20 yanvar 1938 — Tsveyq Freydə
Eşteril (Portuqaliya), qısa müddətə
[Yanvar/fevral 1938] [1]
Hörmətli cənab professor, Londondan mənə sevindirici xəbər verdilər ki, sizin "Musa"nızla (və ya onun dünyaya göstərdiyiniz hissəsi ilə) poçt gəlib. Dörd həftədən sonra qayıdacağam və o zaman sizə həqiqi mənada təşəkkür edə biləcəyəm. Burada təsvirolunmaz dərəcədə təmiz günəş havası var — ah, kaş sizə belə bir cənub intermezzosu arzulaya biləydim.
Ehtiramla, sizə sadiq
Ştefan Tsveyq
Qeydlər:
[1] Məktubun yazılma tarixi dəqiq məlum deyil.