16 sentyabr 1938 — Tsveyq Freydə
49, Helləm küçəsi
London, B.I
Lənqəm 3693
Hörmətli, əziz cənab professor!
Hazırda harada olduğunuzu və özünüzü necə hiss etdiyinizi öyrənməyə boş yerə cəhd göstərdim. Ümid edirəm ki, sağlamlığınız artıq o qədər yaxşılaşıb ki, sizi ziyarət etmək mümkündür. Sizə yalnız mənə nə vaxt gələ biləcəyimi bildirmək qalır, mən sizin üçün istənilən vaxt sərbəstəm.
Səmimi qəlbdən sizin
Ştefan Tsveyq