar dediklərini unutduqları bəlli olur. Uşaqlıq çağlarında yaddaşın daha da möhkəm olduğunu, özü də hələ çox az yükləndiyini bildiyimizdən, bu unutqanlıq çox qəribə görünür. Belə çıxır, bizim psixi yaşamımızda yaddaşın görə bildiyi işi çox da yüksək dəyərləndirmək yersizdir. Bildiyiniz kimi, intellektcə az inkişaf eləmiş çoxlu adamların güclü yaddaşları olduğu faktları da vardır.

Olub-keçənlərin xatırlanması ilə bağlı daha bir qəribəlik isə, gözlənilmədən, xatirələrlə bağlı böyük bir boşluğun içindən ən erkən uşaqlıq çağları ilə bağlı hansısa epizodların bütün aydınlığı ilə yada düşməsidir. Bu epizodlar çox vaxt bizim düşüncələrimizdə görüntülər şəklində canlanır və niyə görə başqa xatirələrin deyil, ancaq bu xatirənin yada düşdüyünü anlamaq mümkün olmur. Bizim yaşlı çağımızla bağlı olan ömrümüzdəki yaşantılardan bir sırası yaddaşda saxlanılır və yeri gəldikcə yenidən canlanaraq üzə çıxır. Bu prosesi izlədikdə yaddaşın bu yaşantılardan ən önəmlilərini seçib ayırdığı, önəmsiz olanları isə unutduğu da bəlli olur. Ancaq yadda saxlanılan uşaqlıq xatirələri ilə belə deyildir. Onlar çox vaxt uşaqlıq çağlarının ən önəmsiz yaşantıları ilə bağlı olur və elə uşaqlıq yaşı ilə bağlı olduğuna görə də heç bir dəyəri olmur. Onların çoxu olduqca bayağı və önəmsiz olduğundan, nə üçün başqa yaşantıların deyil, bunların unudulmayıb yaddaşda qalması bizə çox qəribə gəlir. Ötən çağlarda mən araşdırma yolu ilə uşaqlıq xatirələrinin unudulması ilə bağlı bu tapmacanı açmağa çalışmışdım və nə üçün bu xatirələrdən ancaq bir sırasının yaddaşda qaldığını aydınlaşdırmaq istəyəndə gəldiyim sonuc bu olmuşdu: sən demə, uşaqlıq xatirələrinin yaddaşda qalan qalıqları elə onların ən önəmli kəsimi olurmuş.

Bu xatirələr artıq sizə bəlli olan qatılaşdırma və xüsusilə də yerdəyişmə proseslərinin təsirindən, əhəmiyyətli olanın yaddaşda əhəmiyyətsiz görünən başqa şeylərlə təmsil olunduğu bir şəklə düşür və bizə önəmsiz görünməyə başlayırlar. Ona görə də bu uşaqlıq xatirələrini mən üstüörtülü xatirələr (Deckerrinerungen) adlandırıram və dərindən təhlil aparmaqla, onlardan bütün unudulmuşları üzə çıxarmaq olar.

Psixoanaliz yolu ilə müalicədə, yerində olaraq, uşaqlıq xatirələri ilə bağlı olan bu boşluqların yerini doldurmağa gərək duyulur. Biz müalicənin gedişində uzaq uşaqlıq illərinin xatirələrini xəstənin yadına salmağı bacardıqca, xəstəliyin müalicəsində də yaxşılığa doğru dönüş yaranmağa başlayır, çox az durumları çıxmaqla, bu üsul olduqca çoxlu durumlarda özünün yararlı olduğunu göstərir. Uşaqlığın yaşantıları heç vaxt bütünlüklə unudulub getmir, onlar, sadəcə olaraq, şüurdışında daldalanıb əlçatmaz olurlar. Birdən bu şüurdışında daldalanan xatirələr şüura da sıza bilir və bu da yuxugörmələrdə baş verir. Sən demə, insan yuxudakı yaşamında bu gizlin qalan uşaqlıq yaşantılarına qayıda bilirmiş. Psixoanalitika ilə bağlı kitablarda bununla bağlı çoxlu tutarlı örnəklər vardır və elə mən özüm də belə bir töhfə verə bilmişəm. Bir dəfə mən yuxumda mənə xidmət göstərmiş bir adamı gördüm və onu aydın şəkildə qarşımda gördüm. Bu, təkgözlü, gödək, şişman, başı çiyinlərinə yapışmış bir kişi idi. Mən kontekstdən onun həkim olduğunu anladım. Xoşbəxtlikdən, mən hələ sağ olan anamdan üç yaşında tərk etdiyim doğulduğum yerin həkiminin necə göründüyünü soruşa bildim və ondan öyrəndim ki, o, təkgözlü, gödək, şişman, başı çiyinlərinə yapışmış bir kişi idi, həmçinin hansı unudulmuş qəzada mənə kömək etdiyini də öyrəndim. Bir dəfə mən yuxumda bir nəfərin mənə nə isə bir qulluq göstərdiyini gördüm və burada mənim üçün ən qəribə olan, bu adamın üzünü yuxugörməmdə bütün aydınlığı ilə görməyim idi. Bu, təkgözlü, gödək, şişman, başı çiyinlərinə yapışmış bir kişi idi. Davranışlarından mən onu həkimə oxşatmışdım. Nə yaxşı, onda hələ anam sağ idi və ondan mənim üç yaşım olana kimi yaşayıb sonra köçdüyümüz o yerlərdəki həkimin görkəmini soruşdum. Anamın deməsinə görə, orada yaşayan və mənim ağır bir xəstəlikdən sağalmağıma yardım eləyən bu həkim, doğrudan da, təkgözlü, gödək, şişman, başı çiyinlərinə yapışmış bir kişi imiş. Beləliklə, ilk uşaqlıq illərinin unudulmuş materialına bu cür sahib olmaq yuxunun başqa bir arxaik cəhətidir. Eyni məlumat indi də indiyə qədər rast gəldiyimiz digər sirlərdən birini açır.

