15 iyul 1938 — Tsveyq Freydə
Lenqem 3693
49, Helləm küçəsi,
London, V. I
Əziz, hörmətli cənab professor!
Sizi yenidən görmək arzusu məndə son dərəcə böyükdür və indi, gələn həftə burada elə bir kimsə peyda olacaq ki, mənimlə birlikdə sizə getməkdən xoşbəxt olardı — sizin ən böyük pərəstişkarlarınızdan biri və bütün xırda zarafatlarına baxmayaraq, bəlkə də, müasir rəssamlığın yeganə dahisi — Salvador Dali, onun adı və yaradıcılığı sizə, əlbəttə ki, məlumdur. O, təəssüf ki, burada sözün əsl mənasında bir neçə gün, bazar ertəsi və çərşənbə axşamı qalacaq və mən bazar ertəsi günortaya qədər Sizə zəng etməyə icazə verəcəyəm ki, hər ikimizin bu günlərdən birində sizi ziyarət etməsi üçün icazə istəyim.
Amerika işi ilə əlaqədar olaraq oğlunuzla da söhbət edəcəyəm. Özü də aydındır ki, əgər bizdə məndən ağıllısı yoxdursa, bütün qəlbimlə xidmət etməyə hazıram.
Sədaqət və ehtiramla
sizin Stefan Tsveyq