On beşinci mühazirə. ŞÜBHƏLƏR VƏ TƏNQİDLƏR

Dəyərli xanımlar və bəylər! Bizim yeni yaranan baxışlarımızla bağlı olaraq ortaya çıxan şübhə və tərəddüdlərimizi xatırlatmadan ən adi şübhə və qeyri-müəyyənlikləri nəzərdən keçirmədən Dəyərli xanımlar və bəylər! Bizim yeni yaranan baxışlarımızla bağlı olaraq ortaya çıxan şübhə və tərəddüdlərimizi xatırlatmadan ən adi şübhə və qeyri-müəyyənlikləri nəzərdən keçirmədən yuxugörmə oblastını buraxıb getmək doğru olmazdı. Bununla bağlı bəzi materialları aranızdakı diqqətli dinləyicilər özləri toplamışlar. Ola bilsin ki, sizdə belə bir təəssürat yaranıb ki, yuxuların yozulması üzrə işi. Bununla bağlı bəzi materialları aranızdakı diqqətli dinləyicilər özləri toplamışlar.

1. Bəlli olduğu kimi, yararlanmağa başladığımız yeni texnikanın yardımı ilə yuxugörmələri yozanda gördüyümüz bu işin sonuclarında çoxlu anlaşılmazlıqlarla üzləşirik, bu da aşkar yuxunun gizli yuxu düşüncələrinə dəqiq tərcüməsini əngəlləyir, ona görə də sizlərin bir çoxunda açıq yuxugörmənin yozulması yolu ilə yuxugörmənin gizli anlamına gedib çatmağın mümkünlüyünə inamsızlıq yarana bilər.

Bu düşüncələrinizi doğrultmaq üçün birinci bunu deyə bilərsiniz: yuxugörmədəki istənilən elementi onun özü kimi, yoxsa bir simvol kimi anlamaq həmişə bir dolaşıqlıq yaradır, axı biz buradakı hansısa elementi simvol kimi götürsək də, bu element özünün daşıdığı anlamı itirmir. Bu sorğunun bəlli bir çözüm yolu yoxsa, onda burada yuxunun yozulması yuxu yozanın özbaşınalığına gətirib çıxaracaqdır. Daha sonra bir sıra durumlarda yuxugörmədə nəsnələrin birdən özləri, birdən də özlərinin əksi kimi ortaya çıxmaları baş verirsə, onda yuxugörmənin hansısa elementini onun özü kimi, yoxsa tərsi kimi götürməyi sonacan aydınlaşdırmaq olmur. Bu isə yuxuyozanın yeni bir özbaşınalığına yol açmış olur. Üçüncüsü, belə tərsinə çevrilmələr yuxugörmələrin sevimli işidirsə, onda yuxu yozan da yuxugörmənin istənilən elementini tərsinə yozmağa gəlib çıxa bilər. Sonuncusu isə, siz mənim “yuxugörmənin tapılmış yozumunun tək bir mümkün yozum ola bilməyəcəyini” deməyimi söz eləyib, bundan da öz düşüncələrinizi doğrultmaq üçün yararlana bilərsiniz. Belə çıxır, istənilən yuxugörmənin ortalıqda olan yozumundan başqa da yolverilən ayrı-ayrı yozumları ola bilər. Ona görə də, sizin deməyinizə görə, belə bir durum yuxu yozanların qarşısında olduqca geniş və sınırları bəlli olmayan bir ənginlik yaratdığından onların burada hansısa güvənli sonuclara gəlməsi də inandırıcı görünmür. Sizin deyə biləcəyiniz belə bir söz də ola bilər: buradakı qarmaqarışıqlığın səbəbi heç də yuxugörmələrlə bağlı deyil, bunu yaradan bizim başlanğıcdan yanlış yol tutmağımız, araşdırmalarımızı aparmaq üçün seçdiyimiz ilkin baxışlarımızın və mülahizələrimizin düzgün olmamasıdır.

Topladığınız bu materialların dəyərli olduğu sözsüzdür, ancaq onların hamısı bir yerə toplansa belə, sizin dirəniş göstərmək üçün ortaya atdığınız bu iki sonucu doğrulda bilməz: bu dediklərinizdən heç də yuxugörmələrin yozulmasında özbaşınalığa yol verildiyi və yuxugörmələrin yozulmasında üzə çıxan çatışmazlıqların bizim yararlandığımız metodun düzgün olmamasına gətirib çıxardığı alınmır. Siz burada yuxu yozanın özbaşınalığı deyəndə onun çevikliyini, təcrübəyə arxalandığını və anlaqlı olduğunu başa düşürsünüzsə, onda mən də sizə qoşuluram, doğrudan da, yuxugörmə kimi olduqca çətin bir işdə biz belə özəlliklər olmadan keçinə bilmərik.