Beləliklə də, yuxugörmənin yardımı ilə unudulmuş uşaqlıq xatirələrinin, beləcə, yenidən xatırlanması yuxugörmənin daha bir əskiləşmə özəlliklərindən sayıla bilər.

Bizim bundan öncəki araşdırmalarımızda üzləşdiyimiz başqa bir tapmaca da bu özəlliklərdən bir ayrısını xatırlatmaqdadır. Elə bilirəm, unutmuş olmazsınız, araşdırmalarımızın gedişində bir sıra yuxugörmələri doğuran qıcıqların yamanlıqlarla dolu və qarşısıalınmaz seksual istəklərdən yarandığını və elə buna görə də yuxugörmənin senzurasının onları korlamağa gəlib çıxdığını deyəndə bu sizi bərk təəccübləndirmişdi. Biz belə yuxugörmələri yozanda yuxugörən kimsə ən yaxşı durumda bizimlə söz güləşdirmək istəməsə də, belə istəklərin necə yarana biləcəyinə özü də təəccüblənmiş, bu istəklərin ona yad olduğunu, onları anlamadığını deyərək, onların necə yarana biləcəyi ilə bağlı bizi sorğulamağa başlamışdı. Biz bu duyğuların yaranması qaynağını göstərməkdə utancaqlıq eləməyə borclu deyilik. Bu, yamanlıq dolu istəklər keçmişdən, özü də çox vaxt uzaq olmayan keçmişdən gəlir. Baxmayaraq, indi onlar unudulmuşlar, ancaq yuxugörən kimsənin haçansa belə istəklərinin olduğunu sübut eləmək mümkündür. Örnək üçün, yuxugörməsində özünün tək uşağı olan on yeddi yaşlı qızının ölümünü istəyən qadın bizim onunla birgə apardığımız araşdırmalardan sonra, doğrudan da, haçansa belə bir istəyə qapıldığını boynuna almışdı. Sən demə, onun evliliyi çox qısa çəkmiş, qızı isə bu boşandığı keçmiş ərindən doğulubmuş. Bir dəfə o, əri ilə bərk sözləşəndə, qəzəblə, qarnını yumruqlayaraq, bətnindəki uşağı öldürmək istəyibmiş. İndi öz uşaqlarını çox gözəl və incə duyğularla sevən analardan bir çoxu bu uşaqların dünyaya gəlməsini istəməmiş, onların ölümünü arzulamışlar; ancaq onlar bu istəklərini susdurmağı bacarmış, bunları daha ziyansız davranışlara çevirə bilmişlər. Öz yaxın və doğma adamlarının ölümünü istəmək də çox vaxt keçmişlə bağlı belə ilişkilərdən yaranır.

Yuxugörməsinin yozumu onun öz böyük oğlunun ölümünü istədiyini üzə çıxaran ata, haçansa belə bir istəyinin ona yad olmadığını xatırlamalıdır. Sevdiyi insana qarşı sonradan belə müəmmalı olan ölüm arzusu, deməli, onunla münasibətlərin erkən dövründən qaynaqlanır. Bu uşaq hələ körpə olanda, evlilik seçimindən narazı olan kişi tez-tez düşünürdü ki, əgər onun üçün heç bir əhəmiyyəti olmayan bu kiçik varlıq ölsəydi, o, yenidən azad olardı və azadlığından daha yaxşı istifadə edərdi. Eyni mənşə bir çox oxşar nifrət hissləri üçün də sübut edilə bilər; onlar keçmişə aid olan, bir vaxtlar şüurlu olan və psixi həyatda rol oynayan bir şeyin xatirələridir. Siz bundan belə bir nəticə çıxarmaq istəyəcəksiniz ki, əgər bir şəxslə münasibətlərdə bu cür dəyişikliklər baş verməyibsə, əgər bu münasibət əvvəldən eyni olubsa, belə arzular və belə yuxular olmamalıdır. Mən bu nəticəni sizə qəbul etməyə hazıram, yalnız sizi xəbərdar etmək istəyirəm ki, yuxunun sözlərini deyil, onun yozumundan sonra mənasını nəzərə alasınız. Ola bilər ki, sevilən bir insanın ölümü haqqında aşkar yuxu yalnız qorxulu bir maska ​​götürüb, lakin tamamilə başqa bir şeyi ifadə edir və ya sevilən insan başqası üçün aldadıcı əvəzedici kimi təyin olunub.

Ola bilər, sevdiyiniz bir insanın ölümü haqqında açıq yuxu, ancaq bu yuxugörmə elementi çox qorxulu maska geyinmiş də ola bilər, lakin tamamilə başqa bir şeyi ifadə edir və yuxugörmədəki doğmanız büsbütün başqa bir kimsənin uydurma əvəzedicisi olaraq da yuxunuza girə bilər.

Ancaq bu göstərdiyimiz faktlar sizdə büsbütün başqa, özü də yerində olan sorular da doğura bilər. Soruşa bilərsiniz: öz doğmalarının ölümünü istəmək duyğusu haçansa olmuşsa da, bunu üzə çıxan xatirələr də göstərirsə, bütün bunlar heç də duruma aydınlıq gətirə bilmir, axı bu duyğular çoxdan adlanıb-keçilmişdir, indi onlar şüurdışında qorunub saxlansalar da, yalnız elə heç bir kəskin duyğu doğurmayacaq xatirələrdən başqa bir şey deyildirlər. Bütün bunları xatırlamağa dəyərmi? Axı bu duyğular çoxdan adlanıb-keçilmişdir, indi onlar şüurdışında qorunub saxlansalar da, yalnız elə heç bir kəskin duyğu doğurmayacaq xatirələrdən başqa bir şey deyildirlər, lakin güclü bir təkan kimi deyil. Axı heç nə sonuncunun lehinə danışmır. Bəs niyə yuxu onu xatırladır?

