Yəhudi Universitetinin açılışına

Digər şəxsiyyətlərin salamlaşma nitqləri ilə birlikdə “Yeni Yahud” yarım aylıq jurnalında, 27-də dərc olunub. Mart 1925.

Tarixçilər bizə danışıblar ki, bizim kiçik xalqımız dövlət kimi müstəqilliyinin məhvinə yalnız ona görə tab gətirmişdir ki, dəyərlərin qiymətləndirilməsində ən yüksək rütbəni mənəvi sərvətlərinə, dininə və ədəbiyyatına verməyə başlamışdır.

Biz indi elə bir dövrdə yaşayırıq ki, bu xalq dünyaya hakim olan bir dövlətin köməyi ilə atalarının torpağını yenidən qazanmaq perspektivinə malikdir və bu fürsəti qədim paytaxt şəhərində Universitetin əsasını qoymaqla qeyd edir.

Universitet elə bir yerdir ki, orada bilik din və millət fərqlərindən üstün tutularaq tədris olunur. Tədqiqat aparılır ki, bu da bəşəriyyətə ətrafındakı dünyanı nə dərəcədə dərk etdiyini göstərməlidir. Və ona nə dərəcədə nəzarət edə biləcəyini göstərməlidir.

Belə bir təşəbbüs xalqımızın iki min illik bədbəxt tale boyu keçdiyi inkişafın şərəfli şahididir.

Xəstəliyim Yerusəlimdəki Yəhudi Universitetinin açılış təntənələrində iştirak etməyimə mane olduğu üçün bunu ağrılı hesab edirəm.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.