Axı elmin başqa bölmələrində də belədir. Kiminsə hansısa texnikadan başqalarına baxanda daha da yaxşı yararlana bilməsini, bir başqasının isə bu texnikadan yaxşı yararlanmağı bacara bilməməsini aradan qaldıracaq bir vasitə yoxdur. Özbaşınalıq adlandırdığınız başqa nəsnələrə gəlincə, örnək üçün, yuxugörmələrdəki simvolların yozulmasında ortaya çıxan anlaşılmazlıqları aradan qaldırmaq üçün yuxugörmənin elementləri arasında olan ilişkiləri öyrənməklə, yuxugörmə ilə yuxugörənin yaşamı arasındakı asılılıqları araşdırmaqla və yuxugörmənin baş verdiyi məqamdakı bütün psixoloji durumları götür-qoy eləməklə yuxugörmənin qarşıya çıxan yozumlarından bu faktorlara görə yerinə düşən variantı seçib, qalanlarını isə çıxdaş eləyib qırağa qoymaq olar. Yuxugörmələrin yozumundan alınan sonucların çox vaxt sonacan aydın olmamasına görə, yuxuyozma texnikasının yarıtmaz olduğu və yuxugörmənin başqa yozumlarının da ola biləcəyini deyirsinizsə, bu da bizim suçumuz sayılmamalıdır, yuxugörmənin çoxanlamlı və qeyri-müəyyən olması onun özünün özəlliyidir və biz onun belə olduğunu öncədən də demişdik.

Gəlin burada yuxugörmənin işinin yuxugörmədəki düşüncələri primitiv formalara çevirdiyi ilə bağlı dediklərimizi bir də anaq, biz bu prosesi hansısa mətnin rəsmlərin köməyi ilə verilməsinə oxşatmışdıq. Axı belə primitiv ifadə sistemində çoxanlamlılıqdan və qeyri-müəyyənlikdən qaçmaq mümkün deyildir, baxmayaraq, onlardan yararlanmağın bəlli durumlarda işimizə yaradığını da bilirik. Bildiyiniz kimi, yuxugörmələrdə özünü göstərən əksanlamlı nəsnələrin üst-üstə düşməsi, əski dillərdəki ilkin sözlərin eyni zamanda iki əks anlamı daşıması ilə uyğundur. Belə bir bilgi ala bildiyimiz üçün borclu olduğumuz dilçi alim Abelin deməsinə görə, bu əksanlamlı sözlərin yardımı ilə baş verən danışıqlar heç də ikianlamlı olmamışdır. Əksinə, ton və jestlər nitqin kontekstində danışanın hansı əksliyi nəzərdə tutduğunu tamamilə birmənalı etmiş olmalı idi. Yazıda, jestin olmadığı yerdə, o, tələffüz üçün nəzərdə tutulmayan əlavə bir şəkil işarəsi ilə əvəz olunurdu, məsələn, tənbəl oturan və ya dik duran bir adamın şəkli ilə, ikimənalı sözün hansı mənanı ifadə etməsindən asılı olaraq.

Danışığın tonu, yaxud da danışanın jestləri deyilən əksanlamlı sözün hansı anlamda işləndiyini aydınca göstərə bilmişdir. Yazıda isə bu jestlər olmadığından, mətndə onların yerinə oxu zamanı deyilməsinə gərək duyulmayan, sözün hansı anlamda işləndiyini aydınlaşdıran ayrıca rəsmlər çəkilirdi, örnək üçün, əski Misir dilindəki ken sözünü yazanda onu bildirən ieroqlifin yanında çöməlib oturan insan rəsmi verilirdisə bu “gücsüz”, bu ieroqlifə bardaş qurub oturmuş insan rəsmi qoşulanda isə ken sözü “güclü” anlamını bildirirdi. Beləliklə də, səslərin və işarələrin daşıdığı ikianlamlılıqdan yaranan anlaşılmazlıq aradan qaldırılırdı.

Əski çağların sözü çatdırmaq sistemləri, örnək üçün yazıları bizim bugünkü çağdaş yazı sistemimizdə dözə bilməyəcəyimiz anlaşılmazlıqlarla doludur. Örnək üçün, bir sıra semit dillərində yazıda sözlərin yalnız səssizləri (samitləri) hərflərlə yazıya alınır. Buraxılan səsliləri (saitləri) isə, oxuyan kimsə bildiklərinə və mətnə uyğunluğuna görə özü tapıb yerinə qoymalıdır. İeroqliflərdən düzəlmə əlifbalarda da durum buna çox oxşardır və elə buna görə də indiyədək əski Misir yazılarının səsli oxunuşunun necə olduğu və deməli, əski misirlilərin necə danışdıqları da bizə bəlli deyildir. Misirlilərin Müqəddəs sayılan yazı mətnlərində daha bir anlaşılmazlıq vardır.

Örnək üçün, mətni yazan kimsə, öz istəyinə uyğun olaraq, bu mətni yazmaq üçün yararlandığı ieroqlifləri soldan sağa doğru da, sağdan sola doğru da düzə bilərdi. Ona görə də bu mətnləri düzgün oxuya bilmək üçün gərək ieroqliflərdəki heyvan fiqurlarının əynəmlərinin hansı yönə olduğuna diqqət yetirəsən. Ancaq mətni yazanlar ieroqlifləri birdən horizontal (üfüqi), birdən də vertikal (şaquli) yerləşdirməklə də yaza bilərdilər, habelə yazdıqları papirusu bütünlüklə doldurmaq üçün, ya da yazı yaraşıqlı alınsın deyə ieroqliflərin yerini istədikləri kimi dəyişə də bilərdilər. Ancaq ieroqliflə yazılan mətnlərdəki ən böyük çətinlik burada sözlərin bir-birindən ayrılmamasıdır.