Yuxugörmənin bunları yenidən canlandırıb xatırlatmasının anlamı nədir? Bu sorğunuz, doğrudan da, çox yerində verilmişdir; ancaq bu sorğuya cavab verməyə çalışsaq çox uzaqlara gedib çıxa bilərdik və bu çalışmalar bizi yuxugörmə nəzəriyyəsinin ən başlıca momentlərinə olan baxışlarımızı aydınlaşdırmağa gətirib çıxarardı. Ancaq mən indiki araşdırmalarımızın çevrəsində qalıb, ondan qırağa çıxmaqdan çəkinməli olacağam. Siz də gəlin mənim bu dirənişimlə barışmağa çalışın.

Ona görə də haçansa adlayıb keçə bildiyimiz istəklərin, doğrudan da, bu gün yuxugörmə yaradan qıcıqlar ola biləcəyini öyrənməyimizlə kifayətlənməyə çalışaq və ən yaxşısı, keçmişdən qalma başqa buna bənzər qıcıqların yuxugörmələrin yaranmasında rol oynayıb-oynamadığını araşdırmağa üz tutaq.

Gəlin indi də yuxugörənin aşırı eqoizmə qapılmasından doğan və öz yuxusunda kimisə aradan götürməyə gəlib çıxan durumlara göz yetirək. Belə aşırılığa varan istəklərin çox vaxt yuxugörmələri doğuran qıcıqlar sırasında yer aldığını sübut etmək çətin deyildir. Hər dəfə yaşamın çətinlikləri içində kimsə sizin yolunuzu kəsib hansısa işinizi aşırmağınıza yol vermirsə, onun kimliyindən asılı olmayaraq, istər ata-ananız, qardaş-bacınız, xanımınız, yoxsa başqası olsun, yuxugörməniz o andaca bu qarşınızı kəsəni öldürmək üçün hazır olur. Biz artıq dönə-dönə insan xarakterinin yuxugörmələrdə özünü göstərən yaramazlıqlarını izləyib buna təəccüblənmişik.

Yuxunun iki əsas xarakterindən daha az təminatlı olanı burada saxlanılır, digəri isə yuxu vəziyyətindən asılı olduğu və oyaq həyatda reallaşdırıla bilmədiyi üçün tamamilə yox olur. Beləliklə, dildə arzunun gerçəkləşməsinin yuxunun əsas xarakteri olduğuna dair bir hiss var. Yeri gəlmişkən, əgər yuxuda yaşananlar yalnız yuxu vəziyyətinin şərtləri ilə mümkün olarsa, Düzdür, belə yuxugörmələrin hamısını sonacan doğru olmayaraq yoza biləcəyimizi də unutmuruq. Ancaq araşdırmalarımızın gedişində belə istəklərin çoxunun köklərinin keçmişə gedib çıxdığını duyunca biz yuxugörən kimsənin keçmişi ilə bağlı bilgilərə yönəlirik və onun bugünkü yuxugörməsində özünü göstərən və ən yaxın doğmalarına qarşı yönələn bu aşırı eqoizm də artıq bizə təəccüblü görünmür. Uşaqların hamısının yaşadığı bu dönəmdə, eqoizm özünü bütün kəskinliyi ilə göstərir və sonradan bu aşırılıq yavaş-yavaş unudulmağa başlayır, ancaq zaman-zaman insanlar keçmişlərdə yaşadıqları bu eqoizmlə bağlı anları, daha doğrusu, onların qalıqlarını öz şüurlarında yenidən duymalı olurlar. Uşaq yalnız və yalnız özünü sevir, ancaq çox sonralar, yaşa dolduqca başqalarını da sevməyi öyrənir, habelə özünün eqoistik böyük MƏNİNİN hansısa kəsimlərindən başqaları üçün keçməyə alışır. Onun körpəlik çağlarında sevdiyini düşündüyümüz insanları da o, onlardan asılı olduğu, onlarsız keçinə bilmədiyi üçün sevir və bunun kökündə də gördüyünüz kimi eqoistik istəklər dayanır.

Hətta əvvəldən sevdiyi insanlar da, əvvəlcə ona görə sevir ki, onlara ehtiyacı var, onlarsız keçinə bilmir, yəni yenə də eqoist motivlərlə. Ancaq çox sonralar onun sevgi duyğusu bu eqoizmdən qurtulub özgürləşə bilir. O, demək olar, bu eqoistik sınaqlardan keçməklə sevməyi öyrənir.

