4 dekabr 1929 — Freyd Tsveyqə

Vyana, IX, Bergqasse, 19

Dərin hörmətli cənab doktor!

Sizə təəccübümü bölüşməyi təklif edirəm. Bugünkü gəzintim zamanı qeyri-ixtiyari olaraq nəhəng, gözəçarpan bir afişaya diqqət yetirdim; orada hansısa cənab Ş. Meylen [1] bütün reklam vasitələri ilə mənə qarşı yönəlmiş, 7 dekabra təyin edilmiş məruzəsini elan edir. Nə olsun, qoy belə olsun, o, bədniyyətli axmaqdır, ari fanatikidir, Berlində psixoanalitik təhsil almağa çalışdığı zaman bir neçə ay keçdikdən sonra qeyri-normal və yararsız şəxsiyyət kimi uzaqlaşdırılmış, bundan sonra isə, ehtimal ki, qisas və tez şöhrət qazanmaq naminə mənim haqqımda psevdoanalitik bir kitab nəşr etmişdir; doktor Dril [2] Frankfurt qəzetində bu kitabı kəskin şəkildə «alçaqlıq» kimi səciyyələndirmişdir; o, hiylə yolu ilə xanım professor Şmuttser [3] vasitəsilə

mənim fotoşəkilimi çoxaltmaq imkanı əldə etmişdir

, məhdudiyyət və küstahlıqdan mənə heyrətamiz dərəcədə qüsurlu məktublar yazır və s.

Bu afişada onun kitabının üç tövsiyəsi göstərilmişdir. Yuxarıda — K. Q. Yunqa məxsus olan, aşağıda «Berliner tsaytunq»dan anonimin, ortada — sizin. Bu mümkündürmü? Kitabı oxumusunuzmu? Onun niyyətlərinin nədən ibarət olduğunu görmədinizmi? Bəs siz necə onun pəncəsinə düşdünüz? Yoxsa həqiqətən belə bir fikirdəsiniz?

Yaxın münasibətlərimizə görə yenə də sizdən şəxsən izahat almaq istərdim.

Səmimi qəlbdən sizə bağlı Freyd

Qeydlər:

[1] Meylen Şarl Emil (1886-cı ildə anadan olmuşdur) — amerikalı dilettant-psixoanalitik, «Freydin faciəvi kompleksi. Psixoanalizin təhlili» (1929) kitabının müəllifi.

[2] Dril Robert — «Frankfurter tsaytunq» qəzetinin redaktoru.

[3] Şmuttser Ferdinand (1870-1928) — 1926-cı ildə Freydin portretini çəkmiş vyanalı rəssam; Şmuttser Alisa (1884-1949) — onun arvadı.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.