6 dekabr 1896 — Psixik aparat qatları hipotezi haqqında

Əziz Vilhelm,

Bu gün nadir hallarda həm işimdən, həm də rifahım üçün kifayət edən gəlirdən (10 saat və 100 florin) tam zövq ala bildim. Ölümcül dərəcədə yorğun, lakin zehni cəhətdən ayıq hiss edirəm. Amma son düşüncələrimin sənə müxtəsər təsvirini verməyə çalışacağam.

Bilirsən ki, mən elə bir fərziyyə işləyib hazırlayıram. Bizim psixi aparatımız müxtəlif qatların üst-üstə düşməsi (Aufeinanderschichtung) sayəsində formalaşıb. Başqa sözlə, mnemik izlərdən (Erinnerungsspuren, yaddaş izləri) yaranan mövcud material zaman-zaman yeni yaranan münasibətlərdən asılı olaraq yenidənqurmaya (Umordnung) və yenidən yazılmaya (Umschrift) məruz qalır 1. Beləliklə, mənim nəzəriyyəmin prinsipial yeniliyi ondan ibarətdir ki, yaddaş yalnız bir dəfə mövcud olmur, təkrarları nəzərdə tutur və müxtəlif əlamətlər vasitəsilə yazılır, qeydə alınır (niederlegt). Mən əvvəllər artıq bu cür yenidənqurma haqqında fərziyyə irəli sürmüşdüm («Afaziya»da), lakin bu, sinir sisteminin periferiyadan (bədəndən beyin qabığına) gedən yollarına aid idi 2. Belə qeydlərin ədədi nə qədərdir, mən bilmirəm. Ən azı üçü var, bəlkə də daha çox. Mən bunu aşağıdakı sxemdə təsvir etmişəm. O, fərdi yazıların neyron daşıyıcılarından asılı olaraq ayrıldığını nəzərdə tutur. Həm də mütləq topoloji şəkildə deyil. Bu fərziyyə zəruri deyil, lakin o, ən məntiqli və ilkin olaraq yolveriləndir.

W [Wahrnehmungen (qavrayış)] — hadisənin heç bir izini öz-özünə saxlamayan, lakin qavrayışların yarandığı və şüurla əlaqəli olan neyronlardır. Axı şüur və yaddaş bir-birini istisna edir.

Wz [Wahrnehmungenszeichen (qavrama işarələri)] — şüura çata bilməyən, ani assosiasiyadan ibarət olan ilk qavrama qeydidir.

Ub [Unbewusstsein (şüursuzluq)] — bu, ehtimal ki, kauzal xarakterli başqa münasibətlərlə təşkil olunmuş ikinci yazılışdır. Ub izləri şüurun da əlçatmaz olduğu konseptual xatirələrə uyğun gəlir.

Vb [Vorbesusstsein (şüurönü)] — bu, rəsmi mənə uyğun gələn verbal təsəvvürlərlə bağlı üçüncü qeyddir. Buradan yaranan yük müəyyən prinsiplərə uyğun gəldikdə şüurlu olur. Bu, zaman gecikməsi ilə yaranan ikincil düşüncə şüurudur ki, ehtimal olunur, sözlü təsəvvürlərin hallüsinator təcrübələri ilə əlaqədardır, beləliklə, şüurun neyronları yenidən qavrayış neyronlarına çevrilir və olaraq hadisə izlərindən məhrum edilmiş olur. 3

Əgər mən sizə qavrayışın psixoloji xüsusiyyətlərinin və bu üç yazının dolğun təsvirini təqdim edə bilsəydim. Mən təzə bir psixologiya təqdim etməli olardım. Bunun üçün materialın bir hissəsi artıq hazırdır, lakin mənim cari niyyətim bunda deyil.