Bu baxımdan, körpənin öz qardaş-bacılarına bəslədiyi duyğuları onun ata-anasına bəslədiyi duyğularla tutuşdurmaqla çoxlu nəsnələrə aydınlıq gətirmək olar. Körpə uşaq öz qardaş-bacılarını sevmir, özü də bu olduqca açıq-aydın görünür. Sözsüz, o, qardaş-bacılarını özünə rəqib bildiyi üçün onları görməyə gözü olmur və bu durumun ardıcıl olaraq çox uzun illər boyunca sürdüyü, habelə çox vaxt yetkinlik yaşına çatandan sonra da davam elədiyi bəllidir. Doğrudur, bir sıra durumlarda bu duyğular dəyişikliyə də uğrayır, necə deyərlər, bu öcəşkənlik duyğusunun incə bir örtüyə büründüyü də olur, ancaq bu duyğu sonacan itib getmir. Ailədə yeni qardaş-bacılar doğulanda uşaqların belə bir öcəşkənliyə uğramağını 2,5 ilə 4-5 yaş arasında daha yaxşı izləmək mümkündür. Durumların çoxunda bu yaşda olan körpələr yeni doğulan qardaş-bacılarını düşmənçiliklə qarşılayır. Bu düşmənçilik onların dilindən eşidilən bu kimi deyimlərdə də üzə çıxır: “Mən onu sevmirəm, qoy onu gətirən leylək götürüb özüylə aparsın”. Beləliklə də, uşaqlar əllərinə girəvə düşən kimi yeni doğulmuş qardaş-bacılarını alçaltmağa, habelə bir sıra durumlarda əzişdirməyə də çalışırlar, azyaşlı uşaqların öz yeni doğulmuş qardaş-bacılarına qarşı belə yaramazlıqlarının az olmadığı çoxdan bəllidir. Birdən uşağın yeni doğulan körpə qardaş-bacısı ilə yaş fərqi azdırsa, onda onun başlıca işi, yeri gəldi-gəlmədi, yeni doğulan körpə ilə öcəşməsi üzərində qurulur və o, az qala, bütün gününü bununla keçirir. Yox, birdən yaş fərqi çox olsa, onda bu uşaq üçün yeni doğulan körpə maraqlı bir obyekt kimi, tutalım, canlı kukla kimi əyləncəli də ola bilir. Səkkiz və daha çox yaş fərqi olduqda isə, ən çox da qızlarda, yeni doğulan körpələrə qarşı analıq duyğusuna bənzər qayğılar yaranmağa başlayır. Ancaq açıq danışsaq, birdən yuxugörmələrdə qardaş-bacılarının ölümünü istəyirsənsə bunun səbəbini ən çox erkən uşaqlıq çağlarında yaşadığın duyğularda, bir azını da elə sonrakı yetkinlik yaşında, onlarla birgə yaşadığın dönəmdə keçirdiyin hislərdə tapmaq olar.

Yəqin ki, uşaqlar yaşadıqları ortamda öz aralarında kəskin qarşıdurma olmadan keçinə bilmirlər. Bunun səbəbi isə ata-anaların sevgisinə, ortaq nəsnələrə, otaqdakı ən yaxşı yerə yiyələnməklə bağlı olur. Düşmənçilik yaşca böyük uşaqlarda kiçiklərə qarşı, eləcə də kiçik yaşlılarda da böyüklərə qarşı yarana bilər.

Yanılmıramsa, Bernard Şounun belə bir sözü var: “Gənc ingilis xanımının anasında da çox acığı gəldiyi başqa birisi varsa, bu yalnız onun böyük bacısı ola bilər”. Ancaq bu deyimdə bizi təəccübləndirə biləcək başqa bir nəsnə də vardır. Qardaş-bacılar arasında öcəşmə və düşmənçiliyin olmasını biz necəsə anlaya bilirik, ancaq görəsən, ana ilə qızı arasında və uşaqlarla valideynləri arasındakı öcəşmə və düşmənçiliklər necə yaranır?

Uşaqlarla onların ata-anaları arasındakı ilişkilər nümunə kimi göstərilən ilişkilərdən sayılmaqdadır. Bu ilişkilər bizim gözləntilərimizə də uyğundur; biz qardaş-bacılar arasındakı ilişkilərin yerində olmadığına göz yumsaq da, uşaqlarla ata-anaların arasında sevgiyə köklənən ilişkilərin olmamasına çox pis baxırıq. Bir sözlə, qardaş-bacılar arasındakı ilişkilərdəki gözləntilərimizin doğrulmamasına soyuqqanlılıqla yanaşsaq da, onlarla ata-anaları arasındakı ilişkilərdə bu gözləntilərimizə müqəddəslik anlamı veririk. Ancaq gündəlik yaşamdan öyrənib bil-diklərimizdən, ata-analarla onların yaşlı uşaqları arasındakı ilişkilərin heç də toplumun qarşıya qoyduğu ideallara uyğun olmadığını görürük, çox vaxt bu ilişkilərdə olduqca böyük düşmənçiliklər yaranıb oturuşduğundan, onların üzə çıxmasının qarşısını yalnız övlad-valideyn ilişkilərində qarşılıqlı sayğıya və incə davranışlara çağıran, hamılıqla qəbul olunmuş dəyərlər ala bilir. Bunun səbəbi isə, eyni cinsli fərdiyyətlərin arasındakı ayrı-seçkiliklərlə bağlıdır, daha doğrusu, bu düşmənçilik və öcəşkənliklər özünü ən çox atalarla oğullar və analarla qızlar arasında göstərməkdədir.

Qızlar öz analarının şəxsində onların istəklərini məhdudlaşdıran, cəmiyyətin tələb etdiyi cinsi azadlıqdan imtina etməyi təmin etmək vəzifəsi daşıyan bir avtoritet görürlər, bəzi hallarda isə hələ də sıxışdırmaya müqavimət göstərən rəqib kimi də baxırlar. Bunun kimi, ancaq bir az da kəskin qarşıdurmalar atalar ilə oğullar arasında baş verir. Oğullar üçün atalar onların üzərində ictimai zorakılığın tələblərini yerinə yetirən varlıqlardır; atalar onların özəl istəmlərini yürütməsinin qarşısını alırlar, oğullarını erkən yaşlarından oyanan seksual istəklərini gerçəkləşdirməyə qoymurlar, habelə onlara ailənin maddi ehtiyatlarından istədikləri kimi yararlanmağı yasaqlayırlar. Tarixdən bəlli olduğu kimi, atasının yerini tutmalı olan prinslərin atalarının ölümlərini ummaları çox vaxt böyük faciələrə də gətirib çıxarır. Burada az-çox yaxşı ilişkilər atalarla qızları və analarla oğulları arasında olur. Belə ilişkilər çox vaxt eqoistik duyğularla korlanmayan, incə duyğularla bağlı olur.

