Psixoanalizin başlanğıcından: Flissə məktublar

26 iyul 1904 — Vilhelm Flissdən Ziqmund Freydə: Veyninqerin əlyazmasının nəşri mübahisəsi

Deməli, mən Veyninqerin etdiyi iş barəsində mənfi rəy bildirdikdən sonra Oskar Ri tamamilə məsum bir görkəmlə mənə bunu danışdı. O dedi ki, Veyninqer əl yazması ilə sənin yanına gəlib və sən onu nəzərdən keçirdikdən sonra məzmununun şübhəli olması səbəbindən nəşrinə qarşı çıxmısan. Mən hesab edirəm ki, burada sən həm onun, həm də mənim diqqətimi baş verən «qarətə» yönəltməli idin. Aydındır ki, Veyninqerin özü – səndən fərqli olaraq – heç də bütün canlıların (yalnız biseksuallığa meyilliliyi deyil, məhz dəyişməz və qaçılmaz biseksuallığı) haqqında başqa yerdə öyrəndiyini düşünmürdü.

Artıq 10-cu səhifədə o, bu ideyanın belə bir formada tamamilə təzə olduğunu bəyan edir. Əgər sənin qeyd etdiyin digər mənbələri — Krafft-Ebinq, Kirnan, Şevalye və başqalarını — mən üçün sadalaya bilsən, çox minnətdar olaram; belə ki, bu ədəbiyyatla kifayət qədər yaxından tanış olmadığım üçün onları asanlıqla tapa bilim. Bundan başqa, Veyninqer öz «Arrhenoplasma» və «thelyplasma» əsərində bir ideyanı oğurlayıb. Bu, bütün canlıların canlı başlanğıcının həm qadın, həm də kişi olması fikridir. Mən bunu kişilərdəki 28 və qadınlardakı 23 [günlük] müntəzəm dövrlərdən çıxarmışdım. Mən hələ də məktubunda bildirdiyin şeyi – öz müalicəndə dəyişməz biseksuallıq ideyasından istifadə etməni – bilmirdim.

Biz bunun haqqında ilk dəfə Nürnberqdə danışmışdıq, o vaxt mən hələ də yataqda yatırdım, sən isə mənə nəhəng ilanların yuxusuna girən bir qadının xəstəlik tarixçəsini danışırdın. O zaman səni qadınların dərin proseslərinin onların psixikasının maskulin tərkib hissəsindən qaynaqlana biləcəyi fikri çox təsirləndirmişdi. Məhz buna görə də, Breslau şəhərində psixikada biseksuallıq fərziyyəsinə müqavimət göstərdiyində çox heyrətlənmişdim. Breslauda sənə tanışlarım arasında sol əlli evli kişilərin az olmadığını danışdım və bundan sonra sol əllilik haqqında [mənim] konsepsiyama əsasən, Veyninqerdə (o, sol əllilik haqqında heç bir təsəvvürə malik deyildi) rast gəlinən hər bir xüsusiyyəti izah edən fərziyyəni sənə təqdim etdim.

Əlbəttə, sən sol əlliliyi özündə rədd etdin və sənin də etiraf etdiyin kimi, bir müddət bizim biseksuallıq müzakirəmizi yaddan çıxartdın. Sənin müalicənin biseksuallıqdan bəhs etməyi tələb etdiyini bilmədiyim üçün Veyninqerin yaxın dostu doktor Svobodanın sənin xəstənin ola biləcəyini fərz edə bilməzdim – xüsusilə də məktubunda onu Gattellə müqayisə edib belə yazdığında: «Amma inanıram ki, indi əlimdə daha keyfiyyətli tədqiqat materialı olacaq». Şübhəsiz, hər ikimizin yazışma üçün oğurluq haqqında mübahisədən daha yaxşı bir səbəbi ola bilərdi. Qoy istiqbal bunu bizə gətirsin. Flissə görə, biseksuallıq solaxaylıqla sıx bağlıdır. Belə ki, sağ əl kişilərdə maskulinliyi, qadınlarda isə feminliyi əks etdirir, sol əl isə əks cinsin xüsusiyyətlərini — kişilərdə feminliyi, qadınlarda isə maskulinliyi göstərir.

Bütün bunlar isə öz növbəsində insan təbiətinin biseksuallığının nəticəsidir. Sağaxaylarla müqayisədə solaxay kişilər həmişə daha femin, qadınlar isə daha maskulindir. Əgər uşaqlıqda bacısının kuklaları ilə oynayan, indi isə arvadının tualetinə xüsusi maraq göstərən, həmçinin bəlkə də yüksək musiqililiyi, gözəl rəsm çəkmə qabiliyyəti və zərif fiquru olan bir kişi tanıyırsınızsa, bilin ki, o, mütləq solaxaydır. Əgər siz müasir fəal qadınla və ya qadın hüquqları uğrunda mübarizə aparan növbəti xanımla rastlaşsanız, cinslərin bərabərliyi üçün hər cür fədakarlığa hazır olan bu xanım – yüzə bir ehtimal – solaxay olmaq istəyir.