21 oktyabr 1932 — Tsveyq Freydə
Zaltsburq
Kapusinerberq, 5
Dərin hörmətli cənab professor, icazə verin sizə qeyri-adi mehribanlığınıza görə təşəkkür edim — bilirəm ki, sizin miqyasda və sizin yüklülükdə bir insan üçün öz vaxtını bir kitaba həsr etmək nə deməkdir; yazdığım hər şey sizin təsirinizin nəticəsidir və siz, bəlkə də, hiss edirsiniz ki, bəlkə də kitablarımın əsas mahiyyətini təşkil edən həqiqətə canatma sizdən gəlir: siz bütöv bir nəslə nümunə verdiniz.
Dofin məsələsində mən reallaşdırdığımdan daha çox materiala malik idim. Lakin o, şahidlərin önündə dediyi sözü çatdırmaq mənim üçün çox qorxulu idi: «Quand guillotinera-t-on enfin ces sacrees putaines» [1].
Və o, açıq-aydın bunu eşitmişdi və bunu əyləncə kimi qəbul etdiyindən (və bəlkə də gizli nifrətdən) təkrar etdi. Bütün bu şeylər haqqında çoxlu material bir fransız həkimi, doktor Katanenin «Indiscretions de l'histoire», «Les morts mysterieux» [2] və s. əsərlərində toplanmışdır. Bu adam heyranedici zəhmətlə tarixin bütün cinsi faktlarını toplamış və tibb nöqteyi-nəzərindən yoxlamışdır — təəssüf ki, lakin psixoanaliz haqqında heç bir təsəvvürə malik olmadan, belə ki, bütün bu xəzinələr indi tələbsiz qalır. Bəlkə də siz bir vaxt tələbələrinizdən bəzilərinin diqqətini bu sıraya yönəldə bilərdiniz ki, onlar bu əla materialdan istifadə etsinlər (Mariya-Antuanettada ilk həlledici göstərişləri mən ona borcluyam, sonra onların ardınca getdim və o, onları psixoloji cəhətdən istifadə edə bilmədi). O, instinktə malikdir, zəhmli, maraqlını hiss edir, yalnız təəssüf ki, — məhz sizin metodunuzun biliyi ilə təchiz olunmadığı üçün — hadisələri şərh edə bilmir: o, yalnız onları sadalayır. Lakin 20 kiçik cilddə tədqiqatçı üçün bütöv bir bilik dağı toplanmışdır.
İcazə verin, hörmətli, əziz ustad, indi yalnız bir arzunu bildirim: qoy sizin möhtəşəm və misilsiz fiziki təravətiniz, yaradıcı marağınız hələ uzun müddət bizimlə qalsın; ruhən tərk edilmiş bizimki kimi bir zaman intellektual nüfuza ehtiyac duyur. Və bizi yönləndirən və öyrədənlər nə qədər azdır!
Dərin ehtiramla
həmişə sizə sadiq
Ştefan Tsveyq
Sətiraltı qeydlər:
[1] «Nə vaxt nəhayət bu lənətə gəlmiş fahişələr edam olunacaq» (fransızca)
[2] «Tarixdə ədəbsizliklər», «Sirli ölümlər» (fransızca).