Mən indi sizə bu, hamıya bəlli olan bayağı nəsnələrdən nə üçün danışıram? Bu sözləri deməyimin səbəbi, çox vaxt bu dediyim faktorların dəyərinin azaldılmağa çalışılması ilə bağlıdır. Bir də görürsən, insanlar gerçək durumun yerinə onunla bağlı məqsədlərinin yer aldığı idealları qoyaraq, özlərini aldatmaq yolunu tuturlar. Mənə elə gəlir, gerçək durumu özünü arsızlığa vuran birisindən eşitməkdənsə, bunu psixoloqdan eşitmək daha yaxşı sayılmalıdır. Öz aramızdır, deyəsən, ortalıqda olan gerçək durumun belə danılması ancaq elə yaşamda baş verir. Ədəbiyyatda və dramatik poeziyada bu idealın gerçəklikdə pozulması ilə bağlı sayagəlməz örnəklər vardır.

Bütün bu deyilənlərə görə də, biz yuxugörmələrin çoxusunda öz ata-analarını aradan götürmək istəyinin yaranmasına təəccüblə yanaşmamalıyıq, özü də çox vaxt aradan götürmək istəyi özü ilə eyni cinsdən olan valideynə qarşı yaranır. Biz belə istəklərin bu yuxugörənlərin ayıqlıq çağlarındakı düşüncələrində də yer aldığını deməkdən çəkinməməliyik. Düzdür, çox vaxt bu istəklər maskalanıb başqa formalarda üzə çıxırlar, buna örnək olaraq, xəstəlikdən çox əziyyət çəkməməsi üçün öz atasının ölümünü istəyən kimsənin yuxarıda dediyimiz yuxugörməsini göstərmək olar.

Düzdür, övladların yuxugörmələrində öz ata-analarına qarşı yalnız elə düşmənçilik duyğuları bəslədiyini də demək olmaz, çox vaxt bu duyğuları sıxışdırıb onların yerini tutan, doğmalıq yaradan incə duyğular da yaranır, ancaq zaman keçdikcə şüurdışından yuxugörməyə sızan düşüncələr onları sıxışdıraraq, şüurdan uzaqlaşdırır. Belə bir ayırmadan sonra yuxugörmənin bir ara aşırılığa qapılıb, sonra yenidən özünün adi durumuna qayıtdığını təkcə bizim deyil, başqa yuxugörmə yozucularının da gəldiyi sonuclarda görmək olar (Örnək üçün, Sachsın 1912-ci ildə yuxugörmələrlə bağlı çap elətdirdiyi kitabının 569-cu səhifəsinə baxa bilərsiniz). Ancaq biz yuxugörmələrdə belə bir istəyin yaranmasının yaşamla bağlı olmayan örnəkləri ilə də qarşılaşırıq və bu yuxugörmənin yiyələri ayıqlıq çağlarında belə bir düşüncələrinin ola biləcəyini ağıllarına belə gətirmirlər. Bunun səbəbi isə, özü ilə eyni cinsdən olan valideyninə qarşı bu yadlığın çox uzaq, ilkin uşaqlıq çağlarında yaranmasıdır.

Yuxunun belə təcrid nəticəsində bizə həddən artıq böyük göstərdiyi şey, yozulduqdan sonra həyatın kontekstinə daxil edildikdə yenidən kiçilir. Biz bu yuxu arzusunu həyatda heç bir əsası olmayan və yetkin insanın oyaq vəziyyətdə heç vaxt etiraf etməyəcəyi yerlərdə də tapırıq. Bunun səbəbi odur ki, yadlaşmanın ən dərin və ən müntəzəm motivi, xüsusən də eyni cinsdən olan insanlar arasında, artıq erkən uşaqlıq dövründə özünü göstərmişdir. Mən cinsi xarakterinə xüsusi vurğu edilən sevgi rəqabətini nəzərdə tuturam. Oğlan uşağı artıq körpə yaşlarından başlayaraq öz anasına qarşı çox incə duyğular bəsləməyə başlayır, onun yalnız öz yiyəliyində olduğunu sanır, və atanı ona bu tək mülkiyyəti mübahisə edən rəqib kimi qəbul edir. Elə bunun kimi də, körpə qız uşağı anasına özünün atası ilə incə duyğulara əsaslanan ilişkilərini pozan, onun yerini tutmağa çalışan bir rəqib kimi yanaşır. Müşahidələrdən öyrənmək lazımdır ki, Ödip kompleksi adlandırdığımız bu münasibətlər nə qədər erkən yaşlara gedib çıxır, çünki bu əfsanə oğulun vəziyyətindən irəli gələn iki ifrat arzunu – atanı öldürmək və ananı arvad almaq – çox cüzi bir zəifləmə ilə reallaşdırır.ız halı belə adlandırmışıq. Mən Edip kompleksinin uşaqlarla onların valideynləri arasındakı ilişkiləri biryolluq korlayıb tükəndirdiyini demək istəmirəm, bu kompleksin valideyn-övlad ilişkilərinə təsiri daha mürəkkəbdir. Edip kompleksi az və ya çox dərəcədə inkişaf etmişdir, o, hətta tərs çevrilməyə də məruz qala bilər, lakin o, uşağın psixikasının müntəzəm və çox əhəmiyyətli bir faktorudur və onun təsirini və ondan irəli gələn inkişafları olduğundan artıq qiymətləndirməkdənsə, onu az qiymətləndirmək təhlükəsi daha böyükdür.rəli gələn inkişafları olduğundan artıq qiymətləndirməkdənsə, onu az qiymətləndirmək təhlükəsi daha böyükdür. Yeri gəlmişkən, uşaqlar Edip kompleksi ilə bağlı münasibətlərində tez-tez valideynlərin təhrikinə reaksiya verirlər, valideynlər isə öz sevgi seçimində kifayət qədər tez-tez cinsi fərqlərlə rəhbər tutulurlar, belə ki, ata qızına, ana oğluna üstünlük verir və ya evlilikdə soyuqluq halında dəyərsizləşmiş sevgi obyektinin əvəzi kimi qəbul edirlər.