Mən vurğulamalıyam ki, bu ardıcıl qeydlər həyatın ardıcıl dövrlərinin psixi nailiyyətlərini təmsil edir. İki həyat dövrünün sərhədində psixi materialın tərcüməsi baş verməlidir. Müxtəlif psixonevrozların xüsusiyyətlərini onunla izah edirəm. Bəzi materiala münasibətdə belə bir tərcümə baş verməmişdir. Bu da müəyyən nəticələrə gətirib çıxarır. Çünki biz kəmiyyət tənzimlənməsi tendensiyası haqqında təsəvvürlərə sadiq qalırıq. Hər sonrakı tərcümə əvvəlkinı sıxışdırır və ondan oyanma prosesini uzaqlaşdırır. Əgər sonrakı tərcümə çatışmırsa, o zaman həyəcanla daha erkən psixi dövrdə fəaliyyət göstərən psixoloji qanunauyğunluqlara və həmin vaxt açılmış yollara uyğun olaraq rəftar edilir. Beləliklə, anaxronizm qorunur — müəyyən əyalətlərdə fueros [qədim İspaniya qanunu, hələ də bəzi şəhər və əyalətlərdə qüvvədə olan və həmin əyalətin qədim imtiyazlarını təmin edən] hələ də qüvvəyə malikdir, başqa sözlə, biz «keçmişdən qalma» şeylər arasında qalırıq.

Tərcümə səhvi, belə halda, klinikada «sıxışdırma» kimi tanınan şeydir. Onun səbəbi həmişə tərcümənin gətirib çıxaracağı narahatlığın boşalmasıdır. Sanki bu narahatlıq elə bir fikir təşvişi yaradır ki, bu təşviş tərcümə işinə imkan vermir.

Eyni psixi dövr daxilində və eyni növ qeydlər arasında normal müdafiə narahatlığın yaranması səbəbindən yaşanır. Patoloji müdafiə isə daha erkən dövrə aid olan və hələ tərcümə edilməmiş yaddaş izinə qarşı fəaliyyət göstərir.

Əgər müdafiə sıxışdırıb çıxarmaqda uğur qazanıbsa, bu, narazılığın azalmasının miqyası ilə şərtlənə bilməz 4. Biz çox vaxt boşuna mübarizə aparırıq. Bu, ən şiddətli narahatlıqla bağlı olan xatirələrlədir. Beləliklə, biz aşağıdakı sxemə gəlirik. Əgər A hadisəsi baş verdiyi zaman müəyyən qədər narahatlıq yaratdırsa, onda onun mnemik izləri, yəni A I və A İI, bu hadisə haqqında xatirələrin növbəti oyanışı zamanı narahatlığın boşalmasına qarşı müdafiə funksiyasını yerinə yetirəcək. Bu xatirə nə qədər tez-tez qayıtsa, bu azadlıq bir o qədər daha çox sıxışdırılır. Lakin, buna baxmayaraq, bu saxlamanın uğursuz olacağı bir vəziyyət mövcuddur. Əgər A hadisəsi aktual olduğu zaman hər hansı bir narahatlığı boşaldıbsa, və onun xatırlanması başqa bir təravətli narahatlığı boşaldırsa, o halda bunu saxlamaq mümkün olmayacaq. Bu halda onun xatirəsi elə davranır ki, sanki bu hadisə indi baş verir. Bu, yalnız seksual xarakterli hadisələrlə baş verə bilər, çünki onlar tərəfindən boşaldılan oyanmaların miqyası zamanla (seksual inkişaf ilə) artır.

Beləliklə, həyatın bir mərhələsində baş verən seksual hadisə sonrakı mərhələdə elə təsir göstərir ki, guya o, aktualdır və buna görə də sıxışdırıla bilmir. Buna görə də patoloji müdafiə (sıxışdırma) daha erkən fazalarda baş verir. Bu, hadisənin və onun nəticələrinin seksual təbiəti ilə müəyyən edilir.

Bütün seksual təcrübələr narahatlığın boşalmasına gətirib çıxarmır. Əksəriyyəti həzz verir. Buna görə də onların təkrarı cilovlanmamış həzzlə bağlıdır. Belə cür nəzarət edilməyən həzz kompulsiya yaradır. Beləliklə, biz aşağıdakı müddəaya gəlirik: əgər seksual təcrübə müxtəlif fazalarda yaddaqalan olursa, həzzin boşalması kompulsiya, narahatlığın boşalması isə sıxışdırma ilə müşayiət olunur. Hər iki halda növbəti faza [yenidən yazılma?] qeydinə tərcümə sıxışdırılır.