İeroqlifləri bildirən şəkillər yazıda bir-birindən eyni uzaqlıqda verildiyindən, sözlərin harada qurtarıb, haradan başladığını yazıya görə ayırd eləmək olmur. Əski çağ pers civi (mixi) yazılarında isə sözləri bir-birindən ayıra bilmək üçün onların arasında əynəmli civi (mıx) şəkilləri qoyulurdu.

Çox əski çağlardan qalma, ancaq bu gün də 400 milyonluq çin xalqının işlətdiyi əlifba da bu baxımdan çox maraqlıdır. Mənim bu yazının incəliklərini bildiyimi düşünməyin; mən bu yazı sistemi ilə bağlı başqalarının yazdıqlarından az-çox bilirəm və bunu da yuxugörmədəki anlaşılmazlıqlarla tutuşdurub uyğunluqlar tapa bilmək üçün öyrənmişəm. Doğrudan da, bu yöndə çalışmağa dəyərmiş və aldığım biliklərin işimə çox yaradığını ürəklə deyə bilərəm. Çin dilində olan sayagəlməz anlaşılmazlıqlar insanı sarsıdacaq qədər çoxdur. Bəlli olduğu kimi, bu dil hecalı səslərdən qurulmuşdur, bu hecalar isə ayrılıqda da, başqa hecalarla birləşərək də işlənə bilir. Çin dilinin başlıca dialektlərindən birində belə hecalı səslərin sayı, ortalama götürsək, 400-ə çatır. Bu dialektdəki köklü sözlərin sayının 4000 olduğu bəlli olduğundan, belə çıxır, buradakı hər bir hecalı səs ən azından on fərqli anlam daşıyır. Sınaqların göstərdiyi kimi, doğrudan da, bu hecalı səslərin bir çoxu ondan az, başqaları isə ondan çox anlamların daşıyıcılarıdır. Daha sonra bu dialektdə hecalı səslərin fərqli anlamlarını qarışdırmamaq üçün çoxsaylı qaydalar da vardır, bu qaydaları bilmədən işlənən hecalı səslərin danışıqda hansı anlamı daşıdığını da ayırd eləmək olmur. Bu qaydalara görə, hecalı səslər iki-iki birləşərək sözləri yaradırlar və onların deyilişi üçün dörd fərqli danışıq tonu (intonasiyası) vardır. Burada bizim üçün çox qəribə görünə biləcək bir özəllik isə bu dildə, demək olar, qrammatikanın olmamasıdır.

Burada heç bir sözə baxıb, onun isim, feil, yoxsa sifət olduğunu demək mümkün deyildir, habelə sözlərin dəyişiklikləri yoxdur ki, onlara əsasən cinsini, sayını, şəkilçisini, zamanını və ya növünü müəyyən etmək mümkün olsun.

Beləliklə də bu dil, necə deyərlər, işlənməmiş xammaldan qurulmuşdur, bu isə yuxugörmənin işinin bizim düşüncələrimizi bölüb-parçalayıb, onları işlənməmiş xammal olduqları keçmişlərinə qaytarmasına çox oxşayır. Çin dilində danışıqdakı bütün anlaşılmazlıqların aradan qaldırılması bütün durumlarda eşidənin boynuna düşür, o isə ümumi qaydalara arxalanmaqla eşitdiklərini anlamağa çalışır. Mən bu öyrənmələrimin gedişində hərfi tərcüməsini yazıya aldığım bir çin atalar sözünü diqqətinizə çatdırıram: Az şey görmək, çox şey möhtəşəmdir. Bu atalar sözünü anlamaq çətin deyildir. Burada belə bir anlam açıqlanır: kimsə çox az şeylər görmüşsə, o, yan-yörəsində özü üçün getdikcə daha çox təəccüblü şeylər tapacaqdır; yaxud da az şey görən birisinin təəccüblənəcəyi şeylər çoxdur. Bu yalnız qrammatik cəhətdən fərqli tərcümələr arasında seçim etmək, əlbəttə, nəzərə alınmır.

Ən maraqlısı isə, belə anlaşılmazlıqların olmasına baxmayaraq, çin dili bizə düşüncələrin təsvir olunması üçün ən yararlı dillərdən biri kimi tanıdılır. Ona görə də anlaşılmazlığın həmişə çoxanlamlığa gətirib çıxardığını demək doğru deyildir.

Ancaq biz yuxugörmələrdə qarşılaşdığımız bu anlaşılmazlıqların əski dillərdə və onların yazılarında olduğundan qat-qat artıq olduğunu da boynumuza almalıyıq. Necə olsa da, əski dillər və onların yazılışları hansısa bir bilgini ötürmək üçün bir vasitədir və buna görə də onlar bacardıqca bütün anlaşıqlı və əlverişli yollardan yararlanmaqla bilgi verməyə çalışırlar. Yuxugörmədə isə belə bir özəllik yoxdur. Yuxugörmə kimsəyə nəsə demək istəmir, o hansısa bilgini ötürə bilmək üçün vasitə də deyildir, əksinə, öz-özlüyündə anlaşılmaz qalmaq istəyir. Ona görə də yuxugörmədə hansısa yozuma gəlməyən çoxanlamlıqlar və anlaşılmazlıqlarla üzləşəndə gərək bunu təəccüb və çaşqınlıqla qarşılamayaq. Bizim yuxugörməni əski çağların dilləri və yazıları ilə tutuşdurmağımıza gəlincə, bununla yuxugörmədəki aydınlaşdırıla bilməyən anlaşılmazlıqlara görə bizim yuxugörmə texnikamızı danmaq, ona inamsızlıqla yanaşmaq istəyənlərin yanlış düşündüklərini göstərmək istəmişdik. Beləliklə də, yuxugörmədə də əski dillərdə və bütün başqa primitiv ifadə vasitələrində özünü göstərən anlaşılmazlıqların olması təbiidir.

