4 iyul 1908 — Freyd Tsveyqə

Vyana,

IX

, Bergqasse, 19

Hörmətli cənab doktor!

“Balzak”[1] əsərinizə görə sizə çox sağ olun, onu bir nəfəsdə oxudum. Təsvir etməyə çalışdığınız o burulğan o qədər cəlbedicidir. Bu müəllif sizə çox yaxındır; Napoleonunuzun kim olduğunu bilmirəm, lakin sizdə hər ikisi üçün səciyyəvi olan ruhlara yiyələnmə cəhdi xeyli dərəcədə mövcuddur ki, bunu dilinizdə büruzə verirsiniz, — oxuyarkən gözəl ata minmiş cəsur süvari obrazı məni durmadan təqib edirdi. Mən sizin fikirlərinizə asanlıqla hopuram, sanki onlarla çoxdan tanışam.

“Tersit”[2] çox yaxşıdır, yerlərdə məst edicidir, lakin nə üçün bu və ya digər xarakteri mütləqləşdirməli, baş qəhrəmanı şarj etməli! Mənim kimi rasional düşünən adam üçün hər cür sual vermək asandır.

Mənə elə gəlir ki, siz öz əsərlərinizi mənə göndərməyi qayda olaraq götürməklə çox gözəl edirsiniz və icazə verin soruşum, məgər mən də öz növbəmdə sizə hər hansı öz — doğrudur, tamam başqa cür — əsərlərimi təklif edə bilmərəmmi?

Səmimi qəlbdən sizə bağlı

Freyd

Qeydlər:

[1] Onore de Balzakın 1908-ci ildə Tsveyq tərəfindən yazılmış romanlaşdırılmış bioqrafiyası.

[2] Əvvəlki məktuba bax.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.