29 dekabr 1897 — qara böcək və qorxu hücumu barədə
Vyana, 29. 12. 97. Əziz Vilhelm!
... İlk günlərdə mənə kiçik bir izah təsadüf etdi. Tanıdığın cənab E. 10 yaşında ikən, tutmağa çalışdığı qara böcəyin buna razı olmadığı bir anda, bir qorxu hücumu keçirmişdi. Bu qorxu hücumunun şərhi indiyə qədər qaranlıq qalmışdı. İndi “Qərarlaşdırılmamışlıq” bölmündə dayanır. Artıq vəfat etmiş anasının evliliyi haqqında nənə ilə xalanın söhbətini təkrarlayır. Bu söhbətdən onların qərar verməkdə uzun müddət tərəddüd etdikləri aydın olur. Sonra gözlənilmədən aylardır adı çəkilməyən həmin qara böcəyə gəlir. Həmin qara böcəyi Mari böcəyi (anasının adı Mari idi) ilə əlaqələndirir. Sonra güclü gülməyə başlayır. Bu gülüşünü zooloqların bu böcəyi nöqtələrinin sayına görə septempunctate və s. adlandırdıqları, halbuki bunun həmişə eyni heyvan olması şərhi ilə qeyri-kafi izah edir. Sonra biz ara veririk. Növbəti seansdan əvvəl o mənə deyir ki, böcəyin şərhi ona xatırlanıb. Yəni: Nə etməli? — Qərarsızlıq. ...
Bizdə bir qadına "zərif bir böcək" deyə biləcəyimiz, sənə məlum ola bilər. Onun uşaq dayəsi və ilk sevgilisi fransız idi; əslində o, alman dilindən əvvəl fransızca danışmağı öyrənmişdi. Yadındadır ki, bizim “Hineinstecken”, “Abort” və s. sözlərinin işlədilməsi mövzusunda olan söhbətlərimiz!
İndi solaxaylığın amansız dərəcədə ciddi yoxlanılması üçün çoxlu material arzulayıram. İynə və ip artıq məndə var. Yeri gəlmişkən, bununla əlaqəli sual uzun müddətdən sonra birincidir ki, bizim hər ikimizin
Primər prosesin mövzusu (əvvəlki məktuba bax) qoyulur
4-də gələn məktub 1. 98 257
Ahnungen və Neigungen eyni yoldan getmir.
İndi Yeni İliniz mübarək olsun və 1898-də çox görüşmək ümidi ilə!
Sənin Sigm.
81 |