10 iyun 1936 — Tsveyq Freydə
49, Helləm küçəsi,
London, V. I. [10.6.1936]
Lenqhem 3693
Hörmətli cənab professor, qoy bu açıqca sizin xoşürəkli məktubunuza yalnız təvazökar bir təşəkkür və yeni kitabımın sizə birbaşa naşirdən çatacağına görə üzrxahlıq olsun — Vyandan Vyanaya çatmaq Vyandan Londona və geri Vyanaya çatmaqdan asandır, sizə olan ehtiramım isə səmimiyyətlə təsvir edilmişdir.
Sizə sadiq
Ştefan Tsveyq