Klinik təcrübə bizi seksual psixonevrozların üç qrupu – isteriya, obsesiv nevroz və paranoya – ilə tanış edir və öyrədir ki, sıxışdırılmış xatirələr əvvəllər baş verənlərlə bağlıdır: isteriya halında — bir yarım yaşdan dörd yaşa qədər obsesiv nevroz halında — dörddən səkkiz ilə qədər və paranoya halında — səkkizdən on iki ilə qədər.

Lakin 4 yaşa qədər heç bir sıxışdırma olmadığından belə nəticəyə gəlmək olar ki, psixi inkişaf dövrləri ilə seksual inkişaf fazaları üst-üstə düşmür. 5

1.5

12

Psixi

İa

İb

İI

İII

Seksual

İI

İII

Daha sonra kiçik bir cədvəl təqdim edilmişdir.

Wz, 4 yaşa qədər

Wz + Ub, 8 yaşa qədər

Wz + Ub + Vb, 14-15 yaşa qədər

Eyni qaydada

İsteriya cari faza

Kompulsiya

Wz-də sıxışdırma

Obsessiv nevroz cari faza sıxışdırma Ub qeydlərində

Paranoya cari faza

Vb qeydlərində sıxışdırma

Perversiya cari faza cari faza (kompulsiya)

Sıxışdırma ya qeyri-mümkündür, ya da əlçatmazdır.

Vaxtından əvvəlki cinsi təcrübənin daha bir nəticəsi perversiyadır. Bu, psixi aparatın inkişafı tamamlanana qədər müdafiənin baş verməməsi ilə xarakterizə olunur. Və ya ümumiyyətlə baş verməməsi ilə. 6

Bütün bunlar əsas strukturlara da aiddir. Gəlin onların orqanik əsaslarını ayırmağa çalışaq. İzah edilməlidir ki, niyə baş verdikləri anda həzz doğuran seksual təcrübələr var. Başqa fazadan xatırlandığında bəzi adamlarda narahatlıq yaradır. Digərlərində isə kompulsiya yaradır. Əvvəl nəzərdən keçirilmiş halda, onlar daha gec bir zamanda səbəb olmalı idilər. Heç də aradan qaldırılmamış narazılığa. Həmçinin müxtəlif psixi və seksual dövrlərin inkişafını izləmək lazımdır. Mənə sonuncuları 28 günlük qadın dövrünün misli kimi tanımağı öyrətdin 7. [Freyd dövrü bildirmək üçün yunan 𝝅 hərfindən istifadə edir]

100𝝅 = 7 il 6 ay, 200𝝅 = 15 il.

həmçinin:

20𝝅 = 1 il və 6 ½ ay, 50𝝅 = 3 il və 10 ay

Əgər bütün müşahidə olunan dövrlərin də qatlı olduğunu fərz etsək, bir tərəfdən 23 günlük dövr istifadəsiz qalır, digər tərəfdən isə psixi və seksual fazaların (4 il) niyə üst-üstə düşmədiyi, bəzən perversiyanın, başqa vaxtlarda isə nevrozun niyə inkişaf etdiyi izah olunmur.

Ona görə də mən belə bir təsəvvürü irəli sürməyə çalışıram ki, hər iki cinsdə həzz 23 günlük kişi substansiyasının boşalması ilə, narahatlıq isə 28 günlük qadın substansiyasının boşalması kimi yaşanır.

Həmçinin qeyd etməliyəm ki, yetkinləşmə dövrünü (276 gün = 12𝝅) hesaba daxil etsəm, bütün psixi dövrləri 23 günlük dövrlərin (𝝅) misilləri kimi izah edə bilərəm:

3 x 12𝝅 = 1 ½ il

6 x 12𝝅 = 3 ¾ il

12 x 12𝝅 = 8 il

18 x 12𝝅 = 12 ⅓ il

21 x 12𝝅 = 14 ¼ il

24 x 12𝝅 = 17 il

Bu o deməkdir ki, psixi inkişaf 23-günlük dövrlərə uyğun olaraq baş verir. Bu dövrlər 3, 6, 12, …, 24-ə bölünür. Onlar üçün on ikilik sistem doğrudur. Hər halda vahid, təxminən 10𝝅 və ya 12𝝅-ə bərabər olan yetkinləşmə dövrüdür. Yeganə nəticə ondan ibarətdir ki, psixi inkişaf 3, 6, 13 vahid çoxluğuna uyğun olaraq baş verəcək, halbuki yetkinləşmə dövrü 12𝝅-ə bərabərdir. Seksual inkişaf 5, 10, 20 qatlılığına uyğun olaraq baş verir, halbuki bu dövr 10𝝅-ə bərabərdir.

