24 oktyabr 1892 — Freydin xidməti məktublaşması haqqında
Dosent Dr. S. Freud
Ord. Saat 5–7
Vena,
İX., Berqgasse 19
Əziz dost! [1]
Bu qədər uzaq məsafədən müzakirə apara bilməyimiz çox xoşdur. Yalnız üç qeyd. (1) Tədqiqat ayaqüstü vəziyyətdə aparılıb, bəli, əl ayaq tağının altına qoyulub və biz təsirlənmədik. Haqlı çıxdın, biz tipik düzayaqlılığın ağır gedişatını gözləyirdik. (2) Etiraf edirəm ki, baldır əzələsinə təzyiqə həssaslıq haqqında yazmağı tamamilə yaddan çıxartmışam. O, həqiqətən də güclüdür. 3) Claudicatio intermittens[2] topallamağa aid deyil. Şarkonun təsvərinə görə — bu, ancaq paresteziya, qıcolma və məcburi dayanmadır.
Kaş bu kişini necə Berlində çatdıracağımı biləydim. O haqda o vaxtdan bəri heç nə eşitməmişəm. Əgər o, ümidsizliyə qapılmasa, öz-özünə peyda olacaq, çünki burada ona artıq heç kim kömək etməyəcək.
Deməli, tezliklə yenə burada olacaqsınız? Əla, bu dəfə axşam ancaq dörd nəfərlikdir.
Ürəkdən salamla, sənin Ziqmund.
Qeydlər:
Məktub 1950-ci il nəşrinə daxil edilməyib.
[2] Claudicatio intermittens — fasiləli arterial topallama, həmçinin «Şarko sindromu» kimi tanınır. Termin 1858-ci ildə J.-M. Şarko tərəfindən daxil edilmişdir.