Uşaqlar Edip kompleksi ilə valideynlərinin təhrikinə tez-tez reaksiya verirlər, valideynlər isə öz sevgi seçimlərində çox vaxt cinsiyyət fərqindən irəli gələrək, ata qızı, ana isə oğulu üstün tutur və ya evlilikdə soyuqluq yaranarsa, dəyərsizləşmiş sevgi obyektinin əvəzi kimi qəbul edirlər. Psixoanalitik araşdırmaların Edip kompleksini tapıb ortaya çıxarmasını dünyanın sevinclə qarşılamadığı bəllidir. Əksinə, bu tapıntı yaşlı insanların çox kəskin qınaq və etirazları ilə qarşılandı və bu protestlərə birbaşa qoşulmayanların arasında da bir çoxları Edip kompleksinin yanlış yozumlarını ortaya atmaqla onu dəyərdən salmağa başladılar. Mənim dərin inamıma görə, buradakı danmalar da, bəzək-düzəklər də çox yersizdir. Ortalıqda olan faktla istər-istəməz barışmaq gərəkdir, axı əski yunanlar da taleyin belə bir qarşısıalınmaz üzüdönüklüyünün olduğunu qavraya bilmişdilər. Ən qəribəsi isə, insanların yaşamda əldə siyirmə qılıncla qarşıladıqları, düşüncələrdən qovub çıxarmağa çalışdıqları bu Edip kompleksi ilə bağlı duyğular özlərinə poeziyada sığınacaq tapırlar. O.Rank özünün 1912-ci ildə apardığı dərin araşdırmalarla Edip kompleksinin sonsuz dəyişilmələrə, maskalanmalara uğrayaraq dramatik poeziyaya yaradıcılıq motivləri verdiyini və bu üzəçıxmaların daxili senzuradan keçib korlanmış bir durumda bizə çatdığını göstərmişdir. Söz açdığımız bu Edip kompleksinin, xoşbəxtlikdən, yaşa dolan çağlarında valideynləri ilə qarşıdurmalardan büsbütün çəkinə bilən kimsələrin də yaşamında təsir buraxdığını deyə bilərik. Burada axtalanma kompleksi deyilən bir hal yaranır və belə kimsələr atalarının onlara erkən yaşlarında aşıladığı sekslə bağlı qorxuducu düşüncələrin təsirindən çıxa bilməyərək bu yolu tuturlar.

Uşaqların psixologiyası ilə bağlı aparılmış araşdırmaların yardımı ilə yuxugörmələrdə yasaqlanan daha bir istəyin, aşırı seksuallığın özünü göstərməsinin də niyəsini tapa biləcəyimizə mən ürəkdən inanmaqdayam. Beləliklə də, bütün bunlar bizi uşaqların seksual yaşamlarını öyrənməyə yönəldir və biz bununla bağlı araşdırmaların toplandığı çoxsaylı qaynaqlardan belə bir bilgi alırıq: uşaqların yaşamında seksual istəklərin olmadığını düşünmək və insanlarda yalnız cinsiyyət orqanlarının yetkinləşməsindən sonra belə istəklərin yaranmağa başladığını sanmaq yolverilməz bir yanlışlıqdır. Əksinə, uşaqların yaşamında çox zəngin seksual istəklər olur və bu istəklər bizim sonradan alışdığımız normal seksual gerçəklərdən çox fərqlənir. Bizim insanların yaşamında pozğunluq adlandırdığımız özəlliyin normadan kənara çıxması aşağıdakı formalarda baş verir: birincisi, öz cinsinin sərhədlərini aşma (insanla heyvan arasındakı uçurumu adlamaq); ikincisi, iyrənclik deyilən sərhədi keçmək; üçüncüsü, insent deyilən məhdudiyyətdən kənara çıxma (insent özünə qan baxımından çox yaxın olan insanlarla cinsi əlaqələrə girməyə deyilir); dördüncüsü, homoseksual ilişkilərdə bulunmaq; beşincisi, cinsi orqanların yerinə bədənin başqa üzvlərindən yararlanmaq. Bütün bu məhdudiyyətlər, öncədən olmasa da, sonradan tərbiyənin yardımı ilə insanlara aşılanır. Körpə uşaq bütün bu məhdudiyyətlərdən azaddır. O hələ insanla heyvan arasında olan qorxunc uçurumdan xəbərsizdir; insanların özünü heyvandan yuxarı tutmaq özəlliyi onda sonradan yaranır. O hələ özünün sidiyindən və nəcisindən iyrənmir, onlardan çimçişməyi ona bəlli bir tərbiyə yolu ilə aşılayırlar; o, cinslər arası fərqləri də bilmir, cinsi orqanların eyni olduğunu düşünür; onun ilk seksual istəkləri ilə maraqları da ən müxtəlif səbəblərdən öz doğmalarına: valideynlərinə, qardaş-bacılarına, ona qulluq eləyən kimsələrə qarşı yönəlir və ən sonunda onun cinsi istəklərinin başqa orqanların köməyi ilə oyanması durumu yaranmağa başlayır, o yalnız cinsi orqanlarını əlləşdirməklə yox, bədəninin başqa hissələrindən də seksual həzlərinin qaynağı kimi yararlanmağa başlayır, beləliklə də, bədəninin başqa kəsimləri də cinsi orqanların funksiyalarını yerinə yetirməyə başlayır. Deməli, uşaqlar körpəlik çağlarında yalnız cinsi orqanları ilə deyil, başqa orqanları ilə də pozğunluq eləyə bilən varlıqlar olurlar, bunun səbəbi, onların cinsi orqanlarının bu yaşda çox da ayıq olmaması, daha sonrası isə onların cinsi istəklərinin sıxışdırılması və buna görə də onların seksual istəklərini başqa orqanları ilə gerçəkləşdirməyə çalışmalarıdır. Seksual istəklərin belə sıxışdırılması, necə deyərlər, insanların baxışlarına ağalıq eləyən nəzəriyyəyə çevrildiyindən, yaşlılar körpə uşaqlarda seksual istəklərinin üzə çıxmalarını görməzliyə vurur, onları başqa yerə yozur, daha sonra isə azyaşlı uşaqlarda seksual istəklərin ola biləcəyini bütünlüklə danmağa başlayırlar. Çox vaxt bu yaşlı adamlar uşaqlarda özünü göstərən pis seksual vərdişlərə, özləri də uşaqcasına bir anlamazlıqla yanaşır, sonra yazı stolunun arxasına keçib uşaqların seksual istəklərə qapılmayan təmiz varlıqlar olduğunu açıqlayan əsərlər yazırlar. Uşaqların özbaşına buraxıldığı və ya şirnikləndirildiyi bütün durumlarda onlarda seksual ilişkilərlə bağlı pozğunluq halları özünü göstərməkdədir. Düzünə qalsa, böyüklər onların belə davranışlarını, doğru olaraq, “uşaqlıq eləmək” və ya “uşaq əyləncələri” kimi dəyərləndirirlər, həqiqətən də, uşaqları istər mənəvi, istərsə də hüquqi qanunlarla mühakimə eləmək olmaz, ancaq anadangəlmə bir özəllik olan bu seksual istəklərin varlığını da danmaq olmaz. Belə istəklərin gerçəkləşməsi isə bizə uşaqların, elə böyüklərin də seksual gəlişməsini araşdırıb aydınlaşdırmaq işində çox böyük yardım göstərir. Beləliklə də, biz öz yuxugörmələrimizdə belə pozğun niyyətlərə qapılırıqsa, bu, yuxugörmələrin, doğrudan da, bizi geriyə apardığının, körpəlik çağındakı şüurumuza gətirib çıxardığının göstəricisidir.

