9 dekabr 1929 — Tsveyq Freydə

Kapusinerberq, 5

Zaltsburq

Dərin hörmətli cənab professor!

Səmimi qəlbdən sizə nəzakətli məktubunuz üçün təşəkkür edirəm. Sizə bildirməyə borclu olduğumu hiss edirəm ki, mən artıq çoxdandır bu işə çox sevinirəm və bundan başqa, hesab edirəm ki, Mesmerə qarşı qoyma yalnız öncəgörmə ilə biliyin, hiss edilən, lakin qavranılmayan ilk sadəlövh cəhdin və yüz il sonra həyata keçirilmiş əsl irəliləyişin qarşı-qarşıya qoyulması mənasına gəlməlidir. Mənim hissiyyatıma görə, onların arasında demək olar ki, fasiləsiz anlaşılmazlıq, laqeydlik, cəhalət və şarlatanlıq əsri uzanır. Bilmirəm, fürsət düşdükdə Vyanda sizin vaxtınızı almaq və iki-üç ay sonra Mesmer haqqında əsəri də oxumağa lütf göstərməyinizi xahiş etmək kimi bir ədəbsizliyə haqqım çatırmı. Bəlkə də nəyisə qaçırmışam — axı məni orada yalnız həqiqi idrakdan cəmi iki addım aralı duran və bu son addımları atmaq əvəzinə düz O biri tərəfə keçən insanın faciəli problemi, həmçinin onun şərəfinin xilası cəlb edir — axı Mesmer heç vaxt nə fırıldaqçı, nə də onu təsvir etdikləri kimi xəsis cəngavər olmamışdır, əksinə, orta əsr məhdudluğuna baxmayaraq, çox ehtiyatlı, real fəaliyyət göstərən realist, dahi deyil, lakin instinktlə istedadlı bir şəxs olmuş və bütün elmlər doktorlarını universal təhsili ilə üstələmişdir. Sizin yaradıcılığınıza və doktor Ştorferdəki arxivə aid materialı sistemli şəkildə işləyə biləcəyim üçün əvvəlcədən çox sevinirəm və burada mənə tam sərbəstlik verdiyiniz üçün sizə təşəkkür edirəm. Çünki bəlkə də məhz sizin üçün ən vacib olan şey — müalicə metodu — mənə bu gün işdə heç də ən başlıca görünmür. Hesab edirəm ki, sizin psixoloji və fəlsəfi sahələrdə, eləcə də dünyamızın bütün mənəvi quruluşunda törətdiyiniz inqilab kəşflərinizin sırf terapevtik hissəsini qat-qat üstələyir. Çünki siz haqqında heç bir şey bilməyən bütün o insanlar, 1930-cu ilin hər hansı bir adamı, eləcə də «psixoanaliz» sözünü heç vaxt eşitməmiş bir şəxs bu gün artıq dolayı yolla sizin mənəvi dəyişiminizlə hopmuşdur və bu yarım əsrin baş verdiyini dərk etmək üçün əvvəlcə 1880-ci ilin psixoloji mentalitetini bərpa etmək lazımdır. Buna görə də mənə təəccüb, müqavimət, narahatlıq şahidlikləri o qədər zəruridir, lakin mən o zamankı rəqiblərini rüsvay etmək kimi xırda motivdən bunu etmirəm. Axırda, uzun illər boyu bu işə hazırlaşmışam və əgər bu iş heç olmasa qismən uğurlu olsa, əminəm ki, xeyli irəliləyişə kömək edəcək və bəlkə də Nobel mükafatının təyinində həlledici olacaq, daha gecikdirilməsi mümkün olmayan tərəziyə atılan o həlledici dənə olacaqdır.

Qədim səmimi ehtiramla, sizə sadiq

Ştefan Tsveyq

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.