İki məqam diqqətimizi cəlb edir:

Psixi inkişaf halında dölün bətn içindəki inkişafı nəzərə almaq lazımdır. Əks halda bu işləməyəcək. Halbuki cinsi inkişaf halında hər şey doğumla başlayır. Bu bizə həmin şəraiti xatırladır. Hamiləlik dövründə 28 günlük müəyyən bir substansiya akumulasiya olunur. O yalnız doğumla boşalır.

28-günlük dövrlər 23-günlüklərə nisbətən daha nadir və daha güclü şəkildə toplanır, sanki insan varlıqlarının ali inkişafı bu xarakteristikadan (şərm, mənəviyyat) asılıdır.

Bu iki faza növü aşağıdakı kimi əlaqələnir: [Növbəti sxemdə T hərfi Tragzeit, yəni yetkinləşmə dövrünü bildirir]

Daha çox fazanın mövcudluğu faktı tamamilə uyğun gələcək. Bu, psixi aparatın daha çox tərcümə və yenidən qurulmasına dair hipotetimlədir. Görünür ki, həyat boyu bu cəmləşdirmə getdikcə daha böyük zaman vahidlərini əhatə edir.

Bütün insan varlıqlarında biseksuallığın olması fərzini irəli sürürəm ki, [vaxtından əvvəl cinsi inkişaf] effektinin niyə bəzən perversiya, bəzən isə nevroz olduğunu başa düşüm. Tamamilə kişi olan bir varlıq halında, iki seksual sərhəddə həmçinin kişi boşalmasının artıqlığı müşahidə olunacaq, yəni həzz hasil olacaq və nəticədə perverziya baş verəcək. Tamamilə qadın varlığında eyni zamanda narahatlıq substansiyasının ziyadəliyi olacaq. İlk fazalarda bu boşalmalar paralel olacaq, bir sözlə, onlar normal həzz artıqlığına gətirib çıxaracaq. Bu, həqiqi qadınlar tərəfindən nevroz müdafiəsinin seçilməsini izah edərdi.

Eyni şəkildə, kişilərin intellektual təbiəti sənin nəzəriyyənin əsasında təsdiqini tapır.

Və nəhayət, klinikada rastlaşdığım nevrasteniya ilə təşviş nevrozu arasındakı fərqin məhz bu 23 və 28 günlük substansiyaların mövcudluğu ilə əlaqəli olduğu fərziyyəsini gizlədə bilmirəm. 8

Sözügedən bu iki substansiyadan başqa, hər birinin bəlkə də bir neçə tipi ola bilər.

Mən getdikcə daha çox o qənaətə gəlirəm ki, isteriyanın əsas elementi onun azdırıcının perversiyasının nəticəsi olmasıdır. Və getdikcə daha çox o fikrə meyl edirəm ki, irsilik – bu, ata tərəfindən azdırmadır. Beləliklə, nəsillər arasında növbələşmə yaranır: 1-ci nəsil – perversiya, 2-ci nəsil – isteriya və müvafiq olaraq sterillik. Bəzən belə metamorfoza bir insanın həyatı boyunca da baş verir: coşğunluq dövründə pervertsiya, təşviş dövründən sonra isə isteriya. Müvafiq olaraq, isteriya cinsallığın rədd edilməsi deyil, daha çox perversiyanın rədd edilməsidir.

Bundan əlavə, burada erogen zonaların rəddi ideyası da yatır. Bu o deməkdir ki, uşaqlıqda cinsi həzz, ehtimal ki, bədənin bir çox hissəsində əldə edilir; bu hissələr sonrakı dövrdə yalnız 28 günlük təşviş substansiyasını boşalda bilir, başqa heç bir substansiyanı yox. Bu diferensiasiya və məhdudiyyət sayəsində həm mədəniyyət və mənəviyyatda irəliləyiş, həm də fərdi inkişaf baş verir.

