20 oktyabr 1932 — Freyd Tsveyqə

Vyana,

IX

, Bergqasse, 19

Hörmətli cənab doktor!

Sizin səxavətiniz sayəsində indi kitablarınızın, insanların və talelərin təsvirlərinin demək olar ki, hamısını oxumuşam və qeyd etmək istəyirəm ki, onların heç biri mənə bu son kitab qədər inandırıcı, bəşəri cəhətdən cazibədar, bəlkə də çətin duyulan, lakin buna baxmayaraq əvəzolunmaz tarixi həqiqətə bu qədər adekvat görünməmişdir — xoşagəlməz, sizin ifadə etdiyiniz kimi, kiçik miqyaslı və tale tərəfindən ağır təhqir olunmuş Mariya-Antuanetta [1] haqqında. Həm tam yetkin, məlum patetik həddindən artıqlıqdan azad dil, həm də təsvirin sadə və ən zəruri ilə məhdudlaşdırılması bir ustanı ortaya qoyur.

Təbii ki, məni xüsusilə materialın psixoanalitik iş gördüyünüz hissəsi maraqlandırdı. Söhbət qadının nikah tarixindən və anaya qarşı qanqarışıqlıq ittihamlarından gedir. Bu, əlbəttə ki, sizin təsvir etdiyiniz kimi baş vermişdir. İnsan həyatı, şübhəsiz ki, bu insani zəifliklərlə maraqlanmağa icazə verildiyi vaxtdan bir az da anlaşılan olmuşdur. Və tarixçilər üçün ən xırda ilə mübahisəsiz böyük, heç olmasa ən hay-küylü, ən gözəçarpan arasındakı qeyri-müəyyən əlaqəni siz burada Aleksandr Serbskinin [2] baxışı kimi əmin bir baxışla əhatə etmisiniz.

Bilirsinizmi ki, anasını (və xalasını) yoldan çıxarmaqda ittiham edən kral əclafının təhliliniz tamamilə etibarlıdır? İndi bizim müayinə etdiyimiz bütün nevrotiklər proqram üzrə tam eyni şeyi edirlər. Onlar öz infantil onanizmi faktının üzərinə yoldan çıxarma fantaziyası qururlar və əsl inadkarlıqla yoldan çıxaranlar kimi qadağan olunmuş həzzə görə ya cəzalandıran, ya da onları danlayan şəxsləri seçirlər. Bu zaman aldatmanın arxasında bir qədər həqiqət durur, çünki genital oyanmanın ilk səbəbi adətən körpəyə gigiyenik qulluq zamanı zəruri manipulyasiyalar olur və dayənin şəxsiyyəti sonradan ana ilə birləşir, hətta ana o olmasa belə. Lakin bizim pas[iyentlərimiz] bu şüursuz qalmış fantaziyaları bizə yalnız analizin təzyiqi altında açırlar. Əgər bu fantaziyalar real olaraq düşünülmüş ittihamlar kimi qəbul edilirsə, bu, psixi strukturun təhlükəli hermetik olmaması ilə izah olunur. Dofendə [3] anaya qarşı deqradasiyaedici və düşmən mühit buna mütləq kömək etmişdir, lakin gerçəkliyi uydurmalarla əvəz etmək meyli əvvəlcədən ana tərəfindən müşahidə edilmişdir.

Sizi səmimi salamlayıram

sizin Freyd

Qeydlər:

[1] Söhbət S. Tsveyqin «Mariya-Antuanetta» (1932) kitabından gedir.

[2] Aleksandr Serbski — söhbət Aleksandr I, Serb kralından (1876—1903) gedir. Freydin işarəsi aydın deyil.

[3] Dofen — Lüdovik XVII (1785—1795).

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.