Ancaq çoxsaylı sınaqlar və praktika yuxugörmələrin anlaşılmasının necə dərinliklərə varmaqla başa gəldiyini yetərincə göstərə bilər. Mənə elə gəlir, bu işdə dərinliklərə vardıqca və düzgün elmi yanaşma üzrə çalışan analitiklərin aldıqları sonucları tutuşdurduqca mənim baxışlarımın doğruluğuna daha çox inanacaqsınız.

Dayazdüşüncəli (diletant) adamların yığnağı (onlar elmi çevrələrdə də vardır) elmi araşdırmalarda qarşılaşılan çətinlik və şübhələrin qarşısında dirəniş göstərməkdənsə, onları danmaqla öyünməyi üstün tuturlar. Bu onların yanlışıdır. Ola bilsin, bunu bir çoxlarınız bilmirsiniz, buna çox oxşar olan bir durum assur-babil yazılarının oxunması ilə bağlı baş vermişdir. Ötən çağlarda ictimai rəydə yaranmış belə danılma, bu əski dönəmdən qalma civi (mixi) yazıların oxunmasını uydurma, onu oxuyanları isə fırıldaqçı saymağa gəlib çıxmışdı. Ancaq 1857-ci ildə İngiltərə krallığının Asiya cəmiyyəti bu işi biryolluq aydınlaşdırmaq üçün addım atmağı kəsdirdi. Kral Cəmiyyəti civi yazılarını oxumaq üzrə ən tanınmış dörd alimə – Roulinsinə, Hinksə, Talbota, Oppertə yeni tapılmış və hələ araşdırılmamış yeni mixi yazı örnəyini göndərib, onlardan bu mətni çevirib bağlı konvertlərdə göndərməyi xahiş elədi; sonradan bu dörd çevirməni tutuşduranda onların bir-birinə çox yaxınlığı üzə çıxdı və bununla da civi yazılarının oxunmasına qarşı olan inamsızlıqlar aradan qalxdı, bu işin gələcək uğurlarına inam yarandı. Bununla da, dayazdüşüncəli alimlərin bu işi ələ salması yavaş-yavaş kəsildi və bildiyiniz kimi, bu gün artıq civi yazılarını oxumaq işi yetərincə uğurlara qol qoya bilmişdir.

2. İkinci sıradan olan şübhələr isə yuxuyozmaların bir çox həlləri ilə bağlıdır, hansıları ki, biz təqdim etməyə məcburuq, bir çoxları bu işi məcbur edilmiş, süni, zorla gətirilmiş, yəni zorakı və ya hətta gülünc və zarafatcıl görünür sayırlar. Bu cür ifadələr o qədər tez-tez rast gəlinir ki, mən təsadüfən mənə məlum olan sonuncunu seçmək istəyirəm. Bu yaxınlarda azad ölkə sayılan İsveçrədə bir seminariya direktorunu psixoanaliz üzrə çalışmalar apardığı üçün işdən çıxarmışlar. O, işdən çıxarılmasına etirazını bildirmiş, O, etiraz etmiş və Bern qəzeti onun haqqında məktəb rəhbərliyinin rəyini ictimaiyyətə çatdırmışdır. Bu yazıda psixoanalitik araşdırmalara qarşı irəli sürülən suçlamalardan bir parçanı diqqətinizə çatdırmaq istəyirəm: “Sürixli doktor Pfister öz kitabında Dr. Pfisterin Sürixdəki qeyd olunan kitabında da rast gəlinən bir çox nümunələrdəki axtarış və süni yanaşma təəccübləndirir... Deməli, əslində təəccübləndirməlidir ki, bir seminariya direktoru bütün bu iddiaları və yalançı sübutları tənqidsiz qəbul edir. Onun belə mülahizələri və yanlış sübutları gözüyumulu qəbul eləməsi çox acınacaqlıdır”. Bu cümlələr «sakit mühakimə edənin» qərarı kimi təqdim olunur. Mənim düşüncəmə görə isə ən böyük qondarmaçılıq elə onların bu “qərəzsizliyidir”. Psixoanalizlə bağlı deyilən bu gülünc sözləri eşidəndə istər-istəməz düşünürsən: axı qərəzsiz olmaq insanın düşünmək bacarığını itirməsi və bilmədiyi şeylərdən danışması anlamına gəlmir.

Həqiqətən də, kiminsə dərin psixologiyanın həssas məsələsində ilk təəssüratlarına əsaslanaraq nə qədər tez və qətiyyətlə mühakimə yürüdə bildiyini görmək həqiqətən də təravətləndiricidir. Qiymətləndirilən faktlar əsasən yuxu senzurasının ən güclü vasitəsi kimi tanıdığınız yerdəyişmənin nəticələrinə aiddir. Yuxugörmələrin yozumları onlara uydurma və güclə öz düşüncəsini başqasına aşılamaq kimi görünür, onlar bu metodu bəyənmədiklərinə, yalnız elə buna görə də, onu yanlış və yararsız sayırlar; bununla bağlı düşüncələrində hansısa mümkün ola biləcək yolu tanımaq belə istəmirlər, yuxu yozumları ilə bağlı tutarlı dəlillərin ola biləcəyini dedikdə isə həmin an bu dəlilləri sorğulamağa başlayırlar.