Histerik tutma boşalma deyil, hərəkətdir və onun üçün istənilən hərəkətin əsas xarakteristikalarını, yəni həzzin yenidən istehsalına yönəlməsini saxlayır. Ümumiyyətlə, iş belədir və bundan əlavə, o, hər cür digər səbəbləri şüuraltına doğru irəli sürür. Buna görə, yuxuları zamanı onlarla nəsə seksual hərəkət edilən pasientlər bu tutmaları yaşayırlar. Və bunu yuxu vaxtı edirlər. Onlar bunu yenidən yaşamaq üçün yatırlar. Tez-tez buna uyğun histerik özündən getməni təxirə salırlar.

Başgicəllənmə və ya hıçqırıq nöbetləri — bunların hamısı başqa bir insana, əsasən də o prehistorik, unudulmaz insana yönəlmişdir ki, gələcəkdə heç kim onunla müqayisə oluna bilməyəcək. Hətta yataqda uzanmaq üçün xronik patoloji arzunun simptomları var. Onlar da belə izah olunur. Xəstələrimdən biri hələ də yataqda nalə çəkir. Necə ki çoxdan əvvəl edirdi: 22 aylıq olarkən vəfat etmiş anası onu öz yatağına alsın deyə. Bu hücumlar heç də emosiyaların «gücləndirilmiş ifadəsi» kimi görünmür 9.

Gündəlik praktikamdan bir nümunə gətirim: pasiyent qadınlarımdan birinin tarixçəsində son dərəcə pervert atası həlledici rol oynayır; onun həmçinin sadəcə bir alçaq kimi görünən kiçik qardaşı da var. Bir gün o, göz yaşları içində mənə gələrək bəyan etdi ki, o, alçaq deyil, normal olmayan meyillərdən və iradəsinin sıxışdırılmasından əziyyət çəkir. O, həmçinin aydın aşkar sinus baş ağrısı olan şeydən ötəri şikayət edir. Mən onu bacısı və onun ərinin yanına göndərdim. O da onları ziyarət etdi. Həmin axşam pasiyent qadın mənə zəng çaldı, çünki çox həyəcanlı idi. Ertəsi gün o mənə danışdı ki, qardaşı getdikdən sonra heç vaxt əvvəl yaşamadığı şiddətli baş ağrısı keçirib. Bunun səbəbi o idi ki, qardaşı ona 12 yaşı olarkən danışmışdı. O, seksual aktivliyinin bacıları yatmaq üçün soyunarkən onların ayaqlarını öpməsindən (yalamasından) ibarət olduğunu demişdi. Assosiasiyalarda o, 4 yaşında ikən şahid olduğu bir səhnəni xatırladı: atasının onların dayəsinin ayaqlarını yalaması. O, qardaşının belə davranışının atasından irsən alındığını fərz etdi. Atasının qardaşını azdırdığını da düşündü. Onun üçün o, özünü qardaşı ilə eyniləşdirməyə icazə verdi və beləliklə, onun baş ağrılarını da öz üzərinə köçürdü. O, bunu edə bildi. Çünki həmin səhnədə onun vəhşi atası ayaqqabısı ilə vurdu. Qardaşı yatağın altında gizlənirdi.

Qardaş hər hansı perversiyaya qarşı iyrənclik hiss edir. Eyni zamanda, o kompulsiv impulslardan əziyyət çəkir. Yəni o, bəzisi digər kompulsiv impulslarla əvəz edilmiş bəzi impulsları sıxışdırmışdır. Bu da, ümumiyyətlə, kompulsiv impulsların sirridir. Əgər o, pervert ola bilsəydi, atası kimi sağlam olardı. [«Biz belə nəticəyə gəldik ki, bu şəxslərdə bütün perverziyalara meyil simptomların yaranmasında təzahür edən şüursuz qüvvə kimi sübut edilə bilər və deyə bilərik ki, nevroz sanki perversiyanın neqatividir.» (Freyd, Seksuallıq nəzəriyyəsi üzrə üç esse)]

Maraqlıdır ki, sonrakı nəticənin hesablanması heç nə vermir, o, bu hesablamaya daxil edilsə də, edilməsə də – bətndaxili inkişaf dövrü istisna olmaqla.

