Luis Lopez-Ballesteros y de Torresə məktub
1923-cü il mayın 7-də ispan nəşri haqqında tərcüməçi Luis Lopez-Ballesteros y de Torresə göndərilmiş, IV cilddə dərc edilmiş "Professor S. FREYDİN TAM TOPLU ƏSƏRLƏRİ" adlı kitabdan, Biblioteca Nueva, Madrid 1923.
Gənc tələbə ikən, ölməz Don Kixotu Servantesin orijinal dilində oxumaq arzusu mənə müəllimsiz gözəl kastiliya dilini öyrənməyə sövq etdi. Bu gənclik həvəsi sayəsində, indi artıq qocalıq yaşında, əsərlərimin ispan versiyasının uğurunu təsdiqləyə bilirəm; mənim düşüncələrimin olduqca düzgün təfsiri və üslubun zərifliyi sayəsində bu əsərlərin oxunması mənə həmişə canlı bir məmnunluq bəxş edir. Məni ən çox təəccübləndirən, həkim və ya psixiatr olmamasına baxmayaraq, sizin olduqca mürəkkəb və bəzən qaranlıq olan bir sahədə bu qədər tam və dəqiq hakimyyət qazanmağınızdır.