Belə yasaq istəklərin arasında insentə yönəlik, yəni valideynlər və qardaş-bacılarla cinsi ilişkidə olmaq istəkləri ayrıca seçilən bir yer tutur. Siz bu sayaq cinsi ilişkiləri insanların necə iyrənc saydıqlarını və bununla bağlı yasaqlara necə böyük önəm verdiklərini yaxşı bilirsiniz. İnsentə qarşı insanları qaplayan bu qorxunun nədən yaranmasını aydınlaşdırmaq üçün çoxlu çalışmalar olmuşdur. Bir çoxları bunun təbiətdə növlərin yaxşılaşdırılmasına yarayan cinsi ilişkilərdəki seçimlərə uyğun olaraq qavranıldığını düşünür, psixikada belə bir yasağın oturuşması ilə insan soyunun, insentdən yayınmaqla, özəlliklərini zəiflətməkdən qaçdığını irəli sürürlər, bir başqaları isə, körpəlik çağından birlikdə yaşamağın insanlar arasında bir-birinə qarşı yaranan şəhvət duyğusunu söndürdüyünü deyirlər. İrəli sürülən bu düşüncələr doğru olsaydı, onda insent öz-özünə baş verən bir proses olmalı idi, daha onun qarşısının alınması üçün belə ciddi yasaqlara gərək olmazdı, ortalıqda belə çox qatı yasaqların olması isə insentə yönəlik güclü şəhvət duyğularının varlığından soraq verməkdədir. Psixoanalitik araşdırmalar biranlamlı olaraq, cinsi ilişkilərdə insentə yönəlik istəklərin ən ilkin və adi istəklər olduğunu göstərir, ancaq sonradan bu istəklərə qarşı dirənişlər formalaşmağa başlayır, bu isə daha sonra fərdi psixologiyada onun danılması ilə sonuclanır.

İndi isə, uşaq psixologiyasının daha da dərindən öyrənilməsinin yuxugörmələrin anlaşılmasında bizə hansı köməkliyinin dəydiyini gözdən keçirək. Biz yuxugörmələrin unudulmuş uşaqlıq yaşantılarına vara bildiyini öyrənməklə yanaşı, uşaqlığın psixoloji yaşantılarının bütün özəllikləri ilə, o sıradan, özünün eqoizmi, insentə yönəlik seksual obyektlər seçimi və başqa bu kimi gerçəkliyi ilə hələ də yuxugörmələrdə və deməli, elə şüurdışında yaşamaqda olduğunu da öyrənmiş olduq və yuxugörmənin bizi hər gecə bu körpəlik pilləsinə qaytardığını da bildik. Onda belə çıxır, şüurdışındakı psixi yaşam insanların körpəlik çağlarındakı psixi yaşantıları ilə üst-üstə düşür. Bunu öyrəndikdən sonra insanın içində çoxlu yamanlıqların olması ilə bağlı qəribə və xoşagəlməz düşüncələrimiz də bir az toxtaqlıq tapmağa başlayır. Bu qorxunc yamanlıqlar psixi yaşamda haçansa olmuş ilkin və bayağı körpəliyin göstəriciləridir, bu göstəriciləri biz istənilən körpənin davranışlarını izləməklə görə də bilərik, ancaq biz körpələrdən əxlaqi yetkinlik gözləmədiyimizdən, onların bu davranışlarına qismən kiçik ölçülərinə görə əhəmiyyət vermirik, qismən də ciddi qəbul etmirik. Düşüncələrimizi geriyə qaytaran yuxugörmə bu aşağı pilləyə enməklə içimizdə vaxtilə olmuş bu yamanlıqları açıb bizə göstərir. Ancaq bütün bunlar, sadəcə, düşüncələrimizin azmasından yaranan qorxudan başqa bir şey deyildir.

Elə yuxugörmələrin yozumlarının sonucu da bizim yamanlıqlara düşündüyümüz qədər çox qapılmadığımızı göstərməkdədir.

Belə çıxır, yuxugörmələrdə üzə çıxan yamanlıqlarımız, sadəcə, körpəliyə dönməkdirsə, bizi duyğu və düşüncələrimiz baxımından körpələşdirməkdirsə, onda, sağlam düşüncənin də göstərdiyi kimi, bunlara görə utanıb çəkinməyə də dəyməz.

