12 avqust 1930 — Tsveyq Freydə

[Hamburq]

Hörmətli cənab professor, sizə Göte mükafatı [1] təqdim edilməsi münasibətilə təbriklərimi çatdırmağa icazə verin: qoy o, çoxdan haqq etdiyiniz Nobel mükafatına yol açsın. Mən bayram ərəfəsində Hamburqa qayıtdım ki, sakit şəraitdə sizin haqqınızda esse yazım: o, hələ sentyabrda tamamlanacaq və əgər içindəki bir şey sizə sevinc gətirərsə, deməli, iş boş yerə görülməyib.

Ehtiramla, sizə sadiq

Ştefan Tsveyq

Hamburq, Alsterqlasis, 10, Jaffe yanında

Snozlar:

[1] Göte adına mükafat (10000 reyxsmarka) 1927-ci ildə təsis edilmişdir. İlk laureatlar Ştefan George, Albert Şveytser və Leopold Tsigler olmuşlar. 28 avqust 1930-cu ildə Freydin xəstəliyi ilə əlaqədar nitq onun qızı Anna Freyd tərəfindən oxunmuşdur.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.