12𝝅 = T = 276 gün (bətndaxili inkişaf dövrü)

3 × 12𝝅 = 3T = 2 il və 3 ay (bətndənkənar inkişaf dövrü)

6 x 12𝝅 = 9T = 6 il və 9 ay

12 x 12𝝅 = 21T = 15 il və 9 ay

12𝝅 = 9 ay

3 x 12𝝅 = 4T = 3 il

6 × 12𝝅 = 10T = 7 il və 6 ay

12 x 12𝝅 = 22T = 16½ il

Bu hesablamalar yalnız onda işləyir ki, yekun cəmdə də, eləcə də burada uşaqlıqdankənar inkişaf dövrü nəzərə alınsın. [Görünür, Freyd burada bu məktubun daha erkən versiyasına, bəlkə də başqa vaxtda yazılmışına, əvvəlki məktuba deyil, istinad edir.] Bəlkə bunun bir mənası var, sən belə düşünmürsən?

Mən çox şadam ki, onlar sənin mühazirəndə daha çox şey görmədilər. Onun üçün onları danlamaq olar, çünki onlar sadəcə axmaq sürüdür və bizi sükunətdə qoymalıdırlar.

İndi isə şəxsi məsələyə gəlincə: Oskar və Melani bizə baş çəkdilər və haqlarında yaxşı təəssürat buraxdılar. Mən ona kömək edə bilmirəm, lakin onu yenidən görməkdən şad olacağam. Mən Mari B. və Robert Br. haqqındakı şayiələrin doğruluğunu birbaşa səndən soruşmaq istəmirəm, amma heç olmasa vurğulamaq istəyirəm ki, mənim bundan xəbərim var. Onlara yaxşı arzulayıram, lakin Breyer klanı ilə iş görməyi artıq qətiyyən istəmirəm. Mən bütün gün, saat 10-dan 12-yə qədər məşğulam. Buna görə də yaxşı hiss edirəm. Hərçənd bir az səsim qısıb. Bu, səs tellərinin həddindən artıq gərginləşməsinin və ya anevrizmin nəticəsi deyilmi? Heç bir cavab vermək zəruriliyi yoxdur. Burada güvənilə biləcək ən yaxşı şey Kandidin məsləhətidir: «travailler sans raisonner». [«çalışmaq, düşünməmək» (Volter, Kandid)]

Vərəm halında bəbək iflici haqqında heç nə bilmirəm. Bəbəklə bağlı bunun aşkar edilə biləcəyinə şübhə edirəm. Lakin bu, a priori olaraq şübhəsiz ki, nəsə ehtimalı az olan şeydir. Şübhəsiz, fosfor?

Otağımı florensiyalı heykəllərin gips surətləri ilə bəzədim, bu da məni çox ruhlandırdı 10. Mən düşünürəm ki, necə varlanım ki, bu səfərləri təkrar etməyə imkanım olsun. İtalyan torpağında konqres! (Neapol, Pompey)

Ən səmimi arzularımla,

Sənin Ziqmundun.

Qeydlər:

Bu fraqment Freydin «Elmi psixologiyanın layihəsi» əsərindəki düşüncələrlə keçid məqamı kimi görünür. O, «Yuxuların yozumu»nun 4-cü fəslində təsvir edilmiş ideyaları ilə əlaqəlidir. Sonra Freyd bu fikirlərə «Məmnunluq prinsipindən o tərəfdə» əsərində və «Möcüzəvi bloknot haqqında qeyd»də qayıdacaq; sonuncuda o, özünün erkən və gec nəzəriyyələrini birləşdirəcək: «Hiss üzvlərimizin funksiyalarını yaxşılaşdırmaq və ya gücləndirmək üçün icad etdiyimiz köməkçi aparatların hamısı elə həmin hiss üzvünün və ya onun bir hissəsinin oxşarı prinsipi ilə qurulmuşdur (eynək, fotoqrafik kamera, eşitmə borusu və s.).» Bununla müqayisədə yaddaşımız üçün köməkçi vasitələr xüsusilə qeyri-kafi görünür. Çünki psixi aparatımız onların edə bilmədiyini edir. O, sonsuz ölçülərdə yeni qavrayışlara qadir olur. Eyni zamanda uzunmüddətli – lap tamam dəyişməz olmasa da – mnemik izlər yaradır. Artıq «Yuxuların yozumu»nda (1900) bu fövqəladə qabiliyyətin iki müxtəlif sistem (psixi aparatın orqanları) arasında paylandığına dair fərziyyə irəli sürmüşdüm. Bizdə qavrayışlar üçün nəzərdə tutulmuş, lakin onlardan uzunmüddətli iz saxlamayan V—Ş (qavrayış-şüur) sistemi var ki, yeni qavrayışa münasibətdə o, hələ üzərinə heç nə yazılmamış kağız vərəqinə bərabərləşdirilə bilər. Qavranılan oyanmaların uzunmüddətli izləri daha dərin yerləşən «xatirə sistemi»ndə qalır. Sonradan («Məmnunluq prinsipindən o tərəfdə») mən bu müddəaya bir qeyd əlavə etdim. Bu, şüur haqqındadır. O, qavrayış sistemində uzunmüddətli izlərin yerində yaranan izahedilməz fenomendir.

Bu, Freydin öz ideyalarının «Zur Auffassung der Aphasien» (1891) əsəri ilə daha sonrakı işləri arasındakı oxşarlığına işarə etdiyi nadir ifadələrdən biridir.

Bew [Bewusstsein] — şüurdur. Bu abreviaturalar artıq bəlli olan Bsz-dən əvvəl gəlir. Bsz ilk dəfə Flissə yazılmış 64-cü məktubda təqdim ediləcək. Bu məktub 31 may 1897-ci il tarixlidir. O, həmçinin «Yuxuların yozumu» əsərinin 7-ci fəslinin B hissəsində olacaq.

İqtisadi ideyalar ki, bir il əvvəl («Layihə...»də) hələ sinir sistemi fiziologiyası dilində təqdim edilmişdi, burada artıq kateksis yükləri haqqında ümumi fərziyyələrlə əvəz olunub. Bunun sayəsində psixi aparatın təsviri xeyli daha «müstəqil» oldu. Onu klinik müşahidələrlə uyğunlaşdırmaq da yüngülləşdi. Bununla birlikdə ontogenetik perspektiv də qoşuldu. Daha sonra Freyd psixi aparatın funksionallığı haqqında təsəvvürlərini sıxışdırmanın seksual travmadan müdafiə kimi xüsusi mövqeyinə dair fərziyyə ilə əlaqələndirir. Bu fərziyyələr hələ də «azdırma» hipotezasına əsaslanır.

Freyd burada yalnız pubertatdan əvvəl gələn və bir-birindən dişlərin çıxması hadisəsi ilə bölünən iki «seksual» faza arasında fərq qoyur.

Burada Freyd ilk dəfə perversiyadan bəhs edir.

«Bu faktlar bizi başqa bir faktoru göstərməyə məcbur edir. Onlar bizə öyrədirlər ki, 28 günlük menstruasiya prosesindən başqa, yaşından və cinsindən asılı olmayaraq insanlarda müşahidə edilən 23 günlük dövriliyə malik digər fenomenlər qrupu da mövcuddur.» (Freyda 1896-cı ilin yazında, artıq bu məktubdan sonra göndərdiyi, «burun və qadın cinsiyyət orqanları» arasındakı bioloji bağlılıq haqqında Flissin əsərindən çıxarış).

Freyd tezliklə Flissin bu ideyalarından imtina etdi. Həmin parçanı kulminasiya anı hesab etmək olar. Bu, Freydin öz ideyalarını və Flissin ideyalarını əlaqələndirmək cəhdləridir.

«Müdafiə nevrozları» məqaləsində (1894) Freyd hələ də Oppenheymın isteriyanın «gücləndirilmiş emosiyaların ifadəsi» olması fikrinə sadiq qalırdı.

Söhbət Berqasse küçəsi, 19 ünvanında yerləşən evin birinci mərtəbəsindən gedir. Bu ev Freyd tərəfindən yaxınlarda tutulmuşdu. Otaq konsultasiya otağı kimi istifadə olunurdu.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.