Buradakı araşdırılan fakt yuxugörmənin senzurasının ən güclü vasitəsi kimi tanıdığınız qarışdırma dediyimiz vasitənin təsiri ilə yaranır, hansını ki, siz yuxugörmənin senzurasının ən güclü vasitəsi kimi tanımısınız. Senzura qarışdırmanın yardımı ilə əvəzedici formalar yaradır, biz isə onları eyhamlar adlandırırıq. Bu eyhamların özünün asanlıqla tanınmadığı bir yana qalsın, onlardan başlayıb arxaya qayıtmaq və onların əvəzedicisi olduqları gerçək məzmunu aydınlaşdırmaq olduqca çətin bir işdir, bunun səbəbi isə o eyhamların gerçək məzmunla çox anlaşılmaz, qeyri-adi və gözə çarpmayan tellərlə bağlı olmasıdır. Ancaq bu durumların hamısında araşdırılıb tapılmalı olan nəsnələr bərk-bərk gizlədilir və onların gizlədilməsi nəzərdə tutulur; onları bu günə salan isə yuxugörmənin senzurasıdır. Doğrudan da, gizlədilən nəyi isə onun öz yerində, ona aid olan yerdə tapmağı gözləmək olmaz. Bu baxımdan, sərhəd nəzarətçiləri İsveçrə məktəb orqanlarından daha çoxbilmiş görünürlər. Bu nəzarətçilər gizli sənəd və yazıları axtaranda onları yalnız kimlərinsə portfellərində və ciblərində axtarmır, casusların belə nəsnələri geyimlərinin ən dalda yerlərində, yəni onların qətiyyən aid olmadığı yerlərdə gizlətdiklərini bildiklərindən, onları daha dərinlərdə arayırlar, örnək üçün, belə yerlərdən biri çəkmələrin ikiqat altlıqlarının arası ola bilər. Birdən gizlədilmiş nəsnə onu gizlətdikləri yerdə tapılmışsa, bu onun təkcə elə var gücü ilə axtarılması deyil, həm də çox axtarılması və tapılması deməkdir.

Biz yuxugörmənin hansısa gizli məzmunu ilə onun açıq yuxugörmədəki əvəzedicisi arasında bir-birindən çox uzaq, qəribə, gülməli də, ağıllı da görünən ilişkilərin olmasını mümkün sayırıqsa, bunun üçün çoxsaylı örnəklərdən öyrəndiyimiz təcrübələrə, bu yöndə özümüzün yox, başqalarının gəldiyi sonuclara arxalanırıq. Çox vaxt yuxugörmələri təkbaşına, yalnız öz gücün ilə yozmaq olmur, ən itiağıllı birisi də bunu bacarmır. Yuxugörmənin yozulması üçün lazım gələn yardımı ya yuxugörənin özü onu sorğulayanda ağlına gələn sərbəst düşüncələr ilə bizim üçün açıqlayır – yuxunu kim görmüşsə, onun yuxugörmənin gizli məzmunu ilə bağlı ağlına gələn düşüncələrinə də inanmağa dəyər – ya da bu yuxugörən kimsə öz yuxugörməsi ilə bağlı bizim sorğularımıza geniş və çoxsaylı cavablar verdiyindən, elə bu əldə olunan materialı araşdırmaqla da yuxugörməni çox asanlıqla yozmaq olur. Birdən yuxugörən kimsə dediyimiz bu iki yolla bizə yardım eləyə bilmirsə, onda yuxugörmənin baxdığımız elementi həmişəlik olaraq yozulmamış qalır. Qoyun sizə bununla bağlı bu yaxınlarda qarşılaşdığım bir örnəyi danışım. Bir xanımı müalicə elədiyim vaxt onun atası ölmüşdü. Atası ölən gündən başlamış bu xanım, demək olar, bütün yuxularında onun dirildiyini görürdü. Onun yuxugörmələrindən birində atası gözlənilmədən onun yanına gəlir və heç bir səbəb olmadan deyir: indi saat on ikidən on beş dəqiqə keçmişdir, on ikinin yarısıdır, on ikiyə qırx beş dəqiqə qalmışdır. Yuxugörmədəki bu qəribəliklə bağlı bu xanımı sorğulayanda onun ağlına təkcə belə bir düşüncə gəlmişdi: biz uşaqlar yaşa dolandan sonra, yemək stolunun arxasında vaxtında toplaşmağımız atamızı çox sevindirərdi. Bu düşüncə necəsə yuxugörmənin elementi ilə bağlı olsa da, onun hansı gizli düşüncədən doğduğunu aydınlaşdırmaq mümkün deyildi. O zamankı müalicə vəziyyəti nəzərə alınaraq, bu yuxuda sevimli və hörmətli ataya qarşı diqqətlə yatırılmış tənqidi müqavimətin iştirak etdiyi şübhəsi yaranırdı. Bu xanımın o çağdakı sağlamlıq durumuna görə mən bu yuxugörmədə xanımın öz sevimli və sayğılı atasına qarşı yönələn hansısa tənqidi baxışlarının bu yuxugörməni yarada biləcəyini ehtimal edirdim. Bir az sonra bu xanım öz yuxugörməsinə qarışacağı olmayan bir danışığımızda dünən onu yoluxmağa gələn yaxınları ilə oturub uzun-uzadı psixologiya ilə bağlı danışdıqlarını mənə bildirdi və sən demə, bu danışığın gedişində onun yaxın qohumlarından biri belə deyibmiş: bizim hamımızın içində hələ də ibtidai insan yaşamaqda davam eləyir (Urmensch). Bunu eşidəndə mənə hər şey aydın oldu. Bu xanım öz yuxugörməsində atasını saatın içində yaşayan adama (Uhrmensch) çevirmiş və onu günorta vaxtını deməyə məcbur eləmişdi.