Ancaq sağlam düşüncə bizim psixi yaşamımızın yalnız bir kəsimidir, psixikamızda sağlam düşüncəyə arxalanmayan nəsnələr də az deyildir və elə buna görə də biz belə düşüncələrin ucbatından öz yuxugörmələrimizə görə utanırıq. Birdən yuxugörmənin işi körpəliyimizlə bağlı bu düşüncələrimizdən hansı birinisə dartıb şüurumuza gətirə bilirsə, biz o andaca yuxugörmənin xatırlatdığı bu keçmişi qatı senzuraya uğradır, bu keçmişimizə görə utanır və sarsılırıq; eləcə də, korlanmış olsa belə, biz öz yuxugörmələrimizin bir çoxuna onları anlayırmış kimi yanaşır, onlara görə utanırıq.

Bununla bağlı yuxarıda örnək verdiyimiz qoca bir xanımın “sevişmə qulluğu” göstərməklə bağlı gördüyü yuxusunu necə bir sarsıntı içində qarşıladığını xatırlamaq yerinə düşərdi. Beləliklə də, araşdırdığımız problemi indilikdə çözülmüş saymaq olmaz, ola bilsin, bir az sonra yuxugörmədə üzə çıxan yamanlıqları öyrəndikcə biz başqa mühakimələrə gəlib çıxacaq və insanın təbiətini də büsbütün ayrı cür dəyərləndirəcəyik.

Araşdırmalarımızın sonucu olaraq, biz iki duruma gəlib çıxırıq, ancaq onların ikisi də düşüncələrimizə aydınlıq gətirməkdənsə, bir az yeni inamsızlıqlara və tapmacalara yol açır. Birincisi, yuxugörmənin işinin reqressiyası (düşüncələrimizin onların ilk yarandığı çağlardakı primitivliyinə qayıtması) təkcə formal olaraq yox, maddi olaraq da baş verir. O təkcə elə bizim düşüncələrimizi bu primitiv formalara salmaqla qalmır, habelə bizim psixi yaşamımızın primitiv özəlliklərini, başqa sözlə desək, insan eqosunun qaynağı olan MƏNİ bütün gücü ilə dirçəldib ortaya çıxara da bilir, bundan başqa da, yuxugörmələrdəki simvolikaları xatırlasaq, bizim intellektimizin uzaq keçmişlərdə qalmış dəyərlərini də yuxugörmənin işinin bu günümüzə daşıyıb gətirdiyi bəlli olur. İkincisi, bütün bu keçmişləri biz indi gərək şüurdışına yükləyək və beləliklə də, onunla bağlı anlayışımızı bir az da dəyişdirək və genişləndirək. Deməli, şüurdışı təkcə elə keçici gizlinlərin toplusu deyildir, şüurdışı yalnız onun özünün olan istəkləri, yalnız özü kimi ifadə və işləmə mexanizmi olan, bütünlüklə sərbəst işləyən xüsusi bir psixi oblastdır. Ancaq yuxugörmələrdən öyrəndiyimiz gizli düşüncələr bu oblastın içində deyildirlər; onlar bizim ayıqlıq çağında olan düşüncələrimizin qaynaqlandığı yerlərdədirlər. Bu isə elə onların da şüurdan kənarda olması deməkdir; elə isə bu uyuşmazlığı necə anlamalı? Biz burada hansısa yeni bölgünün aparılmalı olduğu ilə bağlı şübhələrə qapılmağa başlayırıq.

Belə çıxır, bizim ayıqlıq çağında yaranan və onun özəlliklərinin daşıyıcıları olan təəssüratlarımızdan hansılarısa yuxugörmələri yaratmaq üçün şüurdışı oblastından olan nələrləsə birləşir. Yuxugörmənin işi də öz fəaliyyətini bu iki hissə arasında yerinə yetirir. Şüurdışındakı gizlinlərlə birləşən gündəlik təəssüratların qalıqlarının təsirindən yuxugörmələrdə reqressiya durumu (şüurun geridə qalmış formaları ilə işləməyə keçid) yaranır. Yuxugörmənin ən dərin anlamda anlaşıla bilən mahiyyəti budur və biz başqa psixi sahələri araşdırmadan əvvəl buna çata bilərik. Ancaq çox keçmədən yuxugörmədəki düşüncələrin şüurdışından gəlmə özəlliklərini başqa adla çağırmalı olacağıq, bu isə onları yuxugörməyə şüurdışının körpələşməklə bağlı oblastından qatdığı düşüncələrdən ayıra bilmək üçündür.

İstər-istəməz belə bir soru da yaranır: yuxugörmə zamanı psixi fəaliyyət nə üçün belə bir reqressiyaya qapılır? O nə üçün yuxunu pozmağa çalışan qıcıqları reqressiyaya arxalanmadan aradan qaldıra bilmir? Biz yuxugörmənin senzurasının öz davranışlarını maskalamaq üçün əskiləşməkdən yararlanmağa məcbur olduğunu demişdik, onda nə üçün yuxugörmə özünün məzmununu açıqlaya bilmək üçün daha da başqa anlaşılmaz formalara əl atır, niyə insanlığın öz gəlişməsi zamanı adlayıb keçdiyi, keçmişdə qalmış primitiv psixi davranışlar, istəklər və özəlliklər, reqressiyanın təsiri ilə maddiləşərək belə bir formalar yaradırlar? Burada kifayətlənə biləcəyimiz tək bir cavab belə ola bilərdi: yuxugörmə yalnız bu yolla yarana bildiyi üçün, yuxugörmədə rol oynayan qıcıqları ardıcıl olaraq aradan qaldırmağın başqa bir yolu olmadığı üçün də belə bir proses baş verir. Ancaq hələlik əlimizdə olan əsaslar belə bir cavabın doğruluğuna inanmaq üçün yetərli deyildir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.