Psixoanalizin başlanğıcından: Flissə məktublar

4 oktyabr 1892 — Freydin ünvanı və qəbul saatları

Konsultasiya saatları: 17-dən 19-a qədər Bununla reflektor nevrozlarının ilkin qaralamalarını göndərirəm4. Çap Teşində aparıldığı üçün, yəqin ki, basmaxana ilə əlaqəni özün qurmağın daha yaxşı olar. Mən onlara bir neçə yerdə nəzər saldım. İndi səndən girişi almağı gözləyirəm. Bu, məni ən çox maraqlandıran hissədir. Yəqin ki, xəstənin getməsindən sonra sənin xoşbəxt sükutunu pozduğum üçün üzr istəməliyəm. Zövq al. Ancaq sənin və İdanın yaxşı olduğunuzu eşitmək istərdim. Son səkkiz gün ərzində balalarım Vyanada idi, onlar böyümələri ilə bağlı son dərəcə narahatdırlar; mən uşaq iflicinin ikinci hissəsini yazıram, təəssüf ki, bu başqa məzmunlu ikinci hissədir si parva licet və s..

Çünki o, daha əvvəl, 1891-ci ildə, doktor Oskar Ri ilə birlikdə oxşar mövzuda «Uşaq bir tərəfli serebral iflicinin klinik tədqiqi» adlı daha həcmli bir əsər yazmışdı. 1893-cü ildə Freyd «Uşaq serebral iflici» (İnfantile Cerebralparese) terminini təqdim etdi. O, daxili uşaqlıq mənşəli spastik ifliclərin oxşar klinik əlamətlərə malik bütün formalarını serebral ifliclər qrupunda birləşdirməyi təklif etdi. 1958-ci ildə Oksfordda ÜST-in VIII nəzərdən keçirilməsi iclasında bu termin təsdiq edildi və aşağıdakı tərif verildi: «uşaq serebral iflici – beynin hərəkət və bədən vəziyyətini idarə edən şöbələrinə zərər vuran, proqressiv olmayan beyin xəstəliyidir; xəstəlik beynin inkişafının erkən mərhələlərində qazanılır». ↑ Latın dilindəki məşhur ifadə nəzərdə tutulur: Si parva licet componere magnis – kiçiyi böyüklə müqayisə etmək caizdirsə.

Vergilinin «Georgika» poemasından sitatdır.