7 noyabr 1935 — Tsveyq Freydə
Tel.: Lənghəm 1069
11, Portlend-Pleys
London, V. I
Dərin hörmətli cənab professor!
Səmimi sözləriniz üçün ən ürəkdən təşəkkür edirəm. Təbii ki, tərcümədə mənim «məhz universitet dairələrinin təsiri aradan qaldırdı» qeydimin «gücləndirdi» kimi tərcümə olunmasına çox əsəbiləşdim. Ernest Cons da bu barədə mənə zəng etmişdi və mən ona izah etdim ki, bunda mənim heç bir günahım yoxdur. Əgər ümumiyyətlə Nobel mükafatını xatırladıramsa, bu yalnız ona görədir ki, bütün xoşniyyətli insanların bu məqsədə çatmaq üçün birgə fəaliyyətinin nə qədər vacib olacağını həmişə yadda saxlayacağam. Axı mən bilirəm ki, Tomas Mann və Rollan bu işdə səy göstərmişlər. Dekabrda qısa müddətliyə Vyanaya gələcəyimi və sizə çox şey danışa biləcəyimi əvvəlcədən fərəhlə gözləyirəm.
Dərin ehtiramla, həmişə sizin
Ştefan Tsveyq