Vokal ardıcıllığının mənası

Yuxularda və təsadüfi fikirlərdə, Stekelin iddia etdiyi kimi, gizlədilən adların yalnız sait ardıcıllığı ilə onlara ortaq olan başqa adlarla əvəz edilməli olması çox vaxt tənqid olunmuşdur. Lakin din tarixi bu barədə təəccüblü bir analoji təqdim edir. Qədim yəhudilərdə Tanrının adı «zabu» idi; bu ad nə tələffüz edilməli, nə də yazılıb qeyd edilməli idi; arxaik mədəniyyətlərdə adların xüsusi əhəmiyyətinə dair heç də tək olmayan bir nümunə. Bu qadağa o qədər yaxşı riayət olunmuşdur ki, Tanrı adının dörd hərfli formalarının saitləndirilməsi bu gün belə məlum deyil. Ad Yehova kimi tələffüz olunur, ona qadağan olunmamış Adonai (Rəbb) sözünün sait işarələri verilməklə. (S. Reynak, Cultes, Mythes et Religions. T.I, s. ı, 1908.)