Bu örnəkdəki durumun gündəlik yaşamdakı itiağıllılıq örnəkləri ilə uyğunluğu, elə bilirəm, gözünüzdən yayınmayacaqdır. Doğrudan da, çox vaxt belə durumlarda yuxugörənin itiağıllılığını yuxu yozanın itiağıllılığı ilə qarışdırırlar. Başqa bu kimi çoxlu örnəklər də vardır və bu durumda qarşılaşdığın olayın yuxumu, yoxsa bir hazırcavablıq örnəyimi olduğunu ayırd eləmək çox çətin olur. Unutmamısınızsa, bir sıra söz yanılmalarını araşdıranda da eyni ilə buna oxşar bir durumla üzləşmişdik. Bir kişi danışır: yuxuda mən dayımın avtomibilində (Auto) oturanda o məni öpdü. Sonra o özü bu yuxusunu yozur. Bu, dayımda özünü göstərən autoerotizmin (Autoerotismus) əlamətidir. (Autoerotismus – cinsi istəklə bağlı bir termin olaraq, ehtirasını öz-özünə, təkbaşına söndürməyə deyilir.) Belə yuxugörmə ilə qarşılaşanda düşünürsən: bu adam, doğrudanmı, yuxusunda belə bir yumorlu yuxu görüb, yoxsa bütün bunları özündən uydurub danışır? Mənə qalsa, onun, doğrudan da, belə bir yuxu gördüyünə inanıram. Elə isə bu cür sarsıdıcı uyğunluq necə alınır? Bu sorğuya cavab axtararkən mən bir vaxtlar öz işlərimi qırağa qoyub, itiağıllılığın necə yarandığını da araşdırmalı olmuşdum. Bu araşdırmalarımda belə bir sonuca gəlib çıxmışdım: şüura keçmək istəyən şüurdanqabaq düşüncələr şüursuzluğun güclü təsiri ilə işlənmə olunub şüura çatan düşüncələrə çevrildikdə bu itiağıllılıq və onun törəməsi olan hazırcavablıq yaranır. Şüursuzluğun təsiri ilə həmin düşüncələr burada hökm sürən mexanizmlərin əlinə keçir və eyni ilə yuxugörmənin işində olduğu kimi, qatılaşma və əvəzolunmaya məruz qalırlar. Bəzən itiağıllılıqla yuxugörmə arasında özünü göstərən uyğunluq da elə bu səbəbdən yaranır. Ancaq yuxugörmələrdəki bu istəməyərəkdən yaranan “hazırcavab yuxugörmələr” bizə çox da xoş gəlmir. İtiağıllılığı daha dərindən öyrənsəniz bunun səbəbi də sizə aydın olacaqdır. Bəlli olduğu kimi, “hazırcavab yuxugörmələr” bizə uğursuz, yerinə düşməyən hazırcavablıq kimi göründüyündən, gülüş doğuracaq gücdə olmur və biz onlara soyuq yanaşırıq.

Biz yuxugörmə ilə bağlı gördüyümüz işlərin gedişində antik çağların yuxugörmə yozumlarının ardınca da düşüb getməli oluruq, buradakı yozumların çoxu yararsız olsa da, onların arasında bizim özümüzün də üstələyə bilməyəcəyimiz çox yaxşı yuxuyozma örnəkləri ilə də qarşılaşmaq olur. İndi isə sizə Makedoniyalı İsgəndərin tarixi baxımdan çox dəyərli sayılan bir yuxugörməsini danışmaq istəyirəm. Bu yuxugörmə ilə bağlı bir az dəyişikliklər olsa da, Plutarx və Daldisli Artemidror öz kitablarında yazmışlar. Eramızdan əvvəl 322-ci ildə Makedoniyalı İsgəndər inadla müdafiə olunan Tir şəhərini mühasirəyə almışdı. Elə bu vaxtlarda bir gün İsgəndər yuxusunda qarşısında rəqs edən bir satir görmüşdü. İsgəndərin ordusunda olan yuxu yozucusu Aristandr satir sözünü yunancada sənin Tirin anlamı verən sa-Tir kimi ikiyə bölmüş, ona şəhər üzərində qələbə vəd etmişdi. İsgəndər bu yozumun təsiri ilə mühasirəni davam etdirdi və nəhayət Tiri ələ keçirdi. Burada ilk baxışdan kifayət qədər süni görünən bu yuxugörmə yozumu, sözsüz, bu yuxugörmənin doğru yozumu idi.

