4 fevral 1888 — frau A., tibbi cəmiyyət qalmaqalı və Meynert barədə

Vyana.

Əziz dost və həmkar:

Xahiş edirəm bu məktubu geriyə doğru tarixləndirəsiniz; mən onu çoxdan yazmalı idim, ancaq iş, yorğunluq və balaca qızımla oyunlar buna imkan vermirdi.

Əvvəlcə sizə frau A. barədə bəzi xəbərləri çatdırmalıyam; onun bacısı hazırda sizinlədir. Hal kifayət qədər sadə çıxdı, alimlərin xroniki kəllə hiperemiyası (beyin qan dolğunluğu — tərc.) adlandırdığı adi serebral nevrasteniya. O, getdikcə daha aydın olurdu, qalvanizasiya və su müalicəsi zamanı sabit yaxşılaşma müşahidə olunurdu; mən artıq düşünürdüm ki, əzələ məşqlərinin köməyi ilə onu tam sağalda biləcəyəm — ancaq elə burada gözlənilməz bir şey baş verdi: vaxtı çatanda aybaşısı başlamadı, bundan az sonra isə ona pis oldu; növbəti aybaşı vaxtı o, müalicəni buraxdı. Onun indiki vəziyyəti çox yaxşı olmasa da, yaxşıya ümid etməyə imkan verir. Öz tərəfimdən müalicəni davam etdirmək istərdim, ancaq bu qadının və ailəsinin narahatlığı qarşısında hansısa mövqe tutmaq, habelə Xrobakın[1] rəyinə zidd getmək üçün müalicənin uğuruna kifayət qədər əmin deyiləm. Nəticədə özümü belə bir peyğəmbərliklə bağladım ki, hər şey öz-özünə dördüncü aya qədər yoluna düşəcək və indi bu barədə güclü şübhələrimi sirr kimi saxlayıram. Sizin hamiləliyin belə nevrasteniyaya təsiri ilə bağlı hansısa təcrübəniz olubmu?

Ola bilsin ki, bu yeni vətəndaşa görə qismən məsuliyyət daşıyıram. Bir dəfə xəstə qadının yanında, heç də təsadüfən deyil, saxlanılan cinsi əlaqənin [coitus reservatus][2] zərəri barədə kəskin danışmışdım. Ola bilsin ki, bu məsələdə yanılıram.

Əziz dost, başqa xəbərlər o qədər də çox deyil. Mənim balaca Matildam sağ-salamat böyüyür və bizə çoxlu sevinc və gülüş bəxş edir. Bildiyiniz kimi, o qədər də əhəmiyyətli olmayan praktikam son vaxtlar Şarkonun 2 adı sayəsində bir qədər genişlənir. Fiakr baha başa gəlir, zəvərələr və insanları bir şeyə inandırmaq, ya da bir şeydən daşındırmaq — axı mənim peşəm elə bundan ibarətdir — məndən [yazı] işi üçün ən yaxşı vaxtı alır. Baş-beyin anatomiyası hələ də olduğu yerdədir, ancaq isteriya davam edir və ilk qaralama artıq tamamlanıb.

Şərəfli Xristianlıq özünü son dərəcə ədəbsiz aparır[3]. Dünən tibbi cəmiyyətdə böyük qalmaqal oldu. Onlar bizi yeni həftəlik jurnala abunə olmağa məcbur etmək istəyirdilər — əməyin nə olduğunu çoxdan unutmuş bir neçə hofratın[4] maariflənmiş, yanılmaz, xristian baxışlarının təqdim olunacağı jurnala. Şübhəsiz ki, onlar istəklərinə çatdılar; məndə çox böyük bir isteefa vermək istəyi yarandı.

Mən tamamilə lazımsız bir konsultasiyaya — Meynertin[5] yanına tələsməliyəm. Özünüzü qoruyun, hər hansı bazar günü isə mənə özünüz barədə bir neçə söz yazın.

Sizə səmimi qəlbdən bağlı olan

Doktor Ziqm. Freyd

Qeydlər:

[4] Hofrat – (alm.: Hofrat) saray müşaviri, yüksək vəzifəli məmur.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.