Pribor şəhərinin bələdiyyə başçısına məktub
5 oktyabr 1931-ci ildə Moraviyada Freyberqdə (Pribor) müəllifin doğulduğu evin üzərində xatirə lövhəsi açıldı. Müəllifin şəhər bələdiyyə başçısına yazdığı aşağıdakı məktub açılış mərasimində Anna Freyd tərəfindən oxundu.
Pribor-Freyberq şəhərinin bələdiyyə başçısına, bu mərasimin təşkilatçılarına və mənim doğulduğum evi sənətkar əlindən hazırlanmış bu xatirə lövhəsi ilə təltif edərək mənə göstərdikləri ehtiram üçün orada iştirak edən hər kəsə təşəkkür edirəm. Və bu, hələ sağ ikən, çağdaşlarım mənim əməyimin dəyərini qiymətləndirməkdə hələ razılığa gəlməmişkən baş verib.
Mən Freyberqi 3 yaşında tərk etdim, 16 yaşında gimnaziya şagirdi kimi tətil zamanı, Fluss ailəsinin qonağı olaraq yenidən ziyarət etdim və o vaxtdan bəri bir daha qayıtmadım. Həmin vaxtdan bəri başıma çox şey gəldi: çox əziyyət çəkdim, bəzi kədərlər yaşadım, həmçinin insan həyatında hər şey qarışdığı kimi xoşbəxtlik və bir qədər uğur da qazandım. İndi 75 yaşında olan adam üçün özünü həmin erkən dövrün yerinə qoymaq asan deyil, çünki onun zəngin məzmunundan yalnız az sayda qalıq yaddaşına çatır, lakin bir şeyə əmin ola bilərəm: dərinliyimdə örtülmüş halda, hələ də xoşbəxt Freyberq uşağı, gənc ananın ilk oğlu, bu havadan, bu torpaqdan ilk silinməz təəssüratları almış olan şəxs yaşayır. Beləliklə, bu yer və onun sakinləri üçün ürəkdən təbriklərimlə mənim təşəkkürümü tamamlamaq mənə nəsib olsun.