3. Mən indi sizə özləri də uzun bir müddət yuxugörmələrin yozumları üzrə çalışmış bir sıra psixoanalitiklərin də bizim yuxugörmələri yozmaqla bağlı olan texnikamıza qarşı çıxdıqlarını demək istəyirəm və bu sözümdən necə bərk sarsılacağınızı da anlaşıqla qarşılayıram. Düşüncələrin azması üçün belə bir əlverişli durumdan yararlananlar olmasaydı, onda bu, gözlənilməz bir qeyri-adilik olardı və beləliklə, konseptual qarışıqlıqlar və əsassız ümumiləşdirmələr nəticəsində yaranan iddialar yuxunun tibbi anlayışının yanlışlığından çox da geri qalmır.

Yeni səhvlərə bu qədər zəngin bir təkanın istifadəsiz qalması çox qeyri-adi olardı və beləliklə də, anlayışların dolaşdırılması və doğru olmayan ümumiləşdirmələr aparılmasının yuxugörmə ilə bağlı anlayışlara gətirdiyi anlaşılmazlıqlar bununla bağlı tibb elminin buraxdığı yanlışlara çox oxşayır. Bu yanlışlardan birini artıq eşitmisiniz.

Bu yanlış olan baxışa görə, yuxugörmə özünü gerçəkliyə uyğunlaşdırmağa çalışır və yuxugörən kimsənin gələcəyi ilə bağlı olayları “aydınlaşdırmağa yönəlik olur” (Maeder, 1912-ci il). Biz artıq belə bir yanaşmada yuxugörmənin açıq məzmunu ilə onun gizli məzmununun qarışdırılmasının, daha doğrusu, yuxugörmənin işinin danılması kimi bir yanlışlığın olduğunu göstərmişik. Şüursuzluqda yaranan düşüncələrin özəlliklərini dəyərləndirməyə çalışmaq baxımından bu baxışlar bir tərəfdən yenilik sayıla bilməz, digər tərəfdən isə tam deyil, doğrudan da, şüursuzluqda yaranan çoxlu düşüncələrin içində gələcək davranışlara yönəlik olanları da vardır, çünki şüursuz zehni fəaliyyət gələcəyin hazırlanması ilə yanaşı, bir çox başqa şeylərlə də məşğul olur. Daha pis bir qarışıqlıq, hər yuxunun arxasında “ölüm bəndi”nin tapılmasına dair təminatın əsasını təşkil edir.

Bundan da kobud yanlışlıq, hər bir yuxugörmənin arxasında “ölümlə barışmaq” (Todesklausel) duyğusunun dayandığını irəli sürən baxışda (Stekel, 1911-ci il) özünü göstərir. Mən bu formulun nə demək istədiyini dəqiq bilməsəm də, güman edirəm ki, onun arxasında yuxunun yuxugörənin bütün şəxsiyyəti ilə qarışdırılması dayanır.

Belə yanlış baxışların içində barışdırıcılıq yolu tutanları da vardır və onların düşüncəsinə görə, hər bir yuxugörmənin iki yozumu ola bilər, bunlardan biri, bizim göstərdiyimiz psixoanalitik yozumdur, ikincisi isə, analoji yozumdur və burada yuxugörməni yozanda hansısa ehtirasların oynaya biləcəyi rol danılır, yuxugörmə insanın ali ruhani fəaliyyəti kimi anlaşılır (Silberer, 1914-ci il). Düzdür, seksual istəklərin yer almadığı yuxugörmələr də vardır. Ancaq belə bir baxışa arxalananların, təkəmseyrək örnəklərə görə, öz baxışlarının bütün yuxugörmələr üçün düzgün olduğunu göstərməyə çalışmaları doğru sayıla bilməz. Bütün bu deyilənləri eşidəndən sonra bütün yuxugörmələrin biseksuallığa görə yozulmalı olduğunu irəli sürən baxış, elə bilirəm, sizə büsbütün anlaşılmaz görünəcəkdir. Bu baxışa görə, yuxugörmələrdə kişi və qadın ehtirasları bir-biri ilə qovuşub yuxugörənin kimliyində birgələşirlər (Adler, 1910-cu il). Düzdür, belə yuxugörmələr də vardır və bir azdan siz bu sayaq yuxugörmələrin isterik simptomların yaranması mexanizminə çox yaxın bir tərzdə yarandığını da öyrənəcəksiniz. Yuxugörmənin özəllikləri ilə bağlı irəli sürülən bu yenilikləri diqqətinizə çatdırmaqda başlıca məqsədim sizi bu yanlışlıqlara qapılmaqdan çəkindirməkdir, habelə mən onlarla bağlı nə düşündüyümü açıqlamaqla sizi birdən mənim də bunlara oxşar hansısa baxışlarımın ola bilməsini düşünməkdən çəkindirmək istəyirəm.

