20 iyul 1938 — Freyd Tsveyqə
Tərcümə №1 (Repko A.)
39, Elsworthy Road
London S. V. Z
Hörmətli cənab doktor!
Həqiqətən də sizin köməyinizi yüksək qiymətləndirirəm, bunun sayəsində dünənki ziyarətçilər [1] mənə gəlib çatdılar. Çünki indiyə qədər mən özünü açıq-aşkar mənim qəyyum mələyim seçən sürrealistləri tamamilə (deyək ki, 95%, alkoqoliklərdə olduğu kimi) axmaq hesab etməyə meylli idim. Özünün fanatik etimadlı gözləri və qüsursuz texniki ustalığı olan gənc ispan başqa qiymətə layiqdir. Bu cür rəsmin [2] yaranma prosesini analitik tədqiq etmək həqiqətən də çox maraqlı olardı. Axı tənqidi baxımdan həmişə demək olardı ki, qiymətləndirilməmiş materialın və ilkin işlənmənin kəmiyyət nisbəti müəyyən həddi aşarsa, incəsənət anlayışı genişləndirilə bilməz. Lakin hər halda bunlar ciddi psixoloji problemlərdir.
Digər ziyarətçiyə [3] gəldikdə isə, mənə namizədə çətinliklər yaratmaq, onun mənə olan rəğbətinin dərəcəsini yoxlamaq və özünü qurban verməyə hazırlığına nail olmaq xoşdur. Analiz fəth edilmək istəyən, lakin müqavimət göstərməzsə, ona aşağı qiymət veriləcəyini bilən qadına bənzəyir. Əgər cənab C. indi həddindən artıq uzun düşünürsə, axı sonra o, başqasına, Consa və ya mənim qızıma gedə bilər.
Mənə deyirlər ki, siz gedərkən burada nəyisə unutmusunuz, əlcəklər və s. Bilirsiniz, bu — qayıtmaq vədidir.
Səmimi qəlbdən sizin Freyd
P.S. Ünvanda «cənab» əvəzinə «m-r» — rahatlıq əlamətidir.
Tərcümə №2 (Rays E.M.)
39, Elsworthy Road, London, NW3
Hörmətli cənab doktor,
Həqiqətən də dünənki ziyarətçiləri [1] mənə gətirən tövsiyənizə görə Sizə təşəkkür etməliyəm. Çünki indiyə qədər mən özünü açıq-aşkar mənim himayədarım seçən sürrealistləri tamamilə (deyək ki, 95%, alkoqol haqqında deyildiyi kimi) axmaq hesab etməyə meylli idim. Etimadla fanatik gözləri və şübhəsiz texniki ustalığı olan gənc ispan məni başqa qiymətə meylləndirdi. Bu cür rəsmin [2] yaranmasını analitik izləmək həqiqətən də çox maraqlı olardı. Tənqidi baxımdan, əlbəttə, həmişə demək olardı ki, şüursuz materialla şüuröncəsi işlənmə arasındakı kəmiyyət nisbəti müəyyən sərhədlərə riayət etməzsə, incəsənət anlayışı genişləndirilə bilməz. Lakin hər halda ciddi psixoloji problemlər ehtiva edir.
Digər ziyarətçiyə [3] gəldikdə isə, mən namizədə çətinliklər yaratmaq, onun maraq dərəcəsini sınamaq və onun tərəfindən daha çox fədakarlığa nail olmaq istərdim. Psixoanaliz fəth edilmək istəyən, lakin müqavimət göstərməzsə, ona hörmət edilməyəcəyini bilən qadın kimidir. Əgər Mr. J indi həddindən artıq uzun düşünərsə, o, axı sonra başqasına — Consa və ya mənim qızıma müraciət edə bilər.
Mənə deyirlər ki, Siz gedərkən burada nəyisə unutmusunuz, əlcəklər və s. Bilirsiniz ki, bu — qayıtmaq vədidir.
P.S. Zərfin üzərində «Mr.» əvəzinə «Herr» — ətalət simptomudur.
Səmimi qəlbdən
Sizin Freyd
Qeydlər:
[1] Freydi ziyarət edənlər: Salvador Dali, onun arvadı Qala və ingilis milyoneri, yazıçı Eduard Cems
[2] Söhbət «Nərgizin metamorfozaları» rəsm əsərindən gedir (1937-ci ildə çəkilib). Dali və Cems onu özləri ilə gətirmişdilər. Rəsmin özünü Eduard Cems bir az əvvəl almışdı.
[3] Eduard Cems