15 noyabr 1937 — Tsveyq Freydə

Lenqem 3693

49, Helləm küçəsi,

London, V. I.

Hörmətli, əziz professor, sizə yalnız bir şey demək istəyirəm — sizin əl yazınızı görmək mənim üçün nə qədər sevindirici idi və sizin haqqınızda nə qədər böyük məhəbbət və sədaqət hissi ilə düşünürəm (biz burada Arnold Tsveyqlə sizin haqqınızda çox uzun söhbət etdik). Və bir də — bu cür sevinc bu gün sonsuz dəyərlidir. Sizə deyə bilmərəm ki, zamandan nə qədər çox əziyyət çəkirəm, pis tanrı mənə çox şeyi qabaqcadan görmə istedadı bəxş edib və indi baş verənləri mən artıq dörd ildir ki, sinirlərimlə hiss edirəm. Burada yaşamasaydım, işləyə bilməzdim — «illüziyalarla» xeyir-dua almışlara nə yaxşıdır! Yaxın günlərdə siz daha bir «yan kitab» alacaqsınız — «Magellan»ı; hazırda çox çətin, lakin uzun olmayan bir psixoloji roman üzərində işləyirəm, onun adı «Rəhmdən ölüm» olacaq və göstərəcək ki, zəiflik, natamam rəhm, son qurbanı verməyə hazır olmayan rəhm, zorakılıqdan daha öldürücüdür. Bu sizin dünyanıza qayıdışdır və kitab tibb sahəsinə müdaxilə edir — bu məni təsəlli verir. Yazılmalı olan əsl kitab yəhudiliyin faciəsi olardı, lakin qorxuram ki, reallıq, onu olduğu kimi təqdim etsək, ən cəsarətli fantaziyamızı da üstələyəcək. Sizə təsəlli verilib: siz öz işinizi gördünüz, yaddan çıxmayan və sarsılmaz, siz şahidlik etdiniz ki, biz tamamilə boş yerə mövcud olmamışıq, baxmayaraq ki, bizim sözümüz, bəlkə də, insan qulağına çatmayacaq — buna baxmayaraq, mümkün olanın maksimumunu etməyə cəhd göstərmək borcu qalır.

Vyana haqqında düşünəndə və qəmlənəndə, sizi xatırlayıram. İldən-ilə sizin ağır sərtliyiniz məni getdikcə daha çox fəth edir və mən getdikcə daha böyük minnətdarlıqla sizə bağlılığımı hiss edirəm.

Ehtiramla, sizə sadiq

Ştefan Tsveyq

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.