4. Yuxugörmələrin öyrənilməsinin obyektiv dəyərinə inamsızlıq yaradan belə bir baxış da ortaya çıxmışdı: sən demə, yuxugörmələri araşdırmaq üçün ən çox müalicə alan xəstələrin yuxugörmə örnəkləri götürülür və bu xəstələr də onları müalicə eləyən həkimlərin aşıladığı nəzəriyyələrin təsiri altına düşərək bu yönümlü yuxular görməyə başlayırmışlar; elə buna görə də, onlardan birisi, seksual yönümlü, başqası hakimiyyətə can atmaqla bağlı, üçüncüsü, yenidən doğulma ilə bağlı yuxular görürlərmiş. Bu baxışın heç bir dəyərinin olmadığını sübut eləmək çətin deyildir, birincisi, bu insanların psixoanalitik müalicə almamışdan öncə gördükləri çoxlu yuxular da araşdırma mövzusudur, ikincisi, bu xəstələr yuxu görməyi psixoanalitik müalicənin təsiri ilə öyrənməmişlər, bu bütün insanlarda olan bir özəllikdir. Bu baxışların faktiki tərəfinə gəlincə, burada da yuxugörmə nəzəriyyəsi üçün dəyərli sayıla biləcək bir nəsnə yoxdur. Yuxugörmənin yaranmasında rol oynayan faktorlardan biri olan gündəlik yaşantıların qalıqları ayıqlıq çağının yaşam maraqları ilə sıx bağlı olur. Birdən müalicə alan xəstə həkiminin danışıqlarını və göstərişlərini yüksək dəyərləndirməyə başlayırsa, onlar da xəstənin gündəlik yaşantılarının qalıqları sırasında yuxugörmənin yaranmasında rol oynaya bilər, ancaq yuxugörmə yaradan belə qıcıqlar da, gündəlik yaşantıların başqa növ qalıqları kimi, cismani qıcıqlar yaratmaqdan o yana keçə bilmir. Deməli, həkimin danışıq və göstərişlərindən yaranmış düşüncələrin açıq yuxugörmədə özünü göstərməsində və yuxuyozmanın gedişi zamanı yuxugörmənin gizli məzmununda üzə çıxmasında heç bir qeyri-adilik yoxdur. Biz artıq sınaq yolu ilə yuxugörmə yaratmağın, daha doğrusunu desək, bu yolla yuxugörməyə hansısa bir elementi artırmağın mümkünlüyünü bilirik. Yuxarıda Mourli Voldun yatan kimsədə cismani qıcıqlar yaratmaqla onda yuxugörmə doğurmasından danışmışdıq, elə psixoanalitikin danışdıqlarının yuxugörmə yarada bilməsi də buna uyğundur.

Yatmış birisinə yuxu görməyi aşılamaq olar, ancaq onun bu yuxusunda nəyi görməsini ona aşılamaq mümkün deyildir. Yuxugörmənin iş mexanizmi və onun şüursuz istəkləri heç bir yad təsirin altına düşmürlər. Cismani qıcıqların təsiri ilə yaranan yuxugörmələri araşdıranda biz cismani və psixi qıcıqlara yuxugörmənin müstəqil və özünəməxsus bir şəkildə cavab verdiyini öyrənmişdik. Beləliklə də, bizim yuxugörmələri yozmaqda yararlandığımız texnikaya inamsızlıq aşılamağa çalışan bu baxışın da yanlış olduğu, habelə bu yanlışlığın yuxugörmə ilə yuxugörmə materialını bir-biri ilə qarışdırmaqdan yarandığını aydınlaşdırdıq.

Bax yuxugörmənin problemləri ilə bağlı sizə demək istədiyim bunlardır, dəyərli xanımlar və bəylər. Siz mənim danışıqlarımda bir sıra şeyləri buraxdığımı da, az qala, bütün sorğulara yarımçıq cavab verdiyimi də çox yaxşı anlayırsınız. Bunun səbəbi, yuxugörmə ilə nevroz fenomenlərinin bir-biri ilə çox sıx qarşılıqlı ilişkilərinin olması ilə bağlıdır. Biz yuxugörmələri nevrozlar nəzəriyyəsinə giriş kimi öyrəndik, əksini eləsəydik bu, doğru olmazdı. Beləliklə də, yuxugörmələrin öyrənilməsi nevrozları yaxşı anlamaqda yardımçı olduğu kimi, nevrotik olayların öyrənilməsi də yuxugörmələri daha düzgün dəyərləndirmək işinə yarayır.

Sizin nə düşündüyünüzü deyə bilmərəm, ancaq mən yuxugörmənin problemləri ilə bağlı sizinlə belə çox danışmağıma, sizin diqqətinizi çox uzun bir müddət onlara yönəltməyimə heyifsilənmirəm. Mənə elə gəlir, başqa heç bir elm sahəsindəki mülahizələrin doğruluğuna inanmaq psixoanalizdə olduğu qədər uzun vaxt istəmir.

Burada, tutalım, nevroz xəstəliyində özünü göstərən hansısa əlamətin anlamı olduğunu, hansısa niyyətə qulluq elədiyini, xəstənin yaşamındakı hansısa durumla bağlı olduğunu göstərmək üçün birdən aylarla, birdən də illərlə gərgin işləməli olursan. Ancaq yuxugörmələrlə bağlı araşdırmalarda, əksinə, bir neçə saat ərzində qarışıq-dolaşıq bir yuxugörməni yoza bilirsən. Burada psixoanalizin irəli sürdüyü psixi proseslərin şüursuz olduğunu, onların özünəməxsus mexanizmlərlə işlədiyini, onların hərəkətverici qüvvələrini yetərincə aydınlaşdırmaq mümkün olur. Biz birdən yuxugörmənin quruluşu ilə nevrotik simptomların yaranmasını bütünlüklə bir-birinə uyğunlaşdırsaq və burada nevrotik simptomlardan qurtulmağın da yatmış insanın yuxudan ayılmağı kimi tez bir zamanda baş verdiyini sansaq, onda nevrozun da insanların psixoloji yaşamında rol oynayan güclər arasındakı qarşılıqlı təsirlərin dəyişilməsindən yarandığı inamına gəlib çıxırıq.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.